Axtarış
The search found 105795 results in 0.057 seconds.
Search results
Qəndildən gələn terrorçubaşları Afrindən qaçdı: ƏSƏD YARDIM ETDİ
Terror təşkilatı PKK/PYD-nin Qəndildən gələn terrorçubaşlarını Əsəd rejiminin hazırladığı avtobuslarla Afrindən qaçırmağa başladığı bildirilib.
Muxalifet3 - 17-03-2018
Artıq şansları qalmayacaq, əsl KABUS BAŞLADI – "Mehmetcik" Suriyada yeni XƏRİTƏ ÇƏKDİ
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 57-ci günündə uğurla davam etdirilir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, hərəkat çərçivəsində ən strateji nöqtə ələ keçirilib.
Afrin şəhərinin kənar məhəllələrinin 600 metrliyinə qədər yaxınlaşan Türkiyə Silahlı Qüvvələri və ASO birlikləri bölgənin ən strateji əhəmiyyətli ərazisi olan, bölgənin su və elektrik ehtiyaclarını təmin edən Meydanki anbarını PYD/YPG terrorçularından təmizləyib.Muxalifet2 - 17-03-2018
Mətbuata gizli xəbər sızdırıb - ABŞ-da növbəti İSTEFA XƏBƏRİ
ABŞ Baş prokuroru və Ədliyyə naziri Ceff Seşns Federal Təhqiqatlar Bürosunun (FTB) yüksək vəzifəli nümayəndəsini istefaya göndərib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Seşns bəyanat yayıb.
O, Endryu Makkeybin istefaya göndərilməsinin səbəbini açıqlayıb: “Makkeyn dəfələrlə gizli məlumatları mətbuata sızdırıb. Bununla bağlı araşdırmalar aparılıb və nəticələr mənə açıqlanıb. Bundan sonra onu istefaya göndərdim”.
Məlumatlara görə, Makkeyb martın 18-də təqaüdə çıxmalı idi. Bu qərar onu yüksək təqaüddən məhrum edə bilər.Muxalifet2 - 17-03-2018
Azərbaycanın qorxunc müharibə ssenarisi – DÜŞMƏNİN YENİ TƏLAŞI
Bu gün başa çatacaq genişmiqyaslı hərbi təlimlərin daha bir hədəfi - Bakının savaş taktikasında düzəliş; Moskvada yaşayan erməni politoloq: “Ermənistanı əclaflar idarə edir...”
Muxalifet2 - 17-03-2018
Afrində ən strateji bölgə ƏLƏ KEÇİRİLDİ
“Zeytun Budağı” Hərəkatının 57-ci günündə TSQ və ASO gücləri, artıq Afrinin son məhəllələrinin 600 metr yaxınlığına qədər yaxınlaşıb. Afrin bölgəsinin ən strateji əhəmiyyətə malik bölgəsi kimi qiymətləndirilən və bölgənin su, elektrik ehtiyacını təmin edən Meydanki Su Anbarının yerləşdiyi qəsəbə terrorist ünsürlərdən təmizlənib.
Şəhər mərkəzi ilə şimal və qərbdə yerləşən kəndlər arasında əlaqə xətti bu gün kəsilir. Beləliklə, Mabat mahalı və digər yerlərdəki YPG-li terrorçular bununla da tələyə düşəcək və heç bir yerə qaçmaq şansları olmayacaq.Muxalifet3 - 17-03-2018
Paytaxtda BƏDBƏXT HADİSƏ: usta laqonda ilə özünü doğradı
Xəzər rayonunda bir nəfər ehtiyatsızlıqdan özünü doğrayıb.
Muxalifət.az xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
"Südçülük Sovxozu" kimi tanınan ərazidə yaşayan 1985-ci il təvəllüdlü Həsənov Çingiz Məhəmməd oğlu alətlə - "laqonda" ilə dəmir kəsərkən ehtiyatsızlığa yol verib. Nəticədə o, qurşaq nahiyəsində şah damarını doğrayıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır./report/Muxalifet2 - 17-03-2018
Zərrab işində yeni iddia: TƏCAVÜZ...
ABŞ-da həbsdə olan əslən azərbaycanlı milyarder Rza Zərrabın vəkilləri müttəhimin onunla eyni həbsxanada saxlanılan Faozi Jaber adlı şəxsə təcavüz etməsinə cavab verib.
Muxalifət.az xəbər verir ki, Zərrabın vəkilinin məhkəməyə təqdim etdiyi ərizədə Jaberin iddialarının həqiqəti əks etdirmədiyi bildirilib.
“Cənab Jaberin özünün dediyi kimi cinsi istismar və hücum iddiaları da tamamilə həqiqətdən kənar və yanlışdır”, - vəkil bildirib.Muxalifet2 - 17-03-2018
Səudiyyə Şahzadəsi ANASINI ƏSİR SAXLAYIR
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın anasını müxtəlif yalanlarla atası Kral Salmandan iki ildir uzaq tutmağa çalışdığı irəli sürülüb.
“NBC News”un 14 yeni və köhnə Amerikalı səlahiyyətlilərə əsaslandırdığı xəbərə görə, Vəliəhd Şahzadə, kral ailəsində çat yaradacağı səbəbilə anasının onun kral olmasını istəmədiyini düşünür və atasını bu işdən vaz keçirə biləcəyindən qorxur.Muxalifet3 - 17-03-2018
FİFA-nın 2017-ci ildə gəlirləri planlaşdırılandan 300 milyon dollar çox olub
FİFA-nın 2017-ci ildə gəlirləri planlaşdırılandan 300 milyon dollar çox olub.
"Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun maliyyə hesabatında bildirilir.
Rəsmi sənəddə FİFA-nın maliyyə baxımından daha uğurlu ili arxada qoyduğu vurğulanıb. Təşkilatın gəlirlərini oyunların yayım və marketinq hüquqlarının satışı hesabına artırmaq mümkün olub. Eyni zamanda xərclər ciddi nəzarət tədbirləri sayəsində azaldılıb.Muxalifet2 - 17-03-2018
TSQ-dən son Afrin açıqlaması: ÖLDÜRÜLƏN TERRORÇU SAYI ARTDI
Türkiyə Ordusunun Baş Qərargandan verilən məlumata görə, sərhədlər və regionda təhlükəsizlik və sabitliyi təmin etmək, Suriyanın şimal-qərbindəki Afrində PKK/KCK/PYD-YPG və IŞİD terrorçularını zərərsizləşdirmək, dost və qardaş xalqı terrorçuların təzyiq və zülmündən xilas etmək məqsədilə 20 yanvarda başlanan hərəkat davam edir.
Afrində hərəkatın başlanğıcından bu yana zərərsizləşdirilən terrorçu sayının 3567-yə yüksəldiyi bildirildi.
Müxalifət.azMuxalifet3 - 17-03-2018
Lift kabinəsi ilə şaxtanın divarı arasında qalıb öldü - BAKIDA DƏHŞƏTLİ OLAY
Bakıda lift ustasını elektrik cərəyanı vurub.
Muxalifət.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə dünən, martın 16-sı saat 16:40 radələrində paytaxtın Aydın Nəsirov küçəsi 54 ünvanında yerləşən hündürmətəbəli binada baş verib.
Lift ustası, Abşeron rayon sakini, 1983-cü il təvəllüdlü Ədalət Balakişiyev lifti təmir edən zaman onu elektrik cərəyanı vurub. Ə.Balakişiyev müvazinətini itirərək yıxılıb və şaxtada liftin kabinəsi ilə divar arasına düşüb. Orada sıxılaraq ölüb.Muxalifet2 - 17-03-2018
Binəli Yıldırım: "Türkiyə Avropanı terrordan qoruyur"
Türkiyə Avropanı terrordan qoruyur. Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Avropa Parlamentinin Afrinlə bağlı qətnaməsini şərh edərkən deyib.
Türkiyə baş nazirinin sözlərinə görə, Avropa özü terrorla mücadilə etmək iqtidarında deyil və bacarmır.
B.Yıldırım qeyd edib ki, Avropa Türkiyə üçün dua etməli və terrorizmə qarşı uğurlu mübarizə apardığı üçün Ankaraya təşəkkür etməlidir.
Qeyd edək ki, Avropa Parlamenti Afrində hərbi əməliyyatları dayandırmağa çağıran qətnamə qəbul edib.Muxalifet2 - 17-03-2018
Avropadan İrana YENİ SANKSİYA
Fransa, Almaniya və İngiltərə balistik raket sınaqları və Suriyadakı müharibədə payı olduğu iddiası ilə İrana yeni sanksiyalar tətbiq edilməsini təklif edib.
Muxalifet3 - 17-03-2018
“İşığı söndürməkçün eyvana çıxdım” - ƏXLAQSIZ YUVA SAXLAYAN KİŞİ
Bakıda əxlaqsızlıq yuvaları saxlamaqda təqsirləndirilən Elşad Zamanovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Elşad Zamanovun vəkili Vasif İsrafilovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti təmin edilib. Səbail rayon Məhkəməsinin hökmü ləğv olunub və Elşad Zamanova bəraət verilib.Muxalifet2 - 17-03-2018
Britaniya səfiri Rusiya XİN-ə çağırıldı – ƏLSIXMAMA QALMAQALI
Böyük Britaniyanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Lori Bristou Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən informasiya yayılıb.
“Britaniya səfiri XİN-ə çağırıldı”, - nazirliyin açıqlamasında qeyd olunub.
Qeyd edək ki, ötən gün Rusiyanın Britaniyadakı səfirliyi XİN-ə çağırılıb və nazir Boris Conson səfir Yakovenkonun əlini sıxmaqdan imtina edib.Muxalifet2 - 17-03-2018
Stüardessa özünü TƏYYARƏDƏN ATDI
Birləşmiş Ərəb Əmirlikləri Hava Yollarına məxsus Boinq 777 təyyarəsinin stüardessası Dubay-Entebbə uçuşunu yerinə yetirərkən təyyarədən tullanaraq həyatını itirib.
Muxalifet3 - 17-03-2018
Seyran Ohanyan da Serj Sarqsyanın BAŞ NAZİR OLMASININ ƏLEYHİNƏDİR
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ölkənin səlahiyyət müddəti başa çatmaq üzrə olan hazırki prezidenti Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etraz edənlərə qoşulacaq.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, parlamentdəki “Çıxış” müxalifət fraksiyası ilə yanaşı parlamentdənkənar müxalifət sayılan “Erməni Dövləti Uğrunda” Cəbhə də S.Sarqsyanın hökumət başçısı olmasının əleyhinədir.Muxalifet2 - 17-03-2018
ORTA ASİYA UĞRUNDA GİZLİ SAVAŞ… - ABŞ-la Çin Rusiyanı regiondan uzaqlaşdırır: Putin Astana sammitinə dəvət olunmadı
Martın 15-də Astanada Orta Asiyanın 5 ölkəsinin iştirakı ilə sammit keçirildi. Uzun illərdir tam tərkibdə bir araya gələ bilməyən Orta Asiya liderləri, nəhayət ki, tarixi addım atdılar. Sammiti diqqətçəkən edən daha bir məqam Rusiya prezidenti Vladimir Putinin ora dəvət edilməməsi idi. Bu, ilk dəfə baş verirdi və belə qənaət yaranır ki, Rusiyanın cənub qoşunları tədricən Kremldən üz çevirir. Bütün bunların fonunda ABŞ və Çin isə regionda mövqelərini möhkəmləndirir.
Muxalifet2 - 17-03-2018
Kabildə daha bir partlayış - Yenə intiharçı-terrorçu
Əfqanıstanın paytaxtında daha bir partlayış baş verib. Trend-in məlumatına görə, partlayışı intiharşı-terrorçunun törətdiyi bildirilir.
Məlumata görə, partlayış nəticəsində 2 dinc sakin ölüb, daha 3 nəfər yaralanıb.
İnsident paytaxtın Dispiçari rayonunda qeydə alınıb.
Bildirilir ki, intiharçı-terrorçunun məqsədi mühafizə şirkətinin maşınını partlatmaq olub.
Partlayışa görə məsuliyyəti hələ heç kim üzərinə götürməyib.Muxalifet2 - 17-03-2018
MKİ-nin yeni başçısı ABŞ kəşfiyyatının Bakıda rezidenti olub
Prezident Donald Trampın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) yeni direktor təyin etdiyi Cına Haspel, MKİ-nin keçmiş məxfi agenti Edvard Snoudenin dediyi kimi, yalnız terrorizmdə şübhəli bilinənlər üstündə işgəncələrdə iştirak etməyib, həm də Azərbaycanda və başqa ölkələrdə qurumun rezidenti olub.
Bunu məşhur bloqer, Hərbi-Siyasi Jurnalistika Mərkəzinin hərbi analitiki Boris Rojin Livejournal resursunda dərc edilmiş araşdırmasında təsdiq edir.
Beləliklə, prezident Trampın MKİ-yə rəhbər gətirdiyi bu qadın kimdir?-deyə bloqer soruşur.Muxalifet - 17-03-2018