Axtarış

The search found 105785 results in 0.043 seconds.

Search results

  1. ​Apteklərə narkotik satan şəxslərə HÖKM OXUNDU- biri həbs edildi

    Gürcüstandan psixotrop maddələr gətirən şəxslərə hökm oxunub.
    Bakı Ağır Cinayətlər Məhkəməsində Şahin Qurbanov və Cavidan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
    Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Şahin Qurbanov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib. Cavid Hüseynov isə 1000 manat cərimə edilib.

    Muxalifet2 - 6-03-2018

  2. ​Zirzəmidə ölən ailə haqqında DƏHŞƏTLİ FAKTLAR - "Qonşular onları binadan qovub"

    Ötən gün Sumqayıt şəhərində binaların birinin zirzəmisində dəm qazından boğularaq ölən ailənin əvvəllər Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” massivində, bina 30-da yaşadığına dair məlumat vermişdik. Orada ailəni tanıyan qonşulardan bir neçəsinin Publika.az-a verdiyi məlumata görə, ailəni yaşadıqları ərazidəki evlərindən qonşular qovub:

    Muxalifet2 - 6-03-2018

  3. ​İcra başçısının bu hərəkəti cəmiyyətdə böyük ikrah doğurdu –FOTO

    Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Qazax rayonunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun başı üzərində çətir tutdurması tənqid obyektinə çevrilib.
    Unikal.org-un məlumatına görə, R.Babaşov Xocalı abidəsini ziyarət edərkən yağışdan qorunmaq üçün mühafizəçisinin çətir tutduğu foto əks olunub.
    Əslində havanın necə olmasından aslı olmayaraq, hüzn mərasimlərində, anım tədbirində rəsmi şəxslər şlyapa və çətirdən istifadə etməməlidirlər.

    Muxalifet2 - 6-03-2018

  4. ​Səudiyyə tarixində ilk: ŞAHZADƏ KİLSƏYƏ GETDİ

    Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Qahirədəki Kıpti kilsəsini ziyarət edib.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, şahzadə səfəri zamanı İsgəndəriyyə patriarxı II Tavadrosla da görüşüb. Kilsə bu görüşün Səudiyyə Ərəbistanının qurulduğu vaxtdan (1932) bu günə qədər tarixdə ilk dəfə baş tutduğunu açıqlayıb.
    Tavadros görüş barədə danışarkən Səudiyyə Ərəbistanında son illər baş vermiş dəyişiklikləri məmnuniyyətlə izlədiklərini deyib.
    Salman son illərdə kilsələrdə baş vermiş teraktlar nəticəsində həlak olanlara görə ona başsağlığı verib.

    Muxalifet2 - 6-03-2018

  5. ​İş adamı və şəhid xanımı məhkəməyə gəlmədi – ŞƏHİD QIZININ ÖLÜM İŞİ

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Rəhim Rəhimovun qanuni nümayəndəsi, atası Akif Rəhimov, mərhum Könül Əkbərovanın hüquqi varisi, anası Bəsti Qədimova məhkəmədə iştirak etməyib.
    Buna görə məhkəmə prosesi baş tutmayıb.
    Proses martın 13-də davam edəcək.

    Muxalifet2 - 6-03-2018

  6. ​SİLAH BARONU: ABŞ-da vətəndaş savaşı gedir

    ABŞ-da Prezident Administrasiyası heç bir şey həll etmir. Muxalifət.az xəbər verir ki, bunu RT kanalına müsahibəsində ABŞ-da həbsdə olan məşhur rusiyalı silah qaçaqmalçısı Viktor But söyləyib. “Hər şey hərbi-sənaye, maliyyə kompleksi və lobbilərin maraqlarına yönəlib. Rusiya ilə ABŞ arasındakı siyasəti də onlar nizamlayırlar. Anlamaq lazımdır ki, Trampa bizlə münasibətləri yaxşılaşdırmağa izn verməyəcəklər. Amerikada bu dövr ərzində ictimaiyyətdə çox ciddi proseslər olub. İctimaiyyət oyanıb və artıq hər şeyi anlayır. Ona görə də cəmiyyət parçalanıb. Amerika vətəndaş müharibəsinə gedir.

    Muxalifet2 - 6-03-2018

  7. TRAMP TİCARƏT MÜHARİBƏSİNƏ BAŞLAYIR:Çin, Kanada və Avropa Birliyi cavab tədbirlərinə əl atacaq – TƏHLİL

    Amerikanın hər bir prezidentinin öz böyük müharibəsi olmalıdır. Donald Tramp böyük ticarət savaşından başlamaq və buna hazırlaşarkən özünə diplomatik zəhmət çəkdirməmək qərarına gəlib. Avropa Birliyi, Çin və Kanada eyni zamanda Amerikanın maneə tariflərinin zərbəsinə tuş gəlib. Çin və Kanada qisas almağa söz verib, Avropa Birliyinin rəhbərliyi isə sadəcə eyni cavabı verməyəcək, həm də ABŞ-da Trampa ciddi siyasi problemlər yaradacaq.

    Muxalifet2 - 6-03-2018

  8. ​MTN-in iki zabitinə bəraət istənildi – MƏHKƏMƏ

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Muxalifet2 - 6-03-2018

  9. ​Jurnalistlərin binasından "ev satan" baş redaktor ucqar KƏNDDƏ GİZLƏNİRMİŞ

    Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynov hakim qarşısına çıxarılıb.
    Bakı Ağır Cinayətlər Məhkəməsində G.Hüseynovun cinayət işi üzrə məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edib. Məhkəmədə şahidlərin gəlmədiyi məlum olub. Hakim həmin şəxslər barəsində məcburi gətirilmə qərarı çıxarıldığını elan edib.

    Muxalifet2 - 6-03-2018

  10. ​​Məmurlar haqqında ən çox yazan saytlar - HƏFTƏNİN STATİSTİKASI

    Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

    Muxalifet - 6-03-2018

  11. Poroşenkonun korteji adam vurdu - VİDEO

    Ukrayna Prezidenti Petro Poroşenkonun avtomobil korteji yolu keçmək istəyən yaşlı kişini vurub.
    Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Kiyevdə baş verib.
    Şahidlərin sözlərinə görə, avtomobilin siqnal verməsinə baxmayaraq, kişi yola tərəf qaçıb.
    Xəstəxanaya çatdırılan şəxsin səhhətinin yaxşı olduğu bildirilir.

    Muxalifet2 - 6-03-2018

  12. ​Ramiz Mirzəyevin bacısını və yeznəsini öldürənlər SAXLANILDI

    Tovuz rayonunda törədilən qətl hadisəsinin üstü açılıb.
    Bu haqda musavat.com-a etibarlı mənbələrdən məlumat daxil olub.

    Muxalifet2 - 6-03-2018

  13. ​Səddam Qərbin dəstəyi ilə İranı BOMBALADI – Zərif

    ABŞ və Avropa Birliyi İranın raket proqramı yaratmaq haqqını sual altına qoymamalıdır.
    Bu sözləri öz Tvitter səhifəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif paylaşıb. Onun sözlərinə görə, ABŞ və AB regiona silah tədarükünü dayandırmalıdır:
    “Regiona yüz milyardlarla dollar silah göndərib, İran raket proqramına qarşı çıxmağı dayandırın. İranın raket proqramı BMT Təhlükəsizlik Şurası tərəfindən məhdudlaşdırılmayıb. Bu proqram Səddam Hüseynin Qərbin dəstəyi ilə bizim ölkəni bombardman etməsi kimi hadisələrin təkrarlanmasının qarşısını almaq üçündür”./axar/

    Muxalifet2 - 6-03-2018

  14. ​SOCAR-ın qadın əməkdaşları üçün ÜÇQAT SEVİNC

    SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə SOCAR strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılıb.
    Muxalifət.az xəbər verir ki, bu barədə “Azneft” İB məlumat yayıb.
    “Bu bayram 51 minə yaxın SOCAR əməkdaşı üçün ikiqat, 8500-ə yaxın qadın əməkdaşımız üçün isə üçqat sevinc gətirəcək. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın işçilərimizə 100 manat məbləğində mükafat təyin olunub”, - deyə məlumatda qeyd olunur.

    Muxalifet2 - 6-03-2018

  15. ​Düşmən qardaşlar razılaşdı - Koreya yarımadasında TARİXİ HADİSƏ

    Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya aprelin sonunda iki ölkənin liderlərinin sammitinin keçirilməsi mövzusunda razılaşıb.
    Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Cənubi Koreya prezidentinin administrasiyasının xəbərində deyilir.
    Həmçinin vurğulanır ki, Cənubi və Şimali Koreya hərbi gərginliyin azaldılması məqsədi ilə sıx konsultasiyaların keçirilməsi üçün “qaynar xətt”in yaradılması mövzusunda razılaşıblar. Xəbərə görə, razılaşma Cənubi Koreya nümayəndə heyətinin KXDR-ə ikigünlük səfəri zamanı əldə edilib.

    Muxalifet2 - 6-03-2018

  16. Amerikalı ekspertin etirafı: “Türkiyə daha ABŞ-ın müttəfiqi deyil və Suriyada həmişə planlarımızı pozub” - TƏHLİL

    Vaşinqton rəsmiləri Türkiyəni elə hey özlərinin həyatönəmli müttəfiqi adlandırırlar, amma prezident Rəcəb Tayib Ərdoğan və hökuməti Suriyanın şimalında kürd birləşmələrilə əməkdaşlıq edən ABŞ-ın ünvanına müntəzəm təhdidlərlə çıxış edirlər. Ərdoğanın özü şəxsən bildirib ki, Türkiyə Amerika qoşunlarına “Osmanlı şapalağı” darta bilər, təəssüf ki, bununla Türkiyənin getdikcə daha çox antiamerika köklənən ictimaiyyəti içində öz populyarlığını möhkəmləndirib. Bununla yanaşı, amma heç kim iki ölkə arasında açıq silahlı qarşıdurmaya ciddi inanmır.

    Muxalifet2 - 6-03-2018

  17. ​Prezident seçkiləri ilə bağlı 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq –MSK

    Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq.
    Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları haqqında məlumat verilərkən bildirilib.
    Qeyd olunub ki, bülletenlər səsvermə gününə 35 gün qalmış çap edilməlidir.
    İclasda həmçinin Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının seçkilərdə məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib/Trend.

    Muxalifet2 - 6-03-2018

  18. ​“Türkiyə “Şeytan üçbucağı”na...” – Şahzadədən QALMAQALLI BƏYANAT

    İlk xarici səfərini Misirə edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salman bin Məhəmməd qalmaqallı bəyanat verib. Muxalifət.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, şahzadə Türkiyə, Qətər və İranı “şeytan üçbucağı” adlandırıb. O, sözügedən ölkələrin ərəblərin təhlükəsizliyinə təhdid ola biləcək siyasət yürütdüyünü deyib. Şahzadə İranı isə bölgədə məzhəbçilik siyasəti aparmaqda ittiham edib. “Ərdoğanın idarə etdiyi osmanlılar “Müsəlman Qardaşları”ndan da istifadə edərək xəlifəliyi yenidən gətirmək istəyir. İran isə ideoloji inqilabını yaymaq istəyir”, - o bildirib.

    Muxalifet2 - 6-03-2018

  19. BMT Əsəd rejimi və Rusiyanı “müharibə cinayəti”ndə İTTİHAM EDİR

    Birləşmiş Millətlər Təşkilatı (BMT), Əsəd rejimi və Rusiyanın, iyul və noyabr aylarında Şərq Gutada kimyəvi silah istifadə etdiyini bildirib.
     
    Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriya Araşdırma Komissiyasının bu gün etdiyi açıqlamada, 15 yanvardan əvvəlki 6 ayla bağlı bir hesabat hazırlandığı qeyd olunub.
    BMT, Əsəd rejiminin, ötən ilin iyul və noyabr aylarında Şərqi Gutada kimyəvi silah istifadə etdiyini açıqlayıb.

    Muxalifet3 - 6-03-2018

  20. ​8 Mart "ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür

    8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri - iş günü olacaq.
     
    Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

    Muxalifet4 - 6-03-2018

Pages