Axtarış
The search found 105793 results in 0.139 seconds.
Search results
Mingəçevirdə restoran işçisi damarları kəsilmiş vəziyyətdə tapıldı
Mingəçevir şəhərində restoran işçisi arterial damarı kəsilmiş vəziyyətdə tapılıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında “Qədiroğlu” restoranında qeydə alınıb.
Təqribən, 20-25 yaşlarında olan şəxs ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, onun bud nahiyəsindən yaralandığı ərazidə şüşə qırıqları və qan izləri olub.
Muxalifet3 - 14-03-2018
"Beşiktaş" "Bavariya"nın qapısına yol tapdı - Yenilənir
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulur.
Muxalifet.az xəbər verir ki, Türkiyə təmsilçisi "Beşiktaş" "Bavariya"nı qəbul edir. Bu oyun daha çox formal xarakter daşıyır. Çünki İstanbul klubunun ilk matçda qeydə alınan 0:5 hesablı yenilginin əvəzinin çıxması inandırıcı görünmür.
Günün digər görüşündə "Barselona" "Çelsi"ni sınağa çəkəcək.
Alkantra matçın 18-ci dəqiqəsində "Bavariya"nı hesabda irəli çıxardı: 1-0.
Gökhan Gönül ikinci hissənin əvvəlində avtoqol müəllifi oldu: 2-0.Muxalifet3 - 14-03-2018
ABŞ-da Bako Saakyana qarşı etiraz aksiyası keçirildi - Foto
Xəbər verildiyi kimi, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi təqdim edən Bako Saakyan ABŞ-ın paytaxtı Vaşinqtona səfər edib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın Ermənistan və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı martın 14-də ABŞ Konqresinin Kannon binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirilib.
Muxalifet3 - 14-03-2018
İntellektual bacarıqların 80 faizi irsi yolla keçir
Edinburq universitetindən olan bir qrup tədqiqatçı iri miqyaslı araşdırma apararaq, dünyada yaşayan 240 mindən çox insanın DNT müxtəlifliklərini müqayisə edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Herald” jurnalında məqalə dərc olunub.
Araşdırma nəticəsində alimlər zəka ilə əlaqəli 500 geni müəyyən edib.Muxalifet3 - 14-03-2018
Sabirabadda ata və oğul döyülüb
Sabirabad rayonunda döyülmə hadisəsi baş verib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.
Həmin kəndin sakinləri - 1972-ci il təvəllüdlü Qəniyev Adəm Xanbala oğlu və onun 1993-cü il təvəllüdlü oğlu Nəsimi Qəniyev tanıdığı şəxslər tərəfindən bellə döyülərək ağır xəsarət alıblar. Yaralılar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Muxalifet3 - 14-03-2018
Hamaya hava hücumları: 4 ölü, 5 yaralı var
Bəşər Əsəd rejiminin Suriyanın Hama vilayətinin Madik Qalası kəndində həyata keçirdikləri hava hücumu zamanı 2-si uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Hama Mülki Müdafiə Birliyinin rəhbəri Əmmar Sellüm açıqlama verib.
Qeyd edək ki, son 4 gündə İdlib və Hama bölgələrinə edilən hava hucumları zamanı 17 nəfər ölüb, 45 nəfər yaralanıb.
Muxalifet3 - 14-03-2018
"Sumqayıt" "Kəpəz"i yendi — 3-cü pilləyə yüksəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun son oyunu keçirilib.
Muxalifet.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Kəpəz"i qəbul edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 44-cü dəqiqədə qonaq komandadan İqor Korotetski açıb. Meydan sahibləri bərabərlik qolunu 72-ci dəqiqədə vurmağa müvəffəq olub. Müdafiəçi Bəhlul Mustafazadə fərqlənib. Qələbə topunun müəllifi isə 89-cu dəqiqədə Cavid İmamverdiyev olub.Muxalifet3 - 14-03-2018
Neftimizin son qiyməti
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 13-də 65,85 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,2 dollar/barel azdır.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 13-də 65,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel azdır.Muxalifet3 - 14-03-2018
Meyin Rusiyaya zərbə hədəsi: Putin müharibə elan edə bilər
Britaniya hökuməti 2 şəxsin zəhərlənməsinə görə Rusiyaya qarşı son 30 ildə görünməyən diplomatik həmlə həyata keçirir. Artıq BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması haqda qərar verilib və axşam saatlarında gərgin müzakirələr olacaq. Digər tərəfdən, Baş nazir Tereza Mey qəfil zərbə vura biləcəklərini ifadə edib və açıq-aşkar Kremli hədələyib. Belə görünür ki, Qərb Putinin yeni prezidentliyinə qarşı real siyasi-iqtisadi sanksiyaları bir qədər də genişləndirib açıq hərbi toqquşmalara getməyə hazırlaşır.
Muxalifet3 - 14-03-2018
Türk əsgəri Afrin TƏPƏLƏRİNƏ YERLƏŞDİ
“Zeytun Budağı” Hərəkatında 54 gün geridə qalarkən, Afrinin qapısına dayanan Türk əsgəri və ASO gücləri, şəhərin görünən təpələrinə yerləşdi, lülələr Afrinə çevrildi.
Muxalifet3 - 15-03-2018
Trampın planı nədir? MÜHARİNƏ KOMANDASI QURUR
ABŞ prezidenti Tramp, bütün dünyaya meydan oxuyan "müharibə sənədlərinə” paralel bir “müharibə kabineti” qurur. Tillersonın yerinə İsrail tərəfdarı Mayk Pompeonu Xarici İşlər Nazirliyinə gətirən Tramp, Neoconların şahin adı verdiyi Con Boltonu da yeni milli təhlükəsizlik müşaviri edəcək.
Muxalifet3 - 15-03-2018
ABŞ qırıcısı qəzaya uğradı: pilotlar öldü
ABŞ-a məxsus F/A-18 qırıcı-bombardmançısı Florida ştatı yaxınlığında qəzaya uğrayıb.
Muxalifət.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri təyyarənin Ki-Uest rayonu ərazisində qəzaya düşdüyünü açıqlayıb.
Ekipaj katapult edib. Pilotların xilas edilməsi üçün axtarışlara başlanılıb.
***
ABŞ Hərbi Dəniz Qüvvələri hər iki pilotun öldüyü barədə açıqlama yayıb.Muxalifet4 - 15-03-2018
Ərdoğan "Zeytun budağı"nın əsl SİRRİNİ açdı: "Tillersona dedim, amma..."
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsindəki terrorçulara qarşı birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatında 54 gün geridə qalıb.
Muxalifət.az xəbər verir ki, TSQ və ASO şəhərin göründüyü təpələrdə hərbi bazalar qurub.
Şəhərin mühasirəsi getdikcə daralmaqdadır. Mühasirədəki bütün zirehli tankların və silahların üzü Afrinə tərəf yerləşdirilib. Afrin və ətrafındakı ərazilərdə yaşayan dinc sakinlərin təhlükəsiz şəkildə şəhəri tərk etməsi prosesi davam edir.Muxalifet2 - 15-03-2018
Azərbaycanda insan orqanı alverçisi həbs edildi - ŞOK ƏMƏLİYYAT
İnsan orqanlarının alqı-satqı obyekti olmaması barədə Azərbaycan Respublikası qanunlarının tələblərinə zidd olaraq ölkə ərazisində orqan alveri ilə məşğul olan, Azərbaycan vətəndaşlarını asılı vəziyyətə salıb qanunsuz tələblər irəli sürən, insanları orqanlarının transplantasiyasına vadar edən transmilli şəbəkənin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət işi başlanılaraq araşdırmalar aparılır.
Muxalifet4 - 15-03-2018
Britaniya Rusiyanın TƏKLİFİNİ BLOKLADI
Britaniya Skripalın zəhərlənməsi ilə bağlı Rusiyanın BMT Təhlükəsizlik Şurasına təklif etdiyi layihəni bloklayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəliyinin təmsilçisi Fyodor Strjijovski danışıb.
Onun sözlərinə görə, Britaniya nümayəndə heyətinin təklif etdiyi dəyişikliklər BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı birliyini qorumaq üçün nəzərdə tutulan sənədin mənasını təhrif edib.Muxalifet2 - 15-03-2018
Bakıda avtoritet Baləhmədi öldürənlə bağlı son – QƏRAR
Bakıda kriminal aləmdə tanınmış avtirotet Baləhməd Baləhmədovu öldürməkdə təqsirli bilinən Elxan Ağayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Elxan Ağayevin cəzasının yüngülləşdirilməsi barədə verdiyi apelyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Ağayev 18 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.Muxalifet2 - 15-03-2018
Jirinovski ağlayan Sobçaka niyə lağ etdiyini açıqladı - VİDEO
Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak “Rusiya 1” telekanalının efirində baş tutan debat zamanı göz yaşlarını saxlaya bilməyib.
Axar.az “Kommersant”a istinadən xəbər verir ki, K.Sobçak digər namizədləri, o cümlədən Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovskini yalnız onun sözünü kəsməkdə ittiham edib.
“Mən Mərkəzi Seçki Komissiyasına müraciət edəcəyəm. Hesab edirəm ki, bu, ədalətsizlikdir. Bu insanlar yalnız məni incidirlər. Tələb edirəm ki, vaxtımı geri qaytarasınız”, - deyə K.Sobçak bildirib.Muxalifet2 - 15-03-2018
Türkiyədən qalmaqal tələb: AFRİNDƏN ÇƏKİLİN!
Suriyadakı vəziyyəti müzakirə edən Avropa Parlamenti (AP), Ankaranı çox qəzəbləndirəcək bir ortaq qərar layihəsini bu gün Strasburqda səsverməyə çıxaracaq. AP qərar layihəsində, Türkiyədən Afrinə qarşı davam etdirdiyi “Zeytun Budağı” əməliyyatına son verərək, əsgərlərini çəkməsi tələb edilir.
Muxalifet3 - 15-03-2018
Hakimiyyətin sahibkarlara bağlı planı - ÖLKƏNİN ƏN STRATEJİ SAHƏSİNDƏ NƏLƏR BAŞ VERİR...
Dövlət biznes üçün əlverişli şərtlər formalaşdırmaq üçün addımlar atır; iş adamları üçün daha ciddi dəstəyə ehtiyac var
Muxalifet2 - 15-03-2018
ABŞ-la Menbiç görüşü TƏXİRƏ SALINDI
Türkiyənin XİN sözçüsü 19 martda Vaşinqtondakı toplantının təxirə salındığını bildirib. Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a getmir.
Xarici işlər nazirliyinin sözçüsü Həmid Aksoy, Çavuşoğlunun ABŞ-da keçirəcəyi Menbiç görüşünün təxirə salındığını açıqlayıb. Aksoy, "19 martda Vaşinqtondakı toplantı təxirə salınıb" - deyib.
Qeyd edək ki, Çavuşoğlu, ABŞ prezidenti Donald Trampın Reks Tillersonı vəzifədən almasından sonra görüşün təxirə salınacağını ifadə etmişdi.
Müxalifət.azMuxalifet3 - 15-03-2018