Axtarış
The search found 105793 results in 0.125 seconds.
Search results
Maydanda snayperləri otelə onlar yerləşdirib – SAVÇENKODAN ŞOK
Maydanı Ukraynada Qərb ölkələri təşkil edib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Radasının deputatı Nadejda Savçenko deyib.Muxalifet2 - 15-03-2018
Rusiyadan cavab tədbiri: LAVROV AÇIQLADI
Rusiya da ingilis diplomatları ölkədən qovacaq.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib:
“Britaniyaya cavab olaraq, ingilis diplomatları mütləq və yaxın zamanlarda ölkədən qovacağıq”.
Qeyd edək ki, Baş nazir Tereza Mey dünən Britaniyanın Rusiya ilə ikitərəfli əlaqələri kəsdiyini bildirib:Muxalifet2 - 15-03-2018
“LOTU QULİ”nin KEÇİRDİYİ “SXODKA”dan GÖRÜNTÜLƏR – VİDEO
“Lotu Quli ləqəbli “qanuni oğru” Nadir Səlifov azadlığıa çıxdıqdan keçirdiyi “sxodka”nın görüntüsü yayılıb.
Muxalifet - 15-03-2018
Sobçak uduzdu, taksist işləyəcəkdim və birdən… - PUTİN
1996-cı ildə Moskvaya gəlməzdən əvvəl heç yerdə işləmirdim. Muxalifət.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Andrey Kondraşovun “Putin” filmində çıxışı zamanı deyib. “Sankt-Peterburqun o zamankı rəhbəri Anatoli Sobçakın qubernator seçkisində məğlubiyyətindən sonra Moskvaya gəlmək qərarı verdim. O zaman mənim başqa seçimim yox idi. Nə etməliydim? Əslində, mən hətta Moskvaya gəlməzdən əvvəl o zaman taksist işləməyi belə düşünürdüm. Zarafat etmirəm, ciddi deyirəm.
Muxalifet2 - 15-03-2018
Komitə sədrinə yeni müavin TƏYİN EDİLDİ
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Faiq Maqbed oğlu Quliyev komitə sədrinin müavini təyin edilib.
F. Quliyev buna qədər "SOCAR Energy Georgia" MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, bununla da komitənin sədr müavinlərinin sayı üçə çatıb. (apa)Muxalifet2 - 15-03-2018
İrandan ABŞ-a SURİYA XƏBƏRDARLIĞI
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi, Mayk Pompeonun ABŞ dövlət katibi vəzifəsinə gəlməsindən sonra, Suriyaya qarşı mümkün bir əməliyyatı nəzərdə tutaraq ABŞ-ın "axmaqcasına" bir şey etməməsini söyləyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımınin açıqlamaları, Reks Tillersonın ABŞ Dövlət Katibi vəzifəsindən çıxarılmasından sonra gəldi. Qasımi, Ağ Evi Suriyada daha müdaxiləçi bir mövqe nümayiş etdirmədən əvvəl diqqətlə düşünməyə dəvət edib.
Muxalifet3 - 15-03-2018
SEMNEBİ: "Məndən sonra Qarabağda..."
Görürəm ki, məndən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə elə də ciddi dəyişiklik baş verməyib. Bunu Aİ-nin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Piter Semnebi deyib. O bildirib ki, əsas problem də heç bir dəyişikliyin olmamasındadır: "Mən, Avropa İttifaqı və İsveçrə də ümid edirik ki, bu münaqişənin həlli yolunu tapmaq mümkündür". VI Bakı Qlobal Forumla bağlı danışan P. Semnebi deyib ki, son illər Azərbaycan Qərb və Şərq arasında mühüm platforma rolunu oynayır. O qeyd edib ki, Cənubi Qafqaz Aİ üçün vacib və qonşu regiondur./APA/
Muxalifet2 - 15-03-2018
ABŞ-da minlərlə tələbə etiraz olaraq dərslərdən çıxıb – FOTO
Birləşmiş Ştatlarda minlərlə tələbə və şagird dərslərdən çıxıb. Onlar silah qanunlarının sərtləşdirilməsini tələb ediblər.
Martın 14-də dərs otaqlarından çıxan gənclər əllərində “Yetər” yazılmış plakatlar tutublar, onlar Milli Silah Assosiasiyasına qarşı şüarla səsləndirib, “zəif” silah qanunlarına qarşı çıxıblar. Tələbələr dərsdə azı 17 dəqiqə olmayıblar, fevralın 14-də Floridada məktəbdə güllələnmiş 17 nəfərin hərəsinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Muxalifet2 - 15-03-2018
Rusiyaya BMT-də bir zərbə də ABŞ-dan gəldi
ABŞ Koreya yarımadasında vəziyyətin tənzimlənməsinə dəstək göstərilməsi ilə bağlı Çin və Rusiyanın təklif etdiyi layihəni bloklayıb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəliyinin təmsilçisi Fyodor Strjijovski danışıb.
“ABŞ-ın BMT Təhlükəsizlik Şurasının üzvləri arasında heç bir müzakirə olmadan Rusiya və Çinin təşəbbüsünü bloklamaq qərarı Koreya yarımadasındakı münasibətlərdə yaranan istiləşmə kontekstində Vaşinqtonun əsl niyyətləri ilə əlaqədar suallar doğurur”, - Strjijovski deyib.Muxalifet2 - 15-03-2018
Milli Şura 17 mart mitinqdən İMTİNA ETDİ
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 17-də mitinq keçirməsi ilə bağlı müraciətə cavab verib.
BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov bildirib ki, meriya aksiyanın martın 17-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.Muxalifet2 - 15-03-2018
Terror təşkilatı edamlara başladı: PKK-lı “NAZİR” ÖLDÜRÜLDÜ
Terror təşkilatı PKK/PYD-nin informasiya naziri və Afrin məsələsində Əsədlə danışıqları aparan Önər Alluş, təşkilat tərəfindən edam edilib.
Yerli mənbələrdən alınan məlumata görə, terror təşkilatı PKK/PYD-nin informasiya naziri və Afrin məsələsində Əsədlə danışıqları aparan Önər Alluş, Tel Abyatdakı evində ölü olaraq aşkar edilib.Muxalifet3 - 15-03-2018
Yol Polisinin texniki baxışla bağlı sürücülərə MÜRACİƏTİ
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, istehsal ili 2007-ci ilədək (2007-ci il daxil olmaqla), 2009-cu, 2011-ci və 2013-cü illər olan bütün növ mexaniki nəqliyyat vasitələrinin texniki baxışı davam edir.
Muxalifet2 - 15-03-2018
CONSON: Rusiya ilə bağlı danılmaz faktlara sahibik
Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsində Rusiyanın əlinin olmasıyla bağlı danılmaz faktlara sahibik.
Bunu BBC-yə müsahibəsində Britaniya Xarici İşlər naziri Boris Conson söyləyib.
“Rusiyanın əlinin olmasıyla bağlı əldə etdiyimiz faktlar danılmazdır. Rusiyanın bizə verdiyi cavab onun əsas günahkar olmasını təsdiq edir”, – deyə o bildirib./axar/Muxalifet2 - 15-03-2018
Rusiyadan İngiltərəyə misilləmə: İNGİLİS DİPLOMATLAR DEPORTASİYA EDİLƏCƏK
Rusiya, Londonun Rus diplomatları deportasiya etmək qərarına eyni cavabı verəcəyini açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyi, İngiltərənin 23 Rus diplomatı deportasiya etmək qərarına cavab tədbirləri görəcəyini bildirib.
İngiltərənin 23 Rus diplomatı deportasiya etmək qərarı, “Soyuq Müharibə” dövründən bu günə Rusiyaya qarşı tətbiq edilən ən böyük sanksiya olma xüsusiyyətini daşıyır.
Müxalifət.azMuxalifet3 - 15-03-2018
Trampın yeni müşaviri SAVAŞ SİQNALI VERDİ: “Çin uzun müddətdir qaydalarla oynamır, sərt cavab almalıdır"
ABŞ Prezidenti Donald Trampın yenicə təyin etdiyi iqtisadi müşaviri Larri Kudvol mətbuata açıqlama verib.
O, Çinin ABŞ və digər ölkələrdən ticarət sahəsində sərt cavab haqq etdiyini deyib: “Çin uzun müddətdir ki, qaydalarla oynamır. Gömrük tariflərini sevməyən biri kimi deməliyəm ki, Çinə sərt cavab verilməlidir. Ümid edirəm ki, ölkələr arasında koalisiya qurulacaq və onlar Çinə qarşı hərəkətə keçəcək”.
Kudvol Trampın alüminium və polad idxalına tətbiq edəcəyi vergi məsələsinə də münasibət bildirib: “Fikrimcə bu, ABŞ iqtisadiyyatına heç bir zərər verməyəcək”.Muxalifet2 - 15-03-2018
Generallar son söz dedi, hakimlər müşavirəyə yollandı – MTN işi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Muxalifet2 - 15-03-2018
DTX-nin tutduğu orqan alverçisi qızı üçün... - AÇIQLAMA
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan transmilli şəbəkənin üzvü olduğu üçün tutulan 1957-ci il təvəllüdlü Xudadatov Vahid Fəxrəddin oğlu barəsində bəzi məqamlar üzə çıxıb.
Muxalifet2 - 15-03-2018
Azərbaycanlı milli fəal HƏBS EDİLDİ
Tehranda Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda mübarizə aparan fəal tutulub.
Axar.az xəbər verir ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Tehran şəhər sakini Behnam Nurməhəmmədini martın 14-də iş yerində tutub naməlum istiqamətə aparıblar. Azərbaycanlı fəalın həbs olunmasının səbəbi və hazırda harada saxlanması barədə hər hansı məlumat yoxdur.
Qeyd edək ki, Behnam Nurməhəmmədi milli zəmində apardığı fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə tutularaq İran təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qalıb.Muxalifet2 - 15-03-2018
Bakıda 16 yaşlı qız İTKİN DÜŞDÜ
Bakıda 16 yaşlı qız itkin düşüb.
Söhbət Əliyeva Kəklik Elşən qızından gedir.
Bu barədə onun atası Əliyev Elşən məlumat verib.
Onun sözlərinə görə, qızı martın 4-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Kəklik evdən getməmişdən öncə anasının "dərsdən niyə gecə gəlirsən?" deməsinə görə mübahisə edib. Faktla bağlı polisə məlumat verilib.
Qeyd edək ki, itkin düşən qızın valideynləri Biləcəridə yaşayır. Onu görənlərdən 0708115325, 0703717274, 0773388343 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur. (yeniçağ)Muxalifet2 - 15-03-2018
FİFA təşvişə düşdü: DÇ TƏHLÜKƏDƏ
FİFA İngiltərə millisinin Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatına qatılmamaq ehtimalının yaranmasına görə təşviş içindədir. Muxalifət.az xəbər verir ki, İspaniya mətbuatı Sergey Skripal və qızının zəhərlənməsinin İngiltərənin mundialda iştirak etməmə ehtimalını reallığa çevirdiyini yazıb. Məlumata görə, FİFA rəhbəri Cani İnfantino və onun köməkçiləri gərginləşən vəziyyət qarşısında təşvişə düşsə də, ictimaiyyətə süni sakitlik nümayiş etdirməyə çalışır. “FIFA dünya kubokunun boykot edilməsi çağırışlarının ortaya çıxması ilə əlaqədar təşviş içindədir.
Muxalifet2 - 15-03-2018