Axtarış

The search found 105785 results in 0.051 seconds.

Search results

  1. ​“Lalə Şövkətin Azərbaycanı tərk etməsi barədə məlumat doğru deyil” – ALP-dən SEÇKİ AÇIQLAMASI

    “Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin ölkəni tərk etməsi barədə olan məlumat doğru deyil. Lalə xanım Bakıdadır”.
    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri Strateq.az-a  açıqlamasında ALP sədri Əvəz Temirxan bildirib. Onun sözlərinə görə, Lalə Şövkət fəal siyasəti tərk etməyib: “Lalə xanım aktiv şəkildə ölkədəki siyasi prosesi izləyir. Siyasi fəaliyyətini dayandırmayıb”– deyə o, vurğulayıb. Ə.Temirxan qeyd edib ki, 11 apreldə keçiriləcək prezident seçkiləri ilə bağlı ALP-nin qərarı var: “Biz bu seçkilərdə iştirak etmirik”.

    Muxalifet2 - 8-03-2018

  2. PKK-da parçalanma: AFRİNƏ GETMƏYİ RƏDD ETDİLƏR

    İraq Mosulunun Sincar rayonundakı Yezidi Peşmərgə komandirlərindən olan Şeşo, terror təşkilatı PKK ilə ona bağlı Yezidi silahlı qruplar arasında, yezidilerin Afrinə göndərilməsi məsələsində fikir ayrılığı və parçalanma meydana gəldiyini söyləyib.
     
    KDP-nin Sincar üzrə məsulu Qaçaq: "Sincar idarəsi və xalqı, son üç ildir ki, PKK-nın bölgədəki varlığından ciddi şəkildə narahatdır və burada qalmasını istəmir. Yezidi xalqı başda olmaqla, Mosul rəsmiləri və Kürdüstan Regional Hökuməti PKK-nın bölgədə olmasına qarşıdır.
     

    Muxalifet3 - 8-03-2018

  3. Yol polisi Bakıda xanım sürücüləri saxladı - FOTOLAR

    Yol polisi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda qadın sürücüləri təbrik edib.
    Muxalifət.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Azərtac-a bildirib ki, paytaxt ərazisində təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə sürücü xanımlarla təbliğat xarakterli söhbətlər aparılıb, eyni zamanda, xanımların idarə etdikləri nəqliyyat vasitələri üzrə DYP-nin Mərkəzi Məlumat Sistemində olan informasiyalar yoxlanılıb.

    Muxalifet2 - 8-03-2018

  4. ​PSJ-nin almaniyalı ulduzundan ŞOK ETİRAF: “ÇL-dən ələnmək haqqımızdır”

    Çempionlar Liqasının 1/8 finalında “Real Madrid”ə böyük hesabla məğlub olan PSJ-nin almaniyalı futbolçusu Yuliyan Draksler şok açıqlama verib.
    Uduz futbolçu ÇL-dəki yollarını başa vurmağın onlara haqq olduğunu deyib:
    ““Real” əla oyun sərgilədi. Biz isə sadəcə top çevirdik. Belə oynayaraq heç nə əldə edə bilməzsiniz. Sadəcə ötürmə etməklə göydən nəyinsə düşməsini gözləyə bilməzsiniz. Ələnmək haqqımız idi. Ötən yay transferə 400 milyon avro xərclədik. Hamı nəyinsə dəyişəcəyini deyirdi. Ancaq hələ bir tur belə keçə bilmədik”.

    Muxalifet2 - 8-03-2018

  5. Qətərli nazirdən Səudiyyənin kukla şahzadəsinə SİLLƏ KİMİ SÖZLƏR

    Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani, Qətərin əhalisinin az olduğuna görə aşığılamaq istəyən Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmana, "Dövlətlərin gücü əhalisinin çoxluğu ilə ölçülməz" deyərək təpki göstərib.
     

    Muxalifet3 - 8-03-2018

  6. Gürcüstanın Müdafiə naziri Bakıya gəlir

    Martın 9-da Gürcüstanın Müdafiə naziri cənab Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.
     
    Müdafiə Nazirliyinin saytı xəbər verir ki, səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
    Səfər martın 10-dək davam edəcək.

    Muxalifet3 - 8-03-2018

  7. Avroliqanın oyunlarına bu kanallarda baxın - Siyahı

    Avropa Liqasının 1/8 final mərhələsində bu gün keçiriləcək ilk oyunlara Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq.
     
    Qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək:
    “İdman Azərbaycan”
    22:00. "Milan" - "Arsenal"
    00:05. "Leyptsiq" - "Zenit"
     
    “TRT Spor”
    22:00. "Milan" - "Arsenal"
     
    “Matç TV”
    22:00. "Atletiko" - "Lokomotiv"
    00:05. "Leyptsiq" - "Zenit"

    Muxalifet3 - 8-03-2018

  8. “Mərkəzi Bank absurd məzənnə siyasəti aparır” - Ekspert

    "Mərkəzi Bank arxasında iqtisadi məntiq durmayan absurd məzənnə siyasəti aparır. Manatın başının üzərində yenidən qara buludlar dolaşır”.
     
    Bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. İqtisadçı qeyd edib ki, ötən il Azərbaycandan xaricə 13 milyard 811 milyon 624 min ABŞ dolları məbləğində mal göndərilib:

    Muxalifet3 - 8-03-2018

  9. Suriyada ölən generalı Bakı ilə nə bağlayır?

    Suriyada təyyarə qəzasında ölən general 20 yanvarda Bakıya yeridilən QRU dəstəsində olub.
     
    Ötən gün Rusiya Müdafiə Nazirliyinin Suriyadakı Hmemymim aviabazası yaxınlığında qəzaya uğramış An-26 təyyarəsinin göyərtəsində olan 39 hərbçidən biri, general-mayor Vladimir Yermeyev 1990-cı ilin yanvarında Bakıya yeridilən QRU xüsusi təyinatlı dəstələrinin tərkibində olub.
    General Yermeyev Sverdlovskdakı Suvorov hərbi məktəbinin məzunudur. 2012-ci ildə o, əlahiddə Sevastopol Qırmızı ulduzlu motoatıcı briqadasının komandiri təyin edilib.

    Muxalifet3 - 8-03-2018

  10. "Mədəniyyət və Turizm Nazirliyinin qüsurları var" - Deputat

    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə bir neçə gün əvvəl dünyasını dəyişən bəstəkar Tahir Əkbərin məzar yerinin dəyişdirilməsinə görə, Mədəniyyət və Turizm Nazirliyini tənqid edib.
     
    Sherg.az xəbər verir ki, deputat Azərbaycan mədəniyyət və incəsənətində izi, irsi olan aydınlarımıza qarşı biganəliyin kökündə nə dayanır? sualına belə cavab verib:

    Muxalifet3 - 8-03-2018

  11. Ali Məhkəmə “Turan”ın kassasiya şikayətini təmin etməyib

    Martın 7-də Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə Turan İnformasiya Agentliyinin kassasiya şikayəti üzrə proses keçirilib. Şikayət 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin informasiya agentliyinin iddiasının əsassız olması haqqında qərarını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmişdi.
     

    Muxalifet3 - 8-03-2018

  12. Araşdırmaçı jurnalist Xədicə İsmayılın anası xərçəng xəstəliyindən Ankarada vəfat edib

    Elmira İsmayılova Türkiyənin Ankara şəhərində xərçəng xəstəliyinə görə əmaliyyat olunub və buna baxmayaraq martın 8-də vəfat edib.
     
    Çərşənbə axşamı Xədicə İsmayılova Məhkəmə icrası ofisinə gedərək ona tətbiq olunan səyahət qadağasının qaldırılmasını istəyib.
    Səbəb kimi anasına Türkiyədə xərçəng xəstəliyi diaqnozu qoyulduğunu və vəziyyətinin kritik olduğunu deyib. Bu barədə jurnalist öz Facebook hesabında yazıb.

    Muxalifet3 - 8-03-2018

  13. Seyşel adalarında gizli görüşün üstü açıldı -“The Washington Post”dan sensasion İDDİA

    ABŞ-da Rusiyanın 2016-cı il president seçkilərinə müdaxiləsini və Donald Trampın komandasının Moskva ilə gizli əlaqələrini araşdıran xüsusi prokuror Robert Müller sensasion dəlil əldə edib.
     
    Virtualaz.org xəbər verir ki, xüsusi prokurorun əlində prezident Donald Trump vəzifəyə keçməzdən öncə Seyşel adalarında gizli görüşün keçirilməsinə dair sübut var. “The Washington Post” yazır ki, görüşdə prezidentin seçki kampaniyasının məqsədi Kremllə gizli kanal yaratmaq olub.

    Muxalifet3 - 8-03-2018

  14. İŞİD lideri Bağdadinin bacısından etiraflar – Edam qabağı

    İŞİD lideri Əbubəkir Bağdadinin bacısı edam cəzasına məhkum edilib.
     
    Bu barədə İraq Ağır Cinayətlər Məhkəməsi qərar çıxarıb.
    Bağdadinin bacısı məhkəməyə izahatında terror təşkilatına lojistik dəstək verdiyini və maliyyə göndərdiyini etiraf edib. Qeyd edilir ki, İŞİD liderinin bacısı bu səbəbdən edam cəzasına məhkum olunub.
    İraq Ali Məhkəməsinin sözçüsü Abusəttar Bayraqdar bildirib ki, Bağdadinin bacısı ittihamları qəbul edib. Günahlarını etiraf edən qadın həmçinin Mosulda İŞİD üzvlərinə pul payladığını boynuna alıb.

    Muxalifet3 - 8-03-2018

  15. Rusiyadan 4 ölkəyə müharibə TƏHLÜKƏSİ

     “Rusiya Ukrayna və Baltikyanı ölkələrə qarşı müharibə barədə fikirləşir. Bunun üçün artıq ordunun yerinin dəyişdirilməsinə başlanılıb”.
     
    Bu haqda öz tədqiqatında ABŞ-ın “Institute for the Study of War” analitik mərkəzi bildirib.
    Qeyd edilir ki, Kreml Rusiya-Ukrayna, həmçinin Baltikyanı ölkələrlə (Estoniya, Latviya, Litva –red.) sərhəd boyu bir neçə hərbi bölmə yerləşdirib.

    Muxalifet3 - 8-03-2018

  16. Hökumət onlara da xidməti maşın ayırdı - YENİ QƏRAR

    Nazirlər Kabineti "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərara dəyişiklik edib.
     

    Muxalifet3 - 8-03-2018

  17. Polis şöbəsində intihar - Dindirilən şəxs özünü aşağı atdı

    Tovuz rayon Polis Şöbəsində dindirilən şəxs özünü pəncərədən yerə atıb.
     
    Tovuz rayon sakini 1970-ci il təvəllüdlü Şükürov Tofiq Feyruz oğlu Polis Şöbəsində dindirilən zaman 3-cü mərtəbədən özünü aşağı atıb.
    Ağır bədən xəsarətləri alan T. Şükürov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet3 - 8-03-2018

  18. ​Arktika sürətlə əriyir – NASA açıqladı

    Arktika sürətlə əriyir və atmosferə buraxılan zəhərli qazların böyük hissəsində pay sahibi olur.
    Muxalifet.az xəbər verir ki, bu barədə informasiya NASA alimi Nikolas Parazunun apardığı tədqiqatda yer alıb.
    O, 2300-cü ildə bu regiondan havaya buraxılan qazların ümumi göstəricisinin, insan fəaliyyəti nəticəsində 2016-cı ildə hava buraxılan zərərli qazların göstəricisindən 10 dəfə çox olacağını bildirib. Bunun sayəsində isə planetdəki temperaturun daha da artacağı vurğulanıb.
     

    Muxalifet3 - 8-03-2018

  19. ​Hindistan da təsdiqlədi: İsrailə 70 il sonra...

    Səudiyyə Ərəbistanının 70 il sonra İsrailə birbaşa təyyarə uçuşlarını başlatması xəbəri təsdiqlənib.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Air İndia" hava yolları şirkəti məlumat yayıb.
    Hindistan Baş naziri Narendra Modi İsrail və Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələrin qurulması nəticəsində Yeni Dehlidən Təl-Əvivə uçuşların Səudiyyə Ərəbistanı üzərindən həyata keçiriləcəyini bəyan edib.
    Qeyd edək ki, 70 ildir Səudiyyə Ərəbistanının hava məkanı İsrail təyyarələri və başqa ölkələrdən Təl-Əvivə gedən təyyarələr üçün qapalı idi.
     

    Muxalifet3 - 8-03-2018

  20. ​Çin: "Güc tətbiqinin əleyhinəyik"

    Çin heç zaman digər dövlətlərin daxili işlərinə qarışmayıb və beynəlxalq problemlərin həllində güc tətbiqinə qarşı olub.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər naziri Van İ söyləyib.
    "Biz güc tətbiqinin qəti əleyhdarıyıq. Çin həmçinin digər ölkələrin suvenrenliyinin müdafiəsinin tərəfdarıdır. Biz ölkələrin daxili işlərinə müdaxiləyə qarşıyıq", - deyə o bildirib.
     

    Muxalifet3 - 8-03-2018

Pages