Axtarış

The search found 105785 results in 0.066 seconds.

Search results

  1. ​Bakıda aptekdə başqa əməllərlə məşğul olanların MƏHKƏMƏSİ BAŞLADI

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satmaqda təqsirləndirilən İlkin Məmmədov və Günel İslamovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
    Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
    Məhkəmə baxışı martın 16-na təyin edilib.

    Muxalifet2 - 9-03-2018

  2. ​Həccə gedəcək zəvvarlar ödənişi hissə-hissə edə bilərlər – QMİ

    Azərbaycandan bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara ödənişin ödənmə qaydasında güzəştlər edilir.
    Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlar ziyarətə görə ödənişi hissə-hissə edə biləcəklər. Ödənişin son tarixi 1 may 2018-ci ildir. Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır.
    Azərbaycana bu il Həcc ziyarəti üçün 2000 kvota ayrılıb, sənəd qəbulu artıq başlayıb. Azərbaycandan Həcc ziyarətini yalnız QMİ həyata keçirir.
     

    Muxalifet2 - 9-03-2018

  3. ​Almaniyada Türkiyəni maraqlandıran DƏYİŞİKLİK

    Almaniyanın yeni xarici işlər naziri keçmiş ədliyyə naziri Hayko Maas olacaq.
    Bu barədə məlumatı Almaniya Sosial Demokrat Partiyası yayıb. Partiya onun radikalizmin əsas düşmənlərindən biri olduğunu bildirib.
    Qeyd edək ki, Almaniya XİN rəhbəri Ziqmar Qabriyel az öncə istefaya gedəcəyini açıqlayıb. Bunun ardınca Hayko Massın adı əsas namizəd kimi çəkilirdi.
    Ziqmar Qabriel Türkiyə əleyhinə çıxışları ilə də tanınır./axar/

    Muxalifet2 - 9-03-2018

  4. ​OPEC-in nefti bahalaşdırması "ona baha başa gələcək"

    "Business Insider" portalı Beynəlxalq Enerji Agentliyinin yeni hesabatına əsasən yazır ki, Birləşmiş Ştatlar qarşıdan gələn bir neçə ildə dünyanın əlavə neftinin çox hissəsini hasil edəcək.
    Hesabatda deyilir ki, qarşıdan gələn üç ildə ABŞ dünyada neft tələbatı artımının 80 faizini ödəyəcək. Agentliyin illik hesabatına görə, Kanada, Braziliya və Norveç artan tələbatın qalanını təchiz edəcəklər və beləliklə, OPEC kartelinə yer qalmayacaq.

    Muxalifet2 - 9-03-2018

  5. ​Mingəçevirdə mağazadan 100 min manatlıq qızıl oğurlandı - FOTO

    Mingəçevir şəhərində törədilən oğurluq hadisəsinin üstü açılıb, qızıl mağazasından böyük məbləğdə əşyalar oğurlayan şəxs saxlanılıb.
    Mingəçevir şəhər sakini Adil Yusifov ötən il oktyabrın 25-də Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək ona məxsus mağazadan günorta saatlarında ümumi dəyəri 100 min manat olan qızıl-zinət əşyaların oğurlanması barədə müraciət edib.

    Muxalifet2 - 9-03-2018

  6. ​General oğlunun Röya ilə münasibətindən danışdı - Foto

    Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman Rövşən Əkbərov oğlu Telman Əkbərovun müğənni Röya ilə sevgili olmasına münasibət bildirib.
    Kult.az xəbər verir ki, o, Bizim Yol-a açıqlamasında yayılan xəbərin doğru olmadığını bildirib:

    Muxalifet2 - 9-03-2018

  7. Türkiyə ordusu Afrində finala yaxınlaşdı – NATO TƏŞVİŞDƏ

    Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağ”ı əməliyyatı 49-cu günündə müvəffəqiyyətlə davam edir.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri və ASO Afrinin mərkəzi hissəsinin sərhədlərinə çatıb.
    Birliklər həmçinin, Afrinlə Azezi içməli su ilə təmin edən bəndə nəzarəti təmin edib.

    Muxalifet2 - 9-03-2018

  8. Suriyalı qadının ağlayaraq TÜRK ƏSGƏRİNƏ VERDİYİ SUAL KÖVRƏLTDİ: “QURTULDUQMU”?

    TSQ və ASO, Afrinin Katmah kəndini ələ keçirib. Kənddə axtarış və təmizləmə aparan Türk əsgərini görən rayon sakini 55 yaşlı Suriyalı Ayla Məhəmməd, Mehmetciyə doğru qaçıb, "Xilas Olduqmu"? deyə, soruşub. Sonra Türk əsgərindən aldığı cavabla Ayla Məhəmməd sevincdən göz yaşlarına hakim ola bilməyib.
     
    Türkiyə Silahlı Qüvvələrinin ”Zeytun Budağı” Hərəkatı çərçivəsində Afrin bölgəsinə doğru irəliləyişi davam edir. Afrinin Katmah kəndinin terrorçulardan təmizlənməsi ilə Türk Silahlı Qüvvələri bölgədə axtarış və araşdırmalara başlayıb.

    Muxalifet3 - 9-03-2018

  9. ​ALDP sədri prezidentliyə namizədliyini geri götürdü –Sərdar Cəlaloğlunu dəstəklədi –BƏYANAT

    Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rəyasət Heyətinin iclasını keçirib.
    Bu barədə ALDP mətbuat xidmətindən Strateq.az-a verilən xəbərdə deyilir ki, toplantıda çıxış edən Fuad Əliyev Mərkəzi Seçki Qərargahının (MSQ) imzatoplama kampaniyasında iştirak edən partiya üzvlərinə öz minnətdarlığını bildirib.
    “İmzatoplama kampaniya uğurla keçdi. Biz bir daha subut etdik ki, partiyanın potensialı var və biz düz yol seçmişik. Bizim tərəfdarların sayı artır və bu bizə əlavə stimul verir”, -deyə ALDP sədri qeyd edib.

    Muxalifet2 - 9-03-2018

  10. ATƏT sədri BMT-də Qarabağın həllindən danışdı

    ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qəti həlli üçün Minsk qrupu həmsədrlərinin işini dəstəkləməyə davam edəcək.
    Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Nyu Yorkda BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.
    O qeyd edib ki, təşkilat diqqətini ATƏT regionunda həlli uzanmış münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə cəmləyib:
    "Biz münaqişənin qəti həlli üçün Minsk qrupu həmsədrlərinin işini dəstəkləməyə davam edəcəyik". (trend)

    Muxalifet2 - 9-03-2018

  11. ​İRƏVAN ÇALXALANIR: Sərkisyanın çirkli biznesi ortaya çıxdı – FOTO

    Ermənistanın yeni prezidenti Armen Sərkisyanın Serj Sərkisyanla biznes ortaqlığı və Ermənistana neft məhsullarının idxalından əldə edilən pulların yuyulması işinə birincinin rəhbərlik etməsi Ermənistanı qarışdırıb.
    Muxalifət.az xəbər verir ki, bu haqda Ermənistanın Daşnaksütun Partiyasının üzvlərindən biri Romik Manukyan sosial şəbəkədəki hesabında yazıb.
     “Armen Sərkisyan Serj Sarkisyanın çirkli biznesini idarə edən şəxsdir və başqa hakimiyyət ortağının seçilməsi Serj Sərkisyanın səhvi olardı”, - R.Manukyan qeyd edib.

    Muxalifet2 - 9-03-2018

  12. İŞİD-in 22 səhra komandiri MƏHV EDİLDİ

    İraqın "Əl-Xaşd-əş-Şabi" hökumətyönlü hərbiləşdirilmiş dəstələri ölkənin şimalında Kirkuk vilayətində İŞİD terror qruplaşmasının 22 səhra komandirini məhv edib.
    Trend-in məlumatına görə, bu barədə hökumətyönlü hərbiləşdirilmiş dəstənin rəsmi nümayəndəsi Əli Əl-Hüseyni bildirib.
    O bildirib ki, "Əl-Xaşd-əş-Şabi" hökumətyönlü hərbiləşdirilmiş dəstələri Ər-Riyad və Əz-Zabda genişmiqyaslı əməliyyatlar keçirib. Əl-Hüseyninin sözlərinə görə, komandirlərdən başqa onlarla silahlı terrorçu da məhv edilib.

    Muxalifet2 - 9-03-2018

  13. Serbiyadan Ermənistana “Soyuq duş: Parlament qondarma “erməni soyqırımını” RƏDD ETDİ

    Serbiya Parlamenti, 1915-ci il hadisələri ilə əlaqədar Erməni iddialarının “soyqırım” kimi tanınmasını nəzərdə tutan layihənin məclis gündəminə alınmasını rədd edib.
     
    Müxalifətdəki “Yeni Partiya”mım başçısı Zoran Zivkovicin təklifi olan layihənin məclis gündəminə alınmasına dair 6 martda keçirilən səsvermədə layihənin əleyhinə olaraq139 deputat "xeyr" səsi ilə çıxış edib, yalnız 7 deputat buna dəstək verib.

    Muxalifet3 - 9-03-2018

  14. ​Fədayə Laçınla bağlı məhkəmə QƏRAR VERDİ

    Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçın və digərlərinin həbs müddəti uzadılıb.
    Həbs qətimkan tədbirinin müddəti Nəsimi rayon Məhkəməsinin qərarı ilə mayın 29-dək artırılıb.

    Muxalifet2 - 9-03-2018

  15. Rus xəfiyyə Britaniyaya necə işləyib? - KİV

    Qərb xüsusi xidməti Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın imkanlarından onun Britaniyaya gəlməsindən sonra da istifadə ediblər. 
    Axar.az xəbər verir ki, “Faynənşl Tayms” Skripalın əvvəlki kimi operativ mənbə olmadığını, amma xüsusi xidmət orqanları ilə öz təcrübəsini bölüşdüyünü yazıb. 

    Muxalifet2 - 9-03-2018

  16. ​AFRİNƏ 6,03 KİLOMETR QALDI! Öcalan və Əsədin portretləri endirilir

    Şimal çəbhəsində şəhrlər biri-birinin ardınca alınır. Beləcə, Afrinin mərkəzinə 6,03 kilometr məsafə qalıb. PKK/YPG/-li terrorçulardan təmizlənən ümumi ərazi 814 kilometrə çatıb. Cindərəsdə Əsəd, Böyük Halibu və Kiçik Halibu şəhərlərində isə PKK/PYG-li terrorçuların asdığı terrorbaşı Öcalanın portretləri endirilib.
     
    Maranezdə əməliyyat gedir
     
    Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu dünən axşam saatlarında Afrinin şimalındakı Maranez kəndində əməliyyata başlayıb.

    Muxalifet2 - 9-03-2018

  17. ​Azərbaycanda YENİ HİYLƏ: Tikinti şirkəti iflas olarsa, alıcı nə etməlidir?

    Bir neçə gün öncə ölkədə fəaliyyət göstərən tikinti şirkətlərindən biri müflis olduğunu elan edərək, məhkəməyə müraciət edib. Bu Azərbaycan təcrübəsində bir ilkdir. İndiyə qədər müflis olduğunu bəyan edən tikinti şirkəti olmayıb.
    Məhz buna görə də ortaya bir çox suallar çıxır. İki sual isə bütün sualların başında gəlir: İnsanların müflis olan şirkət tərəfindən tikilən mənzillər üçün öncədən ödədiyi vəsaitin aqibəti necə olacaq? Məsələnin hüquqi yolla həlli hansı proseduralarla tənzimlənir?

    Muxalifet2 - 9-03-2018

  18. ​"Barselona" braziliyalı futbolçunun TRANSFERİNİ HƏLL ETDİ

    "Barselona" braziliyalı yarımmüdafiəçi Arturun transferini həll edib.
    Muxalifət.az xəbər verir ki, "Qremio"nun 21 yaşlı futbolçusunun transferi 2019-cu ilin yayında rəsmiləşəcək. Katalon klubu 30 milyon avronu birbaşa, 10 milyonu isə bonus şəklində hissə-hissə ödəyəcək. Uzun müddət "Barselona"nın maraq dairəsində olan Artur 2017-ci ilin dekabrında klubun idman direktoru Robert Fernandezlə görüşmüşdü. Martın 7-si "Qremio"nun prezidenti Romildo Bolzan jurnalistlərə açıqlamasında keçidin reallaşmaq üzrə olduğunu demişdi.

    Muxalifet2 - 9-03-2018

  19. Gəmilərimiz Rusiyanı məhv etməyə qadirdir - GENERAL

    ABŞ Rusiyanın istənilən hücumuna cavab verə bilər.
    Bunu jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Con Hayten söyləyib.
    “Biz bütün təhdidlərə cavab verməyə hazırıq və heç kim bundan şübhə etməməlidir. Rusiya ABŞ-a kütləvi hücumdan başqa heç nə edə bilməz. Onlar hələ də bilmirlər ki, bizim sualtı qayıqlarımız harada yerləşir. Bu sualtı gəmilər onların ölkəsini məhv etməyə qadirdirlər”, – deyə o bildirib./axar/

    Muxalifet2 - 9-03-2018

  20. Ərdoğandan Afrinlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

    Türkiyə prezidenti Ərdoğan, “Zeytun Budağı” Hərəkatında bu ana qədər zərərsizləşdirilən terrorçu sayının 3171-ə yüksəldiyini bildirib. Ərdoğan Afrin mərkəzinin artıq mühasirəyə alındığını söyləyib: "Hazırda Afrinin mərkəzi mühasirəyə alınıb. Hər an Afrinin mərkəzinə girə bilərik, inşallah ".
    Müxalifət.az

    Muxalifet3 - 9-03-2018

Pages