Axtarış
The search found 105793 results in 0.111 seconds.
Search results
Трамп смещает Тиллерсона с поста госсекретаря, меняя его на директора ЦРУ Помпео
Azərbaycanın bunda böyük rolu var - Avropalı diplomat
Azərbaycanın Avropanın enerji ilə təmin edilməsində böyük rolu var. Bu, Azərbaycan-Avropa əlaqələrinin inkişafına töhfə verir.
Muxalifet.az xəbər verir ki, bu fikri Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas martın 13-də Bakı Slavyan Universitetində Bolqarıstanın Aİ Şurasına sədr seçilməsi ilə bağlı keçirilən beynəlxalq tədbirdə deyib.Muxalifet3 - 13-03-2018
Britaniya RT-yə qadağa qoysa, cavabını alacaq - Rusiya
Böyük Britaniyada fəaliyyət göstərən RT (Rusiya bu gün) telekanalının lizensiyasını ləğv edərsə, Rusiya bununla bağlı adekvat tədbirlər görəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Kütləvi İnformasiya vasitələrinin, kommunikasiya texnologiyaların Nəzarət Qurumunun rəhbəri Aleksandr Jarov məlumat yayıb.
“Əgər Britaniya hökuməti RT-nin qadağan edilməsi ilə bağlı qərar qəbul edərsə, biz də Rusiya mediası ilə əlaqələri olan Britaniya KİV-lərinə qarşı əks-tədbirlər görəcəyik”, - Jarov bildirib.Muxalifet3 - 13-03-2018
Sürücülərin nəzərinə: Bu küçələrdə hərəkət dayandırılır
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıacaq
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, paytaxtın Yasamal rayonunun keçmiş "Sovetski" ərazisində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq martın 14, 15, 16-da saat 00:00-dan 06:00-a qədər Ş.Qurbanov küçəsinin S.Əsgərova küçəsi ilə kəsişməsindən M.Füzuli küçəsinə qədər, M.Füzuli küçəsinin Ş.Qurbanov küçəsi ilə kəsişməsindən N.Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Muxalifet3 - 13-03-2018
Türk əsgəri Afrində şəhid oldu
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Afrində apardığı “Zeytun budağı” əməliyyatı zamanı bir türk əsgəri şəhid olub.
Muxalifet.az xəbər verir ki, bu barədə TSQ məlumat yayıb.
“13 mart 2018-ci il tarixində əməliyyat icrası zamanı qəhrəman əsgərimiz şəhid olub. Şəhidimizə Allahdan rəhmət diləyirik, ailə və yaxınlarına isə başsağlığı veririk, səbr arzu edirik”, - deyə bildirilib.
Muxalifet3 - 13-03-2018
Trampın işdən çıxardığı Tillersondan ilk açıqlama
31 marta qədər vəzifəmin icrasını həyata keçirəcəyəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.
“31 mart vəzifədə son günüm olacaq. O günə qədər postdan kənarlaşdırılmağımla bağlı bir neçə məsələ ilə maraqlanacağam. Daha sonra mülki həyata qayıdacağam. Prezident Donald Trampla telefonda danışdım. Suriya və İraqda görüləsi çox işlər var. Müttəfiqlərimiz olmadan bunu bacara bilmərik”, - Tillerson bildirib.
Qeyd edək ki, D.Tramp Dövlət katibi Reks Tillersonu vəzifədən uzaqlaşdıraraq onun yerinə MKİ rəhbəri Mayk Pompeonu gətirib.Muxalifet3 - 13-03-2018
Penaltinin olduğu kosmosdan da görünərdi - Qriqorçuk
Mən artıq bundan yorulmuşam. Üç ildir ki, eyni şey təkrarlanır. Mən sadəcə, başa düşə bilmirəm. Bu oyunda penaltinin olduğu hətta kosmosdan görünərdi. Bir daha deyirəm, belə vəziyyətdə nə deyəcəyimi bilmirəm. Fikirlərimi sözlə ifadə edə bilmirəm.
Muxalifet.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 20-ci turunda “Keşlə” ilə keçirilən oyundan (1:1) sonra deyib.Muxalifet3 - 13-03-2018
Tramp daha bir diplomatı işdən qovdu
ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentində daha bir vəzifəli şəxsi postundan uzaqlaşdırıb.
Muxalifet.az xəbər verir ki, Dövlət Departamentinin İctimai Diplomatiya üzrə katib müavini Stiv Qoldsteinin vəzifə səlahiyyətlərinə son verilib.
Ağ Ev rəhbərinin bu qərarından sonra Qoldstein qısaca açıqlama verib:
“Mənim üçün şərəf idi. Biraz istirahət edəcəyəm”.
Muxalifet3 - 13-03-2018
Bu gün "Barselona" və "Çelsi" komandaları qarşılaşacaq
Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin son cavab oyunları keçiriləcək.
Gecə saatlarında diqqətlər İspaniya və Türkiyəyə yönələcək.Muxalifet4 - 14-03-2018
ABŞ generalı Türkiyəyə görə Rusiyanı ittiham etdi
Türkiyə ilə ABŞ münasibətlərinin gerilməsinin günahkarı Rusiyadır.
Bu açıqlama ilə ABŞ-ın Mərkəzi Komandanlığının generalı Cozef Votel çıxış edib.
Rusiyanı basqınçı adlandıran Votel ABŞ və Türkiyənin Suriya məsələsindəki gərginliyi diplomatik və hərbi yolla həll etməyə çalışdığını söyləyib:
"Moskva əvvəlcə müttəfiqlər arasında anlaşılmaz durum yaradır, daha sonra vasitəçilik etməyə çalışır".Muxalifet4 - 14-03-2018
"Real" Benzemanı satmağa hazırdır – QİYMƏTİNİ AÇIQLADI
"Real" qarşıdan gələn yayda fransız hücumçusu Kerim Benzema ilə yollarını ayırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Məlumata görə, "Kral klubu" 30 yaşlı futbolçudan 50 milyon avro qazanacağına ümid edir. "Kral klubu"nun prezidenti Florentino Peres PSJ-nin braziliyalı hücumçusu Neymarın kluba transferi sazişinə görə Benzemanı transfer etməyi arzu edir.
Benzema İspaniyanın cari çempionatının 22 matçında 4 qol vurub.Muxalifet4 - 14-03-2018
Piyadanı vurdu, "Polisəm" deyib qaçdı - BAKIDA
Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələn yol qəzası baş verib.
Hadisə 8-ci kilometr qəsəbəsində baş verib.
1953-cü il təvəllüdlü Sarıyev Tofiq Əmrah oğlu 8-ci km bazarının qarşısından yolun digər tərəfinə keçərkən onu qara rəngli minik avtomobili vurub. Piyada ağır xəsarət alıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Yaralının yaxınlarının "Report"a verdiyi məlumata görə, hadisəni törədən sürücü özünü polis əməkdaşı kimi təqdim edib. Daha sonra yaralıya lazımı yardım göstəriləcəyini bildirirək, hadisə yerindən uzaqlaşıb.Muxalifet4 - 14-03-2018
ORDUMUZUN MÖVQELƏRİ ATƏŞ ALTINDA - Ermənilər atəşkəs rejimini 87 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet4 - 14-03-2018
Afrində PKK-ya 2 milyard DOLLARLIQ ZƏRBƏ
Suriyanın İqtisadiyyat Forumunun başçısı Mövzum əl-Barudi, Afrini 'narkotik paytaxtı' halına gətirən və bölgədəki 18 milyon zeytun ağacı ilə fabriklərə əl qoyaraq ildə 2 milyard dollar gəlir əldə edən PKK-ya Zeytun Budağı” hərəkatı ilə böyük zərbə vurulduğunu bildirib.
Muxalifet3 - 14-03-2018
"Zeytun budağı"nın ikinci kritik mərhələsinə keçid başlandı - AFRİN BOŞALDILIR
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 54-cü gününə qədəm qoyub.
Muxalifət.az xəbər verir ki, hərəkat çərçivəsində Afrinin şəhər mərkəzinin mühasirəsi tamamlanıb. Beləliklə, hərəkatın ikinci mərhələsinə keçid üçün kritik bölgələr ələ keçirilib.
Baş qərargahq “Zeytun budağı” çərçivəsindəki əməliyyatlar nəticəsində 12 mart tarixindən etibarən Afrin şəhər mərkəzinin mühasirəyə alındığını elan edib.Muxalifet2 - 14-03-2018
AP Azərbaycanda seçkiləri NİYƏ İZLƏMƏYƏCƏK?
Bəzi media qurumlarında Avropa Parlamentinin Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə əlaqəli məlumatlar yayılıb.
Yayılan məlumatlara əsasən guya, bu barədə Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb.
Yayılan məlumatlara əsasən, Avropa parlamentinin seçkilərdə iştirak etməyəcəyi ilə əlaqədar qurum nə prosesi, nə də onun nəticələrini şərh edəcək.Muxalifet2 - 14-03-2018
İraqda aparılacaq PKK əməliyyatının BİLİNMƏYƏN DETALLARI
Ankara-Bağdad arasında 7 aydır davam edən "PKK əməliyyatı" danışıqları, Sincar və Mahmur bölgəsində 7 düşərgə əməliyyatı üçün gündəmdədir. İyun ayında planlaşdırılan əməliyyat İraq mərkəzi hökuməti ilə ilk birgə əməliyyat olacaq.
Muxalifet3 - 14-03-2018
Tillersonun köməkçisinə YÜKSƏK VƏZİFƏ
ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyertə yeni vəzifə verilib.
Muxalifət.az xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Noyert ABŞ dövlət katibinin ictimai diplomatiya üzrə müşaviri vəzifəsinə təyin edilib.
Bu vəzifəni tutan Stiv Qoldstein Reks Tillersonla birgə istefaya göndərilib.Muxalifet2 - 14-03-2018
Felgenhauer: Rusiyanın bu sahədən qazancı BOŞBOĞAZLIQDIR
Silah ixracatı elə bir şeydir ki, bunun haqqında heç kimi tam etibarlı məlumat əldə edə bilmir.
Muxalifət.az xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer Rusiyanın son beş ildə silah ixracının azalmasını şərh edərkən deyib.Muxalifet2 - 14-03-2018
Xaçmazda FACİƏ: 4 yaşlı uşaq 10 yaşlı qardaşını ÖLDÜRDÜ
Xaçmaz rayonunda 10 yaşlı oğlan qardaşını güllələyib. Hadisə rayonun İlxıçı kəndində qeydə alınıb. Məlumata görə, E.Ş. evdə nəzarətsiz qalan tüfənglə ehtiyatsız davrandığından 4 yaşlı qardaşı R.-ya atəş açıb. Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (report)
Muxalifet2 - 14-03-2018