Axtarış
The search found 105785 results in 0.044 seconds.
Search results
Rusiyada hərbi robotlar sınaqdan keçirildi
Rusiyada “Kalaşnikov” konserni yeni “Soratnik” və “Naxlebnik” döyüş robotlarını sınaqdan keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Mütəxəsislər bundan başqa “Vityaz” pulemyot-tapançasını, “Qruppa 99” aid hərbi paltar və ləvazimatları, “Rosomaxa” baqqisini, xüsusi təyinatlı dəstələrə aid motosikletləri, “PPDU” döyüş modulunu demonstrativ təlim tapşırıqlarında sınaqdan keçirib.
Sınaqların videoçarxı hərbi konsernin “YouTube” kanalına yerləşdirilib.Muxalifet3 - 6-03-2018
Orduya çağırış başladı
Prezident İlham Əliyev martın 6-da Azərbaycan vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Muxalifet3 - 6-03-2018
Trampdan mesaj: Dünya bizi gözləyir...
Şimali Koreya ilə danışıqlarda mühüm irəliləyişlər əldə edilib.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
“Uzun illərdir ki, hər iki tərəf ciddi cəhdlər edir. Dünya izləyir və gözləyir! Bəlkə də saxta ümiddir, amma hər iki halda ABŞ prosesi diqqətlə izləyir və hər iki tərəfdə ciddi işlər görür”, - Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İnilə Cənubi Koreya Prezidenti Mun Ji arasında telefon danışığı baş tutmuşdu.Muxalifet3 - 6-03-2018
Xərçəngi bu robot müalicə edəcək - İnanılmaz kəşf
Çin Nanoelmlər və Texnologiyalar Mərkəzinin alimləri təhlükəli şişlərə qarşı uğurla mübarizə aparan ilk avtonom DNK nanorobotlar yaratmağa və onları sınaqdan keçirməyə müvəffəq olublar. Hər bir nanorobot o qədər kiçikdir ki, onu adi gözlə görmək mümkün deyil. Nanorobot ölçüsünə görə iynənin ucundan 5 min dəfə kiçikdir.
Muxalifet3 - 6-03-2018
Matinli kəndi işğaldan azad olundu - HÜCUM YEKUNLAŞDIRILMAYIB
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) birgə əməliyyatları nəticəsində Afrində daha 2 kənd terrorçulardan təmizlənib.
Muxalifet.az xəbər verir ki, Tall Hamu və Matinli müttəfiq orduların nəzarətinə keçib.
Bundan əlavə, bildirilib ki, Cinderes bölgəsi mühasirəyə alınıb və buradakı terrorçuların mövqelərinə aviazərbələr endirilib.
Muxalifet3 - 6-03-2018
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə başsağlığı verdi
Martın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Muxalifet.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və həyatlarını itirənlərin ailə üzvlərinə başsağlığı verib, mərhumların doğmalarına səbir diləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.Muxalifet3 - 6-03-2018
Türkiyə ordusu avropalı terrorçunu məhv etdi
Suriyanın Afrin şəhərində YPG sıralarında Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşən islandiyalı terrorçu Haukur Hilmarson əməliyyatlar zamanı öldürülüb.
Muxalifet.az xəbər verir ki, 32 yaşlı terrorçunun cəsədinin ölkəsinə göndəriləcəyi bildirilib.
Qeyd edək ki, Qərbi Avropa ölkələrindən, Skandinav yarımadasından gələn və YPG sıralarında döyüşən yüzlərlə terrorçu var.
Muxalifet3 - 6-03-2018
Rusiya təyyarəsi nədən qəzaya uğrayıb? - İlkin səbəb
Bu gün Hmeymim aviabazasında hava şərtləri olduqca normal olub. Ona görə də, An-26 təyyarəsinin əlverişsiz hava şəraiti səbəbindən qəzaya düşməsi ehtimalı yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri RİA-ya Hava Proqnozları Bürosundan məlumat verilib.
“Bu gün orada hər hansı siklonlar qeydə alınmayıb. Əlverişli hava şəraiti hökm sürüb. Bu qəzaya əsas səbəb kimi insan faktoru, yəni hər hansı texniki nasazlıq göstərilə bilər”, - deyə bildirilib.Muxalifet3 - 6-03-2018
ABŞ-dan Əsədlə bağlı açıqlama: Onun kimyəvi silahları...
Suriya rejiminin dinc sakinlərə qarşı kimyəvi silah istifadə etməsi məsələsini araşdırırıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Kots deyib.
O bildirib ki, Əsəd rejimi demək olar ki, hər gün ölkəsində xlor qazı və sarindən istifadə edir:Muxalifet3 - 6-03-2018
Ruslar casusu zəhərlədi, İngiltərə "DÇ-2018"dən imtina edir
İngiltərə millisi dünya çempionatına qatılmaqdan imtina edə bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Boris Yohnson açıqlama verib.
Parlamentdə çıxış edən nazir bildirib ki, İngiltərədə bildirib ki, Rusiya vətəndaşı olan və ingilis kəşfiyyat xidməti MI6-ya çalışan Sergey Skripalın zəhərlənməsinin arxasında Rusiyanın olduğu sübut olunsa, ölkəsi futbol üzrə dünya çempionatından imtina edə bilər.
Yohnson qeyd edib ki, olayda bir dövlətin barmağının olması isbat edilsə, İngltərənin buna cavabı ağır olacaq.Muxalifet3 - 6-03-2018
Təyyarə qəzasında ölənlərin hamısı... - Nazirlik
AN-26 təyyarəsinin Hmeymim aviabazasına enişi zamanı qəzaya uğraması nəticəsində ölən 39 nəfərdən hamısı hərbçilərdir.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İlkin ehtimala görə, qəzaya səbəb texniki nasazlıqdır. Təyyarədə hər hansı nöqtədən atəş açılmayıb. Ölən əsgərlərin ailələrinə hər cür yardım ediləcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, bir neçə saat əvvəl Rusiyaya məxsus An-26 təyyarəsinin Hmeymimə enişi zamanı qəzaya uğrayıb.
İlkin məlumatda 32 nəfərin öldüyü bildirilmişdi.
Muxalifet3 - 6-03-2018
Türkmənistanda yoxsulların qiyamı
Bu həftə Türkmənistanın cənubunda yerləşən Marı vilayətinin rayonlarından birində un qıtlığı ilə bağlı gərginlik yaşanıb.Qadınlar küçələrə çıxaraq, avtomobil yollarını bağlayıb, etirazçılar kəndin ərzaq mağazasına basqın edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Azadlıq radiosunun” Türkmənistan xidməti məlumat yayıb.
Məlumata görə, aksiyada yalnız qadınlar iştirak edib. Onlar ilk növbədə un paylarının ədalətli və bərabər şəkildə bölgüsünün təmin olunmasını tələb edib.Muxalifet3 - 6-03-2018
Myanmada müsəlmanların qırğını davam edir
Myanma hökuməti Arakan bölgəsində Rohinca müsəlmanlarına qarşı etnik təmizləmə siyasətini dayandırmayıb.
Muxalifet.az BBC-ə istinadən xəbər verir ki, bu bəyanatı BMT-nin İnsan Haqqları üzrə rəsmi nümayəndəsi Endrü Qilmor səsləndirib.
BMT rəsmisinin sözlərinə görə, Rakxayn ştatında hərbiçilər tərəfindən repressiyaların başladığı tarixdən bəri, 6 ay ərzində “Rohinca müsəlmanlarına qarşı terror və məcburi ac saxlama” siyasəti yürüdülüb.
Xatırladaq ki, Arakanda etnik-dini zəminli münaqişənin alovlanmasından sonra 700 minə yaxın Rohinca müsəlmanı qonşu Banqladeşə qaçıb.Muxalifet3 - 6-03-2018
Seçkiləri müşahidə edəcək ATƏT missiyasının rəhbəri məlum oldu
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbərinin adı məlum olub.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, missiyanın rəhbəri niderlandlı Korien Yonke (Corien Jonker) olacaq.
ATƏT DTİHB-nin uzunmüddətli müşahidə missiyasının başlanılması ilə bağlı martın 9-da Bakıda mətbuat konfransı keçiriləcək.
Muxalifet3 - 6-03-2018
Rusiya Türkiyə ilə birlikdə NATO-nu... - Pentaqon
Rusiya Türkiyə ilə yaxınlaşaraq NATO-dakı anlaşılmazlıqları daha da dərinləşdirməyi hədəfləyir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqonun Kəşfiyyat Departamentinin rəhbəri Robert Eşli deyib.
“Rusiyanın Ərdoğan administrasiyası ilə bağlantıları, Türkiyəyə silah satışları, Misirlə Liviyaya artan maraq Kremlin strateji maraqlarının göstəricisidir. Həmçinin Aralıq dənizi və NATO-nun cənub sərhədlərində təsir dairəsini genişləndirmək məqsədi güdülür”, - Eşli bildirib.
Muxalifet3 - 6-03-2018
Bakıda qəza: Bu küçədə böyük tıxac yarandı
Bakıda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə Yasamal rayonu D.Bünyadzadə küçəsində baş verib. Nəticədə qeyd edilən ünvanda və ətraf küçələrdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Şahidlərin sözlərinə görə, qəza VAZ 2107 markalı avtomobilin sürücüsünün təhlükəli manevr edərək digər nəqliyyat vasitəsi ilə toqquşması səbəbindən baş verib.Muxalifet3 - 6-03-2018
Türk ordusuna qarşı qərar: SDQ Afrinə gəlir
YPG-yə bağlı Suriya Demokratik Qüvvələrinin (SDQ) 1700 terrorçusu Afrin şəhərinə göndərilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, sözügedən terrorçular Türkiyə Silahlı Qüvvələrinə (TSQ) və Azad Suriya Ordusuna (ASO) qarşı vuruşacaq.
Qeyd edək ki, hazırda Türkiyə ordusu və ASO Afrində sürətlə irəliləyərək strateji nöqtələri ələ keçirməkdə davam edir.
Muxalifet3 - 6-03-2018
Suriyada Rusiyaya aid PUA vuruldu
Suriyalı yaraqlılar Həma əyalətinin şimalında Rusiya ordusuna aid pilotsuz uçan aparatı (PUA) vurduqlarını bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə terrorçuların fəaliyyətinin monitorinqini aparan “Directorate 4” Telegram kanalı məlumat yayıb. Vurulmuş PUA-nın fotoşəkili kanalda dərc olunub.
Məlumata görə, PUA “Ceyş əl-İzza (“Şərəf ordusu”) terrorçu qruplaşmasının yaraqlılarının əlinə keçib. Hadisə Kafr-Zeyt yaşayış məntəqəsində baş verib.Muxalifet3 - 6-03-2018
Sobçak Krıma səfər üçün Kiyevdən icazə istədi
Rusiyada “Vətəndaş Təşəbbüsü” partiyasından prezidentliyə namizəd Kseniya Sobçak onun Krıma səfərinə icazə verilməsi ilə bağlı Ukrayna səfirliyinə müraciət edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Sobçak “Exo Moskvı”radiostansiyasının efirində açıqlama verib.
“Mən artıq Ukrayna səfirliyinə məktub göndərmişəm, cavab gözləyirəm. Krıma getsəm, yalnız Ukrayna ərazisindən gedəcəyəm. Hesab edirəm düzgün olan yol budur” deyə Sobçak bildirib.Muxalifet3 - 6-03-2018
Bu uşaqlar I sinfə qəbul üçün müraciət etməsin — BŞTİ-dən xəbərdarlıq
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin övladlarının I sinfə qəbul üzrə yenidən sorğu yerləşdirməsinə ehtiyac yoxdur.
Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov bildirib.Muxalifet3 - 6-03-2018