Axtarış
The search found 105793 results in 0.093 seconds.
Search results
Prezidentdən iddialı çıxış: Döyüşməyə hazıram...
Terrorizmlə mübarizədə şəxsən döyüşməyə hazıram.
Muxalifet.az xəbər verir ki, bu bəyanatla Misir Prezidenti Əbdülfəttah Sisi çıxış edib.
“Terrorizmdən xilas olmaq üçün hərbi formanı geyinib zabit və əsgərlərlə birlikdə döyüşməyə hazıram. Misir ailələri öz oğullarını qurban verir ki, milyonlarla misirli yaşasın”, - Sisi bildirib.
Muxalifet3 - 15-03-2018
Yerüstü keçid çökdü, insanlar altında qaldı - Foto
ABŞ-ın Mayami şəhərində yerüstü keçid çöküb.
Muxalifet.az xəbər verir ki, bir neçə maşının və insanın dağıntılar altında qaldığı bildirilib.
Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilib.
Olayın hansı səbədən baş verdiyi bəlli deyil.
Muxalifet3 - 15-03-2018
"Qarabağ"la bacarmadı, "Lokomotiv"i darmadağın etdi
Rusiyanın "Lokomotiv" klubu futbol üzrə Avropa Liqasının 1/8 finalının cavab matçı çərçivəsində "Atletiko"ya uduzub.
Muxalifet.az xəbər verir ki, Moskvanın "RJD Arena" stadionunda keçirilən görüş Madrid komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandaların Madriddə keçirilən görüşü 3:0 hesabı ilə ispanların xeyrinə yekunlaşdığından "Lokomotiv" turniri tərk edib, "Atletiko" isə 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, "Atletiko" "Qarabağ"la ÇL-nin qrup mərhələsində mübarizə aparıb və hər iki görüş bərabərliklə nəticələnib.
Muxalifet3 - 15-03-2018
Dörd ölkə Rusiyaya qarşı birləşdi - BƏYANAT
Böyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və onun qızının Londonda zəhərlənməsi Fransa, Almaniya, ABŞ-ın və Böyük Britaniyanın təhlükəsizliyini hədələyir.
Muxalifet.az xəbər verir ki, bu haqda dörd ölkənin liderlərinin birgə bəyanatında deyilir.
“Bu, bizim hamınız üçün təhlükədir. Biz - Fransa, Almaniya, Birləşmiş Ştatlar və Böyük Britaniyanın liderləri Sergey Skripal və onun qızına qarşı edilmiş hücumu pisləyirik”, - bəyanatın mətnində deyilir.Muxalifet3 - 15-03-2018
Ərdoğan Merkeli təbrik etdi, daha sonra müzakirələr başladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, Ərdoğan Merkeli 4-cü dəfə kansler seçilməsi münasibəti ilə təbrik edib. Bundan başqa, Ərdoğan Merkellə ikitərəfli münasibətlər daxil olmaqla, Türkiyə-AB və regiondakı məsələləri gündəmə gətirib.Muxalifet3 - 15-03-2018
Türkiyə-ABŞ toplantısı haqda ABŞ-dan AÇIQLAMA
ABŞ-ın dövlət katibi Reks Tillersonın vəzifədən alınmasından sonra Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə 19 martda keçirilməsi planlaşdırılan toplantının, 21 martda yüksək vəzifəli Türk və Amerikalı rəsmiləri arasında həyata keçirilməsinin planlaşdırıldığı bildirilib.
Muxalifet3 - 16-03-2018
Fransadan Səudiyyə Şahzadəsinə HƏBS QƏRARI
Fransada Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd ibn Salmanın bacısı Hussat haqqında həbs qərarı verilib.
“Le Point" jurnalının internet saytında yer alan xəbərdə, Şahzadə Hussat haqqında, Parisdəki yaşayış binasına çağrılan bir təmirçi ilə yaşanan gərginlik səbəbindən həbs qərarının verildiyi qeyd olunub.
ÇAĞIRDIQLARI TƏMİRÇİ DAİRƏNİN FOTOŞƏKİLLƏRİNİ ÇƏKİB
Muxalifet3 - 16-03-2018
Afrinə SON 600 METR - Qırıcı təyyarələr terroçuların çarəsizliyini görüntülədi
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatı sona doğru yaxınlaşmaqdadır.
Muxalifət.az xəbər verir ki, hərəkatın 50-ci günündə Afrini mühasirəyə alan TSQ və ASO şəhərin kənar məhəlllələrinə 600 metr yaxınlaşıb.Muxalifet2 - 16-03-2018
Afrini qorumağa and içmişdilər, ORADA GÖMÜLDÜLƏR
“Zeytun Budağı” Hərəkatı başlamazdan əvvəl kütləvi şəkil çəkdirib, sonra sosial mediada paylaşan 22 terrorçunun Afrində Türk əsgəri və ASO tərəfindən öldürüldüyü müəyyənləşdirilib.
“Zeytun Budağı” Hərəkatı çərçivəsində mühasirəyə alınan Afrin və ətrafının terrorçulardan təmizlənməsi davam edir. Əməliyyat başlamazdan əvvəl çəkdiyi fotonu Twitter və Facebook-da paylaşan PKK/YPG-li qadın terrorçuların 15-nin də öldürüldüyü ortaya çıxıb.
“AFRİNİ MÜDAFİƏ ETMƏYƏ HAZIRIQ” DEYİRDİLƏR
Muxalifet3 - 16-03-2018
İrəvanın işğal ortağına ABŞ-dan sərt təpki – ermənilər Putinin Bakı vədinə inanmırlar...
Dövlət Departamenti “Krım qaytarılmayınca sanksiyalar qalacaq” dedi, bəs işğal altındakı Dağlıq Qarabağ?; Bakıya silah satışı ilə bağlı Rusiya rəsmisinin bəyanatı isə İrəvanda istehza doğurdu – səbəb; erməni politoloq: “Rusiya bizimlə oyun oynayır, Moskvaya o vaxt inanardıq ki...”
Muxalifet2 - 16-03-2018
TRAMPIN KADR DƏYİŞİKLİKLƏRİ ABŞ-ı HARA APARIR? –TƏHLİL
ABŞ prezidenti Donald Tramp öz “Twitter” hesabından Xarici işlər naziri Reks Tillersonu vəzifədən azad etdiyini və yerinə MKİ rəhbəri Mayk Pompeonu gətirdiyini açıqladı.
Bu məsələ ilə bağlı söylənəcək və yazılacaq onlarla şey vardır. Ancaq ilk olaraq bu vəzifədən azadetmə hadisəsinin həm ABŞ siyasətinə, həm də Trampa olan təsirlərindən bəhs etmək faydalıdır.Muxalifet2 - 16-03-2018
Afrin bir həftəyə TERRORÇULARDAN TƏMİZLƏNƏCƏK
Türk əsgəri ilə birlikdə “Zeytun Budağı” Hərəkatını aparan Azad Suriya Ordusunun (ASO) baş qərargahının rəisi Adnan Əhməd, PYD/PKK-ya ağır zərbə vurulduğunu deyib. Adnan Əhməd, "Bir həftə keçməz ki, inşallah şəhəri tamamilə təmizləyəcəyik" - deyib.
Muxalifet3 - 16-03-2018
ABŞ əsgərlərini daşıyan VERTOLYOT DÜŞDÜ
ABŞ rəhbərliyindəki terror təşkilatı İŞİD əleyhinə koalisiya, ABŞ əsgərlərini daşıyan bir vertolyotun İraqın qərbində düşdüyünü bildirib
Anadolu Agentliyinin xəbərinə görə; ABŞ rəhbərliyindəki terror təşkilatı İŞİD əleyhinə koalisiya, ABŞ əsgərlərini daşıyan bir vertolyotun İraqın qərbində düşdüyünü bildirib. Ancaq hadisənin qəza olub, olmadığı haqda hər hansı bir məlumat verilməyib.
Müxalifət.azMuxalifet3 - 16-03-2018
"Putin" filmindən EPİZOD: Xəttab Putinə Bakıda sui-qəsd törədəcəkmiş
Rusiyalı jurnalist Andrey Kondraşovun “Putin” filminin ikinci hissəsi yayımlanıb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, filmin ikinci hissəsində ən maraqlı məqamlardan biri Putinə qarşı təşkil edilən sui-qəsdlər haqqında məlumatlardır. Kondraşov Putinə qarşı təşkil edilən ilk sui-qəsdin Bakıda həyata keçirildiyini bildirib. Belə ki, sui-qəsd 2000-ci ilin sonlarında baş tutub. Şimali Qafqazda müharibənin getdiyi bir zamanda Bakıya gələcək Putinə qarşı sui-qəsdin Şəhidlər Xiyabanı ərazisində nəzərdə tutulduğu bildirilib.Muxalifet2 - 16-03-2018
Astanada Suriya DANIŞIQLARI BAŞLADI
Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Astanada Suriya məsələsi ilə bağlı növbəti görüşü başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı tərəflər bundan öncəki Astana görüşünün nəticələrini və gələcək planları müzakirə edəcəklər.
Bundan başqa, Soçi görüşündə Suriya ilə bağlı əldə edilmiş razılıq, eləcə də BMT Təhlükəsizlik Şurasında qəbul edilən Suriyada 30 günlük atəşkəs qərarı ətrafında fikir mübadiləsi aparılacaq.Muxalifet2 - 16-03-2018
ABŞ Avropadakı ordusunu artırmalıdır - NATO
ABŞ Avropadakı daimi hərbi kontingentinin sayını artırmalıdır.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO-nun Avropadakı qoşunlarının komandanı Kertis Skaparotti söyləyib.
“Bizə Avropada çoxlu güc lazımdır. Məncə, daimi əsasda bölgəyə sürətli reaksiya qüvvələri və aviasiya yerləşdirilməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Skaparotti Amerikanın Avropadakı hərbi üstünlüyünü 2025-ci ildə itirə biləcəyini açıqlamışdı.Muxalifet2 - 16-03-2018
Türkiyədən Avropa Parlamentinin Afrin tələbinə SƏRT REAKSİYA
Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin “Türkiyə Afrindən geri çəkilsin” qərarına sərt reaksiya verib.
Muxalifət.az xəbər verir ki, nazirlik parlamentdə qəbul edillən “Suriyadakı vəziyyət” başqlıqlı layihəsində Türkiyəyə göndərilən çağırışın qəbuledilməz olduğunu açıqlayıb.
Açıqlamaya “bu qərarla birlikdə Avropa Parlamenti bir daha obyektivlikdən uzaq və tərəfkeş olduğunu göstərib” ifadələri əlavə edilib:Muxalifet2 - 16-03-2018
Milli Qəhrəman rəsmən VƏTƏN XAİNİ ELAN EDİLDİ
Ukrayna Radasının deputatı Nadejda Savçenkonun adı “Mirotvorets” saytının bazasına yerləşdirilib.
Muxalifət.az xəbər verir ki, saytın bazasında Savçenkonun satqın olduğu bildirilib.
“Vətən xaini. Terrorçuların himayədarı. Aqressor ölkənin sifarişi və rusiyayönlü terror təşkilatlarının sifarişi ilə Ukrayna ərazisində teraktların hazırlanması. Dövlət çevrilişinə hazırlıq”, – saytın məlumatında qeyd edilib.Muxalifet2 - 16-03-2018
Baş nazirin qızı video yayıb ÖLKƏDƏN QAÇDI: “Atam qatildir, neçə insanları öldürüb...”
Dubay əmiri, Birləşmiş Ərəb Əmirliklərinin vite-prezidenti və baş naziri, dünyanın ən zəngin adamlarından biri Muhammed bin Rəşid əl-Məktumun qızı ölkədən qaçıb.
Bu barədə “The Daily Mail” və “New York Post” yazır. Məlumata görə baş nazirin 33 yaşlı qızı Lətifə öləcəyi və ya başına başqa xoşagəlməz hadisələrin gələcəyi təqdirdə yayılmaq üçün videomüraciət qoyub. Videomüraciətdə o bildirir ki, ölkədən qaçmağı qərara alıb, çünki bu ərəb ölkəsində normal yaşamaq mümkün deyil.
“Mən bu videonu çəkirəm, çünki bu mənim son videom ola bilər...”-Lətifə bildirir.Muxalifet2 - 16-03-2018
TSQ-nin Afrindəki YENİ STRATEGİYASI
TSQ-nin “Zeytun Budağı” Hərəkatında yeni strategiyasının, əməliyyat bölgəsini Afrin, Tel Rifat və Mabadlı olaraq 3-ə bölmək olduğu bildirilir.
ƏLAQƏLƏR KƏSİLƏCƏK
Muxalifet3 - 16-03-2018