Axtarış

The search found 105785 results in 0.054 seconds.

Search results

  1. ​Lənkəranskinin qardaşını həbsdən "Lotu Quli" azad etdirib - SENSASİON TƏFƏRRÜAT

    Ötən ilin noyabrında İstanbulda "Quli Bakinski" kimi tanınan “qanuni oğru” Nadir Səlifova sui-qəsdə günahlandırılaraq həbs edilən dəstə haqda yeni sensasion xəbər yayılıb. Rusiya KİV-nin xəbərinə görə, dəstə üzvləri "Quli"nin “onların mənə sui-qəsdə əli ola bilməsi polisin uydurmasıdır” dedikdən sonra azadlığa buraxılıb.

    Muxalifet - 9-03-2018

  2. ​Azərbaycanda DƏHŞƏT: 3 manata görə qadının başını kəsib, evini yandırdı - TƏFƏRRÜAT

    Gəncədə baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
    Gəncə şəhəri Nəriman Nərimanov prospektində Natella Katiblini amansızlıqla öldürən Elçin Mustafayevin hadisə vaxtı sərxoş olduğu və qonşusunu pula görə öldürdüyü məlum olub.
    Elçin Mustafayev deyib ki, gecə saatlarında Natelladan 3 manat almaq üçün onun evinə gedib. Qadın pul verməkdən imtina edəndən sonra o, zorakılığa əl atıb.

    Muxalifet2 - 9-03-2018

  3. ​Vəkillər MTN generallarına bəraət istəyiblər – MƏHKƏMƏ

    Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
    APA-nın xəbərinə görə, prosesdə sabiq MTN generalları – Sübahir Qurbanov və Teymur Quliyevin vəkilləri çıxış ediblər.
    Onlar hüquqlarını müdafiə etdiyi şəxslərin təqsirsiz olduğunu deyib, onlara bəraət verilməsini məhkəmədən xahiş ediblər.

    Muxalifet2 - 9-03-2018

  4. ​Türkmən böhranı dərinləşir: İŞÇİLƏRİN İXTİSARI GENİŞLƏNDİ

    Türkmənistanın bir sıra regionlarında iş yerlərinin ixtisarının növbəti dalğası başlayıb.
    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq” radiosu yayıb.
    İxtisarların xüsusilə Aşqabaddakı muzey, mədəniyyət mərkəzləri və kitabxanalarda yaşandığı bildirilib. İxtisar olunanlar sırasında orta məktəb müəllimlərinin də yer alacağı vurğulanıb. Ümumilikdə rəsmi Aşqabad 1000-dən çox iş yerinin ixtisarını nəzərdə tutub.

    Muxalifet2 - 9-03-2018

  5. Rus əsgərləri çəkiləcək, TSQ girəcək: AFRİNDƏN SONRA ORA VAR

    “Zeytun Budağı” hərəkatının başlaması ilə birlikdə Rus əsgərlərinin çəkildiyi bölgə olan Tel Rifat, hərəkatın hədəfləri çərçivəsində yerləşir. TSQ, Rusiya ilə 24 saat ərzində əlaqədədir və Afrin mərkəzindən sonra Rus əsgərləri bu regiondan çəkiləcək.
     
    Bu günə qədər “Zeytun Budağı” hərəkatının dəqiq sərhədləri bildirilmədiyindən bu gün əsas sual doğuran məsələlərdən biri də məhz budur.

    Muxalifet3 - 9-03-2018

  6. ​“Qoca”nı qaçıran taksiçinin həbs müddəti artırıldı - QƏRAR

    Kriminal aləmdə “Qoca” ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunan taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
    Nəsimi rayon Məhkəməsi təqdimatı təmin edib. Onun həbs müddəti daha iki ay uzadılıb.
    Taksi xidməti göstərən Məhəmməd Hacıyev Günay Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinirlər. Onların hər ikisi Ağstafa rayon ərazisində həbs edilib, Etibar Məmmədov isə oradan qaçıb.

    Muxalifet2 - 9-03-2018

  7. ​ABŞ 3 terrorçunun başına 11 milyon pul qoydu - SİYAHI

    ABŞ Pakistanın “Təhrik-i Taliban Pakistan” terror təşkilatının rəhbəri Molla Fəzlullahın başına 5 milyon dollar mükafat təyin edib.
    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Dövlət Departamenti yayıb. Departament Molla Fəzlullahla bərabər, “Camaat ül-Əhrar”ın rəhbəri Abdulla Vali və “Ləşkəri-İslam”ın rəhbəri Manqala Baqxa barədə informasiyaya da mükafat təyin edib. Bu şəxslər haqqında informasiyaya görə 3 milyon dollar mükafat vədi verilib.
    Qeyd edək ki, hər üç şəxs ABŞ və Pakistanın maraqlarına zərbə endirməkdə ittiham edilib.

    Muxalifet2 - 9-03-2018

  8. ​AVROPA ABŞ-A CAVAB HAZIRLAYIR

    ABŞ-da rüsumlar tətbiq edilərsə, Avropa dərhal buna münasibət bildirəcək.
    AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Pyer Moskovisi bu fikirləri Fransanın BFM-TV telekanalına bu gün verdiyi müsahibədə söyləyib.

    Muxalifet2 - 9-03-2018

  9. ​Hollandiyadan Türkiyəyə qarşı DAHA BİR ADDIM

    Hollandiya hökuməti Türkiyənin Qaziantep şəhərinin bələdiyyə sədri Fatma Şahinin Deventer şəhərinə səfərinə icazə verməyib.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, Hollandiya hökumətinin xəbərdarlığından sonra rəsmi Ankara Fatma Şahinin bu ölkəyə səfərini təxirə salıb.
    Qeyd edək ki, Fatma Şahinin 11 mart tarixində Deventer mərkəzi məscidində türk əsilli qadınlarla görüşü planlaşdırılmışdı.

    Muxalifet2 - 9-03-2018

  10. ​ÜLVİRA QARAYEVA DA TELEVİZİYA AÇIR

    Tanınmış teleaparıcı Ülvira Qarayeva yeni televiziya açır.
    Modern.az-ın məlumatına görə, yeni açılacaq televiziya siyasətdən uzaq olacaq. Əsasən mədəniyyət kanalı kimi fəaliyyət göstərəcək.
    Əldə etdiyimiz digər məlumata görə, artıq yeni kanalda çalışmaq üçün işçi heyəti də müəyyənləşib. Televiziyanın yaxın vaxtlarda fəaliyyətə başlayacağı söylənilir.
    Məsələ ilə bağlı tanınmış aparıcı ilə əlaqə saxladıq, bu barədə danışmaq istəmədiyini deyib:
     “Bu barədə heç nə danışmaq istəmirəm”.

    Muxalifet2 - 9-03-2018

  11. ​ŞİRVANDA YOL ÇÖKDÜ

    Şirvanda magistral kanalizasiya xətti tutulub və nəticədə avtomobil yolu çöküb.
    Şirvan şəhərinin Xəqani küçəsində 200 metrdən çox məsafədə magistral kanalizasiya xəttinin tutulması nəticəsində yolun iki tərəfində yerləşən binalar üçün ciddi təhlükə yaranıb.
    Binalararası avtomobil yolu bir neçə hissədə çöküb. Magistral xətlə gedən çirkab kanalizasiya suları asfaltın üstünə çıxaraq binaların zirzəmilərinə dolub. Su axını binaların özüllərinə də təhlükə yaradır.

    Muxalifet2 - 9-03-2018

  12. MÜHASİBDƏN NAZİRLƏRƏ MÜRACİƏT - Şirkətlər niyə şəffaf işləyə bilmir?

    “World Hope International” şikətinin ölkə üzrə direktor müavini və baş mühasibi Elşən Orucov, Vergilər naziri Mikayıl Cabbarova və Əmək və Əhalilin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov Şəffaf Cəmiyyət naminə açıq məktub yazıb.
    Muxalifət.az bildirir ki, məktubunu “Marja”ya da göndərən E.Orucov faktlara əsasən qeyd edib ki, tam şəffaf fəaliyyət göstərən xırda bir MMC zərər edir. Səbəb vergi, sosial və digər qanuni ödənişlərin yüksək olmasıdır.
    Elşən Orucov məktubunda yazıb:

    Muxalifet2 - 9-03-2018

  13. ​ABŞ-dan Kim Çenlə görüş AÇIQLAMASI: Artıq vaxtı çatıb

    Şimali Koreya lideri Kim Çen İnlə danışıqlar aparılması barədə qərarı ABŞ Prezidenti Donald Tramp şəxsən qəbul edib.
    Muxalifət.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Reks Tillerson danışıb.
    “Bu qərarı prezident şəxsən qəbul edib. Mən səhər tezdən onunla qərarı barədə danışdım. Bizim çox yaxşı söhbətimiz baş tutdu. Prezident Tramp bir neçə dəfə danışıqlara açıq olduğunu söyləyib və bu şəraitdə məmnuniyyətlə Kim Çenlə görüşəcək. Məncə prezident artıq bunun vaxtının çatdığını düşünür”, - Tillerson bildirib.

    Muxalifet2 - 9-03-2018

  14. Əsəd gücləri ilə PKK yenidən bir birinə girdi: DÖYÜŞLƏR QIZIŞDI

    Əsəd rejiminə sadiq qüvvələrlə PKK arasında ölkənin şərqində şiddətli qarşıdurmaların yaşandığı bildirilir.
     
    Bölgə mənbələrindən verilən məlumatlara görə, Rusiya və İranın dəstəklədiyi rejim, ABŞ tərəfindən dəstəklənən PYD/PKK qüvvələri arasında Suriyanın şərqindəki Deyr əz Zor bölgəsində şiddətli qarşıdurmalar yaşanır.
    Mənbələr, münaqişələrin Deyr əz Zorun şimalında davam etdiyini bildirərkən, hər iki tərəfin də baş verən toqquşmalarda çox sayda itki verdiyini bildirir.

    Muxalifet3 - 9-03-2018

  15. ​Elçibəyin oğlundan Siyavuş Novruzova CAVAB: “Mənim ailəmə qarşı təhqir olmayıb və ola da bilməz”

    Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü, yaxınları barədə səsləndirdiyi fikirlərə etiraz məqsədi daşıyan sensasion müraciət yayıb.

    Muxalifet2 - 9-03-2018

  16. ​“İTV-yə verəcək o qədər pulum yoxdur” - Namizədlər TV-dəki qiymətlərdən narazıdır

    İTV axşam saatlarında prezidentliyə namizədlərin bir dəqiqəlik çıxışına 3 min manat istəyir. Bunu 5 dəqiqəyə vuranda 15 min edir.
    MSK-nın açıqladığı bilgilərə görə, adıçəkilən televiziyada saat 11:50-də efirə çıxmaq istəyənlər 1 saniyəyə 20, 12:30 və 14:35-də 22, 16:50-də 24, 17:30-da isə 30 manat ödəməlidir. Saat 18:40-da efirin bir saniyəsi 35 manata təklif olunur. Ən baxımlı zamanda – saat 20:20-də efirə çıxmağın bir saniyəsinin qiyməti isə 50 manatdır. Beləliklə, prezidentliyə iddialı şəxs bir dəqiqəlik çıxışa 3 min manat ödəməlidir. Üstəlik, bura ƏDV daxil deyil.

    Muxalifet2 - 9-03-2018

  17. ​Satıcı ana və qızlarını oğurluq başında yaxaladı - VİDEO

    “Layf Centr” də fəaliyyət göstərən "Nə alsan 1 manat” mağazalar şəbəkəsində oğurluq hadisəsi baş verib.
    Teleqraf.com xəbər verir ki, hadisə bu gün baş verib.
    Alış-veriş edən ana və qızları xeyli sayda məhsulu çantalarına yığaraq, özləri ilə aparmaq. Ancaq onlar mağazanın təhlükəsizlik kameralarında görüntülənib və qapıdaca saxlanılıblar. Satıcı hadisə yerinə polis çağırıb. Oğurluq edənlər polis bölməsinə aparılıb.
    Hadisəni əks etdirən görüntülər mağazanın İnstaqram hesabında yerləşdirilib.

    Muxalifet2 - 9-03-2018

  18. ​Koryen Yonker: "Biz seçki polisi deyilik, seçkilərin nəticəsi ilə maraqlanmırıq"

    "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) fevralın sonunda Azərbaycana səfər edən ehtiyacların qiymətləndirilməsi missiyasının hesabatından sonra seçkiləri müşahidə etmək barədə qərar verib. Biz şadıq ki, Azərbaycandan müşahidə ilə bağlı dəvəti vaxtında almışıq".
    Bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker Bakıda keçirdiyi mətbuat konfransında deyib.

    Muxalifet2 - 9-03-2018

  19. ​Ümid edirəm ki, gələn həftə... - MERKEL

    Almaniya kansleri Angela Merkel yeni hökumətin gələn həftə işə başlaya biləcəyinə ümid etdiyini bildirib.
    Axar.az xəbər verir ki, federal kansler Almaniyanın böyük iqtisadi birliklərinin rəhbərləri ilə görüşündən sonra bu barədə danışarkən deyib: “Ümid edirəm ki, növbəti həftə hər şey alınacaq, cəld işə başlamaq lazım gələcək. Bizim çoxlu planlarımız var, bura Almaniya iqtisadiyyatının rəqabət qabiliyyətliyinin təmin olunması vəzifəsi də daxildir”.

    Muxalifet2 - 9-03-2018

  20. ​Misir universitetində Azərbaycan dili tədris edilir

    Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb.
    Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, universitetin Humanitar fənnlər fakültəsinin “Turk dili” bölməsində Azərbaycan dilini tələbələrə Birliyin üzvü İnarə Osmanova tədris edir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti, eləcə də Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də məlumat verilir.

    Muxalifet3 - 9-03-2018

Pages