Axtarış

The search found 105785 results in 0.064 seconds.

Search results

  1. Qadının evindən 54 saxta Azərbaycan pasportu tapıldı - ALMANİYADA

    Almaniyanın Düsseldorf şəhərinin hava limanında Azərbaycan vətəndaşlarının bu ölkəyə qanunsuz girişini təşkil etməkdə ittiham olunan azərbaycanlı qadın saxlanılıb. Alman kütləvi informasiya vasitələri xəbər verir ki, 51 yaşlı qadın ən azı 7 nəfərin Almaniyaya qanunsuz girişini təşkil etməkdə günahlandırılır. Bu xidmətlərinə görə o, təxminən 30 min avro qazanc əldə edib. Gettingen şəhərinin prokurorluğu sözügedən qadının həbsinə order verib. Hazırda o saxlanılıb. Mənbəyə əsasən, cinayət əməlləri 2016-cı ilin yanvar ayından sentyabrına qədər törədilib.

    Muxalifet4 - 4-03-2018

  2. ​Bu tarixdə heç bir canlı qalmayacaq – SİVİLİZASİYANIN SONU...

    ABŞ və Böyük Britaniyadan olan alimlər ABŞ-ın Milli Elmlər Akademiyası üçün birgə hesabatı təqdim ediblər.
    Hesabata görə, Yer kürəsində ən yaxın bir neçə yüz ildə həyat insan və canlı orqanizmlərin əksəriyyəti üçün qeyri-mümkün olacaq.

    Muxalifet4 - 4-03-2018

  3. Azərbaycan Cümhuriyyəti ilə bağlı nadir faktlar: DÖRD İLLİK TƏDQİQATLAR AÇIQLANDI

    "Azərkitab - Kitab Təbliğatı Mərkəzi"ndə tədqiqatçı-publisist Dilqəm Əhmədin “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) kitablarının imza günü keçirilib.
    “Teas Press” Nəşriyyat Evi tərəfindən çap olunan iki kitabda müəllifin 4 il ərzində Türkiyədə Azərbaycan Cümhuriyyəti dövrünə aid topladığı materiallar yer alıb.
    Tədbirdə bir sıra Cumhuriyyət dönəmi tədqiqatçıları, tarixçilər, media nümayəndələri, həmçinin Məmməd Əmin Rəsulzadənin nəvəsi Vasif Rəsulzadə iştirak edib.

    Muxalifet4 - 4-03-2018

  4. ​Rayon rəhbəri ev dustaqlığına məhkum edildi – CƏLİLOV SƏLAHİYYƏTİNİ AŞMAQDA İTTİHAM OLUNUR

    Dağıstan Respublikasının Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov vəzifəsindən kənarlaşdırılıb.
    Bu barədə Rusiya İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.
    Məhkəmə M. Cəlilovun ev dustaqlığına məhkum edilməsi barədə qərar verib.
    İstintaqın məlumatına görə, 2015-ci ildə M. Cəlilov vəzifə səlahiyyətlərini aşaraq iki yerli sakinə hər biri bir hektar olmaqla həyatyanı sahənin verilməsi haqqında qanunsuz qərar çıxarıb. Bununla da o, Dərbənd bələdiyyəsinə 2,2 milyon rubl ziyan vurmuş olub.M. Cəlilov azərbaycanlıdır.

    Muxalifet4 - 4-03-2018

  5. ​Klub kapitanının ölümü ilə əlaqədar futbol matçları təxirə salındı - İTALİYADA

    Bu gün İtaliyada futbol üzrə çempionatın 27-ci turu çərçivəsində keçirilməsi nəzərdə tutulan matçların hamısı təxirə salınıb.
    APA-nın "Football Italia" portalına istinadən verdiyi məlumata görə, matçların təxirə salınması "Fiorentina" komandasının 31 yaşlı müdafiəçisi və kapitanı David Astorinin  ölümü ilə əlaqədardır.
    D. Astori ötən gecə İtaliyada mehmanxanalardan birinin nömrəsində ölmüş vəziyyətdə tapılıb.

    Muxalifet4 - 4-03-2018

  6. ​Bakıda “Zeytun budağı” əməliyyatına dəstək aksiyası - FOTO

    Bu gün Azərbaycan-Türkiyə Gənclərinin dostluq cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Azərbaycandakı səfirliyinin ərazisindəki Atatürk heykəlinin qarşısında Suriyada həyata keçirilən "Zeytun budağı" əməliyyatına dəstək aksiyası təşkil olunub.
    Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, aksiyada Azərbaycan-Türkiyə Gənclərinin dostluq cəmiyyətinin üzvləri ilə yanaşı, Qarabağ müharibəsi qaziləri, Əfqanıstan müharibəsi veteranları və digər ictimayət nümayəndələri iştirak ediblər.

    Muxalifet4 - 4-03-2018

  7. ​PAYTAXTDA XÜSUSİ ƏMƏLİYYAT - Silahlı şəxslər həbs edildi

    Bakıda silahlı şəxslərin həbsi ilə bağlı xüsusi əməliyyat keçirilib.
    Muxalifet.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəs 18-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərov həbs edilib.
    Ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.

    Muxalifet4 - 4-03-2018

  8. ​Prezidentliyə namizəd hücuma məruz qaldı

    Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak naməlum şəxsin hücumuna məruz qalıb.
    Muxalifet.az xəbər verir ki, K.Sobçak bu barədə Tvitter hesabında məlumat yayıb.
    O bildirib ki, hadisə Petrovski Yol Sarayında Mixail Qorbaçovun ad gününə həsr olunmuş mərasimdən çıxan zaman baş verib. Nəticədə Sobçak yerə yıxılıb.
    “Bu, Jirinovskiyə görədir”, - deyə prezidentliyə namizəd hücumdan sonra qışqıraraq deyib.
    Mühafizəçi dərhal hadisəni törədən şəxsi yaxalayıb. Olay barədə polisə məlumat verilib.

    Muxalifet3 - 4-03-2018

  9. ​Gəncədə intihara cəhd – EVİNİN QAPISINI BAĞLADI VƏ…

    Fövqəladə Hallar Nazirliyi(FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə intihara cəhd olması barədə məlumat daxil olub.
    Muxalifet.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
    Xilasedicilər polis əməkdaşlarının iştirakı ilə giriş qapısını açaraq mənzilə daxil olublar. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.
    Əməliyyat başa çatıb.

    Muxalifet4 - 4-03-2018

  10. ​Yanaraq kül olan xəstələr çarpayıyamı bağlı olub? – Abid Şərifov AÇIQLAMA

    Təbii ki, hamımız narkoloji xəstələrin vəziyyətini yaxşı bilirik və fikrimcə, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur.
    Muxalifet.az  xəbər verir ki, bu sözləri Baş nazirin müavini Abid Şərifov azərtac -a geniş müsahibəsində deyib. O bildirib ki, belə xəstələrin özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur:

    Muxalifet3 - 4-03-2018

  11. ​Tahir Əkbərin nəşini çıxarıb, yenidən dəfn etdilər - Səbəb

    Martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbərin dəfn olunduqdan sonra məzar yeri dəyişdirilib.
    Muxalifet.az publika.az-a istinadla xəbər verir ki, bu barədə əməkdar artist Aybəniz Haşımova İnstaqram hesabında məlumat verib.
    O, bu qərarın bəstəkarın həyat yoldaşı tərəfindən verildiyini deyib.
    T.Əkbər anası Səmayə Əkbərovanın məzarı yanında dəfn edilib.

    Muxalifet3 - 4-03-2018

  12. ​Xəzərdə zəlzələ oldu

    Bu gün yerli vaxtla saat 17:59 radələrində Xəzər dənizində zəlzələ olub.
    Muxalifet.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, 3 maqnitudalı zəlzələnin ocağı 30 km dərinlikdə yerləşib.
    Zəlzələ hiss olunmayıb.
     

    Muxalifet3 - 4-03-2018

  13. ​Polşada partlayış: 3 ölü, 24 yaralı - Foto

    Polşanın Poznan şəhərində 4 mərtəbəli yaşayış binasında qaz sızmasından dolayı baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 24-ü isə yaralanıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Polşa Dövlət Yanğınsöndürmə Xidməti məlumat yayıb.
    Hadisədən sonra bina uçub.
    Yaralılardan 3-nün vəziyyəti olduqca ağırdır. Onların arasında azyaşlı da var.
    Bildirilib ki, hadisə yerində hazırda axtarış-xilasetmə tədbirləri aparılır.
    Dağıntılar altında insanların qaldığı güman edilir.
     

    Muxalifet3 - 4-03-2018

  14. ​Türk bayrağı Racoya belə sancıldı - Video

    Türk əsgəri “Zeytun budağı” əməliyyatı çərçivəsində terrorçulardan azad edilən Raco bölgəsinə Türkiyə bayrağı sancıb.
    Muxalifet.az xəbər verir ki, qardaş ölkənin hərbçiləri türk bayrağını tezliklə Afrinə də sancaqlarına söz veriblər.
    Qeyd edək ki, ötən gün TSQ Raco bölgəsini terrorçulardan təmizləyib.
     

    Muxalifet3 - 4-03-2018

  15. ​Premyer Liqa: "Zirə" – "Keşlə" matçında 3 qol

    Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.
    Muxalifet.az xəbər verir ki, həftənin son oyununda “Zirə” və “Keşlə” komandaları üz-üzə gəliblər.
    Matç “Keşlə”nin 1-2 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaq komandanın qollarını Tərlan Quliyev (28) və Slavik Alxasov (73) vurub. “Zirə”nin heyətində isə 13-cü dəqiqədə Elşən Abdullayev fərqlənib.
    Bu qələbədən sonra xallarının sayını 15-ə çatdıran “Keşlə” sondan ikinci pillədə qərarlaşıb. “Zirə” isə məğlubiyyətə rəğmən 3-cü pillədəki yerini qoruyub.
     

    Muxalifet3 - 4-03-2018

  16. ​Şahin Mustafayev Qarsda səfərdədir

    İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qarsda səfərdədir.
    Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə əklil qoyublar.

    Muxalifet3 - 4-03-2018

  17. ​Putindən ABŞ-a: Azərbaycanlını sizə verməyəcəyik...

    2016-cı il seçkilərinə müdaxilədə günahlandırılan Rusiya vətəndaşlarını ABŞ-a təhvil vermək niyyətində deyil.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
    “Heç vaxt. Rusiya heç bir zaman öz vətəndaşlarını əcnəbi ölkəyə ekstradisiya etməyib. O cümlədən, ABŞ-a da edən deyil”, - Kreml rəhbəri bildirib.
    Dövlət başçısı onu da əlavə edib ki, seçkilərə müdaxilə ilə bağlı Rusiyanın günahlandırılması anlaşılan deyil:

    Muxalifet3 - 4-03-2018

  18. ​Papua-Yeni Qvineyada zəlzələ - 6 bal

    Papua-Yeni Qvineyada 6 bal gücündə zəlzələ baş verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
    Yerli vaxtla saat 14.34 radələrində baş verən zəlzələnin ocağı Porqera şəhərindən 83 km cənub-qərbdə, 16 km dərinlikdə yerləşib.
    Dağıntı və tələfat barədə məlumat yoxdur.
     

    Muxalifet3 - 4-03-2018

  19. ​Dəmirqapıda terrorçular məhv edildi

    Türkiyənin Ağrı vilayətində təhlükəsizlik qüvvələri tərəfindən təşkil edilən əməliyyatda 2 terrorçu məhv edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ağrı Valiliyi məlumat yayıb.
    Bildirilib ki, yerli vaxtla 16:00 radələrində hərbçilər Dəmirqapı kəndində bir qrup terrorçu ilə qarşılaşıb.
    Nəticədə yaşanan silahlı atışma nəticəsində 2 terrorçu zərərsizləşdirilib.
    Əməliyyatlar davam etdirilir.
     

    Muxalifet3 - 4-03-2018

  20. ​Afrin yolları və məntəqələr tutuldu, 2668 ölü... - Türkiyə

    Türkiyə Silahlı Qüvvələri Afrində keçirilən “Zeytun budağı” əməliyyatı zamanı öldürülən terrorçuların sayının 2668-ə çatdığını açıqlayıb.
    Muxalifet.az  xəbər verir ki, ordu daha 7 məntəqənin azad edilməsindən sonra Raco və Cinderesdən Afrinə gedən yolların nəzarət altına alındığını bildirib.
    TSQ əməliyyat zamanı yalnız terrorçulara məxsus sığınacaqların, silah anbarlarının və mövqelərin vurulduğunu, mülki əhaliyə qarşı xüsusi həssaslıq göstərildiyini vurğulayıb.
     

    Muxalifet3 - 4-03-2018

Pages