Axtarış
The search found 105793 results in 0.08 seconds.
Search results
TSQ Afrinə HAVADAN BİLDİRİŞ ATDI
TSQ, Afrindəki əhaliyə yönəlik olaraq Ərəb və Kürd dilində bildiriş atıb. Bildirişdə, "Yeganə hədəfimiz sizə əziyyət edən terror təşkilatıdır. Terrorçulardan, terrorçu mövqe və sığınacaqlardan uzaq durun" ifadələri yer alıb.
TSQ-dən edilən açıqlamada, "Türk Silahlı Qüvvələri tərəfindən, dost və qardaş Afrin xalqına aşağıdakı bldiriş Ərəbcə və Kürdcə olaraq havadan atılmışdır" deyilib.Muxalifet3 - 16-03-2018
PKK bitir: Türkiyə daxilində PKK-lı TERRORÇULARIN SAYI
Afrində aparılan “Zeytun Budağı” Hərəkatında 4 minə yaxın itki verən terror təşkilat PKK-nın Türkiyə sərhədləri içindəki təşkilat mənsubu sayının 1000- 1200 civarına düşdüyü haqda hesabat verilib.
Muxalifet3 - 16-03-2018
Sabiq Qırğızıstan prezidentindən açıqlama: "ƏRDOĞANLI TÜRKİYƏNİ KİMSƏ DAYANDIRA BİLMƏZ”
Sabiq Qırğızıstan prezidenti Akayev," Türkiyə, Rəcəb Tayyib Ərdoğanın liderliyində 2030-a gəldikdə, regionun ən mühüm güclərindən biri olacaq. Bəzi dairələr bunu əngəlləmək istəyir, amma bu cəhdlər nəticəsiz qalacaq. ABŞ dəstəkləməsə də Türkiyə terror qalib gələcəkdir. Türkiyənin şansı Ərdoğan kimi güclü bir liderə sahib olmasıdır" deyə, söyləyib.
Muxalifet3 - 16-03-2018
Deputat “Sovetski”dən köçürülən sakinlərin problemini QALDIRDI
“Hökumətin hesabatına nəzər saldıqda biz görürük ki, əvvəlki illə müqayisədə istehsal edilən Ümumi Daxili Məhsul (ÜDM) 0,1 faiz artaraq 60 milyard manatdan 70 milyard manata qədər çatmışdır. Burada əsas artım qeyri-neft sənayesi olan kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və digər bu kimi sahələrdə müşahidə olunur. 2016-cı illə müqayisədə 2017-ci ildə ölkənin qeyri-neft sektorundan əldə olunan ÜDM-un miqdarı 2,7 faiz artaraq 440 milyard manatı keçmişdir.
Muxalifet4 - 16-03-2018
Sabah hava necə olacaq? - PROQNOZ
Şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.
Muxalifət.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 17-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 9-12, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.Muxalifet4 - 16-03-2018
Bakının 7 polis bölməsinə şöbə statusu verildi - SİYAHI
Bakının yeddi polis bölməsinə şöbə statusu verilib.
Muxalifət.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Şöbə statusu alan polis bölmələri aşağıdakılardır:
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis BölməsiMuxalifet4 - 16-03-2018
Zahid Oruc Şeyxə MÜRACİƏT ETDİ
Ölkədəki sabitlik qanedici olsa da, sakitlik məni narahat edir. Hesab edirəm ki, ölkəmizə qarşı xaricdə yaşayan şəxslərin səsləndirdiyi fikirlər hər birimizi narahat etməlidir.
Bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisdə çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bu hücumlara hər bir vətəndaş mövqeyini bildirməlidir:Muxalifet2 - 16-03-2018
Seneqallının ölümü Madridi qarışdırdı: polislə toqquşma
Afrikadan olan şəxsin İspaniyanın paytaxtı Madriddə öldürülməsindən sonra ölkədə kütləvi iğtişaşlar başlayıb.
Muxalifət.az axar.az-a iistinadən xəbər verir ki, bu barədə informasiyanı “El Pais” qəzeti yayıb. İğtişaşlar zamanı 10 polisin və 4 etirazçının yaralandığı bildirilib. Etirazçılar aksiya zamanı “Polis dövləti yox, sosial dövlət”, “Polislər qatildir”, “Polislər Madriddən rədd olun” şüarları səsləndiriblər.Muxalifet4 - 16-03-2018
Rusiya ekspertləri “ZƏHƏR QALMAQALI”nı incələdilər: “Rusiya artıq hətta cinayətkarların birinci cərgəsinə də düşmür” – TƏHLİL
Ekspertlər hesab edirlər ki, Kreml Britaniya sanksiyalarını öz xeyrinə dönüşdürə bilər, lakin bu, ölkəmizin siyasi və iqtisadi çöküşünü dayandırmayacaq.
Muxalifet2 - 16-03-2018
“Azərbaycan xalqı sabitliyi seçəcək” - MOLDOVA PREZİDENTİ
“Hesab edirəm ki, Azərbaycan xalqı sabitliyi seçəcək”.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bu il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı məsələni şərh edərkən Moldova Prezidenti İqor Dodon deyib.
O bildirib ki, seçkilər xalqın öz iradəsidir: “Kimə səs vermək məsələsi,- bu, Azərbaycan xalqının işidir. Amma düşünürəm ki, siyasi sabitlik hər bir ölkənin iqtisadi inkişafının təminatıdır”./report/Muxalifet2 - 16-03-2018
AVROLİQADA 8 ÖLKƏ, 16 KOMANDA QALDI
UEFA Avropa Liqasının 1/8 finalı başa çatıb. Novator.az-ın məlumatına görə, martın 15-də keçirilmiş cavab oyunlarından sonra bu komandalar növbəti raunda çıxıblar: “Atletiko” (İspaniya), “Leypsiq” (Almaniya), SSKA (Rusiya), “Latsio” (İtaliya), “Marsel” (Fransa), “Sportinq” (Portuqaliya), “Zalsburq” (Avstriya), “Arsenal” (İngiltərə).
1/4 finala çıxmış komandalardan 2-nin turnirdə titulu var. 1971-ci ildən keçirilən, 2008-cı ilədək UEFA kuboku adlanmış turniri “Atletiko” 2010 və 2012-ci illərdə, SSKA 2005-ci ildə zəfərlə başa vurublar.Muxalifet2 - 16-03-2018
Məhkəmə ADP-nin sədr müavinini işə bərpa etməkdən İMTİNA EDİB – “Avropa Məhkəməsinə müraciət edəcəyəm”
Bakı Apelyasiya Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Həsrət Rüstəmovun Nəsimi rayon məhkəməsinin onun işə bərpa barəsindəki iddiasının təmin edilməməsi haqqındakı qərarından apellyasiya şikayətinə baxılıb.
Bu barədə ADP-nin mətbuat xidmətindən Strateq.az-a bildiriblər.Muxalifet2 - 16-03-2018
PENTAQON: İran bu ölkəni pulla ələ alıb
İran İraqdakı seçkilərə müdaxilə edib.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib.
“İran puldan istifadə edərək İraqdakı seçkilərə müdaxilə edir. Bu pullar namizədlər və seçicilərə təsir vasitəsi kimi istifadə edilir. Tehranın seçkidən öncə İraqa göndərdiyi pullar böyük məbləğlərdir”, – deyə o bildirib.Muxalifet2 - 16-03-2018
Türkiyə Silahlı Qüvvələrindən afrinlilərə XƏBƏRDARLIQ - Uzaq durun
Türkiyə Silahlı Qüvvələri təyyarələr vasitəsilə Afrin xalqına kürd və ərəbcə xəbərdarlıq bildirişləri atıb.
Muxalifət.az xəbər verir ki, bildirişlərdə terrorçulardan, onların mövqelərindən və sığınacaqlarından uzaq durulması tövsiyə edilib.Muxalifet2 - 16-03-2018
Rejim Şərqi Qutanı yenə qana buladı – 40 ÖLÜ
Bəşər Əsəd rejimi Şərqi Qutanın Kəfər Batna bölgəsinə aviazərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə “Star” informasiya yayıb.
Məlumata görə, hücum nəticəsində ən azı 40 nəfər həlak olub.Muxalifet2 - 16-03-2018
Vitse-prezident Lantsillotta: "Azərbaycana qarşı İtaliyadakı etirazların arxasında Rusiya durur"
İtaliya Senatının vitse-prezidenti Linda Lantsillotta əmindir ki, heç bir etiraz Trans-Adriatik Boru Kəmərinin (TAP) çəkilişini dayandıra bilməz.
Muxalifət.az bildirir ki, bunu o, virtualaz.org-a eksklüziv açıqlamasında deyib.Muxalifet2 - 16-03-2018
Ekmeleddin İhsanoğlu infarkt keçirdi, ürəyinə stent qoyuldu - FOTO (YENİLƏNDİ)
Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində vəziyyəti pisləşən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Muxalifet2 - 16-03-2018
Türkiyədə PKK-ya qarşı “Novruz əməliyyatı”: 700 polis...
Türkiyənin Adana şəhərində Novruz bayramı öncəsi PKK-ya qarşı əməliyyat keçirilib. Muxalifət.az xəbər verir ki, əməliyyat çərçivəsində 73 fərqli ünvana eyni zamanda basqın edilib. Məlumata görə, əməliyyata 700 polis əməkdaşı cəlb olunub. PKK-nın tapşırığı ilə partladıcı maddə düzəldərək təxribata hazırlaşan 5-i uşaq, 10-u qadın olmaqla, 47 şübhəli şəxs basqınlar zamanı həbs edilib.
Muxalifet2 - 16-03-2018
Afaq Aslanın kodlu mesajı: LOTU QULİ...
Müğənni Afaq Aslanın kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) şəxsi münasibətlərinin olması ehtimal edilir. Kult.az xəbər verir ki, müğənni şəxsi İnstaqram səhifəsində bioqrafiyasına özünün və sevgilisinin baş hərfini (A-N) qeyd edib. O, 100 minə yaxın izləyicisi olan səhifəsində yalnız kriminal avtoritetə məxsus olan səhifəni izləyir. Bu iki nüans onun Nadir Səlifovla münasibətləri olması haqda rəy yaradıb. *** Afaq Aslanın Türkiyəyə son zamanlar tez-tez səfər etdiyi haqda informasiya daxil olub.
Muxalifet2 - 16-03-2018
Kralın qızı HƏBS EDİLDİ - Ayaqlarını öpdürdüyü üçün
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudin qızı şahzadə Hassa Bint Salman Parisdə qaldığı evdə çalışan işçini döydürərək ayaqlarını öpməyə məcbur edib.
Teleqraf.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
İşçinin evin şəkilini çəkdiyini görən şahzadə buna qəzəblənib və mühafizəçilərə həmin şəxsi döyməyi əmr edib. Mühafizəçilər işçini döyəndən sonra əl-qolunu bağlayıb şahzadənin ayaqlarından öpməyə məcbur ediblər.Muxalifet2 - 16-03-2018