Axtarış
The search found 105785 results in 0.086 seconds.
Search results
AzTV sədri məhkəməyə çağırıldı - QALMAQALLI PROSES
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Şücayət Əkbərovun vəkili vəsatətlə çıxış edib.Muxalifet2 - 7-03-2018
Obamanın "Oh, sən azərbaycanlısan" dediyi oğlan kimdir?
AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya Təlim Mərkəzinin könüllüləri tərəfindən Azərbaycanca Vikipediyada yeni məqalə yaradılıb.
Muxalifet2 - 7-03-2018
Lisin Rusiyanın ƏN VARLISI OLDU
Vladimir Lisin Rusiyanın ən zəngin adamı olub.
Muxalifət.az xəbər verir ki, “Forbes” jurnalının hazırladığı reytinqdə onun sərvətinin 19,1 milyard dollar olduğu bildirilib. Lisin ən yaxın izləyicisi Aleksey Mordaşovu 400 milyon dollar geridə qoya bilib. İlk üçlüyü isə 18 milyard dollarla Leonid Mixelson tamamlayıb.
Rusiya milyarderlərinin ilk onluğunda həmçinin “Lukoyl”un rəhbəri Vahid Ələkbərovun da adı yer alıb.
Qeyd edək ki, indiyə qədər hazırlanan siyahılarda Rusiyanın ən zəngin milyarderi Mordaşov olub.Muxalifet2 - 7-03-2018
Əfqanıstanda 10-dan artıq İŞİD terrorçusu MƏHV EDİLDİ
ABŞ Əfqanıstanda 10-dan artıq İŞİD terrorçusu məhv edib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığından bildiriblər.
Məlumatda deyilir: "ABŞ Əfqanıstanın 3 əyalətinə hava zərbələri endirib. Cauzdan əyalətinə martın 3-ü endirilən hava zərbələri nəticəsində 10 terrorçu məhv edilib. Kunar və Nanqahar əyalətlərinə martın 4-ü endirilən hava zərbələri nəticəsində isə 2 terrorçu məhv edilib".
Məlumatda qeyd edilir ki, fevral ayı ərzində ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbələri nəticəsində 7 terrorçu məhv edilib.Muxalifet2 - 7-03-2018
Tiflisdə Azərbaycan yazarının adına MÜKAFAT TƏSİS EDİLDİ
Tiflisdə Eyvaz Əlləzoğlu adına ədəbiyyat müsabiqəsi təsis olunub.
Gürcüstan Yazıçılar Birliyinin (GYB) Azərbaycan bölməsindən verilən məlumata görə, Eyvaz Əlləzoğlu adına ədəbiyyat mükafatı hər il ən yaxşı hekayəyə veriləcək.Muxalifet2 - 7-03-2018
İki məktəblini avtomobil vurdu - GÖYGÖLDƏ
Göygöldə iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Muxalifət.az xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.
Kənd sakinləri - 2003-cü il təvəllüdlü Əskərov Coşqun Xəyal oğlu və həmyaşıdı Əliyev Rəvan Ramiz oğlu yolu keçən zaman avtomobil onları vurub.
Müxtəlif bədən xəsarətləri alan hər iki yeniyetmə xəstəxanaya yerləşdiirlib.
Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, qəzanı törədən sürücü avtomobillə hadisə yerindən uzaqlaşıb.Muxalifet2 - 7-03-2018
Bu görüş bölgənin taleyini müəyyən edəcək - TARİX AÇIQLANDI
Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə üçtərəfli sammit aprelin 4-də İstanbulda keçiriləcək.
Muxalifət.az xəbər verir ki, bu haqda diplomatik mənbəyə istinadən “Milliyət” qəzeti bildirib.
Xatırladaq ki, Rusiya, İran və Türkiyənin liderləri - Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan 2017-ci il noyabrın 22-də Soçidə görüşüblər. Sammitdə əsas müzakirə mövzusu Suriya böhranının siyasi nizama salınması və terrorizmlə birgə mübarizə olub.Muxalifet2 - 7-03-2018
Türkiyə Prezident Sarayından ABŞ-ın “İŞİD təxribatına” CAVAB VERİLDİ
Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın gündəmə dair mühüm açıqlamalar verib. Qalın eyni zamanda ABŞ-ın yeni “İŞİD oyunu”na da münasibət bildirib.
Muxalifet3 - 7-03-2018
TSQ və ASO Cindərəsi ƏMƏLİYYATINA BAŞLADI
TSQ və ASO, terror təşkilatı PKK-nın Afrin regionunda ən mühüm qalalarından biri hesab edilən Kefer Cenneyi terrorçulardan geri aldı. Bu bölgədə təkcə YPG/PKK terrorçuları deyil, eyni zamanda Əsəd rejiminə bağlı Şiə milisləri gücləri də yerləşirdi. Əsəd güclərinin əsas məqsədləri də bu bölgədə yerləşməklə Türk ordusunun Afrinə doğru irəliləməsinə əngəl olmaq idi. Bu baxımdan, Kəfər Cennə strateji əhəmiyyət daşıyır.
Muxalifet3 - 7-03-2018
ABŞ-IN TÜRKİYƏYƏ QARŞI QORXUNC "B PLANI" FAŞ OLDU
“Zeytun budağı” əməliyyatı nəticəsində hesabları boşa çıxan ABŞ Türkiyəyə qarşı İŞİD kartını yenidən ortaya atmaqdadır. Hurriyyet.org xəbər verir ki, Pentaqon “Afrin əməliyyatına görə, İŞİD ilə mübarizə zəifləyəcək” iddiasını ortaya atdıqdan sonra təşkilat Kərkükdə hücumlara başlayıb, Ankara və Samsunda meydana çıxıb.Təhdid bəhanəsi ilə səfirliyi də bağlayan ABŞ-ın ssenarisi maraq doğurur. İŞİD-lə mübarizənin səngidiyi adı altında, dünya ictimaiyyətində Türkiyəyə təzyiqin şiddətlənməsi üçün addımlar atılmağa başlayıb.
Muxalifet - 7-03-2018
“Rusiyanı dayandıra bilməyəcəyik” – ABŞ-ın KƏŞFİYYAT RƏHBƏRİ
Rusiya Avropa Birliyi və ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yaxasını qurtarmaq istəyir.
Bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Kots deyib. Onun sözlərinə görə, Rusiya bu sanksiyaları dəlməklə Qərbin birliyini pozmağa və onun Ukrayna ilə bağlı mövqeyini zəiflətməyə çalışır:Muxalifet - 7-03-2018
“ABŞ bizi aldatdı, Türkiyə isə…” – PUTİN SANKSİYALARDAN DANIŞDI
Amerikalı həmkarlarımız 2014-cü ildə Ukraynada baş tutan çevriliş zamanı bizi aldatdılar.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Dünya nizamı 2018” filmində çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Qərb ölkələri Rusiyaya qarşı sanksiyalarla öz hədəflərinə taktiki planda çatırlar, amma istənilən halda Rusiya qələbə qazanacaq.
O, Rusiyanın Türkiyə ilə xoş əlaqələrdə maraqlı olduğunu da bildirib.Muxalifet - 7-03-2018
Mirzəyevlərin qətl işi: qatili "skoç" ələ verdi
Fevral ayının 24-də Tovuzda baş vermiş qətllə bağlı yeni məlumatlar daxil olub. Rayonun Mərdan Musayev küçəsində yerləşən evdə meyitləri tapılan ər-arvad Fərman Məmmədovun və Pakizə Mirzəyevanın qətli ətrafında müəmmaların davam etdiyi vaxtda saytımıza rayondakı mənbələrdən olduqca maraqlı və şokedici xəbərlər verilməkdədir.
Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, martın 6-da yayılan xəbərdə ər-arvadın qətlində şübhəli bilinən xeyli şəxs dindirməyə çağırıldığı bildirilib.Muxalifet - 7-03-2018
HAVA KƏSKİN PİSLƏŞİR - Xəbərdarlıq
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 9-u günün ikinci yarısından martın 10-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.Muxalifet - 7-03-2018
İTV qiymətləri açıqladı: SANİYƏSİ 7 MANAT…
İctimai Televiziya və Radio Yayımları Şirkəti aprelin 11-nə təyin edilən Azərbaycan Prezidentinin seçkilərində ödənişli seçkiqabağı təşviqat aparılması üçün qiymətləri açıqlayıb.
"Report"-un xəbərinə görə, prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 7 manatdır.
Çıxışın saniyəsinin maksimum qiyməti isə 25 manat müəyyən edilib. Ödənişli təşviqata qoşulan namizədlər günün müxtəlif saatlarında çıxış edə bilərlər.Muxalifet - 7-03-2018
Rusiya XİN-dən Türkiyə-Ermənistan protokolarının ləğvinə MÜNASİBƏT
"Bizim Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokola münasibətimiz aktual olaraq qalır".
Muxalifet.az xəbər verir ki, bu sözləri keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan prezidenti tərəfindən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokolun ləğvi ilə bağlı sualı cavablandırarkən deyib.Muxalifet - 7-03-2018
Gürcülər ABŞ səfirliyini görəndə niyə ağlayırlar? NATO-ya Abxaziya və Cənubi Osetiyasız girmək təklifi gündəmə gətirilir - TƏHLİL
Gürcüstan qaynar siyasi həyatla yaşayan kiçik bir ölkədir. O, 2008-ci il müharibəsi nəticəsində Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirərək başqa yüksəklikləri götürüb: hətta alyansın bəzi üzvlərindənsə NATO-nun Əfqanıstan əməliyyatına daha çox əsgər verib.
Düzdür, buna görə 30 gürcü əsgərinin həyatını fəda edib, daha yüzlərlə əsgəri yaralanıb. NATO Əfqanıstandan Kosovoyadək dünyanın müxtəlif guşələrində sülməramlı səylərə Gürcüstanın bu cür töhfəsinin etiraf əlaməti kimi Gürcüstan rəhbərliyinə tezliklə öz sırarlarına qəbul vəd edir. Amma necə?Muxalifet2 - 7-03-2018
Bu gün başladı – Moskvadan AÇIQLAMA
Suriyanın paytaxtı Dəməşq şəhəri ətrafında yerləşən Şərqi Qutada bu gün yeni humanitar dəhliz fəaliyyətə başlayıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi bildirib.
Açıqlamaya görə, bölgədəki bəzi müxalif döyüşçülər Şərq Qutanı tərk etməyə hazırdırlar. Onların ailələri və silahları ilə birlikdə bölgədən çıxmasına icazə verilir.Muxalifet2 - 7-03-2018
Polis qız üstündə gənci vəhşicəsinə döyüb? - DİN-dən AÇIQLAMA - FOTO
Cəlilabad rayon sakini, 21 yaşlı Yusif Quliyev vəhşicəsinə döyülüb.Yusif Quliyevi döyənlərin Cəlilabad rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Nəsimi Bağırov və Cəlilabad Fövqəladə Halların Yanğından Mühafizə İdarəsinin rəisi, polkovnik-leytenant Şahin Cəfərov olduğu iddia olunur.
Qan içində olan fotolarını Y.Quliyevin yaxın qohumu Dəyanət Babayev sosial şəbəkədə paylaşıb.Muxalifet - 7-03-2018
Mirzəyevlərin qətl işi: QATİLİ "SKOÇ" ƏLƏ VERDİ
Fevral ayının 24-də Tovuzda baş vermiş qətllə bağlı yeni məlumatlar daxil olub. Rayonun Mərdan Musayev küçəsində yerləşən evdə meyitləri tapılan ər-arvad Fərman Məmmədovun və Pakizə Mirzəyevanın qətli ətrafında müəmmaların davam etdiyi vaxtda saytımıza rayondakı mənbələrdən olduqca maraqlı və şokedici xəbərlər verilməkdədir.
Muxalifət.az musavat.com-a istinadən xəbər verir ki, martın 6-da yayılan xəbərdə ər-arvadın qətlində şübhəli bilinən xeyli şəxs dindirməyə çağırıldığı bildirilib.Muxalifet2 - 7-03-2018