Axtarış

The search found 105793 results in 0.051 seconds.

Search results

  1. Nepalda sərnişin təyyarəsi QƏZAYA UĞRAYIB

    Nepalın paytaxtı Katmanduda Banqladeş hava yollarına aid bir sərnişin təyyarəsi qəzaya uğrayıb.
     
    “Kathmandu Post”da yer alan xəbərə görə, Banqladeş hava yollarına aid, təxminən 80 sərnişinin olduğu təyyarə, Nepalın paytaxtı Katmandudaki Tribhuvan Beynəlxalq Aeroportu yaxınlığında qəzaya uğrayıb.
    Hava limanının sözçüsü, çox sayda insanın həlak olmasından qorxduqlarını söyləyib.
     Müxalifət.az

    Muxalifet3 - 12-03-2018

  2. ​Bakı sakini qadını şəkilləri ilə ŞANTAJ ETDİ, 12 min manatını əlindən aldı

    Paytaxt sakini olan qadından şantaj etməklə 5140 manat və 4000 ABŞ dolları almaqda şübhəli bilinən Miryusif Məmmədov saxlanılıb.
    DİN-dən verilən məlumata görə, martın 9-da Bakı şəhər sakini A.N (qadın) Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edib.
    O, 2017-ci ilin mart ayından bu il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 5140 manat və 4000 ABŞ dollarını aldığını bildirib.
    Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

    Muxalifet2 - 12-03-2018

  3. ​Rusiya: NATO 8 qonşumuzda mərkəz yaradıb

    Avropada hərbi Şengenin yaradılması NATO-nun fəaliyyəti üçün yeni prioritet olub.
    Muxalifət.az xəbər verir ki, bunu “Krasnaya Zvezda” qəzetinə müsahibəsində Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin deyib.
    “Avropanın artıq müəyyən yerlərində hərbi qrupların operativ hərəkəti üçün müxtəlif silah ehtiyatı yaradılır. Əsas koordinasiya mərkəzləri isə Polşa, Rumıniya, Macarıstan, Bolqarıstan, Slovakiya, Litva, Latviya və Estoniya seçilib”, – deyə o bildirib.

    Muxalifet2 - 12-03-2018

  4. ​İRANDA GƏRGİNLİYİ ARTIRACAQ HƏMLƏ - HƏBS EDİLDİ!

    Muxalifət.az xəbər verir ki, İranda 2011-ci ildən bəri həbsdə olan “İrfan halqası” təriqətinin lideri Məhəmməd Əli Tahirinin edam qərarının ləğv edilməsindən sonra ona “yer üzündə fəsad yaymaq” ittihamı ilə 5 il həbs cəzası verilib.

    Muxalifet2 - 12-03-2018

  5. Çinin “tarixi həqiqətlər”ə söykənən hegemoniyası –Hind analitik "Sonra gec ola bilər" düşüncəsindədir - TƏHLİL

    Hind-Pasifik hövzəsində təhlükəsizlik dinamikası sürətlə dəyişir. Region təkcə dünyanın ən sürətlə böyüyən iqtisadiyyatı deyil, həm də ən sürətlə artan hərbi xərclər və hərbi-dəniz imkanları, təbii sərvətlər üzərində ən əzəmətli rəqabət və ən təhlükəli strateji qaynar nöqtələrə malikdir. Hətta qlobal təhlükəsizlik açarını əlində tutduğu söylənə bilər.

    Muxalifet2 - 12-03-2018

  6. ​Azərbaycanda valyuta əməliyyatları - QAYDALAR DƏYİŞDİ

    “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilib.
    Dəyişiklik artıq qüvvəyə minib.
    Qaydalara edilən əlavəyə əsasən, idman yarışlarının nəticələrinə görə qeyri-rezidentlərə ödənilən mükafat və digər haqlarla bağlı köçürmələr də Azərbaycandan kənara bank hesablarından xarici valyutada köçürmələr üzrə aparılan əməliyyatlar siyahısına daxil edilib. Belə köçürmələr müvafiq məbləğlərin ödənilməsini təsdiq edən sənəd banka təqdim edilməklə aparılır.

    Muxalifet2 - 12-03-2018

  7. ​“Əşyalarınızı və paltarlarınızı yuyun...” – HAKİMİYYƏTDƏN SAKİNLƏRƏ XƏBƏRDARLIQ

    Keçmiş Rusiya kəşfiyyatçısı Sergey Skripal və onun qızı Yuliyanın zəhərləndikləri maddənin təsirindən qorunmaq üçün Salisbury şəhərində yerli pabda və restoranda bazar günü martın 4-dən bazar ertəsinədək olmuş təxminən 500 nəfərə əşyalarını və əyin-başlarını yaxşıça yumaq tövsiyə edilib.
    Həmin maddənin tərkibini müstəntiqlər müəyyən etsə də, onun adı hələlik açıqlanmır, lakin məlumdur ki, sözügedən toksik maddə insanın sinir sistemini iflic edir.

    Muxalifet - 12-03-2018

  8. ​Mir Şahinin hədə dolu “anonsu”na - REAKSİYA

    Yox, cənab istedadlı jurnalist, hörmətli insan Mirşahin bəy. Televiziya silahdır, amma onun rəhbərinin əlində yox, cəmiyyətin və dövlətin əlində. Televiziya onu yaradanın deyil, ona tamaşa edənlərindir.
    Kult.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Ceyhun Musaoğlu telejurnalist Mirşahin Ağayevin onu təhdid edənlərə verdiyi cavaba münasibət olaraq bildirib. C.Musaoğlu qeyd edib ki, bu sözləri Mir Şahinin yazdığına inanmaq istəmir:

    Muxalifet2 - 12-03-2018

  9. Ağ Evdə “Fələstin” müzakirəsi: ABŞ-ın YENİ QƏZZA OYUNU

    Trampın Fələstin-İsrail məsələləri üzrə müşaviri Jason Greenblatt, “Vaşinqton Post” qəzetində qələmə aldığı məqalədə gələn həftə Ağ Evdə əsas ölkələr və mütəxəssislər ilə birlikdə Qəzzadakı humanitar vəziyyəti dəyərləndirəcəklərini bildirib.
     

    Muxalifet3 - 12-03-2018

  10. ​MKİ rəhbəri Rusiyanın yeni silahları barədə: “Amerika xalqı rahat yata bilər”

    ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mark Pompeo Rusiya prezidenti Vladimir Putinin bu günlərdə təqdim etdiyi yeni strateji silahlarla bağlı danışıb. 
    Mark Pompeo  «Fox News»  telekanalına müsahibəsində ABŞ-ın bu yeni mürəkkəb silahlardan özünü qorumaq üsullarını tapacağını deyib. Eyni zamanda bildirib ki, Putinin bütün bu danışdıqları MKİ üçün təəcüblü deyildi.

    Muxalifet - 12-03-2018

  11. Tiflis aktivləşir: QAFQAZDA TƏHLÜKƏSİZLİK

    Gürcüstan hökuməti aktiv şəkildə 2008-ci ildə Gürcüstan müharibəsindən sonra yaradılan Qafqazda təhlükəsizlik üzrə Cenevrə diskussiyalarının formatının dəyişdirilməsinə çalışır.
    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Qaçqınlarla İş üzrə naziri Sozar Subari söyləyib. Onun sözlərinə görə, Gürcüstan bununla Qafqazın təhlükəsizliyi məsələsində effektivliyi artırmağa çalışır:

    Muxalifet2 - 12-03-2018

  12. Magistratura və rezidentura səviyyələrində təhsil haqları MÜƏYYƏNLƏŞDİ

    "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı" yeni redaksiyada təsdiq edilib.
    Muxalifət.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

    Muxalifet2 - 12-03-2018

  13. ​Böyük müharibəyə HAZIRLIQ BAŞLADI – Açıq şəkildə elan ETDİLƏR

    İsrail ordusu ölkə miqyasında “böyük müharibəyə hazırlıq” çərçivəsində təlimlərə başlayıb.
    Dünən yerli vaxtla saat 19:00-da başlayan təlimlər 7 gün davam edəcək.
    İsrailin müdafiə naziri Aviqdor Liberman keçən ay verdiyi açıqlamasında Livanın “Hizbullah” hərəkatı müharibəyə başlayarsa, İsrailin bütün gücündən istifadə edəcəyini və quru qüvvələrinin Livana girəcəyini bildirmişdi. O, bütün Beyrutun sığınacaqlarda olacağını söyləmişdi.

    Muxalifet2 - 12-03-2018

  14. AK Partiyadan açıqlama: “Kiçik İsrail QURMAQ İSTƏYİRLƏR”

    Türkiyə Böyük Millət Məclisinin Daxili İşlər Komissiyasının sədri, AK Partiyanın Kahramanmaraş millət vəkili Celalettin İnam, "Cənubda kiçik İsrail yaratmaq istəyirlər" - deyib.
     
    Celalettin İnam, "Zeytun Budağı” əməliyyatına münasibət bildirərkən “Bizim cənubumuzda Kürdüstan qurmaq istəmirlər. Bizim cənubumuzda kiçik İsrail yaratmaq istəyirlər. Cənubda Türkiyəni təhdid edəcək qüvvələr yaratmaq istəyirlər. Kürd uşaqlarını da o qüvvələrə gözətçi kimi görürlər, muzdlu əsgər kimi istifadə edirlər" deyə, söyləyib.

    Muxalifet3 - 12-03-2018

  15. ​Putinin Trampdan umduqları: ABŞ lideri Kremlə şanslar verir

    İqtisadi problemlərinə rəğmən Rusiya Prezidenti Vladimir Putin ciddi geosiyasi ambisiyalara malikdir.
    Muxalifət.az xəbər verir ki, “Blomberq” Putin bu ambisiyalarının nə dərəcədə ciddi olduğunu ABŞ-dakı seçkiyə müdaxiləsi, həmçinin, Suriya müharibəsində iştirakı ilə sübut etdiyini yazıb.
    Məqalədə iddi edilib ki, Kreml xüsusi xərcləmələr etmədən ciddi geosiyasi sürprizlər ortaya çıxara bilir:

    Muxalifet2 - 12-03-2018

  16. ​Marenulidə azərbaycanlıların köşkləri sökülür? - DEPUTAT

    Mənə bu gün xəbər veriblər ki, bizim təzə mer yol kənarındakı ticarət obyektləri ilə bağlı hansısa addımlar atmaq istəyir. Ancaq merin özü ilə görüşüb bu haqda dəqiq informasiya ala bilməmişəm.
    Muxalifət.az-ın xəbrinə görə, bu fikirləri Teleqraf.com-a “Gürcü Arzusu” Partiyasının üzvü, Marneuli rayonundan Gürücstan parlamentinə deputat seçilən Mahir Dərziyev deyib.
    Deputat Mahir Dərziyev isə bildirib ki, hələlik heç bir ticarət köşkü sökülməyib:

    Muxalifet2 - 12-03-2018

  17. ​Köçəryan Sərkisyanın andiçməsinə gəlməyəcək

    Ermənistanın ikinci prezidenti Robert Köçəryan yeni prezident Armen Sərkisyanın inauqurasiyası mərasimində iştirakdan imtina edib.
    Muxalifət.az xəbər verir ki, bunu “2rd.am” saytına açıqlamasında Köçəryanın mətbuat katibi Viktor Soqomonyan söyləyib. Onun sözlərinə görə, Köçəryan inauqurasiya mərasimi zamanı xaricdə olacaq.
    O, Köçəryanın hara gedəcəyini açıqlamayıb.
    Qeyd edək ki, inauqurasiya mərasimi aprelin 9-da keçiriləcək.

    Muxalifet2 - 12-03-2018

  18. ​PKK-nın NÖVBƏTİ HƏDƏFİ: Dəmir yolu stansiyalarına hücum etdilər

    PYD\PKK terror qruplaşması növbəti hədəfinə hücumu gerçəkləşdirib.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, təşkilat üzvləri İngiltərənin London və Mançester şəhərlərində yerləşən dəmir yolu stansiyalarına hücum ediblər. Hücum zamanı PKK lideri Abdullah Öcalanın portretini gəzdirən terrorçular Türkiyə əleyhinə təhqiramiz şüarlar səsləndiriblər.
    Aksiya xarakterli hücum nəticəsində dəmir yollarında qatarların intervalı gecikib. Hətta əraziyə yaxın olan vağzallar 3-4 saat fəaliyyətin dayandırıb.

    Muxalifet2 - 12-03-2018

  19. ​"Baron İbo" ləqəbli narkotik alverçisi SAXLANILDI

    Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.

    Muxalifet2 - 12-03-2018

  20. ​Azərbaycan ABŞ-a nota verdi - SƏFİR NAZİRLİYƏ ÇAĞIRILDI

    "Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb".

    Muxalifet - 12-03-2018

Pages