Axtarış
The search found 105785 results in 0.079 seconds.
Search results
Ermənilər Şimali Azərbaycana necə köçürüldü?
Martın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın genişləndirilmiş iclası keçirilib.
Tarix İnstitutundan verilən məlumata görə, elmi şurada “Türkmənçay müqaviləsi və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” məsələsi müzakirə edilib.Muxalifet3 - 7-03-2018
SOCAR Almaniya bankları ilə danışıqlara başladı
Hazırda Cənub Qaz Dəhlizinin maliyyələşməsinin qalan hissənin təmin olunması ilə bağlı beynəlxalq maliyyə institutları ilə danışıqlar davam edir.
Bunu apa-nın sorğusuna cavab olaraq SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov məlumat verilib.Muxalifet3 - 7-03-2018
Peyvəndi olmayan epidemiya yayılıb: Yüzdən çox ölən var
Nigeriyada yanvar ayından bəri meydana gələn Lassa epidemiyası misli görülməmiş sürətlə yayılır.
Muxalifet.az BBC-yə istinadən xəbər verir ki, adı çəkilən virus artıq ölkənin azı 18 ştatına yayılıb.
Son hesablamalara görə, təkcə doqquz həftə ərzində ölkədə 110 nəfər həlak olub. Qurbanlardan savayı 353 əlavə yoluxma halı qeydə alınıb. Yoluxanlar arasında 16 tibb işçisinin olduğu deyilir.
Ümumilikdə 3 minə yaxın insan virusa yoluxmaqda şübhəli bilinir.Muxalifet3 - 7-03-2018
Suriyaya hücum üzrə İŞİD-in planları məlum olub
“İslam dövləti” qruplaşması ölkənin şərqində, İraqla sərhəd yaxınlığında yerləşən Suriya qüvvələrinin mövqelərinə irimiqyaslı hücum məqsədilə qüvvələrini toplayır.
Muxalifet.az-ın “Al-Masdar News” nəşrinə istinadən verdiyi məlumata görə, terrorçular Fərat və Xabur çayları boyunca yerləşən əsas rayonları öz nəzarəti altına qaytarmağa çalışacaq.
Orada bir neçə iri şəhər, o cümlədən neftlə zəngin bir sıra ərazilər yerləşir.Muxalifet3 - 7-03-2018
Azərbaycan Litva və Benilüks ölkələri ilə viza rejimini sadələşdirdi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
Muxalifet.az xəbər verir ki, saziş 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanıb.
Dövlət başçısı həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.Muxalifet3 - 7-03-2018
Qurban Qurbanov: Bu iki futbolçunu bütün gənclərə nümunə göstərərdim
Millimizin və “Qarabağ”ın baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanovun oxu.az-a müsahibəsi
– AFFA İcraiyyə Komitəsindəki işinizi davam etdirəcəksiniz?
– Keçən dəfə də bu məsələ müzakirə olundu. Bu işdən uzaqlaşmaq istəyirdim. Tövsiyyə olundu ki, qalım. Ona görə də hələ işimə davam edirəm. Bu gün AFFA İcraiyyə Komitəsinin iclasında bu haqda müzakirə olunmadı.Muxalifet3 - 7-03-2018
“Dediyinizi etməyəcəm. Öz ayağımla gəlmişəm, basın 15 sutkalığa...” – QANUNLARI AYAQALTI EDƏN “BEZPREDEL”LƏR
Vətəndaşın evinin kommunal xidmətlərinin kəsilməsi, evə basqın edilməsi cinayət məsuliyyəti yaradır - Rəis müavini
Muxalifet3 - 7-03-2018
Gələcəyin holoqramlı ev yardımçısı – VİDEO
Cənubi Koreyanın “Samsung” şirkəti süni intellekt sahəsi ilə bağlı bir sıra layihələrinin təfsilatlarlarını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Newru.com” məlumat yayıb.
“C-Lab” eksperimental laboratoriyasının konsept layihələrindən biri holoqramlı virtual ev yardımçısı olacaq.
“Aurora” adını almış sistemə mobil tətbiq və istifadəçinin smartfonu yerləşdirdiyi xüsusi cihaz daxildir. Smartfon qeyri-adi dok stansiyada elektrik qidası alan zaman, humanoid yardımçını əks etdirən psevdo-holoqram peyda olur.Muxalifet3 - 7-03-2018
Tramp yenidən Suriyanı vurmağa hazırdır - Plan
Tramp rəhbərliyi kimyəvi silahdan istifadə edilməsi ilə bağlı Suriya hökumətinə ikinci dəfə hücum təşkil etməyi planlaşdırır.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Milli Kəşfiyyat direktoru Daniel Koats bildirib.Koats sözügedən hücumun çox müzakirə edildiyini, ancaq qapalı görüşdə belə məsələlərin gündəmə gətirildiyini söyləyib.
Qeyd edək ki, ötən ilin aprel ayında Suriya rejiminə aid hərbi hava limanına 50-dən çox “Tomahavk” raketi atılıb. Raketi Aralıq dənizindəki ABŞ-a aid döyüş gəmiləri atıb.
Muxalifet3 - 7-03-2018
Xocalı soyqırımı neçə ölkə tərəfindən tanınıb?
Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törətdiyi, XX əsr bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımını tanıyan ölkələrin sayı getdikcə artır.
Muxalifet.az xəbər verir ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənilib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə əlaqədar 13 sənəd qəbul edib.Muxalifet3 - 7-03-2018
Putin: Qadınların kişilərə görə müəyyən üstünlükləri var
Rusiya Prezidenti Vladimir Putin 8 mart Dünya Qadınlar Günü ərəfəsində qadın sahibkarlarla bir araya gəlib.
Muxalifet.az xəbər verir ki, Putin qadınların liderlik xüsusiyyətlərinə malik olmaqla yanaşı, gözəllik, cazibədarlıq kimi üstünlüklərinin olduğunu söyləyib.Muxalifet3 - 7-03-2018
Putinin Britaniyadakı rəqibləri niyə ölür - Şok versiyalar
Rusiya Prezidenti Vladimir Putinə qarşı olan və əsasən, Böyük Britaniyaya sığınan şəxslərin son illərdə müəmmalı ölümləri baş verir. Onlar daha çox zəhərlənmədən ölür, sonradan isə intihar və digər versiyalar ortaya atılır.
Muxalifet3 - 7-03-2018
Tale məhz həmin insanlardandır ki... - Qriqorçuk
Bizim prezidentimiz Tale ilə mənim çox yaxınlığım yoxdu ki, o, mənə özü barədə nələrsə desin. Amma başqalarından prezidentimiz barədə eşidirəm. Bildiyim odur ki, gənc olmasına baxmayaraq, o, çox xeyirxah işlər hayata keçirib.
Muxalifet.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk klubun prezidenti Tale Heydərov və vitse-prezidentiniz Fariz Nəcəfov barədə qol.az -a müsahibəsində deyib.Muxalifet3 - 7-03-2018
Lənkəranda 22 top mərmisi zərərsizləşdirildi - Foto
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran rayonunun Liman şəhərindəki Səməd Vurğun küçəsində altı mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.Muxalifet3 - 7-03-2018
Sumqayıtda polis əməkdaşını avtomobil vurdu
Sumqayıt şəhərində 28 yaşlı gənci maşın vurub.
Muxalifet.az-ın verdiyi məlumata görə, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Kərim Cəbrayıl oğlu Babazadə naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Qeyd edək ki, 28 yaşlı Kərim Babazadə Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 7-03-2018
Şərqi Qutada təsadüfi hücumlar əsassızdır - Rusiya
Suriyanın hökumət qüvvələrinin Şərqi Qutada hücumlar təşkil etdiyi və zəhərli maddələrdən istifadə etdiyi iddiaları əsassızdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Bəzi Qərb paytaxtlarının Suriya ordusunun Şərqi Qutada hücumlar təşkil etdiyi iddiaları həmişəki kimi əsassızdır. Bütün bunları bölgədəki vətəndaşların əzablarının sona çatmasına xidmət etmir", - Zaxarova söyləyib.
Muxalifet3 - 7-03-2018
ABŞ-da restoranda atışma: müdir öldü, 3 yaralı
ABŞ-ın Alabama ştatının Hörtsboro şəhərində restoranda atışma baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində restoranın sahibi ölüb, 3 nəfər isə yaralanıb.
Hadisə psixiki xəstəlikdən əziyyət çəkən bir nəfərin atəş açması ilə baş verib. Onun saxlanılması istiqamətində tədbirlər görülür.
Muxalifet3 - 7-03-2018
Yol çəkilişi üçün qum aparan "KamAZ" aşdı
Biləsuvarda yük maşını aşıb.
Muxalifet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Bəydili kəndi ərazisində baş verib.
Məlumata görə, şirkətlərdən birinə məxsus olan və yol çəkilişi üçün qum aparan "KamAZ" markalı yük maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 7-03-2018
Azərbaycanın qızıl-gümüş bazarında— BAHALAŞMA VAR
Azərbaycanda martın 7-i qızıl qiymətləri təxminən 15,74 manat (0,7 faiz) artaraq 1 troy unsiyası üçün 2 265,7005 manat təşkil edib.
Muxalifet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Məkəzi Bankının hesabatında deyilir.
Gümüş 1,3 faiz bahalaşaraq 1 unsiya üçün 28,3712 manata çatıb.
Platinin qiyməti 1 640,925 manatadək (0,22 faiz artım) yüksəlib, palladiumun qiyməti isə 1 672,0605 manatadək (0,5 faiz azalma) enib.
Muxalifet3 - 7-03-2018
“S-400-lə bağlı problem yaranarsa ABŞ-ı da qarşımıza ala bilərik...” – İraq hökuməti
İraq ilə ABŞ arasında olan strateji müqavilə çərçivəsində Vaşinqtonla çox yaxşı əlaqələr quruldu. Eyni zamanda Rusiya ilə də gözəl münasibətlərimiz var. Lakin İraq rəhbərliyi bu qərarı özü verəcək.
Muxalifet.az xəbər verir ki, bunu İraqın Rusiyadakı səfiri Heydər Mənsur Hadi ABŞ-ın İraq rəhbərliyinin Rusiyadan S-400-lərin alınması ilə bağlı xəbərdarlığına münasibət bildirərkən deyib.Muxalifet3 - 7-03-2018