Axtarış
The search found 105793 results in 0.056 seconds.
Search results
Dənizdə batan balıqçılar xilas edildi - FOTO
Martın 12-də Astara reydində fırtınalı hava şəraiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən “ŞA-274” bort nömrəli, “Yamaha-48” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyəti tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti məntəqəsinə köməklik göstərilməsi barədə müraciət edilib.
DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanaraq təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.Muxalifet2 - 13-03-2018
“Skripal zəhəri”: Rusiyada bankir necə öldürüldü...
Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsində istifadə olunan sinir iflicedici vasitədən başqa cinayətdə də istifadə edilib.
Muxalifət.az xəbər verir ki, “Kommersant” qəzeti hadisənin 1995-ci ildə Rusiyada baş verdiyini bildirib.Muxalifet2 - 13-03-2018
Qubada tənha yaşayan kişinin DƏHŞƏTLİ SONU - Diri-diri yandı
Quba rayonunun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.
Muxalifət.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun cəsədi aşkar olunub.
Binanın qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.Muxalifet2 - 13-03-2018
Avropada miqrantların “qara günləri” başlayıb – KÜTLƏVİ DEPORTASİYA
Politoloq: “Miqrantların böyük əksəriyyəti sivilizasiya baxımından tamam fərqli dünyanın adamlarıdır”
Muxalifet2 - 13-03-2018
Sakinlərə verilən pulun məbləği artırılacaq - İCRA BAŞÇISI
Bayılda evləri sürüşmə zonasında olan sakinlərə yardımın həcmini artırmaq məqsədi ilə görüş keçirilib. Çalışılır ki, tezliklə məsələ öz həllini tapsın.
Report-un məlumatına görə, bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasının sakinləri ilə görüşündə deyib
"Məbləğin az olması ilə bağlı Nazirlər Kabinetində məsələ qaldırdım. Məbləğin çoxaldılması ilə bağlı iş bu həftənin sonuna kimi həll olunacaq", - deyə, E.Əzizov əlavə edib.Muxalifet2 - 13-03-2018
ABŞ-ın qorxunc PKK/YPG qərarı: YENİ PLANI DÖVRƏYƏ BURAXILDI
Terror təşkilatı PKK/PYG-yə dövlət yaratmaq sevdasından əl çəkməyən ABŞ, Türkiyənin Afrində təşkil etdiyi hərəkatla planı pozulunca, B planını dövrəyə qoydu. Yeni plana görə, Afrin və Münbiçdən çəkilən PKK/YPG-lilər Fəratın şərqinə yerləşəcək.
PKK/YPG-yə dövlət qurmaq sevdası
“Böyük İsrail” layihəsi çərçivəsində hazırlanan xaos planına görə, İraq və Suriya müharibələrinin sonunda bölgədə məzhəbi və irqi olaraq kiçik dövlətlər yaradılması planlaşdırılıb.Muxalifet3 - 13-03-2018
Türkiyənin dünyanı qorxuya salacaq YENİ SİLAHLARI - Lazerli nəhəng BOMBALAR
Türkiyə mühəndisləri daha bir uğurlu işə imza atıb.
Muxalifət.az xəbər verir ki, Türkiyə Hava Qüvvələrinin xidmətindəki ən güclü bombalardan olan bir tonluq “MK-84”lərə lazer əlavə edilib.
ASELSAN-nın istehsal etdiyi texnologiya ilə nəhəng bombalar artıq çox yüksək həssaslıqla hədəfi vura biləcək və hərəkətdə olan hədəflərə qarşı da istifadə olunacaq.
Bombanın düşdüyü ərazidə 11 metr dərinliyində, 5 metr genişlikdə çuxur əmələ gəlir.Muxalifet2 - 13-03-2018
Nazirlər, qubernatorlar həbs edilir, amma çifayda - JİRİNOVSKİ
Rusiyanın bütün regionlarının borclarını bağışlamaq lazımdır.
Muxalifət.az xəbər verir ki, bunu debatlar zamanı Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, 100 il əvvəl Rusiyada yanlış administrativ-milli bölgü olub:Muxalifet2 - 13-03-2018
Marqvelaşvili: "Gürcüstan NATO-ya üzv olmağa layiqdir"
"Gürcüstanın NATO-ya daxil olması alyansın və ümumilikdə Avropanın sabitliyini möhkəmləndirə bilər".
Hurriyyet.org xəbər verir ki, bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bəyan edib.
Dövlət başçısı Brüsselə səfəri zamanı "Azadlıq Radiosu"na müsahibəsində bildirib: "Biz alyansa daxil olmaq istəyirik, buna layiqik və bunun üçün hər şeyi edirik".Muxalifet2 - 13-03-2018
Neft bazarında gözlənilən önəmli dəyişikliklər - TƏHLİL
Yaxın illərdə neft bazarında artan kəskin tələbatın 80 faizi ABŞ-dakı hasilatın hesabına ödəniləcək
Muxalifet2 - 13-03-2018
TSQ-dən son Afrin açıqlaması: ÖLDÜRÜLƏN TERRORÇU SAYI ARTDI
Afrindəki terror təşkilatı YPG/PKK-nın terrorçu başçıları Türk əsgəri Afrin mərkəzinə yaxınlaşınca arxasına baxmadan qaçdı. Zərərsizləşdirilən terrorçu sayı 3393 oldu.
Şimali İraqda yayımlanan bir televiziya kanalı Afrin çıxışında yüzlərlə maşının şəhərdən ayrılmağa çalışdığını görüntüləyib.
Türkiyənin Afrindən sonrakı hədəfi olanMenbicdə axşam saatlarında böyük bir partlayış meydana gəlib.
Azad Suriya Ordusu (ASO) qüvvələri, dünən Cinderesi və Bülbül bölgəsində 11 yeni kəndi YPG-li terrorçulardan təmizləyib.Muxalifet3 - 13-03-2018
Savçenko Rusiyaya qaçdı - İNANILMAZ İDDİA
Radanın deputatı Nadejda Savçenko Rusiyaya qaçıb.
Axar.az xəbər verir ki, bunu “LB.ua” saytına müsahibəsində Ukrayna Xalq Cəbhəsi Fraksiyasının sədr müavini Andrey Teteruk deyib.
“Savçenko hazırda Strasburqda deyil, o, indi Rusiyadadır. AŞPA vitse-prezidenti Vladimir Aryev də təsdiq edib ki, Savçenko Ukrayna nümayəndə heyətinin tərkibində deyil”, – deyə o bildirib.Muxalifet2 - 13-03-2018
Super Liqa təxirə salındı - ŞOK SƏBƏB
PAOK və AEK komandaları arasında yaşanan qalmaqaldan sonra Yunansıtan Super Liqasının oyunları təxirə salınıb.
Muxalifət.az xəbər verir ki, ölkənin idman naziri Aleksis Çipras təcili toplantı təşkil edib və liqaya fasilə verildiyini açıqlayıb.
Oyunların nə zaman başlayacağına daha sonra qərar veriləcək. Bu müddət ərzində Yunanıstan futbolunda radikal dəyişikliklərə gediləcək.Muxalifet2 - 13-03-2018
Afrinə əməliyyat başlayanda PKK BUNU EDƏCƏK
Suriyalı Əbu Adnan, mülki paltarlar geyərək görüntü verən PKK döyüşçülərinin Afrinə yönəlmiş əməliyyatın başlaması ilə mövqelərə PKK-nın zorla saxladığı minlərlə mülki insanları gətirəcəyini söyləyib.
Əbu Adnan, "Maarata kəndində təşkilatın böyük bir həbsxanası var və orada PKK-ya müxalifətdə olan 2 mindən çox insan zorla saxlanılır. Həmçinin başqa bölgələrdən də zorla gətirdikləri minlərlə mülki əhali də nəzarət altında tutulur. Afrinə müdaxilə başlayanda hamısını xəndəklərə dolduracaqlar" - deyə, bildirib.Muxalifet3 - 13-03-2018
Rəis müavini tapşırıq verdi: ÇƏKİLİŞƏ GEDƏN JURNALİST TUTULDU
"Xəzər" televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Ələkbərov Lənkəranda tutulub.
Report-un xəbərinə görə, E.Ələkbərovun tutulmasına Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini, Faiq İlyasov göstəriş verib. Məlumata görə, hadisə E.Ələkbərov Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən baş verib.Muxalifet2 - 13-03-2018
Ankara və Bağdad RAZILIĞA GƏLDİ: PKK ilə birgə mübarizə aparacaqlar
Ankara və Bağdad İraqda PKK terror təşkilatına qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
O qeyd edib ki, PKK nəinki Türkiyə, bütün qonşu ölkələr üçün təhdiddir.
Bununla belə, B.Bozdağ İraqın şimalında keçiriləcək hərbi əməliyyatların dəqiq tarixini açıqlamayıb.
Bundan əvvəl Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan etmişdi ki, Ankara İraqla PKK-ya qarşı birgə əməliyyatlara başlamaq barədə danışıqlar aparır.Muxalifet2 - 13-03-2018
Türkiyənin beynəlxalq sulara çıxışı bağlandı – Qardaş ölkə yeni cəbhədə MÜHARİBƏYƏ BAŞLAYIR
Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan ilə Cənubi Kipr arasındakı gərginlik Egey dənizinə keçib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Şərqi Aralıq dənizində istədiyini əldə edə bilməyən Yunanıstan yeni və təhrikedici hücumu Egey dənizində etmək niyyətindədir.Muxalifet2 - 13-03-2018
TSQ-dən son dəqiqə AFRİN AÇIQLAMASI
Afrin tam olaraq mühasirəyə alındı. Həlledici əhəmiyyətə malik ərazilər ələ keçirildi.
Beləliklə TSQ-nin rəsmi açıqlamasına görə, "Zeytun Budağı” Hərəkatı çərçivəsində həyata keçirilən əməliyyatlar nəticəsində 12 mart 2018-ci il tarixindən etibarən Afrin şəhər mərkəzi tam olaraq mühasirəyə alınıb.
Müxalifət.azMuxalifet3 - 13-03-2018
İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi – RƏCƏB BABAŞOV BU QƏRARI İLƏ GÜNDƏM YARATDI...
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet - 13-03-2018
ABŞ Şimali Koreyaya mümkünsüz şərtini açıqladı
ABŞ Şimali Koreyaya qarşı sanksiyaların ləğv edilməsi üçün şərtini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ-ın vitse-prezidenti Maykl Pens danışıb:
“Pxenyana qarşı sanksiyalar Şimali Koreyanın nüvə və raket proqramından imtina etməyənə qədər davam edəcək. ABŞ Prezidenti Donald Tramp aydın formada bildirdi ki, səbir strategiyası erası başa çatıb”.
Qeyd edək ki, Tramp may ayında Kim Çen İn ilə görüşməyə razılıq verib.Muxalifet2 - 13-03-2018