Axtarış
The search found 105795 results in 0.1 seconds.
Search results
LAVROVDAN AÇIQLAMA: “Xəzərin statusu haqqında konvensiya bu il imzalanacaq”
Xəzər dənizinin statusu haqqında konvensiya bu il imzalanacaq.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib: "Böyük əminliklə elan edə bilərəm ki, konvensiya bu il, Qazaxıstanda keçiriləcək beşinci sammitdə imzalanacaq. Dekabrda biz Xəzər ölkələrinin – Rusiya, Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan XİN başçılarını Moskvaya yığdıq və öz səviyyəmizdə bu konvensiyanın bütün maddələrini razılaşdırdıq, indi hər bir iştirakçı ölkənin dilində mətnlər tutuşdurulur", – deyə nazir "Rusiya-imkanlar ölkəsi" adlı forumda bildirib.Muxalifet2 - 16-03-2018
Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı
Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.
Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 8 komanda rəqiblərini tanıyıb.Çempionlar Liqası
Muxalifet2 - 16-03-2018
Ərdoğan-Putin görüşünün vaxtı açıqlandı
Astanada keçirilən Suriya ilə bağlı danışıqlarda İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə ikinci zirvənin Ankarada keçirilməsi qərara alınıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Ankara zirvəsinin aprelin 4-də keçirilməsi nəzərdə tutulub.Muxalifet2 - 16-03-2018
Millət vəkilindən qəzetçilərə - DƏSTƏK
Ölkəyə gətirilən hazır çap məhsulları, qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi dövlət büdcəsinə böyük ziyan gətirməyəcək.
Muxalifət.az xəbər verir ki, bu sözləri millət vəkili Əflatun Amaşov Milli Məclisdə hökumətin 2017-ci il üçün hesabatına münasibət bildirərkən deyib.Muxalifet2 - 16-03-2018
Teatra yenə “Yağış” yağır
Martın 17-də saat 20:00-da ADO Teatrı növbəti dəfə "Yağış, yağış, yağış" adlı tamaşasını göstərəcək.
Muxalifet2 - 16-03-2018
Sobçakın namizədliyinin ləğvi üçün müraciət edildi – SƏBƏB
Mərkəzi Seçki Komissiyasına Kseniya Sobçakın Rusiya prezidentliyinə namizədliyinin ləğv edilməsi ilə bağlı sorğu göndərmişəm.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının deputatı Natalya Poklonskaya söyləyib. Onun sözlərinə görə, buna səbəb Sobçakın Rusiyanın ərazi bütövlüyünə hörmət etməməsiylə bağlı çıxışları olub:
“Bu, namizəd üçün biabırçılıqdır. Mən bununla bağlı susa bilmərəm”.
O, Krımın yenidən Ukraynanın tərkibinə qayıtmasının mümkün olmadığını bildirib:Muxalifet2 - 16-03-2018
RUSİYA-PAKISTAN YAXINLAŞMASI: tərəflər "Taliban" çəkici ilə İŞİD-Xorasanın başını əzmək istəyir - TƏHLİL
Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asifin fevralın 19-dan fevralın 22-dək Rusiyaya səfəri İslamabadın “Taliban” sığınacaqları, xüsusilə də “Həqqani” şəbəkəsinin ləğvi ilə əlaqədar ABŞ təzyiqinə maneə törətməyə ümidsiz bir cəhd idi. Ancaq Moskva-İslamabad əlaqəsi Vaşinqtonun bugünkü Əfqanıstan strategiyası ilə müqayisədə yaxşı xəbər deyil, çünki bu, Rusiyanın Cənubi Asiyadakı prioritetlərini dəyişir.
Muxalifet2 - 16-03-2018
ABŞ-dan Azərbaycana qarşı NÖVBƏTİ XAİN ADDIM: Konqresdə kirayə götürülən otağın SİRRİ
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfər edib.
Saxta prezident ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir də keçirib.
Ermənistanın düşmən olduğu, düşmənin də hansı məkrli planlar qurduğu Azərbaycan cəmiyyəti üçün tam aydındır. Aydın olmayan bir şey var: ABŞ niyə Azərbaycanla bağlı ikili standartlardan çıxış edir?Muxalifet2 - 16-03-2018
KQB CASUSU: Skripalla mənə sui-qəsd hədəsi almışdım
Bir ay öncədən Skripalla birgə öldürüləcəyim barədə mənə təhdidlər gəlirdi.
Muxalifət.az xəbər verir ki, bunu SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş casusu və hazırda Yeni Zelandiyada yaşayan Boris Karpiçkov söyləyib. “Nyu Zealand Herald” qəzetinə açıqlama verən eks-casus məlumatı etibarlı mənbədən aldığını, amma o qədər ciddi yanaşmadığını bildirib.
O, Skripalla tanış olmadığını, amma ona qarşı hücumu Rusiya xüsusi xidmət orqanları əməkdaşlarının həyata keçirdiyini deyib.Muxalifet2 - 16-03-2018
Böhranı artıracaq sözlər: “ZƏHƏRLƏNMƏ ƏMİRİNİ PUTİN VERİB”
İngiltərənin xarici işlər naziri Boris Conson Rusiya ilə böhran yaradan hadisənin əmrinin şəxsən Putin tərəfindən verilmiş ola biləcəyini söyləyib.
İngiltərənin xarici işlər naziri Conson, sinir qazı zəhərləmə qərarının Britaniyanı ləkələmək üçün birbaşa Rusiya prezidenti Vladimir Putinin qərarı kimi göründüyünü deyib. “Reuters”in verdiyi xəbərə görə, Conson, "Sinir qazı hücumu Putinin qərarı ola bilər” deyə, ifadə işlədib.
Müxalifət.azMuxalifet3 - 16-03-2018
İrəvandan uçan təyyarə TƏCİLİ ENİŞ ETDİ
İrəvan-Saratov reysini həyata keçirən sərnişin təyyarəsi Moskvada təcili eniş edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı “Saratov” aviaşirkəti məlumat yayıb.
Məlumata görə, Saratovda müşahidə edilən qatı duman təcili enişi zəruri edib:
“Moskvadan Saratov istiqamətli bütün uçuşlar təxirə salınıb. İrəvandan uçan təyyarə isə Domodedova aeroportunda eniş etməli olub”.Muxalifet2 - 16-03-2018
Xəlil Rzanın xanımına qarşı dələduzluq edən şəxs dindirilidi
Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifət.az xəbər verir ki, prosesdə M. Şəmsiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, F. Ulutürkə dəyən ziyanı ödəyəcəyini qeyd edib.
İş üzrə digər zərərçəkmiş şəxslər də dindirilib.Muxalifet4 - 16-03-2018
Ərdoğandan MÜNBİÇ MESAJI
AK Partiyanın Ərzurum Konqresində çıxış edən Türkiyə rezidenti Ərdoğan Afrinin 4-də 3-də nəzarətin saxlandığı müjdəsini verərək, "İdlibdəki müşahidə məntəqələrini təjkim edəcəyik, sonra Münbiçə yönələcəyik” deyib.
Muxalifet3 - 16-03-2018
Deputatdan evləri sökülənlərlə bağlı – MÜHÜM TƏKLİF
Söküntüsü aparılan evlərin sahiblərinə ödənilən kompensasiyanın miqdarı verilərkən son illər ölkədəki devalvasiya nəzərə alınmalıdır.
Muxalifət.az xəbər verir ki, bu sözləri millət vəkili Elmira Axundova Milli Məclisdə Hökumətin 2017-ci il hesabatı ilə bağlı çıxış edərkən deyib.
Millət vəkili bildirib ki, ötən il bir sıra problemlər həll edilsə də, dövlət tərəfindən söküntüsü aparılan evlərin sahiblərinə hələ də kvadrata görə 1500 manat verilir. Millət vəkilinin bunun hazırkı durumda yetərli olmadığını deyib:Muxalifet2 - 16-03-2018
Böyükağa Hacıyev dəfn olundu - FOTOLAR
Bu gün vəfat edən tanınmış futbol məşqçisi Böyükağa Hacıyevin dəfn mərasimi keçirilib.
Mərhumla vida mərasimi ailə üzvlərinin yaşadığı məhəllədəki xeyir-şər evində təşkil olunub. Vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, “Neftçi” klubunun sabiq prezidenti və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, AFFA Məşqçilər Komitəsinin üzvləri, “Keşlə”nin prezindenti Zaur Axundov, “Neftçi” rəhbərliyi, baş məşqçi Tərlan Əhmədov və futbolçular, eləcə də digər klublarının rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Muxalifet4 - 16-03-2018
BÖHRAN DƏRİNLƏŞİR: Ölüm əmrini şəxsən Putin verib?..
İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücumun əmrini Rusiya Prezidenti Vladimir Putin şəxsən verib.
Muxalifət.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İngiltərə Xarici İşlər naziri Boris Conson deyib.
O bildirib ki, bununla Rusiya Britaniyanı ləkələməyə çalışır.Muxalifet2 - 16-03-2018
Ərdoğan Fətullah Gülənə mesaj verdi: Ordan da qovacaqlar!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda çıxışı zamanı Pensilvaniya əyalətində yaşayan Fətullah Gülənə səslənib.
Muxalifət.az xəbər verir ki, bu haqda “Yeni Akit” yazıb.
“Səni oradan da qovacaqlar”, - Ərdoğan bildirib.Muxalifet4 - 16-03-2018
KRIM GÖZƏLİ: Ukraynanı sevən hər kəs “satqın” olur
Kiyev hakimiyyəti cinayətkar rejimlə razılaşmayan və həqiqəti söyləyən hər kəsi satqın adlandırır.
Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı, Krımın keçmiş prokuroru Natalya Poklonskaya nadejda Savçenko olayına münasibətində deyib.
“Ukraynada həqiqəti deyən, vətənini müdafiə edən, əsl Ukraynanı qoruyan hər kəsi satqın adlandırırlar. Mən Ukraynanı çox sevirəm.Muxalifet2 - 16-03-2018
Türkiyə qırıcıları Bakı səmasında uçacaq
Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Bakı səmasında uçuşlar həyata keçirəcək.
Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, "Türk şahinləri"nin (SOLO Türk) təsdiq olunmuş proqramına əsasən, Türkiyə qırıcıları 27-28 may tarixlərində Bakı səmasında uçacaqlar.
"SOLO Türk"ün qırıcılarının Bakı ilə yanaşı, Qazaxıstan və Polşada da uçuşlar keçirəcəyi nəzərdə tutulur.Muxalifet4 - 16-03-2018
Alimlərin evi – 9 martda bünövrəsi qoyuldu, bu gün SATIŞINA BAŞLANDI
18 bloklu binanın 2 ilə inşa olunacağı gözlənir
Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları üçün nəzərdə tutulan "Alimlər şəhərciyi" yaşayış kompleksində mənzillərin satışına başlanılıb.
AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsininMuxalifet2 - 16-03-2018