Axtarış
The search found 105795 results in 0.054 seconds.
Search results
Saakaşvilinin tərəfdarları Kiyevdə həbs edildi
Ukrayna polisi Kiyevdə Mixail Saakaşvilinin Yeni Qüvvələr Hərəkatı Partiyasından olan fəalları həbs edib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiya partiyanın Feysbuk səhifəsində yerləşdirilib. Onların Azadlıq Meydanında səhnə quraşdırmaq istədikləri zaman saxlanıldığı vurğulanıb.
Qeyd edək ki, bu gün Yeni Qüvvələr Hərəkatı mitinq keçirməyi planlaşdırırdı. Mitinq bütün Ukrayna ərazisində baş tutmalı idi. Mitinqdə əsas tələb prezident Pyotr Poroşenkonun istefası olacaqdı.Muxalifet4 - 18-03-2018
Bu gün 36 mindən çox şagird buraxılış imtahanı verir
Bu gün 36 mindən çox şagird buraxılış imtahanı verir
Dövlət İmtahan Mərkəzi (DİM) 30 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirir. DİM-in mətbuat xidmətindən verilən məlumata görə, bu gün ümumilikdə 36 613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. İmtahanların keçirilməsi üçün ümumilikdə 127 imtahan mərkəzi ayrılıb.
Muxalifet4 - 18-03-2018
Ərdoğana ağır itki üz verdi – FOTO – YENİLƏNİB
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ağır itki üz verib.
Bolu rayonunda, Karabük-Gerede yolunda prezidentin 55 yaşlı dayısı oğlu Bayram Ali Mutlunun da içində olduğu avtomobil zəncirvari qəzaya düşüb.
Ağır yaralı halda xəstəxanaya yerləşdirilən Mutlu bu səhər dünyasını dəyişib.
***
Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu 55 yaşlı Bayram Əli Mutlu yol qəzası zamanı ağır yaralanıb.Muxalifet4 - 18-03-2018
Afrin tam ələ keçirildi - İlk görüntülər - FOTOLAR - VİDEO
Azad Suriya Ordusu cənub-şərq istiqamətindən Afrinə mərkəzinə daxil olub.
Muxalifət.az xəbər verir ki, bu barədə “Doğan” xəbər agentliyi məlumat yayıb.
Şəhərin mərkəzində atışma və partlayış səsləri gəlir.
Türkiyə hərbi təyyarələri də əməliyyata dəstək verir.
***
Azad Suriya Ordusu Afrinin mərkəzində nəzarəti tam olaraq ələ keçirib.
Şəhərdən ilk görüntüləri təqdim edirik:Muxalifet4 - 18-03-2018
Şahzadə Harridən toy öncəsi GÖZLƏNİLMƏZ HƏRƏKƏT - FOTO
Britaniya şahzadəsi Harri amerikalı aktrisa Megan Markl ilə evlənməkdən əvvəl nikah müqaviləsini imzalamaqdan imtina edib.
"Daily Mail" xəbər verir ki, bu barədə ailəyə yaxın mənbə bildirib.
Mənbəyə görə, o, nikah müqaviləsini evliliyinin uzun sürəcəyinə əmin olması səbəbindən imzalamaqdan imtina edib.
Böyük Britaniya kraliçası II Yelizaveta şahzadə Harrinin Megan Markl ilə evlənməsinə rəsmi olaraq icazə verib.
Toy mərasimi 19 may 2018-ci il tarixində Vindzor qəsrinin Müqəddəs Georgi kilsəsində keçiriləcək. (publika)Muxalifet4 - 18-03-2018
Putin prezident seçkisində səs verdi
Rusiya Prezidenti Vladimir Putin ölkədə keçirilən prezident seçkisində səs verib.
Muxalifət.az xəbər verir ki, prezidentin Rusiya Elmlər Akademiyasında yerləşən 2151-ci seçki məntəqəsində səs verdiyi bildirilib.
Qeyd edək ki, Rusiya prezident seçkisi dünəndən başlayıb. Seçkidə hazırkı prezident Vladimir Putin də iştirak edir.Muxalifet4 - 18-03-2018
Filippində oteldə yanğın: 4 nəfər öldü
Filippinin paytaxtı Manilada oteldə baş verən yanğın nəticəsində azı 4 nəfər həyatını itirib
Report xəbər verir ki, bu barədə "Rappler" nəşri yazıb.
Bildirilir ki, daha 6 nəfər hadisə nəticəsində xəsarət alıb.
Əldə edilən məlumata görə, yanğın binanın təmir işləri aparılan ikinci mərtəbəsində başlayıb.
Qatı tüstü bütün əraziyə yayılıb. Nəticədə yaxın yolların bağlanması qərara alınıb.Muxalifet4 - 18-03-2018
NASA Yupiterin qeyri-adi görüntüsünü yaydı - FOTO
NASA Yupiterin şimal yarımkürəsində qeyri-adi fırtınanın görüntüsünü yayıb.
Muxalifət.az xəbər verir ki, kadr "Juno" kosmik gəmisi tərəfindən çəkilib. Peyk fotonu çəkərkən Yupiterin bulud qatından 12 min kilometr aralıda olub.Muxalifet4 - 18-03-2018
“Afrin artıq bizimdir” - ƏRDOĞAN
Afrin şəhər mərkəzi Türkiyə ordusunun dəstəyi ilə Azad Suriya Ordusu tərəfindən bu gün 08:30-da tam nəzarət altına alınıb.
Muxalifət.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Onun sözlərinə görə, hazırda şəhər mərkəzində Türkiyə və ASO bayraqları dalğalanır:Muxalifet4 - 18-03-2018
Masallıda qəza: 4 nəfər yaralandı
Masallıda yol qəzası baş verib.
Muxalifət.az-ın APA-ya istinadən məlumatına görə, Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində 50-BU-623 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil ilə 15-BK-670 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə ikisi ağır olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.Muxalifet4 - 18-03-2018
Bu lüks qatarla gediş 10 min dollardır - FOTOLAR
Yaponiyada lüks qatarlar xəttə buraxılır.
Publika.az xəbər verir ki, “East Japan Railway Co.” şirkətinin hazırladığı qatarlar 10 vaqondan ibarətdir. Amma buna qatar demək haqsızlıq olardı – relslər üzərində villa demək daha münasibdir. Lüks qatarın ən lüks vaqonunda 10 min dolllara Yaponiyanın Tokio şəhərindən Xokkaydo şəhərinə getmək olar. Qatarın iki vaqonu şüşədən ibarət olduğu üçün zəngin turistlər təbiət gözəlliyini tam mənzərə ilə seyr edə biləcəklər.
Biletlərin baha olmasına baxmayaraq, yerlər doludur, hətta bu ayın sonunadək boş yer tapmaq mümkün olmayacaq.Muxalifet4 - 18-03-2018
Afrində Türk BAYRAĞI QALDIRILDI
Afrin şəhər mərkəzində nəzarət təmin olunub. Şəhər mərkəzinə Türk bayraqları asılıb.
Bölgədəki Anadolu Agentilyinin müxbirlərinin bildirdiyinə görə, ASO döyüşçüləri, Türkiyə vaxtı ilə 05.00-də, rayon mərkəzini mühasirəyə alan cəbhə xətlərindən əməliyyata başlanılıb.
Təxminən bir saat içində TSQ və ASO əsgərləri şərq, qərb və şimal istiqamətlərindən mərkəzə girməyə başlayıb. Bu zaman terrorçuların basdırdığı bir neçə mina partlayıb.Muxalifet3 - 18-03-2018
Ərdoğan öldürülən TERRORÇULARIN SAYINI AÇIQLADI
Türkiyə prezidenti Ərdoğan “Zeytun Budağı” hərəkatında bu günə qədər toplam 3603 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Müxalifət.azMuxalifet3 - 18-03-2018
Əhməd İslamı qəbul etməyən sevgilisini öldürdü - ALMANİYADA
Almaniyaya sığınan əfqanlıstanlı qaçqın İslam dinini qəbul etməyən sevgilisini öldürüb.
Əhməd adlı 18 yaşlı əfqanıstanlı qaçqın sevgilisini İslama keçib hicab taxmağı rədd etdiyi üçün qətlə yetirib.
Qızın rəfiqələrindən biri açıqlamasında deyib ki, Əhməd onu daim nəzarətdə saxlayırdı. Çox qısqanc idi. Mireille nə zaman görüşə başı açıq gəlsə, mübahisə edirdilər.
Polislər Əhmədi dərhal həbs ediblər(teleqraf).Muxalifet4 - 18-03-2018
Dövlət Baxçalı yenidən MHP lideri seçildi
Dövlət Baxçalı yenidən Türkiyə Milliyətçi Hərəkat Partiyasına (MHP) rəhbər seçilib.
Muxalifet.az xəbər verir ki, Baxçalıya MHP qurultayında iştirak edən nümayəndələrin əksər hissəsi dəstək verib. Seçkidə Baxçalıya rəqib başqa heç bir namizəd olmayıb.
Son günlər aralarındakı gərginliklə əlaqədar olaraq MHP-nin qurultayına CHP, HDP və İYİ partiyaları dəvət edilməyib.Muxalifet4 - 18-03-2018
Afrin əməliyyatında Türkiyə 46 şəhid verib
Bu günə qədər Türkiyə ordusunun müxalif Azad SuriyaOrdusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı 46 hərbiçi şəhid olub, 225 hərbçi yaralanıb.
Muxalifet.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda 3 min 603 terrorçunun zərərsizləşdirildiyi bildirlib.Muxalifet4 - 18-03-2018
İrəvanda ABŞ-Rusiya casus savaşı - ŞOK DETALLAR
Mən Rusiya FTB-sinin Moskva Sərhəd İnstitutundan səkkiz il əvvəl ayrılmışam və o vaxtdan Rusiya xüsusi xidmət orqanlarının həmsərhəd ölkələr barədə operativ məlumatları ilə tanış olmaq və onların ərazisində xarici ölkələrin rezidentləri haqqında bilgilər əldə etmək imkanım yoxdur. Bu səbəbdən “Maks Aleksandrov” niki altında gizlənən ehtimalən rus blogerinin yaydığı məlumatı fakt baxımından, təbii ki, dəyərləndirə bilmərəm.
Muxalifet4 - 18-03-2018
İtaliyada 25 əsrlik liman tapıldı
Yunanların Palepolis adlandırdıqları və 25 əsr bundan əvvələ aid edilən Neapol limanı İtaliyanın məşhur “Kastel-del-Ovo” qəsri yaxınlığında aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, neapollu arxeoloq Mario Neqrinin məlumatına görə, arxeoloqlar qəsrin sağ küncünün altı metr dərinliyində su altında qalmış dörd tunel, təkər izləri və əsgərlər üçün səngər tapıblar.
“Bu tapıntı burada bir zamanlar mövcud olmuş şəhərin planını daha yaxşı vəziyyətə gətirməyə imkan verəcək”, – deyə Mario Neqri qeyd edib.
Muxalifet3 - 18-03-2018
Skripalı İngiltərə zəhərləyib? - Rusiyalı diplomat açıqladı
Rusiyalı keçmiş polkovnik Sergey Skripal və qızı Yuliyanın zəhərləndirilməsi üçün istifadə ilən “Noviçok” qazı İngiltərənin Porton Doun laboratoriyasında hazırlanıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Avropa Birliyindəki (AB) daimi nümayəndəsi Vladimir Çijov deyib.
“Skripalın xain adlandırılmasının haqlı səbəbləri var. Lakin Rusiyanın zəhərlənmə olayında heç bir əli yoxdur. Skirpal və qızının huşsuz vəziyyətdə tapıldığı ərazi Porton Doun laboratoriyasından 12 km uzaqlıqdadır”, - deyə diplomat bildirib.Muxalifet3 - 18-03-2018
ABŞ Saakyana sponsorluq edir? - Keçmiş səfir açıqladı
Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin "başçısı" adlandıran Bako Saakyanın ABŞ-a səfəri Vaşinqton və Bakı arasında strateji tərəfdaşlığa təsir etməyəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə trend -ə ABŞ-ın Azərbaycanda keçmiş səfiri, Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.Muxalifet3 - 18-03-2018