Axtarış
The search found 105785 results in 0.06 seconds.
Search results
MÜDAFİƏYƏ 175 MİLYARD DOLLAR… - Çin rekord hərbi büdcə ilə kimə meydan oxuyur?
Çinin 2018-ci il üçün hərbi büdcəsi 175 milyard dollardır. Bu məbləğ ötən illə müqayisədə 8 faiz daha çoxdur. Yeni büdcə Ümumçin Xalq Nümayəndələri Qurultayının Pekində keçirilən illik sessiyasında təsdiqlənib. Qurultaydan həmçinin Çin Xalq Respublikasının sədrinin səlahiyyət müddətinin artırılması gözlənilir ki, bu da hazırkı ölkə rəhbəri Si Tszinpinə ən azı 2023-cü ilə qədər hakimiyyətdə qalmaq imkanı yaradır. Bu plan Çində uzun müddətdən bəri müzakirə olunsa da, hamı tərəfindən dəstəklənmir.
Muxalifet2 - 6-03-2018
İranın Suriyadakı “DƏRDİ” ANLAŞILDI
Suriyada Əsəd rejiminə illərdir yardımını kəsməyən İran, borclarını Suriyadan neft və qaz olaraq geri qaytarmağı planlaşdırır.
Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsi, qanlı bir şəkildə davam edir.
Terror təşkilatlarının mərkəzi halına gələn ölkədə milyonlarla insan Əsəd rejimi və terrorçular tərəfindən qətlə yetirilib. Bu prosesdə xalqının üzərinə bomba yağdıran Əsəd rejiminə ən çox dəstək İrandan gəlib.
7 İLDƏ 36 MİLYARD DOLLAR
Muxalifet3 - 6-03-2018
ABŞ Əsədin bazalarını darmadağın edə bilər - GİZLİ İCLAS
ABŞ Prezident Administrasiyası Suriya hakimiyyətinə qarşı yeni hərbi aksiyaları nəzərdən keçirir.
Muxalifət.az xəbər verir ki, “Vaşinqton Post” qəzeti Trampın öz müşavirlərindən Əsədin kimyəvi hücuma görə necə cəzalandırılması gərəkdiyi barədə variantlar təqdim etmələrini istədiyini yazıb. Prezidentin təşkil etdiyi xüsusi iclasda Administrasiya rəhbəri Con Kelli, Milli təhlükəsizlik üzrə müşavir Herbert Makmaster və Müdafiə naziri Ceyms Mettis iştirak edib. İclas zamanı Mettis hərbi hücuma qarşı çıxıb, Makmaster isə bunu tam dəstəkləyib.Muxalifet2 - 6-03-2018
TSQ-dən son Afrin açıqlaması: ÖLDÜRÜLƏN TERRORÇU SAYI ARTDI
Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) birlikdə yürtdüyü “Zeytun Budağı” Hərəkatı çərçivəsində bu günə qədər 2872 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
Müxalifət.azMuxalifet3 - 6-03-2018
Türk ordusu İNANILMAZI BACARDI: Afrində terrorçuların şok adyal hiyləsi
Türkiyə Silahlı Qüvvələrinin 8 əsgərinin son gülləsinə qədər vuruşub şəhid olduğu Kəltəpə ərazisində PKK/YPG terrorçularının xain planı üzə çıxıb.
Muxalifət.az xəbər verir ki, mövqeləeini bombardmandan qoruya bilməyən terrorçular əks hücuma keçmək və radarlardan gizlənməl üçün iki qatlı, yaş adyalların altında gizləniblər. Lakin onlar türk pilotsuz təyyarələrinin radarlarından yayına bilməyiblər.
Nəticədə ikinci dəfə hücuma keçmək istəyən 40-a yaxın terrorçu məhv edilib.Muxalifet2 - 6-03-2018
İcra başçısının adı keçən 12 milyonluq fırıldaq – ABDİN FƏRZƏLİYEV 3-cü, MƏRDAN CAMALOV 1-ci OLDU
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet - 6-03-2018
Bu nazirliklərin birləşdirilməsi və ləğvi müzakirə edilir - RƏSMİ
Büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması və oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi istiqamətində mütamadi olaraq işlər aparılır.
Modern.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.Muxalifet2 - 6-03-2018
İNANILMAZ QAYIDIŞ: Ağcabədidə zorla qaçırılan qız tapıldı
Ağcabədidə maşının şüşələri sındırılaraq qaçırılan Sevinc Musayeva tapılıb.
Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəlibəyova deyib.Muxalifet2 - 6-03-2018
Amerikalı konqresmendən YPG ilə bağlı ÇARPICI SÖZLƏR
Əfqanıstanda yardım etdiklərimiz sonradan Usame Bin Ladenə çevrildi, indi eyni səhvi YPG-ni dəstəkləyərək edirik.
Muxalifet3 - 6-03-2018
Kremlin daha bir düşməni Britaniyada zəhərləndi - QRU POLKOVNİKİ SKRİPALIN AQİBƏTİ
Ötən gün Böyük Britaniyada Qərbə casusluq etmiş daha bir rusiyalı zəhərlənib.
Muxalifet2 - 6-03-2018
İngiltərədən Rusiyaya çağırış: MƏCBURSUNUZ
BMT Təhlükəsizlik Şurasının 2401 saylı qərarını təsdiq edən Rusiya atəşkəsi təmin etməyə məcburdur.
Muxalifət.az xəbər verir ki, bu sözləri Britaniya Xarici İşlər naziri Boris Conson deyib.
“Şərqi Qutada mülki əhaliyə qarşı davam edən hücumlara və Rusiya təyyarələrinin Əsəd rejiminə dəstək verməsi haqda yayılan xəbərlərə görə dərin narahatlıq keçirirəm”, - Conson bildirib.
Qeyd edək ki, Rusiya atəşkəs qərarını təsdiq etdikdən sonra Qutaya 200 hava hücumu təşkil edib. Nəticəsində 100-dən çox insan həlak olub.Muxalifet2 - 6-03-2018
“PKK-dan 40 ilin hesabını SORUŞURUQ” – ASO KOMANDİRİ
“Zeytun Budağı” Hərəkatında TSQ ilə çiyin-çiyinə mübarizə aparan ASO komandirlərindən olan Şadı Baragazi bütün mühafizə sistemlərinə rəğmən Afrində PKK-nın xarabazar yaşadığını və terror təşkilatından 40 ilin hesabatının sorulduğunu deyib.
Muxalifet3 - 6-03-2018
Tıxac problemi niyə bitmir? - DYP açıqladı
Son zamanlar Bakı şəhər ərazisində yollarda süni tıxacın yaranmasının səbəbi şəhərin müəyyən ərazilərində asfalt örtüyünün çəkilməsi və digər işlərlə bağlıdır.
Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, bu tıxacın yaranmasına səbəb olan amillərdən biri Babək prospektində aparılan yenidənqurma işləridir:Muxalifet2 - 6-03-2018
Tovuzda yerlisini baltaladı, DƏLİXANAYA GÖNDƏRİLDİ
Tovuz rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Elxan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elman Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Hökmə əsasən, Elxan Qasımovun cinayəti törədən zaman anlaqsız olması müəyyən edilib. Məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsi barədə qərar qəbul edib. O, müalicə alması üçün Ruhi Əsəb Dispanserinə göndərilib.Muxalifet2 - 6-03-2018
“ABŞ terror təşkilatına dəstək verdiyini AÇIQLAYACAQ” - BAŞBUĞ
Təhlükəsizlik və Terror üzrə mütəxəssisi Başbuğ, ABŞ-ın terror təşkilatı PKK/YPG/SDG-yə dəstək vermək məcburiyyətində qaldığını açıqlayacağını yazıb.
Təhlükəsizlik və Terror üzrə mütəxəssisi Coşqun Başbuğ, sosial media hesabından ABŞ-ın çirkli planıyla bağlı bir açıqlama verib.
Başbuğ, ABŞ-ın İŞİD-lə apardığı mübarizəni buraxacağını və terror təşkilatı PKK/YPG/SDG-yə dəstək vermək məcburiyyətində qaldığını etiraf edəcəyini bildirib.Muxalifet3 - 6-03-2018
Mirşahinin komandasında kimlər var? - ADLAR AÇIQLANDI
Mirşahin Ağayev ötən gün lisenziya alan Real TV üçün komandanı formaalaşdırıb. TV-yə əsasən keçmiş ANS telekanalının əməkdaşlarını topladığı bildirilir.
“Real” TV-dən Modern.az-a verilən məlumata görə, Mirşahin Ağayevin yeni komandasında fəaliyyəti dayandırılmış ANS telekanalının aşağıdakı əməkdaşları çalışacaq:
Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailəoğlu...Muxalifet2 - 6-03-2018
KİM ÇEN: Koreyanın birləşdirilməsinə başlayırıq
Biz vətənin birləşdirilməsi üçün yeni tarix başlatmaq niyyətindəyik.
Bunu Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreyanın nümayəndə heyəti ilə görüşdə söyləyib. Onun sözlərinə görə, Şimali Koreya ilə Cənubi Koreya arasında əlaqələr gücləndirilməlidir.
Qeyd edək ki, Cənubi Koreya nümayəndə heyəti dünəndən Şimali Koreyada səfərdədir./axar/Muxalifet2 - 6-03-2018
PUTİN XAMNEİYƏ XİTABƏN: “MƏN SİZƏ XƏYANƏT ETMƏYƏCƏYƏM” –Əsrlərlə bir-birinə etibar etməyən Moskva və Tehranın ittifaqı - TƏHLİL
Ötən ay ABŞ-ın sabiq dövlət katibi Con Kerri Münxen Təhlükəsizlik Konfransında İranın xarici işlər naziri Cavad Zəriflə qapalı şəraitdə görüşüb. İki il əvvəl bu diplomatik cütlük İranın nüvə proqramı ilə əlaqədar daha tez-tez və açıq təmasda olmuşdu. Münxendəki görüş həm Vaşinqton, həm də Tehranda təpki yarada bilərdi. Çünki Kerri sakitcə, Tramp administrasiyasının nə edirsə-etsin, iranlıları müqavilədən çıxmamağa və ya saziş şərtlərini pozmamağa çağırıb.
Muxalifet2 - 6-03-2018
“Milli Məclis Bakı meriyasından izahat tələb etməlidir” - QÜDRƏT HƏSƏNQULİYEV
“Seçki Məcəlləsinə əsasən seçki təbliğatı seçkilərə 20 gün qalmış başlaya bilər. Ancaq Milli Şura adlanan qurum martın 10-da mitinq keçirmək istəyir”.
Publika.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev səsləndirib:Muxalifet2 - 6-03-2018
Əli Həsənovu hansı məmur şantaj etdirir? – “QAÇQINKOM” SƏDRİNİN AÇIQLAMASI QALMAQAL YARATDI
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet - 6-03-2018