Axtarış

The search found 105785 results in 0.063 seconds.

Search results

  1. ​Tramp: Kim Çenlə görüşün yeri və vaxtı...

    Şimali Koreya ilə razılaşma hazırlıq mərhələsindədir və tamamlanarsa, dünya üçün çox yaxşı olacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp şəxsi Tvitter səhifəsində yazıb. O, Şimali Koreya lideri Kim Çen İnlə planlaşdırılan görüşün vaxtının və yerinin müəyyənləşdiriləcəyini qeyd edib.
    Xatırladaq ki, bundan öncə Donald Tramp Kim Çen İnin görüş təklifini qəbul etmişdi. Görüş zamanı iki ölkə arasında nüvə, raket sınaqları və s. məsələlərlə bağlı razılaşma imzalanması gözlənilir.
     

    Muxalifet3 - 10-03-2018

  2. ​Ərdoğan: Torpaqlarımız kiçildikcə kiçildi

    Biz buralara 18 milyon kvadrat kilometrdən gəlmişik. Kiçildikcə kiçildik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalq qarşısında çıxışı zamanı söyləyib. O, tarix boyu Türkiyənin işğalçı dövlət olmadığını deyib:
    “780 min kvadrat kilometr ərazidə heç kimin əməliyyatlar keçirməsinə icazə vermərik. Onlar qaçacaq biz qovacağıq. Afrində iş bitmək üzrədir. 850 kvadrat kilometr nəzarətimiz altındadır. Hədəf o 2 min kvadrat kilometr ərazini (Afrin) də nəzarətimiz altına almaqdır. Dərdimiz torpaq deyil, terrorçuların məhv edilməsidir”.
     

    Muxalifet3 - 10-03-2018

  3. Sumqayıtda ağır qəza: Müğənni və daha 2 nəfər yaralandı

    Sumqayıt şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
    Muxalifet.az-ın report-a istinadən məlumata görə, 1993-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Ramil Quliyevin idarə etdiyi "Opel" markalı avtomobil şəhərin 4-cü mikrorayonunda 1992-ci il təvəllüdlü müğənni Həmid Sultanın idarə etdiyi "Ford" markalı maşınla toqquşub.
    Nəticədə "Opel"in sürücüsü R.Quliyev, "Ford"u idarə edən H.Sultan və onun sərnişini 26 yaşlı Heydər Akmuradov müxtəlif dərəcəli xəsarətlər alıb.

    Muxalifet3 - 10-03-2018

  4. ​Ankara bizə hörmət etməlidir - Qarqaş

    Türkiyə və Ərəb ölkələri ilə münasibətlərin ən yaxşı səviyyədə olmadığını görmək çətin deyil. Ankara ərəblərin müstəqilliyini nəzərə alaraq, qonşuları ilə məntiqli və ağıllı iş görməlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər naziri Ənvər Məhəmməd Qarqaş öz Tvitter hesabında yazıb. O bildirib ki, rəsmi Ankara Ərəb ölkələrinin müstəqilliyinə hörmət etmir.

    Muxalifet3 - 10-03-2018

  5. ​Azərbaycanda həbsxanada iki məhkum öldü

    Bakıda daha iki məhkum xəstəlikdən ölüb.
    Muxalifet.az Penitensiar Xidmətin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılanlar – 1965-ci il təvəllüdlü Mais Fazil oğlu Səfərov və 1951-ci il təvəllüdlü Fərman Nəriman oğlu Hüseynov xəstəlikdən ölüblər.
     

    Muxalifet3 - 10-03-2018

  6. ​Taliban bu əyalətə hücum etdi: 20-dən çox ölü var

    Taliban üzvləri Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətindəki təhlükəsizlik qüvvələrinə hücum edib.
    Muxalifet.az xəbər verir ki, hadisə zamanı Balabuluk rayonunda 18 asayiş keşikçisi həlak olub, üç əməkdaş oğurlanıb. Təhlükəsizlik qüvvələrinin daha 6 əməkdaşı isə vilayətin inzibati mərkəzi olan Fərəh şəhərində qətlə yetirilib.
    Qeyd edək ki, 2014-cü ildə ABŞ-ın hərbi birləşmələri Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu Talibanın nəzarətinə keçib. Bölgədə həmçinin İŞİD terrorçuları da aktiv fəaliyyət göstərir.
     

    Muxalifet3 - 10-03-2018

  7. ​Ərdoğan xalqı bozqurd işarəsi ilə salamladı və...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Mersindəki konqresində xalqı bozqurd işarəsi ilə salamlayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin "Xəbərlər" saytı yayıb.
    Məlumata görə, çıxışına "bir millət, bir bayraq, bir dövlət, bir vətən" sözləri ilə başlayan Ərdoğanın bozdurq arxasınca isə "rabia" işarəsi göstərməsi hər kəs tərəfindən maraqla qarşılanıb. Daha sonra isə o, Afrindəki əməliyyatlardan danışıb.

     

    Muxalifet3 - 10-03-2018

  8. ​Bakıda müstəntiq bədbəxt hadisə nəticəsində öldü

    Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi bədbəxt hadisə nəticəsində ölüb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, 25 yaşlı Mirzəli Cavid Ədalət oğlu ilkin məlumata görə, küçə ilə hərəkət edərkən yıxılıb. Nəticədə onun başı səki daşına dəyib və o, vəfat edib.
    Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.
    Faktla bağlı araşdırma aparılır.
    Qeyd edək ki, C.Mirzəli Polis Akademiyasını qırmızı diplomla bitirərək, baş leytenant rütbəsi alıb.
     

    Muxalifet3 - 10-03-2018

  9. ​İran İngiltərəni ittiham etdi: İstəsəydi...

    İngiltərə hökuməti istəsəydi, bir neçə quldurun hücumunun qarşısını alardı.
    Muxalifet.az xəbər verir ki, bu sözləri yerli mediaya açıqlamasında İranın Ali dini lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Londonda İran səfirliyinə təşkil olunan hücum barədə danışarkən deyib.
    İran hökumətinin sözçüsü Məhəmməd Bağır Nobaxt isə İngiltərə polisini beynəlxalq qaydalara əməl etməməkdə ittiham edib. O bildirib ki, İran sözügedən hücumu kəsin şəkildə qınayır və qısa zamanda qərarlı reaksiya verəcək.

    Muxalifet3 - 10-03-2018

  10. ​İrəvanda xalq ayağa qalxdı: Sərkisyanın yeni vəzifəsinə etiraz

    Ermənistanın paytaxtı İrəvanda Azadlıq meydanında etiraz aksiyası keçirilib.
    Muxalifet.az xəbər verir ki, aksiya iştirakçıları Serj Sərkisyanın baş nazir təyin olunmasına etirazlarını bildiriblər.
    Mitinqdə keçmiş spikeri Karapet Rubinyan və ziyalılar çıxış edib. Növbəti mitinqin martın 16-da təkrar keçirilməsi qərara alınıb.
     

    Muxalifet3 - 10-03-2018

  11. ​Türkiyə sərhədində iki alman saxlanıldı: Qadağan bölgə...

    Yunanıstanla Türkiyə sərhədində iki alman jurnalist həbs edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Xəbərtürk” yayıb.
    Məlumata görə, Almaniyanın ARD kanalında çalışan jurnalistlər iki ölkə sərhədində yerləşən “qadağan olunmuş” əraziyə daxil olduqları üçün həbs ediliblər.
    Almaniyanın “Der Şpigel” jurnalı jurnalistlərin Almaniyadan qanunsuz yolla Türkiyəyə geri dönmək istəyən türklərin Meriç çayından necə keçdiklərini görüntüləmək məqsədi ilə bölgəyə daxil olduqlarını bildirib.
     

    Muxalifet3 - 10-03-2018

  12. ​"Qarabağ"a 45 dəqiqə kifayət etdi, "Sumqayıt" isə...

    Bu gün Topaz Premyer Liqada 19-cu tura yekun vurulub.
    Muxalifet.az-ın məlumatına görə, son oyun günündə daha 2 görüş keçirilib.
    Debütant "Səbail" öz meydanında "Sumqayıt"ı qəbul edib. Altı oyundur məğlub olmayan və son turda "Qarabağ"dan bir xal alan Samir Abasovun komandası Avroliqaya vəsiqə şansını saxlamaq üçün səfər matçında üç xal qazanmalı idi ki, bunu da bacarıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

    Muxalifet3 - 10-03-2018

  13. Artıq ən böyük düşmənimiz İsrail deyil... - Fələstin

    İsrail və Səudiyyə Ərəbistanının nümayəndələri Misirin vasitəçiliyi ilə Qahirədə gizli görüşlər keçirir.
    Muxalifet.az xəbər verir ki,bunu Fələstin rəsmilərindən biri BƏƏ mediasına açıqlamasında söyləyib. Tərəflərin Qahirədəki otellərdən birində görüşdüyünü deyən rəsmi onların Qırmızı dəniz bölgəsi ilə bağlı iqtisadi məsələləri də müzakirə etdiklərini deyib:
    “İsrail və Səudiyyə Ərəbistanı arasındakı yaxın münasibətlər Fələstin rəhbərliyinə mənfi təsir göstərir. Başa düşdüyümüz qədərilə artıq bölgədəki ən böyük düşmən İsrail deyil”.
     

    Muxalifet3 - 10-03-2018

  14. ​İrəvan təhlükə yaradır, İran Qarabağda... – ABŞ siyasətçisi

    Ermənistanın İranla, xüsusilə Rusiya ilə strateji yaxınlaşması Qərbin Yaxın Şərqdə maraqlarına təhlükədir.
    Muxalifet.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Dan Barton bu iddia ilə “Deyli Kaller” qəzetindəki məqaləsində çıxış edib. O, Rusiya ilə İranı Ermənistanın əsas müttəfiqi adlandırıb:

    Muxalifet3 - 10-03-2018

  15. ​Türkiyə İsraili buna görə qınadı - Bəyanat

    Türkiyə Xarici İşlər Nazirliyi İsrail parlamentinin təsdiqlədiyi yeni qanun layihəsinə görə Təl-Əvivi qınayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin yaydığı bəyanatda qeyd olunub:
    “İsrail Daxili işlər Nazirliyinə terror aktlarında iştirak edən və ya İsrail dövlətinin təhlükəsizliyini pozan hərəkətlərə yol verən şəxslərin daimi yaşayış icazələrini ləğv etmək səlahiyyəti verən qanun layihəsinin parlamentdə təsdiqlənməsini qınayırıq.

    Muxalifet3 - 10-03-2018

  16. ​Ərdoğan NATO-ya səsləndi: Niyə gəlmirsən?

    Suriyada NATO-ya üzv ölkələr qüdrətləri çatsa, qarşımızda durarlar. Amma Türkiyənin dik durduğunu gördükləri üçün buna cürət etmirlər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. NATO-ya qarşı sərt çıxışlar edən Ərdoğan NATO-nu Suriya üçün addım atmağa səsləyib:
    “Ey NATO haradasan? Mən Suriyaya gəl deyə səsləyirəm. Niyə gəlmirsən?”
     

    Muxalifet3 - 10-03-2018

  17. ​Əsəd ordusu Duma və Harastanı mühasirəyə aldı

    Muxalifet.az  xəbər verir ki, bu barədə məlumatı “Röyter” agentliyi yayıb.
    Məlumata görə, Suriya İnsan Haqları Təşkilatı son günlər yaşanan silahlı hücumlardan sonra bölgənin mühasirəyə alındığını bildirib.
     

    Muxalifet3 - 10-03-2018

  18. ​ATƏT PA-nın sədri Azərbaycana rəsmi səfərə gəlib

    ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyəti martın 10-da Azərbaycana rəsmi səfərə gəlib.
    Muxalifet.az "Trend"ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelini və xanımı Eka Tseretelini Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova qarşılayıb.
     

    Muxalifet3 - 10-03-2018

  19. ​İraq terrorçuları orduya daxil etdi

    İraqdaki Haşdi Şabi qruplaşmasının üzvləri ordu sıralarına daxil edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə İraqın Milli Təhlükəsizlik üzrə rəsmisi Falih əl-Fəyyad təlimat verib. O, Haşdi Şabi milislərinin axıtdıqları qanlara vəfa borcu olaraq belə bir təlimat verdiyini deyib.

    Muxalifet3 - 10-03-2018

  20. ​Futbol matçı zamanı stadiona vertolyot endi

    Bu, azarkeşlərdən birinin vəziyyətinin pisləşməsi səbəbindən baş verib
     
    Futbol üzrə İngiltərə dördüncü divizionunda "Çesterfild" və "Linkoln Siti" matçı zamanı azarkeşlərdən birinə yardım göstərmək üçün həkimləri daşıyan vertolyot stadiona məcburi eniş edib.
    Belə ki, azarkeş oyun zamanı özünü pis hiss etdiyindən, matç 26-cı dəqiqədə dayandırılıb və futbolçular meydandan çıxarılıb.
    Matçda 30 dəqiqə fasilə yaranıb.
    Təcili yardım vertolyotu "Çesterfild" stadionunun qazonuna enib və həkimlər azarkeşin həyatını xilas edə biliblər.

    Muxalifet4 - 11-03-2018

Pages