Axtarış

The search found 105793 results in 0.055 seconds.

Search results

  1. ​ABŞ Meksika və Kanada arasında kanala çevriləcək – Rusiyadan TƏHDİD

    “Amerika generalları özlərinin güclü strateji sualtı qayıqları haqqında lovğa-lovğa danışa bilərlər, amma zərbəni vurmağa heç vaxt cürət etməyəcəklər”.
    Muxalifət.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Con Haytenin bəyanatını şərh edən hərbi ekspert Viktor Litovkin “Ulduz” telekanalına açıqlamasında deyib.
    Rusiya hərbi eksperti Amerika generalının bəyanatını amerikalıların lovğalının tipik nümayişi adlandırıb.

    Muxalifet2 - 12-03-2018

  2. ​MTRŞ-dan Mir Şahinin TV-si ilə bağlı - AÇIQLAMA

    Real TV bu həftə ərzində fəaliyyətə başlayacaq.
    Bu barədə Report-a Milli Televiziya və Radio Şurasından məlumat verilib.
    Real TV-nin “Azərspeys”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq.
    Xatırladaq ki, Şuranın martın 5-də keçirilən iclasının qərarına əsasən, Real Təhlil İnformasiya Mərkəzi MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı Real TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.

    Muxalifet2 - 12-03-2018

  3. ABŞ qəbul etdi: YPG ORADAN ÇIXARILACAQ

    Türkiyə ilə ABŞ arasında qurulan həll mexanizmlərinin ilk iclasında Münbiç məsələsində razılıq əldə olunub. ABŞ rəsmiləri YPG-liləri Fəratın şərqinə çıxarmağı qəbul edib
     
    “Vaşinqton Post” qəzeti, Türkiyə ilə ABŞ arasında yaradılan birgə işçi komissiyalarının ötən həftə həyata keçirdiyi ilk iclaslarda, YPG-lilərin Münbiçdən çıxarılması barədə razılıq əldə olunduğunu bildirib.

    Muxalifet3 - 12-03-2018

  4. ​Azərbaycanla Gürcüstanı nə yaxınlaşdırır? - Ermənistan mətbuatından TƏŞVİŞ SİQNALI

    Erməni politoloq ölkəsini Rusiyanın “çulan”ı (kiçik anbar) adlandırdı
     
    Xəbər verildiyi kimi, Gürcüstanın müdafiə naziri Levon İzoriyanın Bakıya səfəri zamanı Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında anlaşma əldə olunub.

    Muxalifet2 - 12-03-2018

  5. ​Qadın bıçaqla aptekə hücum edib pul apardı - BAKIDA

    Bakıda quldurluq etmiş qadın tutulub.
    Hurriyyet.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini X.Nəcəfovanı bıçaqla hədələyib kassadan 165 manat aparıb.
    Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb.
    Araşdırma aparılır.

    Muxalifet2 - 12-03-2018

  6. ​Azərbaycanda adambaşına düşən xarici borcun MƏBLƏĞİ AÇIQLANDI - RƏQƏMLƏR

    Əhalinin hər nəfərinə düşən gəlir ötən il 5050.5 manat, adambaşına borc isə 949.5 ABŞ dolları təşkil edib.
    Bu barədə Nazirlər Kabinetinin 2017-ci il hesabatında qeyd olunub.
    Məlumata görə, 2017-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 8.3 faiz artaraq 49162.9 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər 5050.5 və ya ayda orta hesabla 420.9 manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 44983.3 milyon manat vəsait qalıb.

    Muxalifet2 - 12-03-2018

  7. Rusiyadan Türkiyə ilə bağlı S-400 AÇIQLAMASI

    Rusiya prezidenti Vladimir Putinin hərbi və texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin, Türkiyənin istəyi ilə bu ölkəyə S-400 hava müdafiə sisteminin təhvilinə dair müqaviləni daha sürətli həyata keçirəcəklərini deyib.
     Müxalifət.az

    Muxalifet3 - 12-03-2018

  8. ​Nəvə babasının külli miqdarda pulunu oğurladı - ŞƏMKİRDƏ

    Şəmkirdə evdən külli miqdarda pul oğurlanıb.
    DİN-dən verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayon ərazizindəki evlərin birindən 12000 manat və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi saxlanılıb.
    Araşdırma aparılır.

    Muxalifet2 - 12-03-2018

  9. Putinin “PİTERLI OĞLANLAR” komandası Sobçakın merlik dönəmində dövlətin 100 milyon dollarını necə oğurlayıb – ARAŞDIRMA

    Sankt-Peterburqun mərkəzində Baskov döngəsindəki 12 saylı bina qalan binaların fonunda heç nə ilə seçilmir. Amma Vladimir Putin görkəmcə  tamamilə bayağı bu binada böyüyüb. Burada hətta dövlətin gələcək başçısının, cüzi rifah ailəsinin sonbeşiyinin (atası dəmiryol zavodunda işləyib) şəhərin hələ Leninqrad adlandığı vaxtlarda burada kommunal mənzildə yaşadığını yada salan xatirə lövhəsi də yoxdur. Putin üç il əvəl tanış olduğu keçmiş stüardessa Lyudmila Şkerbnyeva ilə 1983-cü ildə evlənənə kimi burada yaşayıb.

    Muxalifet2 - 12-03-2018

  10. ​Azərbaycanda 308 məktəbli abort etdirib - RƏSMİ

    Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
    S.Məmmədova deyib ki, Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatları baş mütəxəssis kimi o da araşdırıb.
    S.Məmmədova bu məlumatın həqiqətə uyğun olmadığını, kimlərinsə şou yaratmaq üçün belə açıqlama verdiyini söyləyib:

    Muxalifet2 - 12-03-2018

  11. Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəldi - FOTO

    Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili martın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
    Baş nazir Giorgi Kvirikaşvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
    Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

    Muxalifet2 - 12-03-2018

  12. ​AST Telmanın killerinə hökm oxundu – 13 il

    Krasnoqorsk Məhkəməsi killer Mehman Kərimovu 13 il həbs cəzasına məhkum edib.
    Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Kərimov iki və daha çox şəxsi öldürməkdə, eləcə də qanunsuz silah saxlamaqda ittiham edilib.
    Qeyd edək ki, Rusiya Kərimovun azərbaycanlı iş adamı Telman İsmayılov və qardaşı Rafiq İsmayılovun sifarişi ilə qətllər həyata keçirdiyini bildirir. O, Vladimir Savkin və Yuri Brılevi öldürməkdə təqsirkar hesab olunur. Telman İsmayılov təkcə Savkinin qətli üçün 2 milyon dollar ayırıb.

    Muxalifet2 - 12-03-2018

  13. Mülki əhali AFRİNİ TƏRK EDİR

    Türk Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birlikdə davam etdirdiyi “Zeytun Budağı” Hərəkatı çərçivəsində Afrin mərkəzinə çatıldı. Təhlükəsizliklərini təmin etmək istəyən əhali terrorçuların təzyiq və hədələrinə rəğmən Afrinin mərkəzini tərk etməyə başlayıb.
     

    Muxalifet3 - 12-03-2018

  14. ​Mikayıl Cabbarov Fazil Məmmədovun işdən azad etdiyi şəxsə VƏZİFƏ VERDİ

    Vergilər Nazirliyində yeni təyinat olub.
    “Report” xəbər verir ki, nazir Mikayıl Cabbarov Manaf Bayramovu özünə yeni müşavir təyin edib.
    O, vaxtilə Bakı Vergi Departamentinin rəisi olub. III dərəcəli vergi xidməti müşaviri 2005-ci ilin noyabrında keçmiş vergilər naziri Fazil Məmmədovun əmri ilə vəzifəsindən azad edilib. Həmin vaxt nazirlik M.Bayramovun işdən çıxarılmasına səbəb kimi onun nizam-intizam qaydalarını pozmasını, həmçinin 2005-ci ilin sentyabr-oktyabr ayları ərzində vergi daxilolmaları üzrə proqnozu yerinə yetiriə bilməməsini göstərib.

    Muxalifet2 - 12-03-2018

  15. Vəfalı Türk gəldi, zülm bitdi: XÖŞBƏXTLİYİN FOTOSU

    ABŞ-ın dəstəklədiyi terror təşkilatının işğalı altında terror bazası halına gələn Afrin, təmizlənməyə davam edir. Qəhrəman Türk əsgəri, terrordan təmizlədiyi kəndlərdə sevgi seli ilə qarşılanır.
     
    Suriyanın şimalında terrorçulara qarşı keçirilən “Zeytun Budağı” Hərəkatı, qətiyyətlə davam edir.
     
    TERRORUN ZÜLMÜNDƏN XİLAS OLDULAR
     
    Regionda uğurlu əməliyyatlara imza atan Türk əsgəri, terrordan təmizlədiyi kəndlərdə sevgi seliylə qarşılanır.

    Muxalifet3 - 12-03-2018

  16. ​Tanınmış jurnalistlər arasında qrant davası - XƏDİCƏ İSMAYIL VƏ EMİN MİLLİ RATİ RƏHBƏRİNƏ QARŞI

    Beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, hər il külli miqdarda qrant əldə edən bəzi jurnalistlər arasında son vaxtlar ciddi problem yaşanmaqdaqdır.
    Hurriyyet.org bu haqda etibarlı mənbələrə istinadın informasiya yayıb.

    Muxalifet - 12-03-2018

  17. ​Bakı sakini qadını şəkilləri ilə şantaj etdi - PULLARINI ALDI

    Paytaxt sakini olan qadından şantaj etməklə 5140 manat və 4000 ABŞ dolları almaqda şübhəli bilinən Miryusif Məmmədov saxlanılıb. Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, martın 9-da Bakı şəhər sakini A.N (qadın) Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edib. O, 2017-ci ilin mart ayından bu il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 5140 manat və 4000 ABŞ dollarını aldığını bildirib. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

    Muxalifet - 12-03-2018

  18. Afrində daha 4 KƏND TERRORÇULARDAN AZAD EDİLDİ

    “Zeytun Budağı” Hərəkatında təxminən 1100 kvadrat kilometr sahə terror təşkilatı YPG/PKK-dan azad edilib.
     
    Afrin mərkəzinin tam mühasirəyə alınmasına 1,5 km qaldı.
    Digər tərəfdən, əməliyyatda iki terrorçu canlı olaraq yaxalanıb. Bu görüntülər sosial mediada paylaşılıb. Məlumata görə, TSQ və ASO, Afrinin Kübar, Zındıkan, Gilə və Gümüşburç kəndlərini terrorçulardan təmizləyib.
     
    TERRORÇULARDAN BİRİ QADINDIR
     

    Muxalifet3 - 12-03-2018

  19. ​ARALIQ DƏNİZİNDƏ GƏRGİNLİK - Cənubi Kipr və Yunanıstana etiraz

    Şimali Kipr: “Aralıq dənizinin şərqində təbii qazı ya birlikdə axtaracağıq, ya da bütün işlər dayandırılacaq”
    Şimali Kipr Türk Cumhuriyyətinin xarici işlər naziri Qüdrət Özersay yunan tərədinin adanın ətrafında neft və təbii qaz axtarmağa davam edəcəyi təqdirdə, türk tərəfinin də axtarışlar aparacağını bildirib.

    Muxalifet - 12-03-2018

  20. “Azərbaycan həkimlərinin bacarığı göz qabağındadır” - Müsavatdan İsa Qəmbərlə bağlı açıqlama

    Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müalicə aldığı Türkiyənin paytaxtı Ankara şəhərindəki “Hacettepe” xəstəxanasından martın 14-də buraxılacaq.

    Muxalifet - 12-03-2018

Pages