Axtarış

The search found 105793 results in 0.082 seconds.

Search results

  1. ​DTX-nın həbs etdiyi şəxs “Qarabağ”ın baş məşqçisinin qardaşıdır

    Vahib Xudadatov Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməkdə ittiham olunur

    Muxalifet - 15-03-2018

  2. ​Döyülərək komaya düşən gənc xəstəxanada öldü - YENİLƏNİB

    Sumqayıt şəhərində döyülən 23 yaşlı oğlan komaya düşüb.
    Hadisə Corat qəsəbəsində baş verib.
    Belə ki, şəhərin Corat qəsəbə sakini, 1995-ci il təvəllüdlü İbrahim Tofiq oğlu Mirzəyev ötən gecə yaşadığı ərazidə naməlum şəxslərin hücumuna məruz qalıb. Möhkəm döyülən gənc xəstəxanaya aparılarkən yolda komaya düşüb.
    "Report"un yerli bürosunun verdiyi məlumata görə, şəhərin Corat qəsəbə sakini, 1995-ci il təvəllüdlü İbrahim Tofiq oğlu Mirzəyev bu gün yerləşdirildiyi xəstəxanada ölüb.
    Faktla bağlı araşdırmalara başlanılıb .

    Muxalifet.az

    Muxalifet - 15-03-2018

  3. ​Gənc oğlan özünü beşinci mərtəbədən atdı

    Bakıda intihar hadisəsi baş verib.
    Muxalifət.az xəbər verir ki, paytaxtın Binəqədi rayonunda 29 yaşlı Rəşad Qurbanov özünü yaşadığı evin beşinci mərtəbəsindən ataraq intihar edib.
    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./report/
     

    Muxalifet2 - 15-03-2018

  4. ​“Space” TV-nin aparıcısına ağır itki – Azyaşlı övladı vəfat etdi

    "Space" TV-nin xəbər aparıcısı Elvin Basqallıya ağır itki üz verib.
    Strateq.az xəbər verir ki, bu barədə sosial şəbəkədə aparıcının dostları məlumat yayıb.
    Bildirilib ki, Elvin Basqallının 1 yaşlı Fidan adlı qız övladı ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.
    Allah rəhmət eləsin!

    Muxalifet2 - 15-03-2018

  5. ​AŞPA Azərbaycana 33 nəfərlik nümayəndə heyəti göndərir – PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI

    Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün 33 nəfərlik nümayəndə heyəti göndərəcək.
    Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.
    Nümayəndə heyətinin aprelin 10-da Bakıya gəlməsi gözlənilir.
    Qeyd edək ki, prezident seçkiləri aprelin 11-də keçiriləcək.

    Muxalifet - 15-03-2018

  6. ​Bakıda “yol xəritəsi” imzalanacaq – ÇAVUŞOĞLU

    Bu gün Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördlük formatında ilk görüşünü keçirəcəyik. Görüşdə "yol xəritəsi" imzalanacaq.
    APA-nın məlumatına görə, bunu Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

    Muxalifet2 - 15-03-2018

  7. ​Ərdoğan ailəsinə qarşı dəhşətli sui-qəsd planının ÜSTÜ AÇILDI - “SƏNƏD 5”-İN SİRRİ

    PKK-nın alt qrupu olan TAK qruplaşmasının (Kürdüstan Azadlıq Şahinləri) sui-qəsd dəstəsinin dəhşətli planı ortaya çıxıb.
    Türkiyənin “Sabah” nəşri xəbər verir ki, prokurorluq və Təhlükəsizlik Təşkilatının əldə etdiyi məlumata görə, TAK-ın Mehmet Emin Töre, Gülşən Bahadır ve Zozan Kutumun rəhbərlik etdiyi bir qrup prezident Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafındakı adamlarına qarşı sui-qəsd planlaşdırmışdı.

    Muxalifet - 15-03-2018

  8. ​Saakyan Moskvaya getməyəcək - ZAXAROVA

    Kiminsə hansısa regiondan başqa regiona getməsini, xüsusən bu, Rusiyaya aid deyilsə, şərh etmək doğru olmazdı.
    Muxalifət.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qarabağ separatçılarının başçısı Bako Saakyanın ABŞ-a səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Saakyanın Vaşinqtondan sonra Moskvaya səfər edəcəyi ilə bağlı heç bir məlumat yoxdur.
    O, Rusiyanın Qarabağ məsələsinin imzalanmış razılaşmalar əsasında həllinin tərəfdarı olduğunu bildirib.

    Muxalifet2 - 15-03-2018

  9. “Noviçok” zəhərinin müəllifi:“Rus kəşfiyyatının zəhərlədiyi Skripallar hökmən öləcək, bu dərmana qarşı çarə yoxdur” - ARAŞDIRMA

    QRU-nun keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində Rusiya xüsusi xidmətlərinin əli var, çünki onların zəhərləndiyi “Noviçok” (burada: yeni dərman-tərc.) dərmanı ancaq Rusiyada istehsal olunur. Bu haqda Britaniyanın “The Telegraph” nəşrinə keçmiş sovet kimyaçısı, 1996-da ABŞ-a mühacirət etmiş 83 yaşlı Vil Mirzəyanov bildirib. Mirzəyanovun sözlərinə görə, “Noviçok” xarici analoqlardan on dəfə effektli hərbi zəhərləyici maddədir (HZM), bu dərmanın hətta bir neçə damcısı xeyli sayda adam üçün ölümcül təhlükə törədə bilər.

    Muxalifet2 - 15-03-2018

  10. ​Bu gün itkin düşən alpinist Fəridənin doğum günüdür - FOTO

    Bu gün itkin düşən alpinist Fəridənin ad günüdür.
    Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən "Gilavar" Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.
    23 dekabrda 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib.

    Muxalifet - 15-03-2018

  11. Pompeolu Trampın DÖRD TÜRKİYƏ SEÇİMİ

    “Sabah” qəzetinin müəllifi Bərcan Tutar bugünkü yazısında "ABŞ -dakı dəyişiklik Türkiyə ilə münasibətlərə təsir göstərə bilərmi” sualına cavab axtarıb. "Tillersonın yerinə Pompeonu gətirən Trampın masasında xüsusilə FETÖ və YPG/PKK məsələsində Türkiyəyə dair dörd variant önə çıxır" deyə yazan Bərcan Tutar, yazısını bu vurğu ilə tamamlayır: "ABŞ-ın yeni dövrdə Türkiyəyə qarşı olan cəbhədə yer almaqdan çəkinən, daha diqqətli və məsuliyyətli bir siyasət yürütməkdən başqa başqa variantı yoxdur".
     

    Muxalifet3 - 15-03-2018

  12. ​SATQIN VƏ ALÇAQ QORBAÇOV... - Azərbaycan kommunisti

    Qorbaçov bütövlükdə SSRİ Xalq Deputatları Sovetini aldadaraq prezident olub.
    Bu sözləri Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov Qorbaçovun prezident seçildiyi gün haqda danışarkən deyib.
    O, Qorbaçovu imperialist dairələrin adamı hesab etdiyini deyib:

    Muxalifet2 - 15-03-2018

  13. ​ORDU AÇIQLADI: Afrinə metrlər qaldı - TƏCİLİ

    Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində strateji əhəmiyyətə malik olan Zirikat və Deyr Müşmüşə kəndlərini terrorçulardan azad edib.
    Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
    Məlumatda bildirilib ki, bu kəndlərin alınması ilə ordu ilə Afrin arasında yalnız 1 dağ və 600 metrlik məsafə qalıb.

    Muxalifet2 - 15-03-2018

  14. Afrinə SADƏCƏ 600 METR QALDI

    Türk Silahlı Qüvvələri (TSQ) və ASO qoşunlarının Afrinlə arasında yalnız bir dağ və 600 metrlik məsafə qaldığı bildirilib.
     
    Türk Silahlı Qüvvələri (TSQ) və ASO, strateji əhəmiyyətə malik olan Zirikat və Deyr Müşmüşə kəndlərini PKK/YPG-li terrorçulardan təmizləyərək nəzarət altına alıb.
    Zirikat və Müşmüşə kəndlərini almaqla TSQ və ASO qüvvələrinin Afrinlə arasında yalnız bir dağ və 600 metrlik məsafə qaldığı qeyd edilib.

    Muxalifet3 - 15-03-2018

  15. ​Bakıda musiqiçi özünü öldürdü - TƏFƏRRÜAT

    Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
    Muxalifet.az criminal.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində sirkə içərək özünü zəhərləyən və xəstəxanada vəfat edən 44 yaşlı Pircan Həsənov Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı olub. Mərhumun yaxınlarının verdiyi məlumata görə, P.Həsənovun barəsində polisdə bir müddət əvvəl etdiyi davaya görə araşdırma aparılırmış.
    ***
    Bakıda intihar olub.

    Muxalifet - 15-03-2018

  16. “Amerika Yaxın Şərqdə iki yeni dövlət yaratmaq istəyir, biri “Kürdüstan”, bir də...” - ZƏRDÜŞT ƏLİZADƏ

    Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Menbiç üçün kritik tarixin martın 19-u olduğunu açıqlayıb.
    M.Çavuşoğlu Menbiçdə bir model həyata keçirmək üçün səylərinin davam elədiyini vurğulayıb. O, deyib: “YPG Menbiçdən çəkildikdən sonra orada təhlükəsizliyi Türkiyə və ABŞ hərbçiləri təmin edəcəklər. YPG heç bir şəkildə olmayacaq. Əvvəlcə bu modeli Menbiçdə tətbiq edəcəyik. Sonra başqa yerlərdə tətbiq edəcəyik. Bu, Rakka üçün də, Fəratın şərqində yerləşən, YPG-nin nəzarəti altındakı digər yerlər üçün də keçərlidir”.

    Muxalifet - 15-03-2018

  17. ABŞ əsgərləri Münbiçə yaxın BÖLGƏLƏRDƏN ÇƏKİLİRLƏR

    ABŞ ordusunun (Pentaqon) bəzi birlikləri Münbiçin “Fərat Qalxanı” bölgəsi ilə həmsərhəd olan hissələrindən çəkilir.
     

    Muxalifet3 - 15-03-2018

  18. ​"Bu zəhərdən hətta sağ qalanların da bütün həyatı alt-üst olur…" – ŞOK AÇIQLAMA

    "The Independent" yazır ki, keçmiş Rusiya casusu Sergey Skripal və qızı Yulia "Noviçok" adlı kimyəvi maddə hücumundan salamat qalsalar da, onların sonrakı həyatı ömürlük xəstəliklə tamamilə darmadağın olacaq.
    Rusiya hərbi kimyaçılarından birinin təsadüfən bu supertoksik maddə ilə zəhərlənməsi tarixçəsi göstərir ki, bu zəhərdən salamat qalmaq da dəhşətlidir.

    Muxalifet - 15-03-2018

  19. ABŞ-a xəbərdarlıq etdilər: BURANI TƏRK EDİN, YOXSA..

    ABŞ ilə Türkiyə arasında Münbiç danışıqları davam edərkən regiondakı tayfa liderləri bundan sonrakı prosesə dair qəti fikirlərini bildiriblər. PKK ilə birlikdə Amerikalıların da bu torpaqları tərk etməsini istəyən tayfa liderləri, "Əgər qalmaqda israr edərlərsə, xalq kimi bunun gərəyini yerinə yetirərik" deyib.
     

    Muxalifet3 - 15-03-2018

  20. Afrindəki QORXUNC SİYAHI ələ keçirildi! - ALMANİYA, YUNANISTAN, DUBAY, LİVAN... - VİDEO

    PKK/YPG terror təşkilatının “Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən silah anbarı və təlim düşərgəsi kimi istifadə elədiyi binanın xarabalığından burada təlim keçən terrorçuların siyahısı çıxıb.

    Muxalifet - 15-03-2018

Pages