Axtarış

The search found 105793 results in 0.083 seconds.

Search results

  1. TSQ Afrində öldürülən TERRORÇU SAYINI AÇIQLADI

    Afrində keçirilən “Zeytun Budağı” Hərəkatı çərçivəsində 3530 terrorçunun öldürüldüyü açıqlanıb. Hərəkat son mərhələyə qədəm qoyub və tezliklə uğurla tamamlanacağı bildirilir.
    Müxalifət.az

    Muxalifet3 - 16-03-2018

  2. ABŞ vahid Fələstinin yerinə ayrı dövlət qurmağa hazırlaşır

    Ərəb ölkələri fələstinliləri satır?
     
    Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Ureykat sensasion iddia ilə çıxış edib.
    Musavat.com xarici mediaya istinadən xəbər verir ki, S.Ureykat ABŞ-ın Qəzza zolağında ayrı bir dövlət qurmağa hazırlaşdığını bildirib.

    Muxalifet2 - 16-03-2018

  3. ABŞ-da daha bir iddia: TRAMP ONU DA QOVACAQ

    ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri H.R. Makmasterın vəzifəsinə son verəcəyi iddia edilib.
     
    ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Vaşinqton Post”un iddiasına görə, ABŞ prezidenti Tramp, təhlükəsizlik üzrə müşaviri H.R. Makmasterı vəzifədən alır. Qəzetin məsələyə yaxın mənbələrə əsaslandırdığı xüsusi xəbərində Trampın Makmasterın istefasını istəmək üçün tələsmədiyi və bunun səbəbinin isə prezidentin, eyni zamanda bir general olan Makmasterı "alçaltmaqdan” çəkinməsi kimi göstərilir.

    Muxalifet3 - 16-03-2018

  4. ​Jurnalistin ölümünə görə BAŞ NAZİR İSTEFA VERDİ – Kütləvi etirazlar Fikonu vəzifədən getməyə vadar etdi

    Slovakiyanın baş naziri Robert Fiko istefa verib.
    Buna səbəb jurnalist Jan Kalinyakın ölümündən sonra ölkədə başlayan kütləvi etiraz aksiyaları olub.
    Hakim partiya təmsilçilərinin, ölkənin önəmli şəxslərinin qarışdığı saxtakarlıq və korrupsiya ilə bağlı araşdırmalar aparan 27 yaşlı Jan Kalinyak və nişanlısı Martina Kusnirova fevralın 26-da silahlı hücum nəticəsində öldürülmüşdü. Bundan sonra kütləvi aksiyalar başlayıb. (Qaynarinfo)

    Muxalifet2 - 16-03-2018

  5. ​68 yaşlı kişi özünü bıçaqladı - BAKIDA İNTİHAR

    Bakıda 68 yaşlı kişi özünü bıçaqla öldürüb.
    Muxalifət.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1950-ci il təvəllüdlü Valeriy Afasanoviç qarın nahiyəsinə bıçaqla xəsarət yetirərək intihar edib.
    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./report/

    Muxalifet2 - 16-03-2018

  6. ​Daha bir bankın rəhbəri barəsindəki CİNAYƏT İŞİ məhkəməyə göndərildi

    Baş Prokurorluq Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ilə əlaqəli şəkildə ləğvetmə prosesində olan bankların korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərinin ifşa edilməsi istiqamətində ardıcıl tədbirlərin icrasını davam etdirir.

    Muxalifet2 - 16-03-2018

  7. ​Əfqanıstan sərhədində 2 ölkə ordusuna HƏYƏCAN VERİLDİ

    Rusiya və Tacikistan hərbçiləri Əfqanıstanla sərhəd ərazidə genişmiqyaslı birgə təlimlər keçirib.
    Muxalifət.az xəbər verir ki, bu barədə “Zvezda” informasiya yayıb.
    Təlimlər Əfqanıstan-Tacikistan sərhədindən 15 kilometr aralıda yerləşən “Harbmaydon” poliqonunda baş tutub. Hərbçilər Suriyadakı döyüş təcrübəsini nəzərə alaraq, qeyri-qanuni silahlı qruplarla mübarizə aparmaq üçün birgə əməliyyat zamanı planlaşdırma, idarəetmə və qarşılıqlı əlaqə üzərində çalışıblar.

    Muxalifet2 - 16-03-2018

  8. BMT-dən dəhşətli SURİYA HESABATI

    BMT-nin Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyasının yeni hesabatında, Əsəd rejiminə bağlı qüvvələrin və müttəfiq milislərin ölkədəki müxalif qadın, qız və kişilərə təcavüz edərək müharibə cinayəti işlədiyi bildirilib.
     
    Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyanın yeni hesabatında Suriyada Əsəd rejiminə bağlı qüvvələrin və müttəfiq milislərin müxalif qrupları cəzalandırmaq üçün qadın, qız və kişilərə təcavüz və cinsi istismar edərək müharibə cinayəti ilə insanlığa qarşı cinayətlər törətdiyi qeyd olunub.

    Muxalifet3 - 16-03-2018

  9. ​Ziya Məmmədovun qardaşı oğlu məhkəməyə - GƏLMƏDİ

    Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə prosesi keçirilib.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sərliyi ilə baş tutan prosesdə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, iş üzrə zərərçəkmiş Elnur Məmmədovun məhkəməyə gəlmədiyi elan edilib.
    Həmçinin ötən prosesdə əlavə şahid qismində çağrılmış “Zaminbank”ın müdiri Nadir İsrafilov da məhkəməyə gəlməyib.

    Muxalifet2 - 16-03-2018

  10. SİNİN “YENİ DÖVR”Ü:Bir əsrdə üç siyasi rejim yaşamış Çinin siyasi gələcəyi - TƏHLİL

    İndi, Çin Xalq Nümayəndələrinin Yığıncağı (XNY) 2,958 səslə prezidentlik müddətinə məhdudiyyəti ləğv etdikdən sonra Si Zinpin 2023-cü ildə iki beşillik müddəti başa çatdırıb, Çini qeyri-müəyyən müddətə idarə edə bilər. Amma Sinin gələcək addımları müşahidəçilər üçün şəffaflaşırmı?

    Muxalifet2 - 16-03-2018

  11. ​Çavuşoğludan jurnalistə SƏRT CAVAB - Astana sammitində GƏRGİNLİK

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı və iranlı həmkarı ilə birlikdə iştirak etdiyi Astana sammitində önəmli açıqlamalar verib.
    Muxalifət.az xəbər verir ki, nazir Şimali Qutada yaşayan mülki əhaliyə zərər vurmamaq üçün birbaşa olaraq terrorçuların hədəf alınmasının önəmli olduğunu vurğulayıb.

    Muxalifet2 - 16-03-2018

  12. Afrində terrorçular QAÇMAĞA BAŞLADI

    Afrində küncə sıxışdırılan PKK/PYD-li terrorçular qaçmağa başlayıb. Terror təşkilatının öz içində daxili hesablaşmanın başladığı, terrorçularla xalq arasında gərginliyin atdığı bildirilir.
     
    PKK-lılar QAÇMAĞA BAŞLADI
     
    Türk Silahlı Qüvvələrinin (TSQ) başlatdığı “Zeytun Budağı” Hərəkatında Afrin şəhər mərkəzinin mühasirəyə alınması ilə birlikdə PKK/PYD Afrindən qaçmağa başlayıb. PKK/PYD içində daxili hesablaşmanın başladığı, terrorçularla xalq arasında gərginliyin artdığı qeyd edilir.

    Muxalifet3 - 16-03-2018

  13. ​Böyükağa Hacıyev VƏFAT ETDİ

     “Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev vəfat edib.
    APA-nın məlumatına görə, ağır xəstəlikdən əziyyət çəkən mütəxəssis bu gün dünyasını dəyişib.
    Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan Hacıyevın durumu get-gedə pisləşirdi. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssis daha sonra “Medical Plaza”ya köçürülmüşdü.
    Ürəyinin fəaliyyəti getdikcə zəifləyən və beynində şiş olan Böyükağa Hacıyev bu gün vəfat edib.

    Muxalifet2 - 16-03-2018

  14. ​Diktatorla görüş hansı ölkədə olacaq - MARAQLI

    ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında görüşün may ayında İsveçdə keçirilməsi gözlənilir.
    Muxalifət.az xarici mediaya istinadla xəbər verir ki, bu məqsədlə Şimali Koreya Xarici İşlər naziri Ri Yonq-ho İsveçə rəsmi səfərə gəlib.
    Onun isveçlı həmkarı Marqot Valstromla görüşü gözlənilir. Görüş zamanı Tramp-Kim Çen görüşü ilə bağlı müzakirələr aparılacaq.

    Muxalifet2 - 16-03-2018

  15. ​Türkiyədən Şimali Koreyaya AĞIR ZƏRBƏ - Kimi dəli edəcək QƏRAR

    Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Şimali Koreyaya tətbiq edəcəyi sanksiyalarla bağlı qərarı Türkiyənin rəsmi qəzetində yayımlanıb.
    Muxalifət.az xəbər verir ki, qərar Şimali Koreyaya əmtəə satışının və bu ölkədən əmtəənin alınmasının qadağasını ehtiva edir. Qərarda, həmçinin Türkiyədə yaşayan Şimali Koreyanın 39 vətəndaşının əmlaklarının dondurulması və səyahət qadağası qoyulması qeyd edilib.

    Muxalifet2 - 16-03-2018

  16. Nazir cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində - FOTO/VİDEO

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.
    Muxalifət.az xəbər verir ki, uçuş və texniki heyətlə görüşən Müdafiə naziri ordu aviasiyasının döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv tətbiqi vəziyyətini yoxlayıb.
    General-polkovnik Z.Həsənov hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.

    Muxalifet2 - 16-03-2018

  17. ​3 ölkə Suriya ilə bağlı ortaq QƏRAR VERDİ

    Qazaxıstanın paytaxtı Astanada bir araya gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov, onun türkiyəli və iranlı həmkarları Mövlud Çavuşoğlu və Məhəmməd Zəriflə birgə ortaq hesabat yayımlayıb.
    Muxalifət.az xəbər verir ki, hesabatda Suriyada Astana müddəti çərçivəsində təşkil edilən “gərginliyi azaltma bölgələri” tətbiqinin davam edilməsinə qərar verilib.
    Açıqlamada “üç ölkə dörd gərginliyi azaltma bölgəsi haqqında razılaşmanın tətbiqinə davam edilməsi qərarını verdi” ifadələri işlədilib.

    Muxalifet2 - 16-03-2018

  18. ​Metroda bunu edənlər 50 MANAT CƏRİMƏLƏNİR

    Vaqonların qapılarını tutub saxlayaraq metronun ləngiməsinə səbəb olanlar cərimələnir.
    Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hər gün metroda bəzən sıxlıq, bəzənsə adi səbəblərə görə vaqon qapılarını saxlayıb, qapıların bağlanmasına maneə törədilməsi ilə bağlı danışarkən deyib.
    N.Paşayev bildirib ki, metronun öz daxili qaydaları və xüsusi qadağaları var. Ancaq qadağalara əməl etməyən şəxsləri cərimələmək onların səlahiyyətində deyil. Bu işi Metropolitendə çalışan polis əməkdaşları həyata keçiri:

    Muxalifet2 - 16-03-2018

  19. ​LAVROV: “Biz də Britaniyalı diplomatları qovacağıq”

    Rusiya Böyük Britaniyanın fəaliyyətinə qarşı cavab tədbirləri görəcək.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib:
    “Əlbəttə, cavab tədbirləri olacaq. Britaniyalı diplomatları Rusiyadan qovacağıq”.
    Lavrov Böyük Britaniyanın Müdafiə naziri Hevin Uilyamsın sözlərinə də münasibət bildirib:
    “Biz artıq uzun müddətdir ki bu cür çıxışlara cavab vermirik. O, yəqin tarixə düşmək istəyir. Güman edirəm ki, bu ifadələri işlətdiyi üçün çox savadsızdır”.

    Muxalifet2 - 16-03-2018

  20. QƏNDİLİN DƏHŞƏTLİ PLANI AŞKARA ÇIXDI - NOVRUZDA...

    Xainlərin axırıncı planı Novruz bayramı günlərində küçələrdə qarışıqlıq salmaq imiş
    Muxalifət.az xəbər verir ki, Türkiyənin Afrində küncə sıxışdırdığı terrorçular son çarə olaraq təxribatlara əl atmaq qərarına gəliblər. HDP-dən sonra Qəndildən də Novruz günlərində küçələri yandırıb-yıxmaq çağırışı gəlib.

    Muxalifet2 - 16-03-2018

Pages