Axtarış
The search found 105785 results in 0.14 seconds.
Search results
Azərbaycan xarici ölkələrdən müasir DÖYÜŞ TEXNİKASI VƏ SİLAHLAR ALIB
Ötən il Azərbaycan ordusunun qoşun döyüş sursatları üzrə ehtiyatlarının yaradılması məqsədilə yerli sənaye müəssisələrindən və xarici ölkələrdən müxtəlif təyinatlı müasir döyüş texnikası, eləcə də digər hərbi məhsullar alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib, hərbi texnika və avadanlıqların təmiri və təkmilləşdirilməsi həyata keçirilib.
Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.Muxalifet2 - 5-03-2018
Tahir Əkbər olayı: İKİ İNSAN BİR QƏBİRDƏ... - İlahiyyatçı
Dəfn edilmiş insanın qəbirdən çıxarılması düzgün hesab edilməsə də, inanın öz vəsiyyəti varsa və ailə üzvlərinin ürəyi narahatdırsa, vəfat edənin nəşi qəbirdən çıxarılıb başqa yerdə dəfn edilə bilər.
Bu sözləri Kult.az-a ilahiyyatçı alim Elşad Miri bir neçə gün öncə vəfat etmiş məşhur bəstəkar Tahir Əkbrin dəfnindən bir gün sonra məzardan çıxarılaraq, atası ilə bərabər, eyni qəbirdə dəfn edilməsinə münasibət bildirərkən deyib.
E.Miri bildirib ki, ölən şəxsin nəşi qəbirdən çıxarılan zaman hər hansısa dini mərasimə ehtiyac yoxdur:Muxalifet2 - 5-03-2018
"BEŞİKTAŞ"da CİDDİ İTKİ
Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.
Qol.az-ın "Milliyət"ə istinadən yaydığı xəbərə görə, Türkiyə kubokunun yarımfinal mərhələsinin “Fənərbaxça” ilə ilk oyununda zədələnən Pepenin ayaq barmağının qırıldığı məlum olub.
Portuqaliyalı müdafiəçi 1 ay komandasına kömək edə bilməyəcək.
Beləliklə, Pepe Superliqanın "Trabzonspor", “Gənclərbirliyi” və “Başakşəhər”, həmçinin Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə cavab oyununu buraxacaq.Muxalifet2 - 5-03-2018
MÜQƏDDƏS ŞƏHƏRDƏ TANRI VƏ QEYSƏR SAVAŞI – Ərəb dünyasının xristian liderləri niyə belə acizdir?
Səmimi olmalıyamsa, Qüdsdəki Müqəddəs Məbədi heç vaxt sevməmişəm.
Əslən İordaniyadan və dinin təəssübkeşi olan bir erməni kimi, bu kilsənin (ərəbcə adı “Kənisət əl-Qiyamə” və ya Diriliş Kilsəsi) İsa Məsihin çarmıxa çəkilmə, göyə ucalma və diriliş yeri olduğuna dair əksər xristianların əqidəsini bölüşürəm. Ancaq hər dəfə kilsəyə girdikdə, həqiqi mənada, boz, haray-həşirli və ürəkaçmayan bir yerə ayaq basmışam, çünki bu məkan xristian məzhəbləri arasında tez-tez baş verən fikir ayrılığı və dalaşma yeridir.Muxalifet2 - 5-03-2018
Tramp istəyinə nail oldu: AVROPA İRANA DÜŞMƏN OLUR
Avropa və ABŞ nüvə razılaşmasının şərlərini pozub və buna görə də Tehrana öz şərtlərini diktə etmək haqqına sahib deyillər.
Axar.az xəbər verir ki, bunu “Etemad” qəzetinə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyləyib.
“Hazırda iki tərəf nüvə razılaşmasının şərtlərini pozub. Bunlar ABŞ və Avropadır. Amerikalılar bunu Vaşinqtonun siyasətinə görə, avropalılar isə ABŞ-ın siyasətinə görə pozublar. Avropa verdiyi sözlərə əməl etməyib”, – deyə o bildirib.Muxalifet2 - 5-03-2018
Metsamor AES "bombalandı" – Ermənistanda HƏYƏCAN
Ermənistan sakini ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) “qaynar xətt”inə Metsamor Atom Elektrik Stansiyasının (AES) minalanması barədə yalan məlumat verib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda respublika polisinin informasiya və KİV-lə əlaqələr üzrə şöbəsinin rəisi Edqar Canoyan bildirib.
Canoyan bildirib ki, yalan məlumat vermiş vətəndaş bu addımı borca görə elektrik enerjisini kəsməklə hədələnməsinə cavab olaraq atıb. Fakt üzrə araşdırma aparılır.Muxalifet2 - 5-03-2018
Avropa Birliyindən Yanukoviç – QƏRARI
Avropa Birliyi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar qəbul edib.
Bununla bağlı Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.
Qərar Yanukoviçə və onun yaxın ətrafına daxil olan 12 şəxsə aid edilib.
Sanksiyalar siyahısından Ukraynanın sabiq ədliyyə naziri Yelena Lukaş və biznesmen Sergey Klyuyevin adı çıxarılıb.
Qeyd edək ki, Avropa Birliyi 2014-cü ildə Yanukoviç və adamlarına qarşı sanksiyalarla bağlı qərar qəbul etmişdi.Muxalifet2 - 5-03-2018
Mirşahinin yeni TV-sinə lisenziya verildi - MÜDDƏTSİZ
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
MTRŞ-dan Teleqraf.com-a verilən məlumata görə, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.
Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.Muxalifet2 - 5-03-2018
Merkelin kansler postuna yenidən namizədliyi İRƏLİ SÜRÜLDÜ
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Angela Merkelin kansler vəzifəsinə yenidən namizədliyini irəli sürüb.
Hurriyyet.org xəbər verir ki, bu barədə yerli televiziya məlumat yayıb.
Almaniya kansleri Angela Merkelin başçılıq etdiyi Mühafizəkarlar bloku Sosial-Demokratik Partiyası ilə koalisiya hökuməti qurur.Muxalifet2 - 5-03-2018
Azərbaycanda mobil operatorun səhmləri alındı
Payları tam olaraq dövlətə məxsus olan “Azerbaijan International Telecom” (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti arasında Türkiyə Cümhuriyyətində təsis edilmiş “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) şirkətinin 51,3% səhmlərinin alınması barədə bu gün müqavilə imzalanıb.
Muxalifet4 - 5-03-2018
Türk təyyarələri PYD TERRORÇULARINA HAVADAN MESAJ GÖNDƏRİB
Türk döyüş təyyarələrinin Cinderesi səmalarında çəkdiyi aypara Türkiyə sərhədlərindən izlənildi.
Türk Silahlı Qüvvələri (TSQ) Afrindəki terror təşkilatlarına qarşı “Zeytun Budağı” Hərəkatını davam etdirərkən, Cinderesinə hava bombardmanı həyata keçirilən döyüş təyyarələri də bombardmandan sonra havada aypara çəkərək terrorçulara və havadarlarına mesaj göndərib.
CİNDERESİNDƏ AYPARA ÇƏKDİLƏR
Muxalifet3 - 5-03-2018
Türkiyəli ulduz Ronaldonu geridə qoydu
Qış transfer pəncərəsində Türkiyənin “Beşiktaş” klubundan İngiltərənin “Everton”una keçən Cenk Tosun bir çox dünya ulduzunu geridə qoyub.
Muxalifet.az xəbər verir ki, 26 yaşlı futbolçu İngiltərə Premyer Liqasında keçirdiyi 5-ci matçda ilk qolunu vurub. Bununla da Kriştiano Ronaldo, Mario Balotelli, Santa Kruz və Fernando Torres kimi ulduzları geridə qoyub.
Belə ki, Ronaldo və Kruz Premyer Liqada ilk qolunu 9-cu, Fernando Torres 10-cu, Balotelli 13-cü matçında rəqib qapısına yol tapmağı bacarıb.Muxalifet4 - 5-03-2018
Afrində öldürülən Əsəd əsgərlərinin SAYI AÇIQLANDI
Terror təşkilatının Afrin Kantonu üzrə Müdafiə Şurasının sədri Bəhcət Ebdo, Rus mətbuatına verdiyi açıqlamada TSQ-nin Afrinə qarşı keçirdiyi hava hərəkatında 15 gündə PYD/YPG-yə köməyə gedən 48 Əsəd əsgərinin öldürüldüyünü deyib.
Afrində qarşıdurmaların intensiv şəkildə baş verdiyini bildirən Ebdo Rus mətbuatına bu yöndə açıqlama verib:Muxalifet3 - 5-03-2018
İran ordusu: “Əcnəbi qüvvələrin müdaxilə haqqı yoxdur, nüvə proqramımız dayanmadan davam edəcək”
Muxalifet.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin mətbuat katibi Məsud Cəzayiri deyib: “İranın raket proqramı dayanmadan davam edəcək və əcnəbi qüvvələrin bu məsələdə müdaxilə hüququ yoxdur”.
Açıqlamanı İranın “Tasnim” agentliyi yayıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də fransız həmkarı Jan-İv Lö Drianla görüşündən əvvəl Tehranla münasibətlərdə “ayrı-seçkilikdə” ittiham elədiyi Avropa İttifaqını tənqid eləyib və bu qurumun ABŞ-ın təzyiqi altında hərəkət elədiyini bildirib.Muxalifet4 - 5-03-2018
Tiflisin NATO-ya üzvlük bədəli: 20 faiz torpaq
Gürcüstanın ərazi konfliktləri qaldığı müddət ərzində NATO Tiflisi öz tərkibinə qəbul etməyəcək.
Muxalifet.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze söyləyib. Onun sözlərinə görə, Gürcüstan ərazisində NATO-nun keçirdiyi təlimlər yalnız Rusiyanı provokasiyaya çəkmək üçün lazımdır.
O, Gürcüstanın NATO-ya qəbul olması üçün Abxaziya və Cənubi Osetiyadan imtina etməsi gərəkdiyini bildirib.Muxalifet4 - 5-03-2018
Afrində öldürülən TERRORÇU SAYI ARTDI
Hökumət sözçüsü Bozdağ, “Zeytun Budağı” Hərəkatının başlanğıcından bu yana 2795 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ, Nazirlər Kabineti toplantısından sonra verdiyi açıqlamada, “Zeytun Budağı” Hərəkatının başlanğıcından bu yana 2795 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Bəkir Bozdağ, "Zeytun Budağı Hərəkatı ilə bu günə qədər 112-si kənd, 30-u kritik nöqtə olmaqla, cəmi 142 region nəzarət altına alınmışdır" deyib.Muxalifet3 - 5-03-2018
Martın 6-na MANATIN MƏZƏNNƏSİ
Martın 6-na manatın məzənnəsi açıqlanıb.
Muxalifet.az Mərkəzi Banka istinadən xəbər verir ki, 06.03.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7001 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2018-ci il martın 5-də də USD/AZN rəsmi məzənnəsi 1,7001 manat təşkil edib.Muxalifet4 - 5-03-2018
"Qoca" ilə birlikdə qaçanların apellyasiya şikayəti təmin edilmədi
Şirvan Apellyasiya Məhkəməsində "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovla birlikdə həbsdən qaçan Əli Ağami və digərlərinin apellyasiya şikayətinə baxılıb.
Muxalifet4 - 5-03-2018
Nazarbayev söz verdi: Vergilər azaldılır
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2019-cu il yanvarın 1-dən etibarən vergiləri aşağı salacağına söz verib.
Muxalifət.az xəbər verir ki, bunu Nazarbayev parlamentin iclasında söyləyib. Onun sözlərinə görə, aşağı əmək haqqı alan 2 milyon vətəndaş üçün isə vergi 10 dəfə azalacaq:
“Vergilərin azaldılması qazaxıstanlıların əmək haqqının artırılmasına yönəldilib. Nəticədə ölkədəki işçilərin üçdə birinin əmək haqqı şirkətlərə əlavə yük olmadan qalxacaq”.Muxalifet4 - 5-03-2018
Netanyahu bunu gözləmirdi: KÖMƏKÇİSİ ƏLEYHİNƏ İFADƏ VERƏCƏK
İsrailin baş nazirinin keçmiş sözçüsü və həmdəmi Hefetz, korrupsiya araşdırmasında Netanyahu əleyhinə ifadə verməyi qəbul edib.
Korrupsiya araşdırmalarından yaxasını xilas edə bilməyən İsrailin baş naziri Binyamin Netanyahuya son zərbə, sabiq müşavirindən gəlib.
İsrail mətbuatı, Netanyahunun həmdəmi Nir Hefetzin baş nazir əleyhinə ifadə verəcəyini son dəqiqə xəbəri olaraq verib.
Netanyahu və həyat yoldaşının həftə sonunda beş saat polis sorğusuna çəkildiyi “Bezeq” telekommunikasiya araşdırmasında, Hefetz aparıcı rolda çıxış edir.Muxalifet3 - 5-03-2018