Axtarış

The search found 105793 results in 0.053 seconds.

Search results

  1. Rusiyanın qəddar intiqamı:Kremlin gözündən düşən hər kəs cəzalandırılacaq - TƏHLİL

    Böyük Britaniya KİV-lərində hazırda ən məşhur olan fərziyyə sabiq kəşfiyyat polkovniki Sergey Skripal və qızı Yuliyanı məhz rus casuslarının zəhərləməsidir. Bu, heç kim üçün təəccüblü deyil. Rus kəşfiyyatının xainlərdən qisas alması, 2006-cı ildə polonium ilə zəhərlənmiş Aleksandr Litvinenkonun başına gələnlərdən sonra geniş məlumdur.
    Skripalın ölümü bu praktikanın bir hissəsidirsə, Rusiyanın yazılı olmayan casus oyun qaydalarını pozmasında iki şey diqqəti çəkir: birincisi, Skripal məhkum olunmuş və Böyük Britaniyaya satılmışdı; ikincisi, o, qızı ilə birlikdə hədəfə alınmışdı.

    Muxalifet2 - 15-03-2018

  2. ​Britaniya rus qazından da İMTİNA EDİR

    London “Qazprom”un qazına alternativ axtarmağa başlayıb.
    Axar.az xəbər verir ki, bunu Britaniya Baş naziri Tereza Mey deyib.
     “Rusiya öz enerji resurslarından müxtəlif ölkələrə təsir vasitəsi kimi istifadə edir. Biz Skripal insidentindən sonra Rusiyanın təsirini azaldacağıq. Britaniya sıxılmış qaz almaq imkanlarını öyrənir və çalışır ki, rus yanacağından asılılığını azaltsın”, – deyə o bildirib.

    Muxalifet2 - 15-03-2018

  3. ​Bankdan Çingiz Cəlilovun sorğusuna cavab veriləcək - QƏRAR

    Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov və Bank Standart İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə Çingiz Cəlilovun vəkili Janna Bağırova vəsatətlə çıxış edib.
    Vəkil “Bank Standart"ın əməkdaşı olmuş Leyla Abbasovanın ifadəsinin cinayət işindəki sübutlar siyahısından çıxarılmasını istəyib. Hakim bu vəsatətə hökm qəbul edilən zaman münasibət bildiriləcəyini açıqlayıb.

    Muxalifet2 - 15-03-2018

  4. ​Fransa da Rusiyaya qarşı hərəkətə keçdi - MAKRONDAN XƏBƏRDARLIQ

    Fransa Prezidenti Emmanuel Makron Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə əlaqədar yaxın günlərdə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görəcəklərini elan edəcək.
    Muxalifət.az “Report”a istinadən xəbər verir ki, məlumatı “Reuters” agentliyi yayıb.

    Muxalifet2 - 15-03-2018

  5. ​Trampdan Çinə 100 milyardlıq zərbə - PLANI

    ABŞ Prezidenti Donald Tramp ölkəsinin Çinlə olan ticarət həcmini 100 milyard dollar endirəcəyini bildirib.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Ağ Evdən olan mənbə məlumat verib.
    Mənbə bildirib ki, Trampın Tvitter hesabında paylaşdığı məlumatda yanlışlıq var:

    Muxalifet2 - 15-03-2018

  6. ​Rus biznesmenlərinin London banklarındakı hesabları yoxlanır – BRİTANİYADAN GÖZLƏNİLMƏZ ADDIM

    Britaniyanın xarici işlər naziri Boris Conson deyib ki, ölkəsinin hüquq-mühafizə orqanları Britaniyada aktivləri olan varlı rusiyalılarla bağlı təhqiqat aparır.
    Onun sözlərinə görə, sərvətini prezident Vladimir Putinlə əlaqələr hesabına yığmış şəxslər ədalət mühakiməsinə verilə bilər. Martın 15-də danışan Conson ölkəsinin bir gün öncə Rusiyayla bağlı açıqladığı addımları müdafiə edib.

    Muxalifet2 - 15-03-2018

  7. ​EKS-BAŞ NAZİR BAKIDA: ABŞ-ı ayaqda saxlayan nədir?

    Analitiklər ABŞ-ın son 30 il ərzində müharibələrə sərf etdiyi pulları fəlakət kimi qiymətləndirirlər. Bəs ABŞ-ı ayaqda saxlayan nədir? Bu, yumşaq gücdür.
    Bu sözləri Qırğızıstanın sabiq baş naziri Coomart Otorbayev Altıncı Qlobal Bakı forumunda panel müzakirələrində çıxışı zamanı deyib. O bildirib ki, XXI əsrdə lider ölkəyə çevrilməyin şərti yumşaq gücdür, ABŞ bu gücdən məharətlə istifadə edir.

    Muxalifet2 - 15-03-2018

  8. ​Kiyevdə ticarət mərkəzi təxliyə olundu - BOMBA HƏYƏCANI

    Ukraynanın paytaxtı Kiyevdə ticarət mərkəzlərindən birində təxliyə başlayıb.
    Buna səbəb polisə ticarət mərkəzinə partlayıcı qurğu qoyulması barədə məlumatın daxil olması olub.
    Hazırda ticarət mərkəzinin polis və əməliyyat-operativ qrup əməkdaşları tərəfindən mühasirəyə alınaraq nəzarətə götürüldüyü bildirilir.
    Bina yoxlanılır. (trend)

    Muxalifet2 - 15-03-2018

  9. ​Bu ölkədə göydən yerə qızıl yağdı

    Bu gün Rusiyanın Yakutsk rayonunda An-12 markalı təyyarədən yerə qızıl tökülüb. İstintaq komitəsi bu məsələ ilə bağlı araşdırmalara başlayıb.
    İstintaq komitəsindən bildiriblər ki, Yakutsk – Krasnoyarsk – “Kupol” mədəni reysi ilə uçan, “Nimbus” aviaşirkətinə məxsus An-12 təyyarəsi yuxarıya qalxarkən yükün sürüşməsi üzündən təyyarənin yük yerində zədələnmə əmələ gəlib və həmin zədələnən yerdən qızıllar yağıb.

    Muxalifet - 15-03-2018

  10. ​Azərbaycan rus hərbçilərinə hücum edən şəxsi Rusiyaya təhvil verdi

    Azərbaycan 2000-cı illərin əvvəllərində Çeçenistanda Rusiya hərbçilərinə hücum edən şəxsi Rusiyaya təhvil verdi.
    Bu barədə "İnterfaks" xəbər verir.
    Məlumatda deyilir ki, bu gün Azərbaycan Rusiya Baş Prokurorluğunun sorğusu əsasında RF Cinayət Məcəlləsinin 209.2 maddəsi ilə ittiham olunan Səyd-Husin Leçiyeviç Takayevi ekstradisiya edib.

    Muxalifet - 15-03-2018

  11. ​Savçenko komitədən çıxarıldı – HƏBSİNƏ HAZIRLIQ GEDİR

    Ukrayna Radası Nadejda Savçenkonu Müdafiə Komitəsindən uzaqlaşdırıb.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, buna səbəb Savçenkonun Radada terakt hazırlamaq istəməsi ilə bağlı ittihamlar olub. Savçenkonun komitədən uzaqlaşdırılmasını 269 deputat dəstəkləyib.
    Deputat Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin də tərkibindən çıxarılıb.
    Qeyd edək ki, Ukrayna Baş prokuroru Yuri Lutsenko Savçenkonun Radada terakt həyata keçirməklə bağlı danılmaz faktlara sahib olduğunu bildirib. O, Savçenkonun deputat toxunulmazlığının ləğv edilməsini istəyib.

    Muxalifet - 15-03-2018

  12. Optik internet, rəqəmsal TV və mobil rabitə xidmətləri bir “Qutu”-da

    “Nar” istifadəçilərin xərcləri və vaxtına qənaət etmək imkanı verən “Qutu” təklifini yenilədi. “Qutu” özündə ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edən, mobil internet xidmətlərini birləşdirən unikal təklifdir.

    Muxalifet - 15-03-2018

  13. ​“Rusiya kənara çəkilib səsini kəssin” - Böyük Britaniyanın Müdafiə naziri Kremli hədələdi

    London Moskvanın diplomatların göndərilməsinə reaksiyasını gözləyir.
    Bu sözləri Böyük Britaniyanın Müdafiə naziri Gevin Uilyamson deyib.
    “Rusiyanın qərarımıza necə cavab verəcəyini gördükdən sonra nə edəcəyimizə baxacağıq. Rusiyanın Solsberidə etdiyi həddən artıq qəddar və çirkin bir akt idi. Biz ona cavab verdik. Açıq desək, Rusiya kənara çəkilməli və səsini kəsməlidir”, - nazir bildirib.
    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə nazirin bu çıxışının Londonun gizlətməli nəyisə olduğundan xəbər verdiyini bildirib.

    Muxalifet - 15-03-2018

  14. ​Putin 12 yaşlı uşağın qeyri-adi arzusunu yerinə yetirdi - VİDEO

    Rusiyanın Yaroslav vilayətindən məktəbli ölkə başçısından qeyri-adi hədiyyə istəyib. Lent.az-ın vesti.ru-ya istinadən məlumatına görə, 12 yaşlı İlya Medvedyev Vladimir Putinə məktub yazaraq xahiş edib ki, prezident ona it hədiyyə etsin.
    İlyanın bu məktubu cavabsız qalmayıb. Putin oğlana İsveç cinsindən ağ ovçarka göndərib.
    İti İlyaya şəhər meri Vladimir Slepçov çatdırıb.
    3 yaşından itinin olmasını arzulayan oğlan sevincini belə ifadə edib: “Mən inanmırdım ki, arzum gerçəkləşəcək. Məhz bu cins itdən istəyirdim. Artıq bizim ailənin yeni üzvü var”.

    Muxalifet - 15-03-2018

  15. Avropa Parlamentinin qalmaqal Afrin çağırışına Türkiyədən SƏRT TƏPKİ

    Avropa Parlamentinin (AP) Afrin ilə bağlı çağırışına təpki göstərən Avropa İttifaqı üzrə azir Ömər Çelik, “perspektivsiz və cahilanə bir qərara imza atdılar" deyib.
     
    Avropa Parlamentinin Türkiyəyə Afrindəki əsgərlərini çəkməsi üçün etdiyi qalmaqal çağırışa Türkiyənin reaksiyası çox sərt oldu.
     
    ƏN PERSPEKTİVSİZ QƏRARDIR
     

    Muxalifet3 - 15-03-2018

  16. Afrində daha 15 KƏND TERRORÇULARDAN GERİ ALINDI

    “Zeytun Budağı” Hərəkatında Afrinin ətrafındakı kəndlər bir-bir təmizlənməyə davam edir. TSQ və ASO, bu gün 15 kənd və bir strateji yüksəkliyi terrorçulardan təmizləyib.
     
    Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) hərəkatın 55-ci günündə Afrinin Kafer Çil, Birka, Alicaro və Hamoraco kəndlərini terrorçulardan təmizləyib.

    Muxalifet3 - 15-03-2018

  17. ABŞ-dan Rusiyaya yeni SANKSİYA QƏRARI

    ABŞ-ın Maliyyə Nazirliyi, Rusiyaya qarşı yeni sanksiya qərarlarını bildirib. ABŞ, çox sayda Rus vətəndaşlarına və quruma sanksiya qərarı verib. “Reuters” xəbər agentliyi, ABŞ-ın elan etdiyi sanksiyaların Rusiya Federal Təhlükəsizlik Dairəsini də hədəf aldığını bildirib.
    Rusiyaya qarşı yeni sanksiyaların kiber cinayətlərlə bağlantılı olduğu ifadə edilib.
    Müxalifət.az

    Muxalifet3 - 15-03-2018

  18. ​AP savadsız qərar qəbul etdi - Nazir

    Avropa Parlamentində Afrində aparılan “Zeytun budağı” əməliyyatının dayandırılması ilə bağlı qəbul edilən qanun layihəsi əsassız və savadsız qərardır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Avropa Birliyi (AB) işləri üzrə naziri və baş müşaviri Ömər Çelik deyib.
    “Bu, AP kimi mötəbər qurumun Suriyada baş verənlərdən nə qədər xəbərsiz olduğunu göstərdi”, - deyə nazir bildirib.
    Çelik onu da əlavə edib ki, qurum bu addımla Suriyada yeni münaqişənin yaranmasına şərait yaradır.

    Muxalifet3 - 15-03-2018

  19. ​Səfir Sekuta vəzifəsindən gedir

    "Səfir Robert F. Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra, Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə, daha sonra isə diplomatik xidmətini başa vurub təqaüdə çıxmağa qərar verib".
     Bu barədə  ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
    "Səfir qeyd edir ki, onun ölkəmizdə vəzifəsini icra etdiyi müddətdə Birləşmiş Ştatlar və Azərbaycan arasında əlaqələr irəliləyib, inkişaf edib. O və ailəsi ölkəmizi, xalqımızı yaxından tanımağı və Azərbaycanda keçirdikləri vaxtlarını çox yüksək dəyərləndirir.
     

    Muxalifet3 - 15-03-2018

  20. ​NATO Moskvaya qarşı sərt ittiham irəli sürdü

    Rusiya yeni nüvə silahları, kiberhücumlar və məxfi əməliyyatlar, o cümlədən Britaniyada keçmiş casusun zəhərlənməsi ilə, Qərb ölkələrində qeyri-sabitlik yaratmağa çalışır.
    Muxalifet.az Reuters”ə istinadən xəbər verir ki, belə bir bəyanatla NATO baş katibi Yens Stoltenberq çıxış edib.
    Stoltenberq jurnalistlərə verdiyi açıqlamada,  Serqey Skripal və qızının sinir-paralitik maddə ilə zəhərlənməsinin Rusiyanın uzun illər müşahidə olunan məsuliyyətsiz davranışları fonunda baş verdiyini söyləyib.

    Muxalifet3 - 15-03-2018

Pages