Axtarış
The search found 105785 results in 0.163 seconds.
Search results
Eldar Mahmudov yenidən vəzifə iddiasına düşüb
Sabiq nazirin “çete”sinə daxil olanlar məhbəsdən azadlığa çıxmağa başlayıb; Vüsal Ələkbərovun təhdid xarakterli açıqlamaları onun
Muxalifet4 - 5-03-2018
Jirinovski Rusiyaya türk dilində müraciət etdi - VİDEO
Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski №Birinci kanal”da debat zamanı öz seçicilərinə tatar dilində müraciət edib.
Muxalifet.az xəbər verir ki, Jirinovski Rusiyadakı türkdilli xalqların onların problemlərini anlayacaq prezidentə ehtiyacı olduğunu bildirib:
“Bizim türkdilli xalqlarımız var. Onlara yəqin ki, prezidentlərinin təkcə rus dilində yox, həm də tatar, başqırd və digər dillərdə danışması maraqlı olardı”.Muxalifet4 - 5-03-2018
ABŞ Afrinə xüsusi təlim KEÇMİŞ TERRORÇULAR GÖNDƏRİR
ABŞ PKK-nın böyük məğlubiyyət yaşadığı Afrinə, 1990-cı illərdən bu yana Guam adasında xüsusi təlim verdiyi terrorçuları yetirməyə başlayıb.
PKK/PYD-yə silah yağdıran ABŞ, indi də xüsusi olaraq yetişdirdiyi terrorçuları Afrinə göndərir. ABŞ PKK-nın böyük məğlubiyyət yaşadığı Afrinə, 1990-cı illərdən bu yana Guam adasında xüsusi təlim verdiyi 70 terrorçu gətirib. Guam-da PKK-lılara təyyarə və vertolyotu vurmaq üçün antitank, zenit və rəqəmsal mina təlimi verilib.
TƏLİM VERDİYİ TERRORÇULAR TSQ VƏ ASO-ya QARŞI VURUŞUR
Muxalifet3 - 5-03-2018
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Martın 11-də Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.
Muxalifet4 - 5-03-2018
Mir Şahinin dələduz qardaşı şikayət verdi
Tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev barəsində olan məhkəmə hökmündən apelyasiya şikayəti verib.
Mirəddin Ağayevin vəkillərinin imzası ilə olan apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinə təqdim edilib.
Vəkillər Mirəddin Ağayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyiblər.
Apelyasiya şikayəti hakim Elşad Şamayevin icraatına verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirəddin Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet2 - 5-03-2018
Atəşkəs 87 dəfə pozuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.
Muxalifet.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet4 - 5-03-2018
Türkiyə yerli istehsal olan “S-400”-ləri Afrinə göndərir - DÜNYADA İLK
Türkiyənin ASELSAN və SAGE şirkətləri tərəfindən istehsal edilən “Akkor Pulat” aktiv müdafiə sisteminin sınaqları uğurla başa çatıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Türkiyənin Müdafiə Səneysi Nazirliyindən verilən açıqlamada sistemlərin tezliklə Afrinə göndəriləcəyi bildirilib.
Rusiya istehsalı olan “S-400”lərlə eyni məntiqdə işləyən “Akkor Pulat” Afrində davam edən “Zeytun budağı” hərəkatındakı tanklara birləşdiriləcək.Muxalifet2 - 5-03-2018
ƏRDOĞAN: "Terrorçuları bu torpaqlardan bir-bir təmizləyəcəyik"
"Zeytun Budağı" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri Suriya sərhədləri daxilində yerləşən bütün əraziləri terrorçulardan təmizləməyə hazırdır". Muxalifət.az xəbər verir ki, bunu "Zeytun Budağı" hərkətanının 45-ci günü ilə bağlı çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələri (SQ) Münbiçi terrorçulardan təmizləməyə hazırdır: "Zeytun budağı" əməliyyatı Suriyanın bütün şimalı boyu İraqla sərhədə qədər davam edəcək. Türkiyə Silahlı Qüvvələri bu gün Afrindədir, sabah isə Münbiçdə olacaq.
Muxalifet2 - 5-03-2018
Qəndilin Afrinə göndərdiyi terrorçubaşı AĞIR YARALANIB
Qəndilin itkiləri azaltmaq üçün xüsusi tapşırıqla Afrinə göndərdiyi Hüseyn Gabar ilə "Şahin" kod adlı müavini ağır yaralanıb. Türkiyədən gedən "Şahin" kod adlı terrorçunun Hələbdə Əsəd rejiminə məxsus xəstəxanada müalicə olunduğu bildirilir.
Muxalifet3 - 5-03-2018
SƏRDAR CƏLALOĞLU: “Bu seçkidə müxalifətin aparıcı fiquru mən olacağam”
“Bu seçkidə müxalifəti təmsil edən üç namizəd var. Yaşıma, dünyagörüşümə, təcrübəmə görə, belə hesab edirəm ki, müxalifətin aparıcı fiquru mən olacağam – təbii ki, qeydə alınacağım təqdirdə”.
Muxalifet2 - 5-03-2018
Gürcüstan hökumətinin “ERMƏNİ SEVGİSİ” Bakıda sərt reaksiya doğurdu
Elxan Şahinoğlu: “Həmişə Gürcüstanın tərəfdaşlığına şübhəm olub”; Əhəd Məmmədli: “Türkiyə Gürcüstana hərbi dəstəyini dayandırmalıdır...”
Son bir həftədə Gürcüstan hakimiyyətinin ermənipərəst mövqedən çıxış etdiyi açıq şəkildə özünü büruzə verib. Bu da haqlı olaraq, Gürcüstanın enerji təhlükəsizliyində, bütövlükdə təhlükəsizliyində əsas rol oynayan və onu özünə strateji tərəfdaş sayan Azərbaycanda haqlı narazılıq doğurub.Muxalifet2 - 5-03-2018
Masallıda kriminal avtoritetin gizlətdiyi silah-sursat oğurlandı - FOTO
Masallıda evdən silah sursat oğurlayan şəxs saxlanılıb.
Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, yanvar 14-də rayonun Səmidxan kənd sakini Pərviz Səmədov oğurluq məqsədilə həmin kənd sakini, kriminal aləmdə “Axsaq Ceyhun” kimi tanınan Ceyhun Kərimova məxsus yaşayış olmayan evə qanunsuz yolla daxil olub.Muxalifet2 - 5-03-2018
ABŞ 43 il sonra bu ölkəyə hərbi gəmilər göndərdi
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Karl Vinson” təyyarədaşıyan gəmisi Vyetnama gəlib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb. Təyyarədaşıyan gəmi ilə bərabər Vyetnama həmçinin “Ueyn Meyer” və “Leyk Çempleyn” gəmisi də göndərilib. Səfərdə əsas məqsədin ölkələr arasında dostluq yaratmaq olduğu bildirilib.
Qeyd edək ki, bu, ABŞ təyyarədaşıyan gəmisinin 43 il sonra Vyetnama ilk səfəridir.Muxalifet2 - 5-03-2018
Rusiyanı Avropadan bu 3 KİÇİK ÖLKƏ AYIRDI
Baltikyanı ölkələr 2004-cü ildə Rusiya ilə Avropa Birliyinin yaxınlaşmasına qarşı çıxdılar. Bu da sonradan bu ssenarinin tam ortadan qalxmasına səbəb oldu.
Muxalifət.az xəbər verir ki, bunu “Sputnik Fransa”ya müsahibəsində Fransanın Rusiyadakı keçmiş səfiri Klod Blanşmezon söyləyib.Muxalifet2 - 5-03-2018
BRİTANİYA MƏTBUATI: "Tramp da "ömürlük prezidentlik"dən danışdı"
ABŞ prezidenti Si Tzinpinin Çini bir adamın diktaturası erasına qaytarmaq cəhdini tərifləyib, onu "böyük" lider adlandırıb və onun "ömürlük" vəzifədə qalmaq niyyətini təqdir edib.
Donald Trump Çin prezidentinin qeyri-müəyyən müddətə hakimiyyətdə qalmağa yönəlmiş hərəkətlərini alqışlayıb və deyib ki, Amerika da bəlkə bir gün bu yolu seçə bilər.
"The Independent" yazır ki, ABŞ prezidenti Si Tzinpinin Çini bir adamın diktaturası erasına qaytarmaq cəhdini tərifləyib, onu "böyük" lider adlandırıb və onun "ömürlük" vəzifədə qalmaq niyyətini təqdir edib.Muxalifet2 - 5-03-2018
İsrailin müttəfiqinə ABŞ-da BÖYÜK ŞOK
İsrailin regionda ən böyük müttəfiqi olan Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi Məhəmməd bin Zayedin ABŞ-dakı lobbisi istintaq mövzusu olub. Xüsusi səlahiyyətli prokuror Robert Müller, Zayed adına çalışan Livan əsilli iş adamı Corc Naderin Ağ Ev ilə əlaqələrini araşdırmağa başlayıb. Zayed adına lobbiçilik edən digər şəxs isə İsrail lobbisinin fəallarından olan milyarder Elliot Brody-dir. İki iş adamının, xüsusilə Tramp rəhbərliyinin Qətər və İran siyasətinə təsir etməyə çalışdığı bildirilir.
Muxalifet3 - 5-03-2018
ABŞ səfirliyində həyəcan: Ankarada böyük əməliyyat - 20 İŞİD-çi
ABŞ-ın Türkiyədəki səfirliyinin təhlükəsizlik səbəbindən bir günlük bağlı elan edilməsi qərarından sonra Ankara polisi anti-terror əməliyyatına başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ankara Respublika Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı İŞİD terror təşkilatının 20 üzvü saxlanılıb. Onlardan 12-si barədə həbs qəti-imkan tədbiri seçilib.Muxalifet2 - 5-03-2018
Sumqayıtda DƏHŞƏT –Bir mənzildən 6 meyit çıxarıldı + SİYAHI YENİLƏNİB
Sumqayıtda bir evdə 6 meyit tapılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər. Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.Muxalifet2 - 5-03-2018
ABŞ MƏTBUATI: Ermənistan Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədib
ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” qəzetinin martın 2-də işıq üzü görən nömrəsində bu mətbu orqanın baş redaktoru Alexandro Masielin (Alejandro Maciel) müəllifliyilə Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı və bir neçə gün öncə Kaliforniya ştatının Senatında Azərbaycan və Türkiyə əleyhinə keçirilən dinləmə haqqında məqalə dərc edilib.
Bu barədə "Report"a Azərbaycanın Los-Anclesdəki Baş Konsulluğundan məlumat verilib.Muxalifet2 - 5-03-2018
PUTİN AĞ YALAN DANIŞIR:Yeni nüvə silahları onun uydurmasıdır - TƏHLİL
Vladimir Putin daim yalan danışan liderlərdən biridir. Onun yalanları amerikalı vəzifədaşında olduğu kimi, parlaq olmaya bilər, ancaq hiyləgərlikdə Trampın sözlərindən fərqlənmir.
Federal Məclisə müraciətdə Putin demoqrafiya, sosial təminat şəbəkəsi və Rusiyanın hərbi qüdrətindən ağız dolusu danışdı. Xüsusilə, təpədən-dırnağadək silahlandığı indiki halda artıq dünyanın Rusiyanı dinləmək məcburiyyətində olduğu barədə sözləri sürəkli alqışlarla qarşılandı.
Rusiyanın bütün siyasi mərasimlərində olduğu kimi, bu çıxış adı ilə üst-üstə düşmürdü və ya düşənə oxşayırdı.Muxalifet2 - 5-03-2018