Axtarış

The search found 105793 results in 0.056 seconds.

Search results

  1. ​Ölkəmizdə 30 min erməni yaşayır – Əli Həsənov

    Bu gün Azərbaycanda 10 milyon əhali var. Titul nümayəndələri 8 milyondan artıqdır, qalanlar isə etnik azlıqlardır. Olardan 4-nün sayı 100-200 mindən artıq, 5-nin sayı 20-50 minə qədər, qalan 30-a qədər milli azlıqların sayı 10 minə qədərdir. Gördüyünüz kimi ölkəmizin etnik sayı kifayət qədər zəngin və qarışıqdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov VI Qlobal Forumda çıxışı zamanı deyib.

    Muxalifet3 - 15-03-2018

  2. ABŞ azərbaycanlını "qara siyahı"ya saldı - ŞOK DETALLAR

    ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.
    Muxalifet.az“Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin xəbərində deyilir.
    Sanksiyalar siyahısına ABŞ-dakı prezident seçkilərinə müdaxilədə ittiham edilmiş şəxslər və şirkətlər düşüb.
    Sanksiyalar siyahısına 19 fiziki və 5 hüquqi şəxs daxil edilib.

    Muxalifet3 - 15-03-2018

  3. ​Dağıstanlı nazir axtarışa verildi

    Dağıstanda davam edən geniş-miqyaslı anti-korrupsiya istintaqı çərçivəsində, respublikanın inşaat, memarlıq və mənzil-kommunal təsərrüfat naziri vəzifəsini müvəqqəti icra edən İbrahim Kazibekov axtarışa verilib.
    Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dağıstanın başçısı Vladimir Vasilyev açıqlama verib.  
    Bundan əvvəl regionun hüquq mühafizə orqanları, evində axtarış aparılmış Kazibekovun Dağıstandan qaçdığını bildirmişdi.
    “Hal-hazırda bizim inşaat nazirimiz axtarışdadır” deyə Vasilyev jurnalistlərə bildirib.

    Muxalifet3 - 15-03-2018

  4. ​Ruslar aqressivləşir: Krım məsələsində haqlıyıq - Sorğu

    Rusların 86%-i Krımın Rusiyanın tərkibinə daxil edilməsini dəstəkləyib.
    Muxalifet.az xəbər verir ki, bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Krımın Rusiyaya birləşdirilməsinə qarşı rusların 7%-i çıxıb.
    Rusların 70%-i isə Krımın anneksiyasının Rusiyaya fayda verdiyini vurğulayıb. Bu göstərici 2015-ci ildən bu yana 21% artıb.
    Qeyd edək ki, sonuncu dəfə Krımın Rusiyaya birləşdirilməsi bu dərəcədə 2014-cü ildə dəstəklənib.
     

    Muxalifet3 - 15-03-2018

  5. ​Dubay əmirinin qızı fransız casusla qaçıb

    Birləşmiş Ərəb Əmirliyinin baş naziri Məhəmməd bin Rəşid əl-Maktumun 33 yaşlı qızı Lətifə ölkədən qaçıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə "New York Post"-da məlumat yayılıb.
    Ölkədən qaçmış əmirin qızı öldürüləcəyi və ya başına başqa bir bədbəxt hadisənin gələcəyi təqdirdə, insanların həqiqəti bilməsi üçün videomüraciət hazırlayıb.

    Muxalifet3 - 15-03-2018

  6. İqtisadiyyatımız 1,3 faiz böyüdü

     
    Bu il ilin yanvar-fevral aylarında ölkənin ÜDM-i əvvəlki ilin eyni dövrünə nisbətən 1,3% artaraq 11 541,5 mln. manat təşkil edib.

    Muxalifet3 - 15-03-2018

  7. ​Azərbaycanlı xanıma Malaziyada yüksək titul verildi

    Malaziya kralı sultan V Məhəmməd ölkədə federasiya gününün qeyd olunması münasibəti ilə Azərbaycan vətəndaşı Nərgiz Səfərovanı “PMW/ Datuk Panglima Mahkota Wilayah” “cəngavər” titulu ilə təltif edib.
    Muxalifet.az Malaziya KİV-nə istinadən xəbər verir ki, Azərbaycanlı xanım Malaziyada turizmin inkişafına və onun dünyada populyarlaşmasına verdiyi töhfələrə görə bu ada layiq görülüb.
    Təntənəli mərasim Kuala-Lumpurun “İstana Neqara” kral sarayında baş tutub.

    Muxalifet3 - 15-03-2018

  8. ​Savçenkodan etiraf: Radada silahla dayanmışdım...

    Parlamentin zalında silahla dayanmışdım.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ukraynalı deputat Nadejda Savçenko jurnalistlərə açıqlamasında deyib.
    “Mənim silahım var. Həmin silahı Radanın spikeri Andrey Parubiy mənə təqdim edib. Həmin silahı zabit kimi daşımaq hüququm var. Mən bilirəm onu harada və necə gəzdirmək lazımdır. Etiraf edirəm ki, ilk dəfə mən deputatların gözündə qorxu gördüm”, - Savçenko bildirib.

    Muxalifet3 - 15-03-2018

  9. ​ABŞ-da güclü partlayış: İtkin düşən var

    ABŞ-ın Texas ştatının Kresson şəhərində kimya zavodunda güclü partlayış baş verib.
    Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, partlayış zamanı 1 işçi ağır yaralanıb, biri isə itkin düşüb.
    Hadisə yerinə 3 təcili yardım maşını gəlib.
    Partlayışa görə hələ ki, yaxınlıqda yaşayan əhali evakuasiya edilməyib.
    Qeyd edək ki, partlayışın baş verdiyi zavod sabun və asid turşusu kimi məhsullar istehsalı edir.

    Muxalifet3 - 15-03-2018

  10. ​Türk əsgəri Afrində şəhid oldu

    Afrində davam edən əməliyyatlar zamanı qumbaranın partlaması nəticəsində türk əsgəri şəhid olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
    “Zeytun budağı” əməliyyatının icrası zamanı hərbçimiz şəhid oldu. Bu olay bizi dərindən sarsıtdı. Olayda şəhid olan hərbçimizə Allahdan rəhmət, ailə və yaxınlarına isə səbr və başsağlığı diləyirik”, - deyə bildirilib.
    Qeyd edək ki, son məlumata görə, türk ordusu Afrinin mərkəzinə qədər irəliləyib.
     

    Muxalifet3 - 15-03-2018

  11. ​İdman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib - FOTO

    Bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
    Muxalifet.az xəbər verir ki, mərasim "Gimnastika - gələcəyin səsi" şüarı altında gimnastikanın bütün növlərinin birləşməsinə həsr olunub.
    Məqsəd olaraq gənclər arasında sağlam həyat tərzinin təbliğatını seçmiş Azərbaycan Gimnastika Federasiyası açılış mərasimi vasitəsilə tamaşaçılara müraciət etməyi qərara alıb.

    Muxalifet3 - 15-03-2018

  12. ​Skripalı Rusiya zəhərləyib - Tramp

    Görünən ordur ki, Skripal və qızının zəhərlənməsinin arxasında Rusiya dayanır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Oval ofisdə jurnalistlərə açıqlamasında deyib.
    “Bu, olmamalı idi. Bu məsələni digərləri kimi ciddi nəzarətdə saxlayırıq”, - deyə Ağ Ev rəhbəri bildirib.

    Muxalifet3 - 15-03-2018

  13. ​Arzu ərəb turistin telefonunu oğurladı

    Bakıda İraqdan gələn Mohammed Kadhim Arrak adlı turistin qaldığı "Ambassador” otelində mobil telefonu oğurlanıb.
    Muxalifet.az-ın xəbərinə görə, Nəsimi Rayon Polis İdarəsinə müraciət edən İraq vətəndaşı telefonunu Arzu adlı qadının oğurladığını bildirib.
    Fakt üzrə araşdırmalar davam etdirilir.
     

    Muxalifet3 - 15-03-2018

  14. ​XİN rəhbəri xanım Birçalla görüşdü - Foto

    Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Rumıniyanın baş nazirinin müavini Ana Birçallı qəbul edib.
    Azərbaycan XİN-in mətbuat xidmətindən  verilən xəbərə görə, Ana Birçall Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Rumıniya rəhbərliyi adından və öz adından dərin hüznlə Azərbaycan xalqı və dövlətinə başsağlığı verib.

    Muxalifet3 - 15-03-2018

  15. ​Lavrov konfransda belə yıxıldı - Video

    Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada baş tutan konfransda dizi üstə yıxılıb.
    Muxalifet.az xəbər verir ki, nazir yıxılsa da, mühafizəçilər gəlməmiş cəld ayağa qalxıb.
    Həmin görüntünü təqdim edirik:
     

    Muxalifet3 - 15-03-2018

  16. ​Tanınmış musiqiçi həbsdən qorxub özünü öldürdü

    Bakıda tanınmış musiqiçi, Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı Pircan Həsənovun özünü öldürməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Muxalifet.az kriminal.az-a istinadən xəbər verir ki, 43 yaşlı P.Həsənov Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində özünü zəhərləyərkən evdə tək olub. Hadisə barədə ilk olaraq qonşular xəbər tutub və onun yaxınlarına məlumat verib. 1 saylı şəhər Klinik xəstəxanasına yerləşdirilən musiqiçi orada ölüb.

    Muxalifet3 - 15-03-2018

  17. Əsəd ordusu Xamuriyanı ələ keçirdi

    Suriya hökumət qüvvələri Şərqi Qutada Xamuriya yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
    Bildirilib ki, ələ keçirilən qəsəbə hazırda müxtəlif mina və partlayıcı qurğulardan təmizlənir.
    Qeyd edək ki, sözügedən yaşayış məntəqəsində bir müddət əvvəl humanitar dəhliz açılmışdı.
     

    Muxalifet3 - 15-03-2018

  18. ​Azərbaycanın tam hüququ var ki, Qarabağı... - Sabiq prezident

    Azərbaycanın tam hüququ var ki, ölkəsinin ərazisinin 100 faizinə nəzarət etsin, amma təəssüflər olsun ki, hazırda yalnız 80 faizinə nəzarət edə bilir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev altıncı Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Çoxluqlar azlıqlara qarşı” mövzusunda üçüncü panel iclasında çıxşı zamanı deyib.
    O qeyd edib ki, buna bütün dünya diqqət yetirməli, münasibət bildirməlidir:

    Muxalifet3 - 15-03-2018

  19. ​Əli Həsənov: Biz bu dəyərlərlə fəxr edirik

    Bugünkü qlobal forumdan istifadə edərək dünyaya çatdırmalı olduğumuz mesajlarımızı ötürdük.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov VI Qlobal Forumun Azərbaycan üçün əhəmiyyətindən danışarkən deyib.
    Ə.Həsənov vurğulayıb ki, forumda Azərbaycanla bağlı, dünya, həmçinin region dövlətlərinin bəzən ədalətli, bəzən adələtsiz aspektlərini, bunun Azərbaycan cəmiyyətinə təsirini, həm də qlobal dünyanın tərkib hissəsi olaraq problem və uğurlarımızı dünyaya çatdırırıq:

    Muxalifet3 - 15-03-2018

  20. ​Putin İngiltərəyə görə çox narahatdır - Kreml

    Vladimir Putin Sergey Skripal və qızının zəhərlənməsindən dolayı İngiltərənin Rusiyaya qarşı yaranan münasibətinə görə olduqca narahatdır.
    Muxalifet.az  xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
    “Təhlükəsizlik Şurasının son olaylardan dolayı Rusiya və İngiltərə arasında yaranan gərginlik müzakirə edildi. Putin qarşı tərəfin son dərəcə provokativ və dağıdıcı mövqeyindən dolayı çox narahat olduğunu bildiridi”, - sözçü bildirib.
     

    Muxalifet3 - 15-03-2018

Pages