Axtarış
The search found 105793 results in 0.117 seconds.
Search results
Anqela Merkel dördüncü dəfə KANSLER SEÇİLDİ
Anqela Merkel dördüncü dəfə ardıcıl olaraq Bundestaqda Almaniyanın kansleri seçilib.
Muxalifət.az xəbər verir ki, səsvermə zamanı 364 deputat onun lehinə, 315 deputat əleyhinə səs verib, 9 deputat isə bitərəf qalıb.
Almaniya prezidenti Frank-Valter Ştaynmayerin də iştirakı ilə Merkelin kansler seçilməsinə həsr olunmuş rəsmi tədbir keçiriləcək.
Qeyd edək ki, A.Merkel ilk dəfə 2005-ci ildə kansler seçilib./apa/Muxalifet2 - 14-03-2018
PKK Afrində 2 komandirini EDAM ETDİ
PKK terror qruplaşmasının Afrinə təyin etdiyi komandirlərdən bəziləri mülki insanların arasına qarışaraq ərazini tərk etməyə çalışıb.
Muxalifət.az xəbər verir ki, qaçmağa cəhd edən 2 PKK komandirini saxlayan Qəndil terrorçuları onları edam edib.
Məlumata görə, strateji əhəmiyyətli Kefer Cennə və Şiran bölgələrinin rəhbərləri döyüşçülərinə sona qədər müqavimət göstərmək barədə əmr verərək Afrini tərk etmək istəyib. Qəndildən göndərilən Heval Baz adlı PKK komandiri isə onları yaxalayaraq sorğu-sual edib. Daha sonra Heval Bazın əmri ilə hər iki komandir edam edilib.Muxalifet2 - 14-03-2018
Londonda casusların MÜƏMMALI ÖLÜMÜ: Müəllif kimdir? - ŞƏRH
İttihamin əsasında hər zaman təqsirsizlik prezumpsiyası durmalıdır. Kimisə ağır cinayətin törədilməsində ittiham etmək üçün yalnız məhkəmənin müvafiq hökmünü əsas götürmək olar. Şübhə və ehtimalla şəxsi və ya dövləti ittiham etmək hüquqi baxımdan perspektivsizdir.
Bu fikirləri Teleqraf.com-a hüquqşünas Əvəz Temirxan son dövrlər Böyük Britaniya ərazilərində vaxtı ilə SSRİ KQB-sinə və Rusiya xüsusi xidmət orqanlarına işləyən, sonradan isə İngiltərə xüsusi xidmət orqanlarının xeyrinə casusluq edən şəxslərin müəmmalı ölümləri haqqında danışarkən deyib.Muxalifet2 - 14-03-2018
LAVROV: “ABŞ ölkəni parçalamağa çalışır”
“ABŞ-ın Suriyada hərbi bazalar qurmaq niyyətində olduğunu bilirik”.
Muxalifət.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə Moskvada keçirilən danışıqlardan sonra birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Ölkənin parçalanmasına yol açmaq üçün müxtəlif üsullardan istifadə etməyə çalışırlar”, - Lavrov deyib.Muxalifet2 - 14-03-2018
İsa Qəmbər xəstəxanadan buraxıldı
Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müalicə aldığı Türkiyənin paytaxtı Ankara şəhərindəki “Hacettepe” xəstəxanasından buraxılıb.
“Report”un xəbərinə görə, İ.Qəmbərin səhhəti normaldır. Müsavatın sabiq başqanı bu həftənin sonunda Bakıya dönəcək.Muxalifet - 14-03-2018
Sosial şəbəkədə 200 nəfəri bu yolla aldatdı və... - DİN-dən ağlasığmaz olayla BAĞLI AÇIQLAMA
“İnstagram” sosial şəbəkəsində insanlara yalan vədlər verərək onları dələduzluq yolu ilə aldadan və pullarını mənimsəyən şəxs polislər tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.Muxalifet2 - 14-03-2018
Dünyada ilk dəfə pilotsuz uçan taksi SINAQDAN KEÇİRİLİR
Yeni Zelandiyanin Kraysçörç şəhərində dünyada ilk dəfə olaraq pilotsuz uçan taksi sınaqdan keçirilir.
Trend-in məlumatına görə, bu pilotsuz taksiyə "Cora" adı verilib. Nəqliyyat vasitəsi vertolyot kimi şaquli vəziyyətdə enə və qalxa, təyyarə kimi uça bilir.
"New Zealand Herald" qəzeti layihə üzərində işlərin 8 il davam etdiyini yazır. Layihəni hazırlayan "Zephyr Airworks" şirkəti uçan taksini qarşıdakı 6 il ərzində bazara çıxarmağı planlaşdırır.
Pilotsuz taksi iki sərnişini daşıya biləcək. Elektrik mühərrikə sahib bu nəqliyyat vasitəsi ətraf mühit üçün təhlükəsizdir.Muxalifet2 - 14-03-2018
İctimai nəqliyyata içki detektoru quraşdırılacaq? – MAİS AĞAYEV
Bakının ictimai nəqliyyatında xüsusi detektorlar sınaqdan keçiriləcəyi ilə bağlı yayılan məlumatlar şayiədir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, qeyd olunan məsələ BNA-nın planında yoxdur:
“Bu gün əsas olan məsələ mövcud avtobus bazasının yenilənməsidir”.Muxalifet2 - 14-03-2018
BQXK:"Məqsədimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevə humanist münasibətin təmin olunmasıdır"
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) məqsədi Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundakı doğma torpaqlarında olarkən ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə humanist münasibətin təmin olunmasıdır.
Bu barədə özəl olaraq Trend-ə BQXK-nin baş ofisindən bildiriblər.
Bundan başqa, BQXK-nin Bakı ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, təşkilatın nümayəndələri müntəzəm Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkir:Muxalifet2 - 14-03-2018
Prezident onu söyən şəxsi niyə nazir etdi?
Avraam Linkolnu təkcə ona görə sevmirlər ki, o Şimal və Cənubu birləşdirdi, uzun müddət davam edən vətəndaş müharibəsini durdurmağa nail oldu və bununla da Amerika dövlətinin çöküşünə imkan vermədi, onu həm də düşmənlərini dost etməyi bacardığı üçün pərəstiş ünvanına çeviriblər.
Bildiyiniz kimi, sadə bir fermer oğlunun məqsədyönlü və usanmaz əməyi onu bir ölkənin prezidentinə çevirmişdi. Ona görə də fəhlə sinfindən gələn qəlbiyumşaqlıq və barış hissi onun verdiyi qərarlara da təsirini göstərirdi. Gerçəkdən də biz öz zamanını qabaqlayan davranışlardan danışırıq.Muxalifet2 - 14-03-2018
Bu sözlər ermənilərin qulağında cingildəyir - Polkovnik
Ordumuzun keçirdiyi təlimlər Ermənistanda narahatlıqla qarşılanır və bu, təbiidir.
Muxalifət.az xəbər verir ki, bu sözləri Horadiz əməliyyatının komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azvision.az-a danışarkən bildirib.
Polkovnik qeyd edib ki, Azərbaycan Ordusunun təlimləri Qarabağda ola biləcək döyüşə uyğun şəkildə həyata keçirilir:Muxalifet2 - 14-03-2018
51 yaşlı qadını əri və ögey övladları döyə-döyə ÖLDÜRDÜ
Lənkəranda 51 yaşlı qadının müəmmalı səbəbdən ölməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Rayonun Rvo kənd sakini, 1967-ci il təvəllüdlü Qafarova Mahirə Vəli qızının meyitinin ilkin müayinəsi zamanı onun üzərində çox ciddi xəsarətlər aşkarlanmayıb. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün daxili orqanlardan nümunələr götürülüb.
Bildirilir ki, 51 yaşlı Mahirə Qafarova bir neçə il əvvəl Lerik rayonundan olan şəxsə ərə gedib və övladı olmayıb. M.Qafarova həmin kişinin ikinci həyat yoldaşı imiş və ailələrində vaxtaşırı söz-söhbət olurmuş.Muxalifet2 - 14-03-2018
BAKIDA AVTOBUS YANDI
Bakı şəhəri, Nizami rayonunda “Temsa” markalı avtobusun yanar hissələri yanıb.
Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, yol kənarındakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülübMuxalifet2 - 14-03-2018
Avropa İttifaqı SÖZÜNÜ TUTDU: Türkiyəyə 3 milyard avro ödəyəcək
Avropa İttifaqı 2015-ci ildə imzalanan miqrant razılaşması çərçivəsində Türkiyəyə 3 milyard avronu ödəməyə razılaşıb.
Muxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Avropa Miqrasiya Komissiyasının üzvü Dimitris Avramopoulos Tvitterdə məlumat paylaşıb.
Bunun 1 milyard avrosu Avropa İttifaqının büdcəsindən, 2 milyardı isə ittifaqa üzv ölkələr tərəfindən ödəniləcək.
Qeyd edək ki, miqrant müqaviləsinə görə, Avropa İttifaqı Türkiyəyə 2 dəfəlik olmaqla 6 milyard avro pul ayrılmalı idi.Muxalifet2 - 14-03-2018
İSRAİLDƏN SİLAH ALAN ÖLKƏLƏR - Azərbaycan neçənci yerdədir?
Azərbaycan İsrail hərbi texnikasının ən iri alıcılarından biridir. Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzetində dərc olunan məqalədə qeyd olunub. Məqalədə bildirilir ki, Azərbaycan İsraildən silah alan ölkələr arasında üçüncü yerdə qərarlaşıb: “2017-ci ildə Azərbaycan İsraildən 137 milyon dollar həcmində hərbi texnika əldə edib. 2016-cı ildə bu rəqəm 248 milyon dollar təşkil etmişdi”. İsraildən ən çox hərbi texnika alan ölkələr arasında ilk üçlükdə həmçinin Vyetnam və Hindistan yer alıb.
Muxalifet2 - 14-03-2018
Avropa Komissiyası viza RÜSUMUNU ARTIRIR
Avropa Komissiyasının təklif etdiyi Şengen zonasının ümumi viza məcəlləsinə dəyişikliklər Azərbaycan vətəndaşları üçün viza rüsumunun dəyərinə təsir etməyəcək.
Avropa Komissiyası üçüncü ölkə vətəndaşları üçün viza rüsumunun 20 avro artırılaraq 80 avroya çatdırılması barədə qərar qəbul edib.
Bununla belə qeyd olunur ki, artım 35 avro həcmindəki rüsumlara şamil olunmayacaq: “Rüsum artırılması barədə qərar Avropa İttifaqı ilə Rusiya, Ermənistan və Azərbaycan kimi ölkələrlə imzalanmış sadələşdirilmiş viza rejimi barədə sazişlərə təsir etməyəcək”. (trend)Muxalifet2 - 14-03-2018
BİNƏLİ YILDIRIM: “Kim nə deyir desin, Nizami Gəncəvi türkdür”
“Hər kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür”.
Muxalifət.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Milli Məclisdə parlament sədri Oqtay Əsədovla keçirdiyi görüş zamanı deyib.Muxalifet2 - 14-03-2018
Britaniya BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırdı – AGENT İŞİ
Böyük Britaniya Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnik Sergey Skripalın zəhərlənməsi işi üzrə BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin xəbərində deyilir.
Xatırladaq ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.Muxalifet2 - 14-03-2018
Türkiyə Afrinin mərkəzində: DAHA 8 KƏND AZAD EDİLDİ
Türkiyə Silahlı Qüvvələri və ASO Afrində daha 8 kəndi terrorçulardan təmizləyib.
Muxalifət.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından bildirilib.
Məlumata görə, Afrin istiqamətində Kori Gul, Şadir, Çolağan, Göz, Marratah, Şatiyan, Yuxarı Kaferdel və Quran kəndləri azad edilib.
Qeyd edək ki, Afrin ötən gündən mühasirəyə alınıb. Afrin şəhərinə bağlı kənar kəndlər isə bir-birinin ardınca terrorçulardan təmizlənir.Muxalifet2 - 14-03-2018
Bakı-Şamaxı-Yevlax magistralı çökdü - VİDEO
Bakı-Şamaxı-Yevlax magistralında çökmə meydana gəlib.
Muxalifət.az-ın ARB TV-yə istinadən xəbərinə görə, bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı kilometrliyində çökmə meydana gəlib.
Yolun Şamaxı ərazisində asvalt örtüyündə iri çatlar yaranıb. Avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi çökmə nəticəsində bağlanıb. 8 saylı yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub.
İdarədən həmçinin bildirilib ki, sürüşmə baş verən yola alternativ olaraq yeni yol çəkilir.Muxalifet2 - 14-03-2018