Axtarış

The search found 105785 results in 0.047 seconds.

Search results

  1. ​İran ABŞ-ın İŞİD-lə müttəfiq olduğunu isbat edən DƏLİLLƏRİ BƏYAN ETDİ! - “Bu sənədləri onların üzünə çırparsınız!”

    Muxalifət.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” qüvvələrinin komandiri, genral-mayor Qasım Süleymani ölkənin Xarici İşlər Nazirliyinə ABŞ-ın İŞİD terror qruplaşması ilə ittifaqda olduğuna şəhadət edən sənədlər təqdim edib. Bu barədə rəsmi açıqlamanı İran parlamentinin spikeri Hüseyn Əmir Abdullahian verib: “Mən XİN-də olarkən, general Süleymani ilə görüşdüm. O, sənədləri mənə təqdim edərək dedi ki, bu dəlilləri Qərbin və BMT-nin üzünə çırpım.

    Muxalifet2 - 10-03-2018

  2. ​Baş məşqçi: "Kosova yığması yeriməyi öyrənən uşaqdır"

    UEFA Millətlət Liqasında Azərbaycan, Malta və Farer adaları yığmaları ilə eyni qrupda yer alan Kosovo millisinin baş məşqçisi Bernar Şalland “Blick” nəşrinin suallarını cavablandırıb. “Report” həmin müsahibəni təqdim edir:
    -
    Siz albanca bilirsiniz?
    - Bir o qədər yox. Amma bu, mütləq deyil. Oyunçuların böyük əksəriyyəti Kosovodan yox, Almaniya, İsveçrə, İngiltərə, İtaliya və Skandinaviya ölkələrindəndirlər. Yığmada əsas dil ingilis dili olacaq. Ehtiyac duyulduqda, tərcüməçidən yararlanacağam.

    Muxalifet2 - 10-03-2018

  3. ​Donald Tramp ifadə verməyə hazırdır- “Rusiya işi” üzrə

    ABŞ Prezidenti Donald Tramp təhqiqatın tez bir zamanda başa çatdırılması şərti ilə “Rusiya işi” üzrə xüsusi prokuror Robert Müllerin suallarına cavab verməyə hazırdır.
    Azərtac “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, əgər xüsusi prokuror, heç olmasa təhqiqatın bilavasitə prezidentlə bağlı olan hissəsinin dəqiq bitmə tarixini müəyyənləşdirsə, Donald Tramp sualları cavablandırmağa razılıq verəcək. Trampın hüquqşünasları bir neçə variantı nəzərdən keçirir. Onlardan biri söhbətdən 60 gün sonra Müller üçün son tarix müəyyən edilməsi ilə bağlıdır.

    Muxalifet2 - 10-03-2018

  4. ​Türkman Cəbhəsinə qəfil hücum – ÖLƏN VAR

    Kərkükdə İraq Türkman Cəbhəsinin (İTC) hərbi bürosuna naməlum şəxslər qəfildən hücum edib.
    Teleqraf.com xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
    Hücum nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
    Kərkük şəhər polis rəisi Hattap Ömər deyib ki, İTC bürosuna RPG-7 silahıyla hücum edilib:
    “Bu hücum zamanı Terrorla Mübarizə Təşkilatının bir nümayəndəsi öldürülüb, bir nəfər isə yaralanıb. Silahlı hücuma sərt qarşılıq verilib. Artıq hücumun baş verdiyi istiqamət üzrə araşdırmalar aparılır. Bir nəfər həbs edilib”.

    Muxalifet2 - 10-03-2018

  5. TSQ və ASO daha 3 kəndi TERRORÇULARDAN AZAD ETDİ

    TSQ və ASO gücləri, Cinderesinin şərqindəki Zelka kəndi ilə Afrinin şimalındakı Kafr Rum və Xora kəndini terror təşkilatı PKK/PYD terrorçularının işğalından xilas edib.
    Müxalifət.az

    Muxalifet3 - 10-03-2018

  6. Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçildi -TAM TƏRKİB

    Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib.
    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan jurnalistlərinin VII qurultayında seçki keçirilib.
    Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

    Muxalifet - 10-03-2018

  7. ​“Manatın başının üzərində yenidən qara buludlar dolaşır” - QUBAD İBADOĞLU

    “Ötən il Azərbaycandan xaricə 13 milyard 811 milyon 624 min ABŞ dolları məbləğində mal göndərilib.. Onun 12 milyard 290 milyon 658 min dollarını və ya 88,98 faizini xam neft, neft məhsulları, qaz və elektrik enerjisi təşkil edib. Bu ixrac məhsulları əsasən dövlət təşkilatları vasitəsilə xaricə göndərilib və əldə edilən valyuta gəlirlər də əsasən Dövlət Neft Fondunda, Neft Şirkətində və “Azərenerji”də toplanıb”.
    Muxalifet.az xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu bildirib.

    Muxalifet - 10-03-2018

  8. ​“Volkswagen” 33 mindən çox avtomobili geri çağırır - SƏBƏB

    Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” Çində satdığı 33 min 142 avtomobili geri çağıracaq.
    Azərtac Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2014-2017-ci illərdə istehsal olunmuş “Touareg” modelindən olan minik vasitələridir. Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin mühərrikindəki klapanlar suyun düzgün axınına imkan vermir və bu, nəticədə təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər.
    Geriçağırılma prosesinə aprelin 30-dan başlanılacaq.

    Muxalifet - 10-03-2018

  9. ​İSRAİLLİ DEPUTATDAN KAFİRLİK: ““Allahu əkbər” yerinə “İsrail əkbər” deyin”

    İsrailin Likud partiyasını təmsil edən millət vəkili Yoav Kiş Knessetdəki (yəhudi parlamenti) iclaslardan birindəki (ötən çərşənbə günü) çıxışında ərəb millət vəkillərinə xitab edərək deyib: “Namazlarınızda “Allahu əkbər” (Allah böyükdür) yerinə “İsrail əkbər” (İsrail böyükdür) deyin”. Bu sözlər islam aləmində böyük etiraza səbəb olub.
    Namaza sataşdı

    Muxalifet - 10-03-2018

  10. ​Bakı Ankaradan 10 cinayətkarı TƏLƏB ELƏDİ

    Türkiyə 2017-ci ildə 80 ölkədən 389 cinayətkarın ekstradisiyasını tələb edib.
    Bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Ekstradisiyası tələb edilənlərdən 251-i terrorda, 138-i isə digər cinayətlərdə ittiham olunub.
    Ankaranın bu tələblərinin keçən il ərzində yalnız 80-ni qarşılanıb. Türkiyəyə keçən il ərzində həmçinin Azərbaycandan 4 cinayətkar ekstradisiya olunub.

    Muxalifet2 - 10-03-2018

  11. 6 kənd terrorçulardan təmizləndi: AFRİN GÖRÜNDÜ

    TSQ və ASO gücləri Şeyx Əbdürrəhman, Körpə Nökəri, Canavar Qulağı, Sinaqoqun, Zelka və Kefr Rum kəndlərini terror təşkilatı PKK-dan təmizləyib.
     
    Dünən azad olunan strateji mövqelərdən sonra “Zeytun Budağı” Hərəkatı birlikləri ilə Afrin mərkəzi arasında 5 kilometrdən də az məsafə qalıb və rayon mərkəzinin sərhədlərinə çatıblar. TSQ və ASO-nun olduğu yerdən, Afrin mərkəzinin görünüşünün fotoşəkili paylaşılıb.

    Muxalifet3 - 10-03-2018

  12. ​Qənirə Paşayeva İstanbulda milli istiqlal şairimiz Əhməd Cavadla bağlı geniş məruzə ilə çıxış edib

    İstanbulda Türk Ocaklarının təşkilatçılığı ilə keçirilən tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Cümhuriyyətinin qurulması və qardaş Türkiyə üçün göstərdiyi böyük xidmətlərdən, böyük acılarla bitən ömür yolundan danışıb.

    Muxalifet2 - 10-03-2018

  13. Putindən Tramp haqda ŞOK SÖZLƏR

    Rusiya prezidenti Vladimir Putin Amerikalı həmkarı Donald Trampın əməkdaşlıq etdiyi insanlara hörmətlə yanaşan böyük təcrübəyə malik bir insan olduğunu bildirib.
     
    NBC televiziyası, Rus liderlə müsahibə dərc edib. Putinə digər məsələlərlə yanaşı, ABŞ prezidenti Donald Trampla bağlı rəyi soruşulub.
    ABŞ prezidentinin tənqidlərdən qaçmayan və praqmatik yanaşmaya malik bir şəxs olduğunu söyləyən Putin, bu mövzuda bu dəyərləndirmələri edib:

    Muxalifet3 - 10-03-2018

  14. ​Jurnalistlərin VII qurultayı haqqında - EKSPERT RƏYLƏRİ

    Martın 10-da Bakıda ölkə jurnalistlərinin VII qurultayı açılıb. Amma qurultayın işində Azərbaycanın bütün KİV-ləri və jurnalistləri deyil, yalnız Mətbuat Şurasının üzvləri - 166 KİV və təşkilatın 241 nümayəndəsi iştirak edib.
    Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov öz hesabatında dövlətin jurnalistlərə qayğısından danışıb və Mətbuat Şurasının faktiki olaraq hökumətyönlü siyasət apardığı barədə tənqidləri təkzib edib.

    Muxalifet2 - 10-03-2018

  15. ​Daha 3 nəfərin prezidentliyə namizədliyi QEYDƏ ALINDI

    Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar daha 3 prezidentliyə namizəd qeydə alınıb.
    Muxalifət.az xəbər verir ki, bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib.
    Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

    Muxalifet2 - 10-03-2018

  16. ​Heç kim bizi NATO-dan çıxara bilməz – ÇAVUŞOĞLU

    ABŞ-da bəziləri Ankara ilə müttəfiqliyə şübhə ilə yanaşırlar.
    Muxalifət.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

    Muxalifet2 - 10-03-2018

  17. ​ABŞ-dan HƏYƏCAN TƏBİLİ: “Belə getsə, 2025-ə qədər rus ordusu...”

    ABŞ-ın Avropada hərbi birlikləri 2025-ci ilə qədər Rusiyaya qarşı hərbi üstünlüyünü itirəcək.
    Teleqraf.com ABŞ-ın internet qəzeti “Defense One”yə istinadən xəbər verir ki, bu fikri NATO-nun Avropa Müttəfiq Qüvvələr Komandanı, general Kurits Skaparrotti Rusiya ordusunda moderinizasiyanın sürətlə aparılması haqda danışarkən deyib.
    General qeyd edib ki, rus ordusunun həyata keçirdiyi moderinizasiyanın sürəti ilə müqayisədə ABŞ silahlı qüvvələrin yenilənmə tempini aşağı sala bilməz:

    Muxalifet2 - 10-03-2018

  18. Qərb Çində nəyi YANLIŞ ANLADI: yolunda getməyən nədir? – “The Economist”

    Çin bu yaxınlarda avtoritar rejimdən diktaruraya qədəm qoydu və ya qoyacaq deyə bilərik. Belə bir dəyişiklik Çinin indiki prezidenti Si Szinpinin konstitusiyada
    düzəliş edərək prezidentin iki dəfə deyil, daha çox seçilə biləcəyi sistemini gətirmək istəməsi ilə baş verir. Bu sadə bir dəyişiklik deyil, Qərbin 25 ildən artıq müddətə Çində uduzan ata oynaması deməkdir.

    Muxalifet2 - 10-03-2018

  19. Afrində daha 3 kənd TERRORÇULARDAN TƏMİZLƏNDİ

    Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrinin Korta, Babak Uşağı və Qaşa kəndlərini YPG/PKK-İŞİD-dən təmizləyib.

    Muxalifet3 - 10-03-2018

  20. ​Biləsuvarda poçtun seyfi OĞURLANDI

    Biləsuvar rayonunda poçtdan oğurluq olub.
    Muxalifət.az xəbər verir ki, oğurluq hadisəsi rayonun Ağalıkənd kəndində qeydə alınıb. Belə ki, axşam saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən kənd ərazisində yerləşən poçt şöbəsindən seyf oğurlanıb.
    Həmçinin həmin günü kənddə yerləşən ərzaq dükanından da oğurluq edilib.
    Hazırda hər iki faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır./report/

    Muxalifet2 - 10-03-2018

Pages