Axtarış

The search found 105795 results in 0.05 seconds.

Search results

  1. ​TÜRKİYƏ-QƏTƏR HƏRBİ ƏMƏKDAŞLIĞI GÜCLƏNİR

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin “MDS” müdafiə texnologiyaları və inşaat şirkəti, Qətərin Xüsusi Təyinatlı Dəniz Qüvvələri üçün 200 nəfər hərbçinin təlim keçəcəyi mərkəz inşa edəcək.
    Layihə həyata keçirildikdən sonra Qətər Silahlı Qüvvələri regiondakı ən müasir hərbi mərkəzlərdən birinə malik olacaq.

    Muxalifet2 - 17-03-2018

  2. ABŞ-ın məlumatlarını ələ keçirmişdi: ÖLÜSÜ TAPILDI

    Dünyaca məşhur haker Adrian Lamo, 37 yaşında öldüyü bildirilib. Hakerın cəsədinin bir qonşusu tərəfindən aşkar edildiyi qeyd olunub, ancaq ölüm səbəbi haqqında bir məlumat verilməyib. Hakerın ölümünün mübahisələr doğurduğu, bunun da əsl səbəbinin ABŞ ordusu ilə baş verən hadisələrlə əlaqəli olduğu bildirilir.
     
    Hakerın ölümü atası tərəfindən sosial media vasitəsilə çatdırılıb. Atası Adrianın ölümü haqqında, "Böyük hüzn və sınmış ürəklə Adrianın ölümünü bildirməliyəm. Parlaq bir ağıl və mərhəmətli qəlb getdi, o mənim sevgili qızım idi" deyə, paylaşma edib.

    Muxalifet3 - 17-03-2018

  3. Ərdoğandan SON DƏQİQƏ Afrin açıqlaması: "Hər an müjdəli xəbəri verə bilərik"

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Zeytun budağı” hərəkatı haqqında kritik açıqlamalar verib.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, prezident Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun hər an Afrin şəhər mərkəzinə daxil ola biləcəyini deyib.

    Muxalifet2 - 17-03-2018

  4. Flora ilk dəfə İlhamənin ÖLÜMÜ HAQDA: "Allahın ona yazığı gəlsin"

    Xalq artisti Flora Kərimova illərlə düşmən olduğu xalq artisti İlhamə Quliyevanın vəfatı haqda ilk dəfə danışıb.
    Muxalifət.az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Zaurla Günaydın" proqramında onunla bağlı xoş söz deyib:
    "İlhamə Quliyeva məni satmışdı. Demişdi ki, bir banka qızılı var. İlk dəfə deyirəm ki, Allah İlhaməyə rəhmət eləsin. Eləsin, Allahın ona yazığı gəlsin. Sonra ayıldı ki, niyə onun haqda həqiqəti deyirəm".

    Muxalifet2 - 17-03-2018

  5. ​"Qarabağ"ın futbolçusu Albaniya millisinin heyətinə çağırılmadı

    "Qarabağ" klubunun futbolçusu Ansi Aqolli Albaniya milli komandasının heyətinə çağırılmayıb.
    Muxalifət.az xəbər verir ki, yığmanın baş məşqçisi Kristian Panuççi 24 futbolçudan ibarət siyahıya 36 yaşlı futbolçunu daxil etməyib. 45 yaşlı mütəxəssis millinin təlim-məşq toplanışı üçün bəzi gənc futbolçulara dəvət göndərib.
    Qeyd edək ki, Albaniya yığması martın 26-də Norveç millisi ilə yoldaşlıq oyunu keçirəcək.
    Xatırladaq ki, Ansi Aqolli 2005-ci ildən Albaniya millisində çıxış edir. Təcrübəli müdafiəçi yığmada 73 oyuna çıxıb və 3 qola imza atıb. / goal.az/

    Muxalifet2 - 17-03-2018

  6. ​Rusiyalı iş adamının qətli ilə bağlı YENİ DETALLAR

    İngiltərəyə sığınan rusiyalı iş adamı Nikolay Qluşkovun qətli ilə bağlı cinayət işinin detalları açıqlanıb.
    Muxalifət.az xəbər verir ki, İngiltərə polisi 68 yaşlı iş adamının boğularaq öldürüldüyünü təsbit edib.
    N.Qluşkov “Aeroflot” hava yolları şirkətinin sahibinin köməkçisi olub. O, bazar ertəsi günü Nyu Malden şəhərindəki evində ölü halda tapılmışdı.
    Polis hələ ki, Qluşkovun cinayəti ilə zəhərlənərək öldürülən agent Sergey Skripal və qızının cinayəti arasında hər hansı bağlantı olub-olmadığına dair sübut tapmayıb.

    Muxalifet2 - 17-03-2018

  7. ​Bakı və Mingəçevirdə narkotik – ƏMƏLİYYATI

    Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
    Bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də ümumi çəkisi 3,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb.

    Muxalifet2 - 17-03-2018

  8. ​Bakıda əcnəbi vətəndaşın 5000 manat və 5000 dollarını oğurlayan BACI-QARDAŞ SAXLANILDI

    Martın 15-də Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
     DİN-in mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
    Araşdırmalarla rayonun Z.Əhmədbəyov küçəsində kirayədə yaşayan əcnəbi vətəndaşın mənzilindən içərisində 5000 manat və 5000 ABŞ dolları olan pulqabısının oğurlandığı məlum olub.

    Muxalifet2 - 17-03-2018

  9. Afrində YPG-nin mərkəzi binasında TALAN BAŞLADI

    Afrində terror təşkilatı YPG-nin mərkəz binası şəhər sakinləri tərəfindən talan olunur. Yayımlanan görüntülərdə bir çox adamın əllərində kisələr və ərzaq qutuları ilə binadan çıxdığı görünür. Yerli qaynaqlar, bina qarşısına toplaşan yüzlərlə insanın qida aldığını bildirir.

    Müxalifət.az

    Muxalifet3 - 17-03-2018

  10. Trampın azadlığını istədiyi Keşiş Brunsonun GERÇƏK ÜZÜ ORTAYA ÇIXDI

    İzmirdə terror təşkilatları FETÖ və PKK adına cinayət törətdiyi iddiası ilə həbsdə olan Amerikalı “din xadimi” Keşiş Endryu Kreyq Brunson haqqında hazırlanan iddianamədə, FETÖ-nun ittiham olunan fərari üzvü Əmrə Uslunun ABŞ-da xüsusi yetişdirilən təşkilat mənsubu olduğu qeyd olunub.
     
    İddianamədə, Kürd əhalinin Xristianlaşdırılaraq bir dövlət qurulması layihəsi, Əmrə Uslu haqqında təfərrüat, ABŞ himni altında edilən andiçmə mərasimləri və Türklərin girə bilmədiyi, yalnız Kürdlərin girdiyi kilsələrdə PKK təbliğatının aparılması diqqət çəkən detallardandır.

    Muxalifet3 - 17-03-2018

  11. İraqda PKK-ya qarşı ÜÇLÜ ƏMƏLİYYAT

    “Zeytun Budağı” Hərəkatının tamamlanmasından sonra terror təşkilatı PKK-nın İraqdakı varlığına qarşı əməliyyat planı aydınlaşır. Bu barədə İraq hökumətilə danışıqlar aparılarkən, sərhəd dəstəyi üçün İran rəhbərliyi ilə də görüşülür.
     

    Muxalifet3 - 17-03-2018

  12. Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi qeydə alındı

    Bu gün saat 16:00-da Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyi irəli sürülən sonuncu partiya sədrləri barəsində qərar verib.

    Muxalifet4 - 17-03-2018

  13. Afrində MOTOSİKLETLƏ TERRORÇU OVU

    Terror təşkilatını regionda mühasirəyə alan Xüsusi Təyinatlı Qüvvələr, məkan şərtlərinə görə, zaman zaman motosikletlərlə terrorçu ovuna çıxırlar.
     
    Amerikanın silah və sursat dəstəyi ilə Türkiyə sərhədində dövlət qurma xəyallarına qapılan terrorçular, “Zeytun Budağı” Hərəkatı ilə birlikdə böyük bir zərbə alıb.
    Türk əsgəri qarşısında aciz qalan terrorçular, son çarə olaraq bölgədən qaçmağa başlayıb. Türk əsgəri isə terrorla mübarizədə qərarlı görünür.
     
    AFRİN YPG-yə MƏZAR OLACAQ
     

    Muxalifet3 - 17-03-2018

  14. ​Türk ordusu daha 5 kəndi azad etdi

    Türkiyə Silahlı Qüvvələri və ASO daha 5 kəndi azad edib.

    Muxalifet.az xəbər verir ki, Türkiyə mətbuatı Afrinin Mirkan, Sino, Tatara, Çatalkapı və Şeyx obası kəndlərinin terrorçulardan təmizlənməsi barədə məlumat yayıb.

     

    Muxalifet3 - 17-03-2018

  15. ​Qorxmayın, kimi istəyirsinizsə... – MSK-dan ruslara çağırış

    Martın 18-də keçiriləcək prezident seçkilərində öz fikrinizi nümayiş etdirməkdən qorxmayın.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova deyib.
    “Gizli səsverməyə zəmanət veririk. Qorxmayın, bu cür rəhbərlər haqqında bizə məlumat verin. Biz dərhal reaksiya verib, bütün materialları baş prokurora göndərəcəyik. Əgər şikayət qubernatordan gələcəksə, demək ki, qubernator da cəzalandırılacaq”, - MSK sədri bildirib

    Muxalifet3 - 17-03-2018

  16. ​AZAL təyyarəsində partlayış - Foto

    İstanbulun Atatürk hava limanında Azərbaycan Hava Yolları QSC-yə (AZAL) məxsus “Boinq 767-300” təyyarəsində partlayış olub.
    Türkiyənin "Sabah" qəzeti ekipaj üzvünün təxliyə avadanlığını səhvən açması nəticəsində partlayış baş verdiyini yazıb.
    Təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş. Hadisə yerinə xilasedicilər cəlb edilib.
    Xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb.

    Muxalifet3 - 17-03-2018

  17. ​Saakyan terrorçu liderlərlə ABŞ-da görüşdü

    Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan dünən Vaşinqtonda ermənilərin Ramkavar-Azatakan Partiyasının nümayəndələri ilə görüşüb.
    Muxalifet.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Qarabağla ABŞ arasında münasibətlərin dərinləşməsi, diaspor ilə əlaqələr olub.

    Muxalifet3 - 17-03-2018

  18. ​Fərhad Əhmədov hücuma keçir: Kreml hesabatına görə

    Məşhur rusiyalı iş adamı, əslən azərbaycanlı Fərhad Əhmədov "Kreml hesabatı"na görə məhkəmə prosesinə hazırlaşır.
    Muxalifet.az xəbər verir ki, o, hesabatdan sonra dəymiş ziyanı hesablamaq üçün vəkillərə müraciət etdiyini bildirib.

    Muxalifet3 - 17-03-2018

  19. ​Sabirabad sakinlərindən “TOZ-16” götürülüb

    Sabiradabad sakinlərində odlu silah aşkarlanıb.
    Muxalifet.az-ın DİN-in saytına istinadən məlumatına görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Çöl Beşdəli kənd sakini Vüqar Vəliyevdən və Poladtoğay kənd sakini Alik İslamovdan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri götürülüb.
     

    Muxalifet3 - 17-03-2018

  20. ​Əhalinin aylıq ticarət xərci artıb

    2018-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının 13,6%-i ticarət müəssisələri, 53,1%-i fərdi sahibkarlar tərəfindən, 33,3%-i isə bazar və yarmarkalarda satılıb.
    Muxalifet.az xəbər verir ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 18,9%, fərdi sahibkarlar üzrə 0,4%, bazar və yarmarkalar 0,1% artıb.
     

    Muxalifet3 - 17-03-2018

Pages