Axtarış

The search found 105795 results in 0.086 seconds.

Search results

  1. ​SON DƏQİQƏ: "Londonla savaşı biz başlamadıq, ancaq cəzalandıracağıq..." - Slutski

    Moskva Londonun hərəkətlərinə adekvat cavab verib.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.
    "Rusiya Xarici İşlər Nazirliyinin Britaniya səfirliyinin 23 nümayəndəsini “persona non qrata” elan etməsi Londonun hərəkətlərinə tamamilə adekvat və simmetrik cavabdır. Əgər ingilis səlahiyyətliləri bu tempdə davam edəcəklərsə, Rusiya başqa cəza tədbirlərindən istifadə edəcək. Böyük Britaniya burada tamamilə ABŞ-ın badına gedir. Bu işi biz başlamamışıq, lakin müvafiq tədbirlərlə cavab verməyə məcburuq".

    Muxalifet3 - 17-03-2018

  2. ​Yaponiyanın ABŞ-dan istəyi: Koreya ilə bunu həll et

    Yaponiyanın və ABŞ-ın rəsmi nümayəndələri Şimali Koreyanın nüvə silahından imtina etməsi ilə bağlı bu ölkəyə maksimum təzyiqlərin davam etdirilməsi barədə razılığa gəliblər.
    Muxalifet.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Taro Kono Vaşinqtona səfəri çərçivəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə görüşüb. T.Kononun Vaşinqtona səfəri koreyalararası danışıqlar və ABŞ-Şimali Koreya liderlərinin sammiti ərəfəsində baş tutub.

    Muxalifet3 - 17-03-2018

  3. ​Əhmədinejad generalı təhdid etdi: Açıqlayacağam...

    İranın keçmiş prezident Mahmud Əhmədinejadın müavini Həmid Bakayinin həbsinə göz yumduğu üçün SEPAH-ın Yaxın Şərq üzrə komandiri Qasım Süleymanini iş əlaqələrini ictimaiyyətə açıqlamaqla təhdid edib.
    Muxalifet.az xəbər verir ki, Əhmədinejadın Süleymaniyə xitab edərək, yazdığı məktub “dolatebahar” adlı internet saytında yayımlanıb.

    Muxalifet3 - 17-03-2018

  4. ​"Noviçok" bu ölkələrdə yaranıb - Zaxarovadan iddia

    "Noviçok" adlı zəhərli qazın mənbəyi böyük ehtimalla Böyük Britaniya, Slovakiya, Çexiya, İsveç və ABŞ-dadır.
    Muxalifet.az xəbər verir ki, bu inanılmaz iddianı Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova səsləndirib.
    "Onlar necə nəticəyə gəliblər ki, sözügedən zəhərli qazın mənbəyi Rusiyadadır? Axı onlarda bu maddə yoxdur, olmamalıdır. Hansı nümunələrlə nəticə əldə etmək üçün müqayisə aparırlar? Demək, onlarda nümunələr var, hansı ki, bunu gizlədirlər və ya başlanğıcdan sonuna kimi yalan danışıblar", - Zaxarova qeyd edib.

    Muxalifet3 - 17-03-2018

  5. ​Aviçay Adri: İsrail Qəzzanı bombaladı

    İsrailə məxsus tanklar Qəzzanın şərqindəki əkin sahələrini bombalayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” xəbər agentliyi yayıb.
    Məlumata görə, İsrail ordusunun sözçüsü Aviçay Adri sosial media hesabında “Bir az əvvəl Qəzzanın şimal sərhədində İsrail ordusunun olmadığı ərazidə bomba partladı. Bundan sonra İsrail tankları HƏMAS terror təşkilatının nəzarətində olan məkanı yerlə bir etdi”,- sözlərini qeyd edib.
    Qeyd edək ki, Fələstin xəstəxanaları hadisə nəticəsində ölən və yaralananların olmadığını bildirib.

    Muxalifet3 - 17-03-2018

  6. ​Mingəçevirdə ailəli kişi özünü asdı

    Mingəçevir şəhərində intihar hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Qurbanov Elyar Eldar oğlu şəhərin Energetiklər yaşayış massivi, Fazil Əzimov küçəsi, 41 ünvanında yerləşən mənzilində özünü asıb.
    Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
    Faktla bağlı araşdırma aparılır.
    Ölən şəxs ailəlidir. 

     

    Muxalifet3 - 17-03-2018

  7. ​Şərqi Qutanı nə qədər insan tərk edib?

    Bu gün Şərqi Qutadakı humanitar dəhlizdən 30 mindən artıq vətəndaş təxliyə edilib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri general-mayor Vladimir Zolotuxin bildirib.
    "Hələlik 30 mindən artıq vətəndaş Şərq Qutanı tərk edib. Təxliyə davam edir", - Zolotuxin söyləyib.

    Muxalifet3 - 17-03-2018

  8. Türkiyədən Yunanıstana gedən qayıq çevrildi: 16 ölü

    Yunanıstanın Egey dənizi sahillərində qayığın çevrilməsi nəticəsində azı 16 miqrant ölüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
    Türkiyədən Yunanıstana gedən qayıqda ümumilikdə 20-yə yaxın şəxs olub. Ölənlərin meyitləri Yunanıstanın Aqatonisi adası sahillərində aşkar edilib.
    Bildirilir ki, ölənlər arasında 6 uşaq və bir neçə qadın var. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

    Muxalifet3 - 17-03-2018

  9. ​ABŞ kəşfiyyatının yeni rəhbəri Azərbaycanda işləyib?

    ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktoru Cina Haspel iki il Azərbaycanda rezident olub.

    Muxalifet.az-ın məlumatına görə, bu barədə hərbçi analitik Boris Rojin “MKİ-nin ilk qadın rəhbəri: portretinə ştrixlər” analitik yazısında bildirib. 

    Rojin yazıda qeyd edir ki, Haspel müxtəlid olkələrdə ABŞ kəşfiiyatın rezidenti olub. Azərbaycanda isə 1996-1998-ci illərdə işləyib.

    O, qonşu Türkiyədə də MKİ-nin rezidentliyində işləyib.
     

    Muxalifet3 - 17-03-2018

  10. ​Trampa sərt sözlər: Amerika səni yıxacaq və...

    FTB sədrinin müavini Endryu Makkeybi günahkar elan edə bilərsən, ancaq Amerikanı yıxa bilməyəcəksən, o, səni yıxacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin eks-rəhbəri Con Brennan ABŞ Prezidenti Donald Trampa qarşı sosial media hesabında qeyd edib.
    “Aldığın rüşvətlər, alçaqlıqlar və korrupsiya əməllərin ortaya çıxdığı zaman tarixin tozlu səhifələrində haqq etdiyin yeri tapacaqsan”, - Brennan qeyd edib.

    Muxalifet3 - 17-03-2018

  11. ​Qlobal Bakı Forumu başa çatdı

    “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu martın 17-də işini başa çatdırıb.
    Muxalifet.az Azərtac-a istinadən xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa Forumun bağlanış mərasimində çıxış edərək bu tədbirin əhəmiyyətini yüksək dəyərləndirib. O, VI Qlobal Bakı Forumunda dünyaya önəmli mesajlar çatdırıldığını söyləyib. Vayra Vike-Freyberqa hər zamankı kimi bu dəfə də Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi olduqlarını vurğulayıb.

    Muxalifet3 - 17-03-2018

  12. Tozsoranın içərisindən narkotik çıxıb

    Külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
    Gömrükçülər həmin şəxslərin əl yükü olan tozsoranın içindən xeyli sayda narkotik vasitə aşkar edib.
    Muxalifet.az xəbər verir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları “Sınıq-Körpü” gömrük postunda Türkiyədən Azərbaycana gələn Azərbaycan vətəndaşları - Nizami Hüseynov, Kamran Rzayev və Tural Məmmədova məxsus əl yüklərinə piyada idxal xəttində quraşdırılmış rentgen aparatında baxış keçirilib.

    Muxalifet3 - 17-03-2018

  13. ​Hindistanda avtobus körpüdən aşıb: 14 nəfər həlak olub

    Hindistanın şərqində avtobusun körpüdən aşması nəticəsində ən azı 14 nəfər həlak olub.
    Muxalifet.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “Times of India” qəzeti yazıb.
    Həmçinin bir neçə nəfərin də xəsarət aldığı bildirilir.
    Yaşayış məntəqəsindən hərəkət edən avtobus köprüdəki hasarı aşaraq kanala düşüb.  
    Qəzanın baş vermə səbəbləri araşdırılır.
     

    Muxalifet3 - 17-03-2018

  14. ​Kanadadan fələstinlilərə 10 milyonluq yardım...

    Kanada Qərbi Şeriya və Qəzzada yaşayan fələstinlilər üçün təcili humanitar yardım göstərmək barədə qərar verib.
    Muxalifet.az xəbər verir ki, bölgədə yaşayan fələstinlilərə yardım üçün çalışdığını bildirən Kanada Beynəlxalq İnkişaf naziri Mari-Klaud Bibeau bu dəfəki yardımın 10 milyon dollar dəyərində olduğunu söyləyib. Həmçinin o qeyd edib ki, Yaxın Şərqdəki fələstinli qaçqınlar üçün BMT fələstinli qaçqınlara yardım agentliyinə (UNRVA) də yardım edəcək:

    Muxalifet3 - 17-03-2018

  15. ​Çexiyadan Türkiyəni qəzəbləndirəcək qərar

    Praqa məhkəməsi keçmiş PYD lideri Saleh Müslümün Türkiyəyə qaytarılması üçün başladılan məhkəmə prosesinə xitam verib.
    Muxalifet.az xəbər verir ki, Türkiyənin ekstradisiya tələbini rədd edən məhkəmə S.Müslümün Avropada istədiyi ölkəyə səyahət etməsinə də icazə verib. Məhkəmə keçmiş PYD liderinin istintaq sənədlərini vəkillərinə qaytarıb və prosesi dayandırıb.

    Muxalifet3 - 17-03-2018

  16. ​Azərbaycanlı iş adamına hücum edənlər bir-birini güllələdi

    Rusiyanın Moskva vilayətində azərbaycanlı iş adamına qarşı kuryoz cinayət hadisəsi baş verib.
    Muxalifet.az lent.az-a istinadən  xəbər verir ki, adı açıqlanmayan azərbaycanlı biznesmen Malino kəndi istiqamətində hərəkət edərkən naməlum şəxslər onun avtomobilinin qarşısını kəsiblər. Maskalı şəxslər onun avtomobilinə soxularaq 200 min rubl (təxminən 3500 dollar) pulu götürmək istəyiblər.

    Muxalifet3 - 17-03-2018

  17. ​İranda qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı fakt

    İranda qəzaya uğrayan, Türkiyənin “Başaran Holdinq” şirkətinə aid təyyarə haqqında yeni fakt ortaya çıxıb.
    Muxalifet.az xəbər verir ki, təyyarə hazırda maraqla izlənən “Çukur” serialının ilk bölümündə yer alıb.
    “Challenger 604” tipli təyyarə serialın baş qəhrəmanı Yamaç xarakterini canlandıran Aras Bulut İynemlinin sevgilisi Senaya (Dilan Deniz Çiçek) sürpriz edərək Parisə apardığı səhnədə çəkilib.
    Qeyd edək ki, İranın Çaharmahal və Bəxtiyarı əyalətində qəzaya uğrayan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin həlak olmuşdu.
     

    Muxalifet3 - 17-03-2018

  18. ​Sabahdan Azərbaycanda prezidentliyə namizədlərin seçkiqabağı təşviqatı başlayır

    Sabah, martın 19-da Azərbaycanda aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayır.
    Muxalifət.az-ın xəbərinə görə, bu, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.
     

    Muxalifet4 - 18-03-2018

  19. ​Gürcüstanın baş naziri istefa verə bilər

    Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə hökumətin bir neçə üzvü yaxın zamanlarda öz postunu tərk edə bilər.
     
    Muxalifət.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı mənbəyə istinadən məlumat yayıb.
    Telekanalın məlumatına görə, hökumət başçısının Rusiya rəhbərliyinə ikitərəfli münasibətlərin qurulmasına dair müraciətini əks etdirən məktubunun nəşr olunmasından sonra baş nazirin mümkün gedişi müzakirə olunmağa başlayıb.

    Muxalifet4 - 18-03-2018

  20. Ermənilər cəbhə xəttini atəşə tutdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.
     

    Muxalifet4 - 18-03-2018

Pages