Axtarış
The search found 105795 results in 0.054 seconds.
Search results
Merkeldən irqçi nazirə cavab: İslam Almaniyaya aiddir
Müsəlmanlar Almaniyaya aiddir və beləcə islam dini də Almaniyaya aid olmuş olur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Daxili işlər naziri Horst Şehoferin skandal açıqlamasına münasibət bildirərkən deyib.
“Yəhudilik və xristianlıq Almaniyanın keçmişində özünə böyük yer tutur. Lakin indi Almaniya ölkə ərazisində yaşayan 4 milyon müsəlmandan dolayı islam aləminin böyük bir hissəsinə çevrilib. Biz konstitusiyaya uyğun islam istəyirik. Dinlərarası birgə yaşayışı təmin etmək üçün hər cür səy göstərməliyik”, - Merkel bildirib.Muxalifet3 - 16-03-2018
Türkiyəli deputatın Bakıda infarkt keçirdiyi anın — VİDEO
Xəbər verdiyimiz kimi, bu gün MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlunun VI Qlobal Bakı Forumunda halı pisləşib.
Muxalifet3 - 16-03-2018
Bakıda 700 manata alça
Könlü çiyələk, üzüm, alça, qarpız kimi hazırda mövsümi olmayan meyvələri yemək istəyənlər heç də narahat olmasınlar. Amma market və bazarlarda bu meyvələr tapılsa da qiymətləri yaya nisbətən bahadır.
Muxalifet.az xəbər verir ki, alçanın bir kilosu təxminən 700 manata, yayda kilosu 1 manata olan gavalı isə 14 manata satılır.
Dadı turş, görünüşü də göz oxşayır. Amma bu alçanın 1 kiloqramının qiyməti 700 manatdır.
Market və bazarlarda mövsümü olmayan meyvələrə də rast gəlmək mümkündür. Qiymətləri isə yaya nisbətən xeyli fərqlənir.Muxalifet3 - 16-03-2018
Afrini 48 min nəfər tərk edib
Türkiyə Silahlı Qüvvələrinin mərhələli şəkildə terrorçulardan təmizlədiyi Afrini mülki əhali də tərk edir.
Muxalifet.az xəbər verir ki, son bir neçə gün ərzində 48 min nəfər şəhərdən çıxıb. Əhalinin Afrindən çıxmasını istəməyən YPG terrorçuları isə çıxış yollarını bağlayaraq hər vəchlə onlara mane olmağa çalışır.
Bildirək ki, yanvarın 20-dən bəri davam edən “Zeytun Budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu artıq Afrinin şəhər mərkəzini mühasirəyə alıb.
Muxalifet3 - 16-03-2018
Biz bunu etsək, girməyə deşik axtararsınız – Ərdoğan
3.5 milyon suriyalıya 7 ildir ev sahibliyi edən bizik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda çıxışı zamanı deyib.
“Qapıları açıb onları göndərsəydik, qaçacaq deşik axtarırdınız. Bizə yalvardınız, “Amandır, qapıları açmayın” dediniz. Biz insanlıq etdik, ancaq siz insanlıqdan anlamırsınız”, - Ərdoğan bildirib.
Muxalifet3 - 16-03-2018
Bakı Gömrük İdarəsi məlumat yaydı
20-26 mart 2018-ci il tarixlərində iş günü olmadığına görə 17 mart 2018-ci il tarixində Bakı Baş Gömrük İdarəsi tam iş günündə fəaliyyət göstərəcək.
Bu barədə Bakı Gömrük İdarəsindən daxil olan məlumatda bildirilib.Muxalifet3 - 16-03-2018
Şok: Conson rus səfirin uzanan əlini havada qoydu
Böyük Britaniya xarici İşlər naziri Boris Consu Rusiyanın bu ölkədəki səfiri Aleksandr Yakovenkonun əlini sıxmaqdan imtina edib.
Muxalifet.az xəbər verir ki, bu barədə səfir özü danışıb.
Muxalifet3 - 16-03-2018
Restoranda iki nəfəri bıçaqlayan şəxsə ağır cəza istənildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Saleh Şahverdiyevin Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla törədildikdə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet.az-ın məlumatına görə, ötən il oktyabrın 10-da Saleh Şahverdiyev sərxoş vəziyyətdə Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazisində “Köz dönər” restoranına özü ilə spirtli içki gətirib.Muxalifet3 - 16-03-2018
Məşhur aktyor Trampa görə ABŞ-dan gedir
Məşhur Hollivud aktyoru Met Deymon ailəsi ilə birgə Avstraliyaya getmək qərarını verib.
Muxalifet.az xəbər verir ki, aktyorun qərarının əsas səbəblərindən biri ABŞ Prezidenti Donald Trampdan yorulmağıdır.
Məlumata görə, aktyor Hollivuddakı dostlarına və iş yoldaşlarına yaşayış yerinin dəyişmə səbəblərini deyib. Deymon bu addımının karyerasına təsir göstərməyəcəyini bildirib.
Muxalifet3 - 16-03-2018
Çinin yeni sədri MƏLUM OLDU
Ümumçin Xalq Nümayəndələri Yığıncağı ikinci beş il müddətinə ölkənin sədri vəzifəsinə yeni rəhbər seçib. Muxalifət.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu vəzifəyə Si Cinpin seçilib. Çin Xalq Respublikasının sədri gizli yolla keçirilən səsvermə ilə seçilib. Si Cinpin həmçinin yenidən Çinin Mərkəzi Hərbi Şurasının başçısı vəzifəsinə seçilib. Səsvermənin gedişatında Çin Xalq Respublikası sədrinin müavini postuna Çin Kommunist Partiyasının Baş Antikorrupsiya orqanının keçmiş katibi Van Çişan seçilib.
Muxalifet2 - 17-03-2018
Prezident seçkiləri ilə bağlı bu prosedurlar BAŞA ÇATIR
Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində bir sıra prosedurlar bu gün başa çatır.
Muxalifet2 - 17-03-2018
Londona cavab tədbirləri hazırdır – ZAXAROVA
Böyük Britaniyaya qarşı cavab tədbirləri ilə artıq qəbul edilib.
Muxalifət.az xəbər verir ki. bunu RT-yə açıqlamasında Rusiya XİN sözçüsü Mariya zaxarova deyib.
O bildirib ki, alınan qərarla bağlı yaxın saatlarda deyil, ən yaxın zamanda Britaniya hökumətinə məlumat veriləcək.
Qeyd edək ki, Böyük Britaniya Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın “Novişok” zəhəri ilə zəhərlənməsinə cavab olaraq 23 rus diplomatının ölkədən çıxarılacağını açıqlayıb.
Britaniyanın Rusiyaya sanksiya tətbiqi də istisna edilmir.Muxalifet2 - 17-03-2018
Bakıda kütləvi dava: İKİ NƏFƏR BIÇAQLANDI
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.
Hadisə Nəsimi rayonu, Bülbül prospektində qeydə alınıb.
"Nizami" Kino Mərkəzinin qarşısındakı səkidə 6 nəfər arasında əlbəyaxa dava düşüb. Dava zamanı Məmmədov Emin Mahir oğlu və Kişiyev Fərid Cəlil oğlu qarın və kürək nahiyələrindən bıçaqlanıblar.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlayıb./Report/Muxalifet2 - 17-03-2018
Cahangir Hacıyevin 37 milyonluq əmlakı satışa çıxarılır – TƏFƏRRÜAT
Dövlətə küllü miqdarda ziyan vuran həbsdəki bankirin “Bakı Fındıq Emalı” müəssisəsi hərrac yoluyla satılır
Muxalifet2 - 17-03-2018
ABŞ və Türkiyə Qafqazda: Rusiya sıxışdırılır – QARABAĞ ŞANSI
Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsindəki son kadr dəyişiklikləri ilə ABŞ-ın xarici siyasəti daha dişli və kəsərli olmağa başlayacaq.
Bu sözləri ABŞ-dakı son kadr dəyişiklikləri fonunda Vaşinqtonun Cənubi Qafqaz və Dağlıq Qarabağ siyasətini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Pompeo siyasətdə diplomatiya ilə xüsusi xidmət orqanlarının fəaliyyətini birləşdirəcək:Muxalifet2 - 17-03-2018
Ermənistanda PANİKA: “Sizi itkilər gözləyir...”
ABŞ-dakı qəfil dövlət katibi dəyişikliyi İrəvanı qorxudub; işğalçı ölkəyə qarşı növbəti ittiham; tanınmış amerikalı analitik: “Ermənistan Moskvanın satelliti və İranla Rusiyanın ən yaxın müttəfiqidir, ona görə də...”
Muxalifet2 - 17-03-2018
Şəkidə 11-ci sinifdə oxuyan qız ÖZÜNÜ GÜLLƏLƏDİ
Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib.
APA-nın məlumatına görə, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunu dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.Muxalifet2 - 17-03-2018
İki raket bəsdir ki, Britaniyanı məhv edək - Jirinovski
İmkan vermək lazım deyil ki, kimsə bizə qarşı tərbiyəsizlik etsin.
Axar.az xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.Muxalifet2 - 17-03-2018
ƏRƏSTUN ORUCLU: “Ağ Ev qara yola düşür”
Ərəstun Oruclu ABŞ-ın xarici siyasətindəki yeni çalarlardan yazır; “ABŞ prezidentinin atdığı son addımlar ciddi siqnal kimi qəbul olunmalı və ... detallı öyrənilməlidir”
Muxalifet2 - 17-03-2018
KƏŞFİYYATÇI: “Ehtiyac yaranan kimi atom bombasını gətirəcəklər”
Bizim ölkəmiz nüvə silahına malik olmaq haqqında düşünmür. Amma İran nüvə silahına malik olarsa, bu zaman şübhəsiz ki, biz qısa müddətdə eynisinə sahib olacağıq.
Muxalifət.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman deyib.Muxalifet2 - 17-03-2018