Axtarış

The search found 105793 results in 0.117 seconds.

Search results

  1. ​Qızların rəqsinə baxan bələdiyyə sədri istefaya məcbur oldu

    İranın paytaxtı Tehran şəhərinin islahatçı bələdiyyə sədri Məhəmməd Əli Nəcəfi istefa verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə İRNA informasiya yayıb.
    Nəcəfi Tehran bələdiyyəsinin 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş 8-10 yaşlı qızlar arasında təşkil edilən rəqs tədbirində iştirak etdiyinə görə mühafizəkarların kəskin tənqidinə məruz qalıb.
    Xatırladaq ki, Məhəmməd Əli Nəcəfi İranın keçmiş prezidentləri Mirhüseyn Musəvi və Əli Əkbər Haşimi Rəfsəncani dönəmlərində 9 il İranın təhsil naziri vəzifəsində çalışıb.
     

    Muxalifet3 - 14-03-2018

  2. Qonşu ölkə ona nazir postu təklif etmişdi - Əli Həsənov

    Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Cümhuriyyətimizin yubileyi dövlət səviyyəsində qeyd ediləcək, il ərzində həm Cümhuriyyət, həm Cümhuriyyət dövrü təsis edilmiş ayrı-ayrı qurumlar, həm də Cümhuriyyətimizin qurucuları ilə bağlı silsilə tədbirlər keçiriləcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Feysbuk səhifəsində bildirib.

    Muxalifet3 - 14-03-2018

  3. ​Bakıda QORXUNC QƏZA: mal-qara daşıyan yük maşını aşdı və...

    Bu gün axşam saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
    Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 99 JH 641 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşınının sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı əyri-xətli dəmir tirlərə çırpıb.

    Muxalifet3 - 14-03-2018

  4. ​Angela Merkelə hücum edildi - Video

    Almaniya parlamentinin binası qarşısında ölkə kansleri Angela Merkelə hücum olub.
    Muxalifet.az xəbər verir ki, parlamentdə kansler seçksindən sonra A.Merkel binadan çıxarkən hücuma məruz qalıb. Naməlum kişi qışqıra-qışqıra kanslerə doğru gedib.
    Polis həmin şəxsi saxlayıb.
    Qeyd edək ki, A.Merkel 4-cü dəfə Almaniyanın kansleri seçilib.
     

    Muxalifet3 - 14-03-2018

  5. ​Afrində daha bir türk əsgəri şəhid oldu

    Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində gedən döyüşlərdə daha bir türk əsgəri şəhid olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə  Türkiyə baş ordu qərargahı bəyanat yayıb.
    Bəyanata görə, kimliyi hələ açıqlanmayan hərbçi axşam saatlarında baş verən toqquşmalarda həlak olub.

    Muxalifet3 - 14-03-2018

  6. “Qəbələ”nin avtobusunun şüşələri sındırılıb – AFFA-dan cəza

    AFFA İntizam Komitəsi "Kəpəz"i cəzalandırıb.
    Muxalifet.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna "Qəbələ" ilə Topaz Premyer Liqasının XIX tur matçından sonra yerli azarkeşlərin qonaq komandanın avtobusunun şüşələrini sındırması səbəb olub. Bu hadisə "qırmızı-qaralar"ın Gəncə şəhər stadionunun ərazisini tərk etdikləri vaxt baş verib.
    “Kəpəz” "Qəbələ"nin təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 4000 manat cərimələnib. Bundan başqa, Gəncə klubu qonaq komandaya dəymiş ziyana uyğun olaraq təqdim ediləcək hesab əsasında ödəniş edəcək.

    Muxalifet3 - 14-03-2018

  7. ​Fransa polisi: 10 PKK-çı yaralandı

    Ötən gün Fransanın paytaxtı Parisdə PKK-nın aksiyası zamanı 10 nəfər yaralanıb.
    Muxalifet.az xəbər verir ki, Fransa polisinin yaydığı məlumatda ABŞ səfirliyinin qarşısında keçirilən icazəsiz aksiyanın gecə saatlarına qədər davam etdiyi bildirilib.
    Fransa polisi aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Aksiya zamanı bəziləri huşunu itirib.

    Muxalifet3 - 14-03-2018

  8. ​Sofiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu

    Sofiya Beynəlxalq Film Festivalı çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunub.
    Səfirlikdən  verilən məlumata görə, filmin nümayişi Sofiyada Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd olunması çərçivəsində baş tutub.

    Muxalifet3 - 14-03-2018

  9. ​Elm Festivalının keçiriləcəyi tarix açıqlandı

    Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə III Beynəlxalq Elm Festivalı keçiriləcək.
    Muxalifet.az xəbər verir ki, Rəyasət Heyətinin bugünkü iclasında festivalın keçirilmə tarixi açıqlanıb.
    İclasda akademiyanın yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb. Bu islahatların mühüm istiqamətlərindən birini 2014 və 2016-cı illərdə paytaxt və regionlarda keçirilən elm festivallarının təşkil etdiyi vurğulanıb.

    Muxalifet3 - 14-03-2018

  10. ​Prezidentdən 15 səhifəlik bəyanat: Üzvlükdən çıxırıq

    Filippin Beynəlxalq Arbitraj Məhkəməsinə üzvlükdən çıxacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Filippin Prezidenti Rodriqo Duterte məlumat verib.
    Filippin lideri 15 səhifəlik bəyanatında ölkəsinin sözügedən məsələ ilə bağlı Roma müqaviləsindən çıxacağını bəyan edib.
    Qeyd edək ki, BMT Dutertenin narkotiklə mübarizə kampaniyası çərçivəsində insanlığa qarşı cinayət törətdiyini bildirib.
     

    Muxalifet3 - 14-03-2018

  11. ​Təmas xəttində növbəti monitorinq keçiriləcək

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 15-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
    Muxalifet.az xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.

    Muxalifet3 - 14-03-2018

  12. ​Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə XÜSUSİ ƏMƏLİYYAT

    Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.
    Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb.
    Qohumları saxlanılan şəxsin narkotik vasitələrlə əlaqəsinin olmasını istisna edirlər. Saxlanılan şəxsin səhhətində problemlərin olduğu bildirilir. 
     

    Muxalifet3 - 14-03-2018

  13. ​"Neftçi" bu dəfə də məğlub olmadı: "Qarabağ" qarşısında

    Martın 14-də futbol üzrə Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Neftçi” klubu doğma meydanda “Qarabağ”ı qəbul edib.
    Muxalifet.az xəbər verir ki, “Baksell Arena”da keçirilən oyunda hesab açılmayıb.
    Xallarının sayını 49-a çatdıran “Qarabağ” turnir cədvəlindəki liderliyini davam etdirir. “Neftçi” isə 27 xalla beşinci pillədə yer alıb.
    Tura bu gün keçiriləcək “Sumqayıt”–“Kəpəz” matçı ilə yekun vurulacaq.
     

    Muxalifet3 - 14-03-2018

  14. ​Rusiyadan İngiltərəyə sərt cavab: Bizimlə qarşıdurmanı seçdiniz

    İngiltərə Baş naziri Tereza Mey Rusiya ilə qarşıdurmanı seçdi.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin bəyanatında bildirilib.
    XİN-nin bəyanatında Sergey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı Meyin reallığı əks etdirməyən fikirlər səsləndirdiyi və bunun təxribat olduğu bəyan edilib.
    Tezliklə cavab tədbirlərinin görüləcəyi vurğulanıb.

    Muxalifet3 - 14-03-2018

  15. ​Biləsuvarda ŞOK HADİSƏ: 7 yaşlı qız...

    Biləsuvar rayonunda 7 yaşlı uşaq açar udub.
    Muxalifet.az-ın report-a istinadən məlumatına görə, rayon sakini, 2011-ci il təvəllüdlü Əmənli Şəfanə Ramil qızı yaşadıqları evin qapısının açarın udub.
    Ə.Şəfanə dərhal Biləsuvar Rayon Xəstəxanasına çatdırılıb. Daha sonra o, paytaxtdakı xəstəxanalardan birinə aparılıb.
     

    Muxalifet3 - 14-03-2018

  16. ​Meyə sərt və simmetrik cavab veriləcək - Matviyenko

    İngiltərə Baş naziri Tereza Meyə atdığı addımlara görə sərt və simmetrik cavab veriləcək.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edib.
    "İngilislər Moskvaya hər hansı bir sübut təqdim etmədən Rusiyanı günahkar elan etdi. Bu misilsiz bir hadisədir. Güman edirəm ki, diplomatiyada bunun bir nümunəsi yoxdur. Bu səbəbdən Rusiya İngiltərəyə sürətli, sərt və simmetrik şəkildə cavab verməlidir", - Matviyenko söyləyib.

    Muxalifet3 - 14-03-2018

  17. "Uçan" taksilər sınaqdan keçirildi

    Yeni nəsil uçan taksilərin ilk sınaqları keçirilib.
    Muxalifet.az xəbər verir ki, Zelandiyanın “Kitty Hawk” startapı üzərində 8 il çalışdıqları “Cora” pilotsuz uçan aparatın sınaq uçuşlarını keçirib. Bildirilir ki, nəqliyyat vasitəsinin əsas fərqli xüsusiyyəti vertolyot kimi vertikal qalxa, enə bilməsi və eyni zamanda təyyarə kimi uça bilməsidir. 8 ilə hazırlanan layihənın 6 il sonra satışa çıxarılması planlaşdırılır.

    Muxalifet3 - 14-03-2018

  18. ​Biz bununla kifayətlənmirik, Bakı ilə birlikdə... - Yıldırım

    Biz bununla kifayətlənmirik. Eyni zamanda, region ölkələrinin də inkişaf etməsi üçün Türkiyə və Azərbaycan olaraq birlikdə çalışırıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım Prezident İlham Əliyevlə görüşdə bildirib.

    Muxalifet3 - 14-03-2018

  19. ​Millidə yeni futbolçular olacaq - Qurban Qurbanov

    Maraqlı oyun alındı. Bircə qol çatışmadı. Ancaq çempionatın ən sürətli oyunu oldu. Həm toplu, həm də topsuz hər iki komanda çox aktiv oyun sərgilədi. “Neftçi” yaxşı forma yığıb. Bu komandaya uğurlar arzulayıram.
    Muxalifet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məqşçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 20-ci turunda "Neftçi" ilə keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.
    - Sanki Şehiç rəqibi öz üzərinə çəkməyə çalışırdı...

    Muxalifet3 - 14-03-2018

  20. ​Rusiyanın böyük bir məsuliyyəti var - Qurtulmuş

    Rusiya və Türkiyənin hazırda münasibətləri çox mühüm mərhələdədir.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Mədəniyyət və Turizm naziri Numan Qurtulmuş çıxış edib.
    "Rusiya və Türkiyə böyük potensial və miqrasiyaya, enerji və digər bir çox müştərək mövzuda təsirə malik iki ölkədir. Hazırda münasibətlərimizin çox mühüm mərhələsindəyik. Təhlükəsizlik, siyasət və iqtisadi məsələlərlə bağlı dəqiq bir anlayış var. Türkiyə və Rusiyanın böyük bir məsuliyyəti var", - Qurtulmuş söyləyib.

    Muxalifet3 - 14-03-2018

Pages