Axtarış

The search found 105785 results in 0.047 seconds.

Search results

  1. ​Tramp və Mey razılaşdı: Rusiyaya qarşı Quta planı

    ABŞ Prezidenti Donald Tramp Britaniya Baş naziri Tereza Meyə zəng edib.
    Muxalifet.az xəbər verir ki, tərəflər telefon danışığı zamanı Suriyanın Şərqi Quta bölgəsindəki böhranı müzakirə ediblər. Hər iki lider Qutadakı vəziyyətin insanlıq dramı olduğunu vurğulayaraq, böhranın yaranmasında Əsəd qüvvələrinə dəstək verən Rusiyanın günahkar olması haqda ortaq fikrə gəlib.
    Tərəflər Qutaya təşkil edilən hücumları dayandırmaq və mülki şəxsləri qorumaq üçün hərəkətə keçməklə bağlı qərar veriblər.

    Muxalifet3 - 4-03-2018

  2. ​Yanğında ölənlərin ailələrinə nə qədər yardım ediləcək?

    Mərkəzdə olan xəstələrlə və dünyasını dəyişən insanlarla bağlı araşdırılmalar bir həftə ərzində başa çatdırılacaq. Onların ailələrinə veriləcək ilkin yardımın məbləği, təqaüdün təyin olunması məsələləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyənləşdirilir.

    Muxalifet3 - 4-03-2018

  3. ​Rusiyadan hərbi sahədə növbəti inqilab

    Rusiya Hərbi-Sənaye şirkəti təkərli tank hazırlamağı düşünür.
    Muxalifet.az xəbər verir ki, bu barədə sözügedən şirkətin direktoru Aleksandr Krosoviçk məlumat verib.
    “Bizim planımızda təkərli tankın istehsalı var. Bu, eyni platformada “nou-hau” (Bumeranq – hərbi texnikalar üçün plaforma) prinspində olacaq”, - deyə direktor bildirib.
    Krosoviçk əlavə edib ki, təkərli tankın istehsalı ilə bağlı ən yaxın zamanda danışıqlar başlana bilər.
     

    Muxalifet3 - 4-03-2018

  4. ABŞ əsgərləri öz ölümlərini lentə aldılar – FOTO

    Mali ilə sərhəd ərazisində patrul xidməti aparan amerikalı və nigeriyalı hərbçilər İŞİD yaraqlılarının pusqusuna düşüb.
    Muxalifet.az “Directorate 4” “Telegram” kanalına istinadən xəbər verir ki, hələ ötən ilin oktyabrında baş vermiş döyüşün videogörüntüləri bu gün yayılıb.
    Bildirilir ki, 11 amerikalı “yaşıl beretli”, 30 Nigeriya ordusunun hərbçisi və tərcüməçilərdən ibarət patrul oktyabrın 3-də bazadan çıxıb.
    Onların sıravi bir missiya yerinə yetirəcəyi və düşmənlə toqquşmanın olmayacağı planlaşdırılıbmış.

    Muxalifet3 - 4-03-2018

  5. ​Messinin 600-cü qolu “Barselona”nı zirvəyə daşıdı – VİDEO

    La Liqanın 27-ci həftəsində “Barselona” “Atletiko Madrid”i Messinin qolu ilə məğlub edib.
    Muxalifet.az xəbər verir ki, oyun 1-0 “Barselona”nın qələbəsi ilə başa çatıb.
    Oyun Kamp-Nouda baş tutub.
    Messi matçın 26-cı dəqiqəsində vurduğu qolla kariyerasında 600-cü qoluna imza atıb.
    “Barselona” xalını 69-a çatdırıb. Bununla da “Barselona”nın zirvədəki xal fərqi səkkizə çatıb.
     

    Muxalifet3 - 4-03-2018

  6. Ərdoğan müsəlmanları Qarabağı azad etməyə çağırdı - BİRLİKDƏ HƏLL EDƏK

    Muxalifet.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı deyib. Türkiyə prezidenti çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsinə toxunub. “Dağlıq Qarabağ münaqişəsini gözardı edə bilmərik. 20 ildən artıq davam edən danışqların heç bir nəticəsi yoxdur. ATƏT-in Minsk qrupu bu işi həll edə bilməyib. Biz bu istiqamətdə birlikdə hərəkət etməliyik. İƏT və BMT çərçivəsində bu istiqamətdə birgə tədbirləri həyata keçirə bilərik.

    Muxalifet3 - 4-03-2018

  7. ​Rusiya prezidenti: SSRİ-nin çöküşünə əngəl olmaq istərdim

    Rusiya prezidenti Vladimir Putin müasir Rusiya tarixində yaşanmış bir hadisəni dəyişdirmək imkanı olsaydı, SSRİ-nin çöküşünü əngəlləmək istəyəcəyini açıqlayıb.
    Muxaliffet.az xəbər verir ki, 18 mart seçkilərindən öncə Kalininqradda seçiciləri ilə görüşən Rusiya lideri maraqlı açıqlamaları ilə yadda qalıb.
    “Reuters”in xəbərinə görə, nüvə silahları ilə bağlı açıqlamalarından sonra Rusiya tarixində dəyişmək istəyəcəyi hadisə barədə suala cavab verib.

    Muxalifet3 - 4-03-2018

  8. ​Səudiyyə Ərəbistanında qəribə qadağa: Konsertdə rəqs etmək yasaqdır

    Məşhur misirli müğənni Tamər Hosni Səudiyyə Ərəbistanında ilk dəfə konsert verəcək.
    Muxalifet.az xəbər verir ki, konsert üçün satışı çıxarılan biletlər 1.5 saata tamamilə tükənib.
    Ancaq konsertlə bağlı maraqlı məqam üzə çıxıb. Belə ki, bütün biletlərə “Konsertdə rəqs etmək qadağandır” xəbərdarlığı yazılıb.
    30 martda baş tutacaq konsertə altı min bilet satılıb.
    Konserti qadınların və kişilərin bərabər izləməsi də yasaqdır. Onlar müğənninin performasını xüsusi ayrılmış yerlərdə izləyə biləcəklər.
     

    Muxalifet3 - 4-03-2018

  9. Metroda qatarların hərəkətində problem yaranıb

    Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
    Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
    O bildirib ki, "Nəriman Nərimanov" metrostansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən bu gün saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir: “Nasazlığı aradan qaldırmağa çalışırıq”.

    Muxalifet4 - 5-03-2018

  10. ​ABŞ Türkiyədəki səfirliyinin fəaliyyətini dayandırır

    ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də fəaliyyətini dayandıracaq. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir.
    "RİA Novosti" xəbər verir ki, bu barədə Amerika diplomatik nümayəndəliyinin yaydığı bəyanatda deyilir.
    "Ankaradakı səfirlik ABŞ vətəndaşlarını martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar işləməyəcəyi barədə məlumatlandırır. Səfirlik fəaliyyətinin bərpa olunduğunu sonradan elan edəcək", - deyə bəyanatda qeyd edilir.

    Muxalifet4 - 5-03-2018

  11. ​"Suriyanın gələcəyi ilə bağlı yekun söz xalqa məxsusdur" – BƏŞƏR ƏSƏD

    Suriya Yaxın Şərqdə yaşanan bu həssas anlarda dost ölkələrlə öz addımlarını sıx əlaqələndirməyin lazım olduğunu düşünür.
    “Report” TASS-a istinadən xəbər verir ki, SANA agentliyinin məlumatına görə, bunu respublika prezidenti Bəşər Əsəd bazar günü Dəməşqdə İranın xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari ilə görüşü zamanı deyib.
    Əsəd qeyd edib ki, ölkənin siyasi gələcəyi ilə bağlı yekun söz Suriya xalqına məxsusdur.

    Muxalifet4 - 5-03-2018

  12. ​Azərbaycanda 8 minə bal satılır - VİDEO

    Azərbaycanda 8 min manata balla birlikdə arı pətəyi satılır. Balakənli arıçının düzəltdiyi özünəməxsus arı pətəklərinin belə qiymətli edən onların təbii vasitələrdən hazırlanmasıdır. Bal yarpaq, ləçək, kümbəzlə yanaşı, kötük kimi təbii arı pətəklərindədir.

    Muxalifet4 - 5-03-2018

  13. ​Maşın bazarında ucuzlaşma - VİDEO

    Tovuzdakı maşın bazarında son iki həftədir qiymətlərdə enmə müşahidə olunur. Amma qiymətlər aşağı düşsə də, maşın alanlar azdır.
    Rusiya istehsalı olan maşınların qiymətlərində 300 manatdan 500 manata qədər ucuzlaşma olub. Almaniya, Yaponiya və digər ölkələrin avtomobillərinin qiymətlərində də enmə var. Satıcılar belə avtomobillərin 10 faizə qədər ucuzlaşdığını bildirir. Qiymətlərin enməsinin həm bazardakı durğunluqla, həm də mövsümlə əlaqəli olduğu bildirilir.

    Muxalifet4 - 5-03-2018

  14. Moskva nitqi: Putin son kartını açdı və... – SON SAVAŞ BAŞLADI

    Rusiya Prezidenti Vladimi Putin martın 1-də Federal Məclisdə çıxış etdi. Putinin çıxışı kifayət qədər sərt və qalmaqallı alındı. Məclisə müraciət edən rus lider çıxışının ilk hissəsini ölkədəki iqtisadi islahatlara, ikinci hissəsini isə hərbi inkişafa həsr elədi. Putinin çıxışında ən önəmli məqam onun ABŞ-ı Rusiyanın yeni qitələrarası, hipersonik raketləri ilə təhdid etməsi oldu.

    Muxalifet4 - 5-03-2018

  15. İrandan Türk əsgərinə ÇİRKİN İTTİHAM

    Xameneyinin hərbi müşaviri, “Zeytun Budağı” Hərəkatı çərçivəsində Suriyaya daxil olan Türk əsgərini "işğalçı" kimi səciyyələndirərək, əməliyyatın bir an əvvəl dayanmasını gözlədiklərini açıqlayıb.
     
    Amerikanın dəstəyi ilə Suriyanın şimalına yerləşən terror təşkilatlarına qarşı başlanılan “Zeytun Budağı” Hərəkatı, 45-ci gününə girib. Havadan və qurudan terrorçulara qarşı qətiyyətlə əməliyyatlar keçirən Türkiyə ordusunun  regionda atdığı bu uğurlu addımlar bəzi ölkələri narahat etməyə başlayıb.
     

    Muxalifet3 - 5-03-2018

  16. ​“Suriyalıların əzablarına səbəb Suriya və Rusiyadır” – TRAMP VƏ MEY

    ABŞ prezidenti Donald Tramp və Britaniyanın xarici işlər naziri Tereza Mey Şərqi Qutada Suriya və Rusiyanın ürəkağrıdan əzablarına səbəb olduqlarında razılaşıb.
    İki ölkə lideri telefon söhbəti zamanı Suriyanın paytaxtında humanitar böhranı da müzakirə edib. Onlar humanitar fəlakətə görə Rusiya və Suriya rejimini günahlandırıb.

    Muxalifet4 - 5-03-2018

  17. ​Rusiyada səsvermə hədiyyələri

    Rusiyada prezident seçkiləri yaxınlaşdıqca seçicilərə müxtəlif hədiyyələr vəd edilir.
    Hakimiyyət orqanları bunu daha çox insanı səsverməyə gəlməyə həvəsləndirmək üçün etdiklərini deyirlər.
    Amma hədiyyələrin pulunu kimin verdiyini aydınlaşdırmaq elə də asan deyil.
    Məsələn, Moskvanın Şərqi İnzibati Dairəsindəki seçki məntəqələrində ilk dəfə seçkiyə qatılan gənclərə pasport cildi və konsertə bilet hədiyyə ediləcək.
    Konsert seçkidən sonra Olimpiya stadionunda təşkil ediləcək. Orada tanınmış musiqiçilər iştirak edəcək.

    Muxalifet4 - 5-03-2018

  18. Artıq Türk tankları Afrində QORUMA ALTINDA OLACAQ

    Türkiyə Müdafiə Sənayesinin müşaviri İsmayıl Dəmir, müdafiə naziri Canikə keçdiyimiz günlərdə müjdəsini verdiyi Akkor Pulat müdafiə sisteminin sınaqlarının uğurla keçdiyini və yaxında Afrində olacağını açıqlayıb.
     
    ASELSAN və Tübitak SAYA tərəfindən inkişaf etdirilən Akkor Pulat fəal müdafiə sisteminin testdən uğurla keçdiyi açıqlanıb. Daha əvvəl S-400 raketdən medafiə sistemi ilə eyni məntiqdə çalışdığı açıqlanan fəal qoruma sistemi Akkor Pulat, Afrindəki “Zeytun Budağı” hərəkatında iştirak edən tanklara da montaj ediləcəyi bildirilib.
     

    Muxalifet3 - 5-03-2018

  19. ​Rusun “fantastik silahları”, erməninin şantajı, Bakının avantajı

    Ermənistan: Rusiyanın “kağız üzərində” müttəfiqi, yoxsa...; Putinin Qərbə son mesajı işğalçını ruhlandırıb – səbəb; Kremlin açıqladığı yeni təhlükəsizlik konsepsiyasında əsas hədəf və Moskva-İrəvan müttəfiqliyinə Azərbaycan və Türkiyə əbədi əngəl kimi...
     

    Muxalifet4 - 5-03-2018

  20. ABŞ Şimali İraqda yeni FİTNƏ HAZIRLAYIR

    ABŞ, Şimali İraqdan Türk qüvvələrinin çıxarılması üçün imza toplayıb, Kürd Bölgəsi parlamentinə göndərib.
     
    Türkiyənin reaksiyasına və mane olma cəhdlərinə baxmayaraq cənub sərhədində bir Kürd dövləti yaratmaq səylərini gizli aparan ABŞ, çirkin niyyətlərini davam etdirir. Bir tərəfdən Suriyada PYD-ni qoruyub, saxlama siyasətini davam etdirən ABŞ, Şimali İraqda da bölgə xalqını Türkiyəyə qarşı qızışdırmağa yönəlik həmlələrini davam etdirir.
     
    TÜRKLƏRİN ÇIXARILMASI ÜÇÜN İMZA TOPLADILAR
     

    Muxalifet3 - 5-03-2018

Pages