Axtarış

The search found 105793 results in 0.083 seconds.

Search results

  1. ​NATO-dan Ankaraya S-400-lə bağlı gözlənilməyən jest

    Rusiyadan S-400 komplekslərini almaq Türkiyənin suveren hüququdur.
    Bunu “Anadolu” agentliyinə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.
    “NATO müttəfiqləri hansı silaha yatırım etməklə bağlı özləri qərar verirlər. NATO üçün vacib olan fərqli döyüş sistemlərinin qarşılıqlı fəaliyyət imkanlarıdır. S-400-ün NATO-ya inteqrasiyası haqqında sorğu hələlik təşkilata göndərilməyib. Bu sistemin inteqrasiyası elə də asan iş deyil.

    Muxalifet2 - 13-03-2018

  2. ​Arvadının üstünə benzin töküb yandırmaq istədi - Polis İŞƏ QARIŞDI

    Martın 12-də DİN-in “102 Zəng Mərkəz” Xidmətinə Sumqayıt şəhəri, 3-cü məhəllənin ərazisində bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub.
    DİN-dən Publika.az-a verilən məlumata görə, dərhal Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qeyd edilən ünvana gəliblər. Polis əməkdaşlarını görən həmin şəxs onlara müqavimət göstərib və benzinlə özünü də yandırmağa cəhd göstərib.
    Lakin əməkdaşların çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınaraq zərərsizləşdirilib.

    Muxalifet2 - 13-03-2018

  3. İraqda yeni dəyişiklik: BAŞ NAZİR İBADİ AÇIQLADI

    İraqın baş naziri Heydər əl- İbadinin İraq Kürd Regional Rəhbərliyində (IKBY) Ərbil və Süleymaniyyə hava limanlarına qarşı xarici uçuş qadağasını qaldırdığı bildirildi.
     
    Baş nazir İbadinin ofisindən edilən yazılı açıqlamada, 29 sentyabr 2017-ci ildən bu yana IKBY-dəki hava limanlarına qarşı tətbiq edilən xarici uçuş qadağasının İbadinin qərarı ilə qaldırıldığı bildirilib.
    Açıqlamada, baş nazir İbadinin, "IKBY hökuməti, hava limanlarını mərkəzi hakimiyyətə təslim etməyi qəbul edib" şəklində ifadəsi yer alıb.

    Muxalifet3 - 13-03-2018

  4. Ollanddan Türkiyəyə qarşı AĞLASIĞMAZ İTTİHAM

    Hazırda Şərqi Qutada baş verənlərə görə üzərimdə məsuliyyət hiss edirəm.
    Axar.az xəbər verir ki, bunu “Le Monde” qəzetinə müsahibəsində Fransanın eks-prezidenti Fransua Olland deyib.

    Muxalifet2 - 13-03-2018

  5. AĞ EVİN KEÇMİŞ BAŞ STRATEQİ:“Amerikanın əsas düşməni Türkiyə-İran-Çin alyansı olacaq” – Təhlil

    Ağ Evin keçmiş baş strateqi, “Breitbart News” direktorlar şurasının icraçı sədri – Stiv Bennon  İtaliyanın “La Stampa” nəşrinə müsahibədə Vaşinqtona ABŞ-ın  Çin, İran və Türkiyəyə qarşı mübarizəsində Moskvanı təbii müttəfiq kimi nəzərdən keçirməyi təklif edib. “Mən “soyuq müharibə” vaxtı sualtı qayıqda zabit olarkən ruslara qarşı vuruşmuşam, sonra isə Pentaqonda onların tərki-silahı üzərində işləmişəm, – Bennon yada salıb. – Mən onlara bələdəm, bilirəm ki, təbii müttəqimiz olduqca bizi təhdid edəcək durumda deyillər.

    Muxalifet2 - 13-03-2018

  6. ​Bakı tərəddüd etmədən İrəvanı vuracaq – SƏRKİSYAN

    Nəinki Azərbaycan ordusunun iki gündür davam edən irimiqyaslı təlimləri, eləcə də Türkiyə ordusunun Suriyanın şimalındakı Afrin bölgəsini PKK/YPG kürd birləşmələrindən təmizləmək üçün apardığı hərbi əməliyyatlar Ermənistanda ciddi narahatlıqla izlənir.
    Virtualaz.org xəbər verir ki, bu gün Ermənistan Demokrat Partiyasının lideri Aram Sərkisyan İrəvanda jurnalistlər qarşısına çıxıb və Türkiyənin Naxçıvandan platsdarm kimi istifadə edərək “Cənubi Qafqazda möhkəmlənmək niyyətləri” haqda danışıb.

    Muxalifet2 - 13-03-2018

  7. ​İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürəcək

    “İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürəcək".
    Bunu bu gün Tehranda Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının 12-ci iclasında Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
    "Azərbaycan və İran arasında səhiyyə sahəsində əməkdaşlığımız uğurla davam edir. Azərbaycan Bakı şəhərində özəl xəstəxanalardan birini icarəyə vermək niyyətindədir. Əminəm ki, qısa müddətdə bu baş tutacaq", - deyə Ş. Mustafayev vurğulayıb. (apa)

    Muxalifet2 - 13-03-2018

  8. ​Britaniya Kremlə HÜCUM EDƏCƏK – Qisas əməliyyatı

    Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsinə cavab olaraq Rusiyanın dövlət serverlərinə kiberhücum həyata keçirə bilər.
    Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Tayms” qəzeti yayıb. hazırda Britaniya Müdafiə Nazirliyinin radioelektron kəşfiyyat üçün xüsusi proqram təminatı yaratdığı bildirilib.
     “Bu proqramın Kremlin kompüter şəbəkəsinə hücum üçün istifadə ediləcəyi istisna edilmir. Bu, Skripalın zəhərlənməsinə əsas cavab olacaq”, - xəbərdə bildirilir.

    Muxalifet2 - 13-03-2018

  9. Yasamal evlərinin sökülməsinə başlanır – MEMAR

    Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində evlər söküləcək.
    Muxalifət.az-ın xəbrinə görə, bunu Teleqraf.com-a açıqlamasında Yasamal rayonunun memarı Eyvaz Bağırov deyib.
    Onun sözlərinə görə, həmin küçə genişləndirilir: “Yol çox dar olduğu üçün təmir işləri aparılır. Genişlənən ərazidə evlərin sökülməsi zəruruidir. Sakinlərin razılığı ilə evlər həmin hissədən köçürüləcək. Hazırda söküləcək evlərin ünvanları müyyənləşdirilib. Yolun layihəsindən asılı olaraq 24 evin sökülməsi planlaşdırılıb.

    Muxalifet2 - 13-03-2018

  10. NATO ABŞ-a işləyən bir VASİTƏÇİ TƏŞKİLATDIR - BAŞBUG

    Təqaüddə olan polkovnik və Təhlükəsizlik üzrə ekspert Coşqun Başbuğ, NATO-nun Türkiyənin yanında olmadığına dair sualına, “ABŞ prizmasından baxdıqda NATO vəzifəsini yerinə yetirir. Ağır bir ittiham olacaq, amma ABŞ-a bir vasitəçi təşkilat kimi işləyir” cavabını verib.
     

    Muxalifet3 - 13-03-2018

  11. ​Bakıda ana iki azyaşlı övladı ilə birlikdə İTKİN DÜŞDÜ

    Bakıda ana iki azyaşlı övladı ilə birlikdə itkin düşüb.
    Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində 1978-ci il təvəllüdlü Elnarə Həsənova 2011-ci il təvəllüdlü oğlu Ramil və 2013-cü il təvəllüdlü qızı Duyğu ilə birlikdə martın 1-də evdən çıxıb və geri qayıtmayıblar.
    Onların itkin düşməsi ilə bağlı polisə məlumat verilib. Hazırda onların tapılması istiqamətində araşdırmalar davam etdirilir. (report)

    Muxalifet2 - 13-03-2018

  12. AFRİN NİYƏ İNDİ MÜHASİRƏYƏ ALINIR? –Türkiyə həm savaş meydanında, həm də danışıq masasında mövqeyini gücləndirir - TƏHLİL

    Öcalan 2015-ci ilin mart ayı ilə 2016-cı ilin yanvar ayı arasında İmralıda birlikdə qaldığı PKK-çılara – Çetin Arkaş ilə Nasrullah Kurana Afrinlə bağlı çox önəmli bir təlimat verir. O, Afrində tekstil atelyelərinin qurulduğu haqqında xəbərlərin olduğunu bildirərək, “Bu günlər tekstil atelyeləri deyil, silah və sursat atelyeləri inşa etmə günləridir” deyir.
    Bu ifadələr təşkilat tərəfindən təlimat olaraq qəbul edilir. Afrində məcburi əsgərlik praktikası başladılaraq, şəhər (vilayət – tərc.) mərkəzində və kənd yerlərində beton bloklar, xəndəklər və tunellər inşa edilir.

    Muxalifet2 - 13-03-2018

  13. ​Hakerlər Ukrayna şirkətindən 1,5 milyon avro OĞURLADILAR

    Ukraynalı iki haker ölkənin loqistika şirkəti olan DNL-nin hesabından 1,5 milyon avro oğurlayıb.
    AZƏRTAC yerli Kiberpolis Departamentinə istinadla xəbər verir ki, beynəlxalq kiberpolisin əməkdaşları Almaniyanın hüquq-mühafizə orqanları ilə birlikdə cinayət iştirakçılarının Ukraynanın Çernikov şəhərinin sakinləri olduğunu müəyyənləşdirib. Onlardan biri 28 yaşlı qadın, digəri 22 yaşlı kişidir. Hakerlər 2013-2016-cı illərdə şirkətin maliyyə bazasında müxtəlif qanunsuz əməliyyatlar ediblər. Oğurlanan pullar Kipr və İspaniya banklarına köçürülüb.

    Muxalifet2 - 13-03-2018

  14. ​Şəhid qızını öldürən iş adamının oğluna CƏZA İSTƏNİLDİ

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
    O, Rəhim Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
    Prokuror həmçinin onun 4 il müddətinə sürücülük hüququndan məhrum edilməsini istəyib.
    Növbəti proses martın 16-da davam edəcək.

    Muxalifet2 - 13-03-2018

  15. ​YILDIRIM SABAH BAKIYA GƏLİR

    Türkiyə Baş naziri Binəli Yıldırım sabah Azərbaycana səfər edəcək.
    Muxalifət.az xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Nazirlər Kabineti məlumat yayıb.
    Səfər çərçivəsində Yıldırım Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək.
    Martın 15-də Binəli Yıldırım VI Qlobal Bakı Forumunda iştirak edəcək.

    Muxalifet2 - 13-03-2018

  16. ​İrəvan bunu etmək istəyir, LAVROV İMKAN VERMİR

    Ermənistan hökuməti artıq uzun müddətdir ki, Xarici İşlər naziri Edvard Nalbəndyandan yaxasını qurtarmağa çalışır.
    Axar.az xəbər verir ki, bu iddia ilə “Jamanak” qəzeti çıxış edib.

    Muxalifet2 - 13-03-2018

  17. ​İŞİD-də döyüşən azərbaycanlıya HÖKM OXUNDU

    İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriya və İraq dövlətlərinin ərazsində döyüşməkdə təqsirli bilinən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
    O, Həsrət Əliyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
    Prosesdə Həsrət Əliyev son sözlə çıxış edib.
    O, bildirib ki, 2013-cü ildə Suriyaya getdiyi üçün əməlindən peşmandır. İŞİD tərkibində döyüşən zaman din əhalinin öldürülməsinə qarşı çıxıb.

    Muxalifet2 - 13-03-2018

  18. Azərbaycanlı futbolçular toyda içib, oyuna getmədilər

    AFFA-nın keçirdiyi Region Liqasının “Oğuz” – “Şirvan” (Ağdaş) matçının təxirə salınmasının səbəbi bilinib.
    Muxalifət.az xəbər verir ki, səbəb Ağdaş komandasının bəzi oyunçularının zəhərlənməsi olub.
    Bu barədə Oxu.Az-a komandanın kapitanı Rəhman Əliyev bildirib:
    “Oyundan bir gün əvvəl bəzi futbolçularımız toy məclisində iştirak etmişdi. Onlar orada həddindən çox spirtli içki qəbul etdiklərinə görə özlərini pis hiss etmişdilər.

    Muxalifet2 - 13-03-2018

  19. ​Namizədlərə mitinq və seçicilərlə GÖRÜŞ ÜÇÜN YERLƏR AYRILDI

    Siyahıda 4 mərasim zalı var
     
    Prezident seçkiləri ilə əlaqədar seçicilərlə görüş üçün müəyyən edilmiş açıq və qapalı yerlərin siyahısı açıqlanıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq respublikanın şəhər və rayon mərkəzlərində müəyyən edilmiş açıq və qapalı yerlər barədə məlumat yayılıb. Siyahı 76 rayon və şəhər üzrə müəyyən edilmiş yerləri əhatə edir.
    Bakı şəhərinin rayonları üzrə siyahını təqdim edirik.

    Muxalifet2 - 13-03-2018

  20. ​Bakıda Psixonevroloji Sosial Xidmət Müəssisəsindən XƏSTƏ QAÇDI

    Bakıda müəssisədə müalicə olunan xəstə itkin düşüb.
     “Report”un xəbərinə görə, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində müalicə alan 66 yaşlı xəstə Yuriy Yaiçnikov xəstəxanadan qaçıb.
    Hadisə ilə bağlı polisə məlumat verilib.
    Xəstənin axtarışları davam etdirilir.

    Muxalifet2 - 13-03-2018

Pages