Axtarış

The search found 105785 results in 0.044 seconds.

Search results

  1. ​Bakı metrosunda KURYOZ: Valideynlər uşağı vaqonda unutdu

    "Bu gün saat 15:30 radələrində Bakı metrosunda itkin düşən azyaşlı uşaq tapılaraq valideynlərinə təhvil verilib".
    Muxalifet.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

    Muxalifet3 - 8-03-2018

  2. Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı

    Hədəf Liseyi, 2018-2019-cu tədris ilində fəaliyyətinə başladığını və müvafiq tədris ili üçün şagird qəbulu elan edir.

    Muxalifet3 - 8-03-2018

  3. ​FİFA-dan Türkiyə nəhənginə qadağa - Məhkəmə

    Beynəlxalq Futbol Federasiyası (FİFA) Türkiyə nəhəngi “Trabzonspor” klubuna transfer qadağası qoyub.
    Muxalifet.az xəbər verir ki, türk klubu slovak futbolçu Matus Beronun transferi zamanı “Trençin” klubuna ödəniş etmədiyi üçün cəzalandırılıb. Trabzon təmsilçisi 2018-2019-cu il mövsümünün yay dönəmində futbolçu transfer edə bilməyəcək.
    “Trabzonspor”un İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi bildirilir.
    Qeyd edək ki, Matus Bero 2016-cı ildə transfer edilmişdi.

    Muxalifet3 - 8-03-2018

  4. ​Türkiyədə partlayış: ölən var

    Türkiyədə 1 mühafizəçi qoruyucu əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bitlis şəhərində baş verib.
    Bildirilir ki, qurğu jandarmlar axtarış tədbiri həyata keçirərkən işə salınıb. Partlyıcının PKK terrorçularına məxsus olduğu bildirilir.

    Muxalifet3 - 8-03-2018

  5. ​Ərdoğan açıqladı: 200 min insan Afrinə qayıdacaq

    Yanvarın 20-dən indiyə qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində 3089 terrorçu zərərsizləşdirilib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    Muxalifet3 - 8-03-2018

  6. ​ABŞ-dan etiraf: Rusiya və Çinin qarşısında zəifik...

    ABŞ-ın raketdən müdafiə sistemi Rusiya və Çinin strateji cəbbəxanasını məhv edəcək gücdə deyil.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbərinin müavini Con Rod deyib.
    “ABŞ-ın raketdən müdafiə sistemləri bu günə qədər modifikasiya edilməyib. Bu səbəbdən Rusya və Çinin müdafiə sistemlərini, raketlərini cəbbəxanasını məhv etmək qabiliyyətinə malik deyilik”, - ABŞ rəsmisi bildirib.

    Muxalifet3 - 8-03-2018

  7. ​Şərqi Qutada növbəti təxribat: 300 ailə və jurnalistlər...

    Şərqi Qutada terrorçular içərisində 300 ailənin olduğu maşın karvanını atəşə tutublar.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı tərəfləri barışdırma mərkəzi səlahiyyətli nümayəndəsi Vladimir Zolotuxin danışıb.
    Məlumata görə, müxaliflər şəhərin cənubundakı çıxışa doğru irəliləyən karvanı atəşə tutmaqla onların Şərqi Qutanı tərk etməsinə əngəl olmağa çalışıb. Ən azı 3 maşının yandığı hücum zamanı həlak olan və yaralananlar barədə məlumat verilməyib. Yaraqlılar daha sonra şəhərin çıxışında maşın karvanını gözləyən şəxslərə və jurnalistlərə hücum edib.

    Muxalifet3 - 8-03-2018

  8. ​Heç kimin sübutu yoxdur - Nazir

    Moskva ABŞ-ın daxili məsələlərinə qarışmır və hələlik bunun əksini sübut edən heç bir fakt bizə təqdim edilməyib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
    “ABŞ və bir sıra Qərb ölkələri gündəlik olaraq bunun tam əksini iddia etsə də, biz heç kimin daxili məsələlərinə qarışmırıq. Hərçənd tək bir fakt, altından xətt çəkirəm tək bir fakt belə heç kim təqdim edə bilmir”, - Lavrov bildirib.

    Muxalifet3 - 8-03-2018

  9. ​Avropada Qəddafinin milyardları yoxa çıxdı

    Belçikanın “Euroclear” bankından 2011-ci ildə BMT-nin qərarı ilə dondurulan 10 milyard avrodan çox Liviya aktivləri yoxa çıxıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Le Vif nəşri yazır.
    Bildirilir ki, bu vəsait devrilmiş Muəmmər Qəddafinin yaxın əhatəsi tərəfindən idarə olunurdu.
    2013-cü ilin noyabrın 29-na olan məlumata əsasən, 16,1 milyard avro “Libyan Investment Authority” və “Libyan Foreign Investment Company” üçün açılan dörd hesabda olub.

    Muxalifet3 - 8-03-2018

  10. ​Prezidentin mühafizəçisi intihar etdi

    Ukrayna Prezidenti Pyotr Poroşenkonun evini mühafizə edən polis əməkdaşlarından biri intihar edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Strana” informasiya yayıb.
    Məlumata görə, xüsusi təyinatlı polis dəstəsinin üzvü Sergey Qalasyuk növbədə olduğu zaman intihar edib. Qalasyukun daha əvvəl də intihara cəhd etdiyi, lakin sağ qaldığı məlum olub.
    Faktı Ukraynanın hüquq-mühafizə orqanları təsdiq edib.
     

    Muxalifet3 - 8-03-2018

  11. ​Saakaşvilidən 18 mart xəbərdarlığı

    Ukrayna hakimiyyəti martın 18-də tərəfdarlarımın təşkil edəcəyi marşın qarşısını almağı planlaşdırır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili deyib.
    “Mənim mənbələrim məlumat verir ki, 18 mart marşının qarşısının alınması üçün qərargah yaradılıb. Bu qərargaha Poroşenkonun çirkin metodları ilə Berezenko və Kovalçuk daxil edilib. Onlar paralel şəkildə Azadlıq və Milli Korpusu Kreşatikdə təşkil ediləcək mərasimə qatılmağa sövq edəcəklər”, - Saakaşvili bildirib.

    Muxalifet3 - 8-03-2018

  12. ​Türk ordusu Afrində sürətlə irəliləyir: Mərkəzə 5 km qaldı

    Türkiyə Silahlı Qüvvələri və ASO Afrinin mərkəzinə doğru irəliləməyə davam edib və daha 3 kənd terrorçulardan azad edilib.
    Mazrea, Maariski və Kifirmis kəndləri terrorçulardan təmizlənib.
    Məlumata görə, son olaraq Mazrea kəndinin azad edilməsindən sonra Afrinin mərkəzinə təxminən 5 kilometr məsafə qalıb.
    Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.
     

    Muxalifet3 - 8-03-2018

  13. ​27 yaşlı qız özünü binadan atdı atdı— Zaqatalada dəhşətli olay

    Zaqatalada 27 yaşlı qız özünü hündürmərtəbəli binanın dördüncü mərtəbəsindən yerə atıb.
    Muxalifet.az "APA" ya istinadən  xəbər verir ki, bu gün axşam saat 17 radələrində Zaqatala şəhəri İmam Şamil küçəsində, “Köhnə bazar” adlanan ərazidəki  yeddimərtəbəli yaşayış binasının sakini 1991-ci il təvəllüdlü Günay Murad qızı Balayeva özünü dördüncü mərtəbədən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Günay Balayeva travmatikşok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. 

    Muxalifet3 - 8-03-2018

  14. ​Sankt-Peterburqa gedən gəmi Fin körfəzində çətin anlar yaşayıb

    Panama bayrağı ilə üzən yük gəmisi Fin körfəzinin beynəlxalq sularında qəza siqnalı verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Mühafizəsi Xidmət məlumat yayıb.
    Finlandiyanın "Arctic Oy Nordica" buzqıran gəmisi, xilasedici vertolyot və Turva sahil mühafizəsinin kateri Peterburq istiqamətində üzən yük gəmisinə yaxınlaşıb. Gəmidə 22 nəfər olub və sahil mühafizəsinin əməkdaşları onlarla əlaqə yarada bilib.
     

    Muxalifet3 - 8-03-2018

  15. Qızlarımız Ukrayna yığmasını məğlub etdi

    Martın 8-də futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib.
    Muxalifet.az xəbər verir ki, oyundan əvvəl AFFA rəhbərliyi adından 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər iki komandanın üzvlərini təbrik edən baş katib Elxan Məmmədov onlara gül təqdim edib.
    Bakı Olimpiya Stadionunda keçirilən matçda millimiz 2:0 hesabı ilə qalib gəlib.
    Yığmamızın qollarını Sona Rəhimova və Birgul Çelik vurublar.

    Muxalifet3 - 8-03-2018

  16. Ərdoğan qadınlardan danışdı: Ayaqları öpüləsi...

    Mən qadınları bəşəriyyətin müəllimi kimi görürəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Mart - Beynəlxalq Qadınlar Günü haqda çıxışı zamanı deyib.
    “Qadınlar çox həssasdırlar və onların güclü intuisiyaları var. Bu bacarıqları ilə müəllimlik istedadlarını birləşdirəndə ortaya ayaqları öpüləsi analar, ömür boyu rahatlıqla kürəyimizi söykəyə biləcəyimiz həyat yoldaşları və gözümüzün nuru qızlarımız çıxır.

    Muxalifet3 - 8-03-2018

  17. Qardaş ölkədən qürurlandıran uğur - Tankların kabusu

    Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən ASELSAN tank əleyhinə raket sistemi 2-dən 8-ə qədər tank əleyhinə raketi daşıya bilir.
    Muxalifet.az xəbər verir ki, sistem kompüter nəzarətli atış qabiliyyəti sayəsində gecə və gündüz, həmçinin hər cür hava şəraitində quru hədəfləri nişan ala bilir.

    Muxalifet3 - 8-03-2018

  18. ​Rusiya 4 ölkə ilə müharibəyə başlayır - Siyahı

    Rusiya Ukrayna və Baltikyanı ölkələrə qarşı müharibə barədə fikirləşir. Bunun üçün artıq ordunun yerinin dəyişdirilməsinə başlanılıb.
    Muxalifet.az xəbər verir ki, bu haqda öz tədqiqatında ABŞ-ın “Institute for the Study of War” analitik mərkəzi bildirib.
    Qeyd edilir ki, Kreml Rusiya-Ukrayna, həmçinin Baltikyanı ölkələrlə (Estoniya, Latviya, Litva –red.) sərhəd boyu bir neçə hərbi bölmə yerləşdirib.

    Muxalifet3 - 8-03-2018

  19. ​Gürcüstanın baş naziri Azərbaycana gəlir

    Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycana səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, Gürcüstan hökumətinin başçısı respublikamıza martın 11-də gələcək.
    Georgi Kvirikaşvili səfər çərçivəsində Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.
    Görüşlərdə Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə regionda həyata keçirilən layihələr, regional təhlükəsizlik, ikitərəfli münasibətlərin inkişaf perspektivləri və s. məsələlər müzakirə olunacaq.
     

    Muxalifet3 - 8-03-2018

  20. ​"Qarşısı alınmaz bezpredel"lər QAN TÖKDÜ - SOS

    Muxalifet.az-ın altun.az-a istinadən məlumatına görə, 05.03.2018-ci il tarixdə Altay Məmmədovun evinə silahlı basqın təşkil edilmşdi. Silahlı basqında iştirak edən şəxslər Suraxanı rayon polis idarəsinin rəis müavini Cavanşir Əhmədov tərəfindən dindirildikdən sonra sərbəst buraxılıblar.

    Muxalifet3 - 8-03-2018

Pages