Axtarış
The search found 105793 results in 0.125 seconds.
Search results
Daha bir ölkə Rusiyaya qarşı çıxdı – CASUS QALMAQALI
Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə Kanadanın Baş naziri Castin Tryudo arasında telefon danışığı olub.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, telefon danışığı zamanı İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücum müzakirə edilib.
Tərəflər bu məsələdə Rusiyanın məsuliyyətə cəlb olunmasının vacibliyi ilə bağlı birgə bəyanat yayıblar.
Mey kanadalı həmkarına dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, Tereza Mey dünən Britaniyanın Rusiya ilə ikitərəfli əlaqələri kəsdiyini bildirib:Muxalifet2 - 15-03-2018
Bayıl yamacında SON DURUM: “...Adamı vahimə basır”
Sakin: “Camaat 2 aya gedib kosmosdan nümunə gətirib rəy verir, Bayılda isə...”
Bayıl yamacında sürüşmə sahəsində aktivlik müşahidə olunmasa da təhlükə hələ də qalmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin məlumatına görə, son günlər yağıntılara baxmayaraq Bayıl yamacında vəziyyət sabitdir.Muxalifet2 - 15-03-2018
Afrində Amerikalı TERRORÇU ÖLDÜRÜLDÜ
Afrindəki PYD/YPG-li terrorçuların zərərsizləşdirilməsi davam edir. Son olaraq YPG cərgələrində döyüşən keçmiş ABŞ əsgəri olan terrorçu öldürülüb.
Terror təşkilatı YPG-yə qoşulan və əksəriyyəti ABŞ vətəndaşı olan əcnəbi əsilli terrorçularla bağlı xəbərlər mediada tez-tez yer alır.
AFRİNDƏ ÖLDÜRÜLÜB
Onlardan biri olan ABŞ vətəndaşı Jake Klipsch, TSQ və ASO-nun Afrində öldürdüyü terrorçuların arasına qatılıb.
KEÇMİŞ ABŞ ƏSGƏRİ
Muxalifet3 - 15-03-2018
Millinin heyəti açıqlandı - DƏYİŞİKLİK
15-24 mart tarixlərində Bakıda, martın 25-dən 28-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq milli komandamızın heyəti açıqlanıb.
Yığmamızın baş məşqçisi Qurban Qurbanov 24 futbolçuya dəvət göndərib.
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Rəşad Əzizli, Səlahət Ağayev (hər ikisi “Neftçi”)
Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə (hər ikisi “Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Ürfan Abbasov (“Qəbələ”), Tural Axundov (“Sumqayıt”), Rahil Məmmədov (“Səbail”), Şəhriyar Rəhimov (“Kəpəz”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);Muxalifet2 - 15-03-2018
Netanyahudan Pompeo AÇIQLAMASI
Əminəm ki, ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo ilə işləyə biləcəyik.
Muxalifət.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu söyləyib.
“Pompeo ilə görüşüm zamanı mən onun imkanları və təcrübəsinə heyran qalmışdım. “minəm ki, biz onunla yaxşı işləyəcəyik” – deyə o bildirib.
Muxalifet2 - 15-03-2018
Afrindəki Əsəd BAYRAQLARI ENDİRİLDİ: ANLAŞMADILAR
Türk əsgərinin qətiyyətli addımları qarşısında terror təşkilatı PKK/YPG, terroru dəstəkləyən ölkələri köməyə çağırdı. Çarəsiz qalan terrorçular, ən son çarə olaraq gördükləri Əsəd rejimindən də gözlədiyi dəstəyi ala bilmədi. Əsəd rejimi, Afrindəki bayraqlarını endirdi.
Terror təşkilatı YPG-nin Amerikanın dəstəyi ilə Suriyanın şimalında həyata keçirdiyi çirkli planlar, Türk Silahlı Qüvvələrinin keçirdiyi “Zeytun Budağı” Hərəkatı ilə pozuldu.Muxalifet3 - 15-03-2018
TSQ-dən son Afrin açıqlaması: ÖLDÜRÜLƏN TERRORÇU SAYI ARTDI
Türk Silahlı Qüvvələri, Afrinə qarşı “Zeytun Budağı” Hərəkatının başlanğıcından bu yana 3524 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Müxalifət.azMuxalifet3 - 15-03-2018
Kremlədən müttəfiqinə TƏRS SİLLƏ - düşmən öz paytaxtında PƏRT EDİLDİ
Rusiyanın yüksək çinli rəsmisi İrəvanda öz ölkəsinin Azərbaycana silah satışına bəraət verdi: “Biz Bakı ilə silah müqavilələrinin şərtlərinə əməl etməyə borcluyuq...”
Muxalifet2 - 15-03-2018
Bu bazar 36 min şagird İMTAHAN VERƏCƏK
Martın 18-də respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
DİM-dən verilən məlumata görə, həmin gün ümumilikdə 36613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 11-dən etibarən çap edib götürə bilirlər.İmtahan saat 11:00-da başlanır.Muxalifet2 - 15-03-2018
AST Telmanın məşhur otelinə MÜŞTƏRİ TAPILDI
"Riksos Qrup" azərbaycanlı iş adamı Telman İsmayılovun Türkiyədəki oteli “Mardan Palas”ı almağı planlaşdırır.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Nyusturk.ru” saytı yayıb.
“Mardan Palas”ın alınması ilə bağlı iddianı “Riksos Qrup”dan da təsdiqləyiblər. Türkiyə mətbuatına açıqlama verən şirkətin rəhbəri Fəttah Taminca hələlik danışıqların getdiyini bildirib.
Qeyd edək ki, “Mardan Palas” bundan öncə borcları ucbatından qapadılıb və “Xalq Bank”a verilib.Muxalifet2 - 15-03-2018
Afrindəki terrorçular da QAÇMAĞA BAŞLADI
TSQ-nin Afrinin ətrafını mühasirəyə alması və əhalinin bölgədən ayrılması üçün dəhliz açılmasını fürsət bilən YPG-li terrorçular da mülki əhaliyə qarışaraq qaçmağa başlayıb. Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) güclərinin 20 yanvarda başladığı “Zeytun Budağı” Hərəkatının 54-cü günündə, PKK/ PYD-li terrorçuların bütün müqaviməti qırıldı.
Muxalifet3 - 15-03-2018
Tillersonun istefaya göndərilməsi kimlərə mesajdır? –Tramp və ona müxalif üç general - TƏHLİL
Alber Kamyunun bir sözü varı: "İnsan ölməzdən əvvəl islah olunur". Dövlət katibi Reks Tillerson bu cür istefaya göndərildi. O, Afrika səfərində olarkən, prezident Donald Tramp “tweet” atdı. Amma Tillersonun istefaya göndəriləcəyi barədə Ağ Evdən sızmalar çoxdan var idi.
Əminliklə demək olar ki, ABŞ tarixində heç bir dövlət katibi Tillerson qədər təhqir olunmayıb.
"Tillersonizm" haqqında danışmaq və ya 69-cu dövlət katibinin əldə etdiyi uğurları sadalamaq mümkün deyil. Onun irsi – prezidentin qeyri-ənənəvi mövqelərindən ibarətdir.Muxalifet2 - 15-03-2018
İRAN QARIŞDI: Qadınlar hicablara od vurdu
İranda hicaba qarşı aksiyalar güclənib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ölkənin bir çox şəhərlərində küçələrə axışan qadınlar hiclablarına od vurublar.
Onlar hicabı məcbur edən qanunun ləğv edilməsini tələb ediblər.
Çox sayda etirazçının polis tərəfindən saxlanıldığı bildirilib.Muxalifet2 - 15-03-2018
BDU professoru qulluqçusunu HƏBSƏ ATDIRA BİLMƏDİ
Oğurluqda təqsirləndirilən Mehriban Quliyevanın apelyasiya şikayəti üzrə məhkəmə baş çatıb.
Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Mehriban Quliyevanın həbs edilməsi barədə zərərçəkmiş Aida İbrahimovanın verdiyi apelyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehriban Quliyeva 4 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet2 - 15-03-2018
Bakıda 61 yaşlı kişi ÖZÜNÜ ÖLDÜRDÜ
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1957-ci il təvəllüdlü Pircan Nurməmməd oğlu Həsənov sirkə turşusu içərək intihar edib. Ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan P. Həsənovu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.Muxalifet2 - 15-03-2018
Vaşinqtonda “müharibə kabineti” qurulur – Trampın ŞOK PLANI
ABŞ prezidenti Donald Tramp bütün dünyaya meydan oxuyan “müharibə sənədləri”nə paralel olaraq bir “müharibə kabineti” qurur.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, İsrail tərəfdarı olan Maykl Pompeonu Tillersonun əvəzinə dövlət katibi postuna gətirən Tramp neoconların “şahin”i adlandırılan Con Boltona milli təhlükəsizlik üzrə məsləhətçi vəzifəsi verəcək.Muxalifet2 - 15-03-2018
Türk qırıcıları İraqı bombaladı: PKK-ya ŞOK
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Şimali İraqda anti-terror əməliyyatı keçirib.
Muxalifət.az xarici mediaya istinadla xəbər verir ki, əməliyyat zamanı Hakurk və Zap bölgələrində PKK terror təşkilatına məxsus 8 hədəf məhv edilib.
Hücum zamanı xeyli terrorçu zərərsizləşdirilib.Muxalifet2 - 15-03-2018
Hacı İbrahim Nehrəmlidən sərt reaksiya: “İT HÜRƏR KARVAN KEÇƏR”
Məşhur iş adamı Hacı İbrahim Nehrəmli Nərimanov rayonunda keçmiş erməni qəbirstanlığında tikdirdiyi ticarət mərkəzindəki işləri başa çatdıra bilməyib.
Muxalifet2 - 15-03-2018
"Bundan sonra İrana qarşı daha sərt mövqe sərgilənəcək" – NATİQ MİRİ
"Tramp Rusiya ilə əməkdaşlıqda maraqlıdır, lakin Pentaqonda və Konqresdə bunu istəməyən çox ciddi qüvvələr var"
ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonla yollarını ayırmağı qərarlaşdırıb. Belə ki, bu barədə öz Twitter səhifəsində yazan Tramp Tillersonu vəzifədən uzaqlaşdıracağını və yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Mayk Pompeonu təyin edəcəyini bildirib. ABŞ prezidenti bunun səbəbini açıqlayarkən Tillersonla İran məsələsində razılığa gələ bilmədiyini qeyd edib.Muxalifet - 15-03-2018
ABŞ səfiri Azərbaycanı TƏRK EDİR
ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycanda diplomatik missiyasını başa vurur.
Hurriyyet.org xəbər verir ki, bunu “İnterfax Azərbaycan” saytına səfir özü deyib.
“Bəli, mən, həqiqətən, Azərbaycanda diplomatik missiyamı başa vururam”, - R.Sekuta bildirib.
Sekuta deyib ki, Azərbaycanı martın sonunda tərk edəcək. O, həmçinin əlavə edib ki, ABŞ-ın Azərbaycandakı yeni səfirinin kimi olacağını bilmir.
Xatırladaq ki, R.Sekuta 2014-cü ilin dekabr ayından ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışır.Muxalifet2 - 15-03-2018