Axtarış

The search found 105795 results in 0.051 seconds.

Search results

  1. ​“Qarabağ” klubu seçilmişlər arasında – KLUB NÜFUZLU MÜKAFATA NAMİZƏDDİR

    Gillette – Milliyet İlin İdmançısı Mükafatlarına namizədlər arasına Qarabağ FK-nın adı düşdü.
    Bu il ilk dəfə olaraq, dünya şöhrətli və Türkiyənin ən etimadlı Gillette - Milliyet İlin İdmançısı Mükafatları (Gillette - Milliyet Yılın Sporcusu Ödülleri) namizədləri sırasında azərbaycanlıların fəxri “Qarabağ” Futbol Klubunun adı var. Layihənin sponsoru Gillette-in təşəbbüsü ilə “Qarabağ” azarkeşləri onu ilin ən yaxşılarından biri seçə biləcəklər. Səsvermə martın 21-də başa çatacaq, aprelin 4-də saat 20.30-da nəticələr CBC Sport telekanalında canlı yayımlanacaq.

    Muxalifet2 - 17-03-2018

  2. ​Londondan Rusiyaya ŞOK HƏDƏ: Sualtı qayıq üzə çıxdı

    Böyük Britaniya ilə Rusiya arasında gərginliyin hökm sürdüyü bir vaxtda rəsmi Londondan Moskvaya qarşı daha bir həmlə gəlib.
    Muxalifət.az xəbər verir ki, Böyük Britaniyaya məxsus “HMS Trechant” nüvə sualtı qayığı Şimal Buzlu okeanında buz təbəqəsini qıraraq su üzünə çıxıb.
    Məlumata görə, Britaniyanın bu addımı keçmiş rus casusu Skripal və qızının İngiltərədə zəhərlənməsinin ardından başlayan gərginliyin davamı olaraq atılıb.
    İngiltərə mətbuatında böyük həyəcana səbəb olan bu həmlə “Soyuq müharibə” və “Buzqıran” başlıqları ilə təqdim edilib.

    Muxalifet2 - 17-03-2018

  3. ​Tramp porno aktrisadan 20 milyon TƏLƏB EDİR

    ABŞ prezidenti Donald Tramp porno aktrisa Stormi Danielsi məhkəməyə verib.
    Qaynarinfo NBC News-a istinadən xəbər verir ki, Trampın vəkili Maykl Avenatti əsl adı Stefani Klifford olan aktrisanın aralarında imzalanmış müqavilənin şərtlərini pozmaqda ittiham edir. O bildirir ki, Stormi Daniels azı 20 dəfə bu qaydanı pozub və hər dəfə üçün 1 milyon dollar ödəməlidir.

    Muxalifet2 - 17-03-2018

  4. Xüsusi təyinatlı “Kabus Qrupu” AFRİNƏ GİRDİ

    Mülki əhalinin Afrini tərk etməsi üçün verilən 72 saatlıq müddətin bitməsindən sonra Xüsusi Təyinatlı Qüvvələrə bağlı “Kabus Qrupu” şəhər mərkəzinə girib.
     
    Xüsusi təlimli "Kabus Qrupu", terror təşkilatı üzvləri əhalinin arasına girmədən çox sayda PKK və YPG terrorçularını təsirsiz hala gətirib. Xüsusi Təyinatlı Qüvvələrin bölgədə tətbiq etdiyi taktika, terrorçuların kabusuna çevrilib. Təhlükəsizlik qaynaqları daha əvvəl də riskli bölgəyə girib, çıxan Xüsusi Təyinatlı Qüvvələrin artıq nöqtə əməliyyatlar üçün davamlı ərazidə yerləşdiyini bildirib.
     

    Muxalifet3 - 17-03-2018

  5. NÜVƏ SAZİŞİNİN MÜCƏRRƏD GƏLƏCƏYİ:Avropanın Tehrana xilasedici kəmər atmaq üçün vaxtı tükənir - TƏHLİL

    Birgə Komissiyanın on birinci yığıncağı bu gün ən mühüm ana gəlib çatıb. Reks Tillersonun dövlət katibi vəzifəsindən istefaya göndərilməsi sonrası “5+1” çərçivəsində İran, ABŞ və Avropa üçlüyü arasında ilk görüşdə məqsəd Birgə Fəaliyyət Planı (JPAO) ilə bağlı prezident Donald Tramp üçün ilkin şərtlərinin öyrənilməsi məqsədi daşıyır. Ola bilsin ki, sazişin iştirakçısı olan ABŞ-ın nümayəndəsi bu toplantıya sonuncu dəfə qatılır.

    Muxalifet2 - 17-03-2018

  6. 23 İngilis diplomatı DEPORTASİYA EDİLDİ

    Rusiya Xarici İşlər Nazirliyi, 23 İngilis diplomatınIN deportasiya edildiyini açıqlayıb.
     
    İngiltərənin 23 Rus diplomatı deportasiya etmək qərarına Moskvadan cavab gəlib. Rusiya Xarici İşlər Nazirliyinə çağıran İngiltərənin Rusiya səfiri Laurie Bristowa 23 İngilis diplomatın arzuolunmaz şəxs elan edilərək deportasiya ediləcəyi bildirilib.
    Rusiya Xarici İşlər Nazirliyindən edilən açıqlamada İngiltərənin Moskvadakı səfirliyindən 23 diplomatın bir həftə ərzində Rusiyadan ayrılmasının vacibliyi qeyd olunub.

    Muxalifet3 - 17-03-2018

  7. ​RUSİYADA SÜKUT ELAN OLUNDU

    Bu gün - 17 mart Rusiyada prezident seçkiləri ilə bağlı sükut günüdür. Bu gün televiziyalarda, mətbu nəşrlərdə və internetdə bütün növ seçkiqabağı təşviqat, həmçinin partiya tədbirləri və mitinqlər qadağan olunur. Eyni zamanda, səsvermə günü də saat 21:00-dək (sonuncu seçki məntəqəsi bağlananadək) təşviqat aparmaq olmaz.
    Sabah - martın 18-də Rusiyada prezident seçkiləri keçiriləcək. Prezidet kürsüsü uğrunda 8 namizəd - Vladimir Putin, Kseniya Sobçak, Serqey Baburin, Pavel Qrudinin, Vladimir Jirinoviski, Maksim Suraykin, Boris Titov və Qriqori Yavlinski mübarizə aparacaq.

    Muxalifet2 - 17-03-2018

  8. ​Yanvarda büdcədən səhiyyə sisteminə heç bir vəsait ödənilməyib – EKSPERTDƏN AÇIQLAMA

    “Səhiyyə sistemində əmək ödənişinə 35 milyon yox, 11,5 milyon ayrılıb”
    “Statistika Komitəsi bu ilin yanvar ayı üzrə dövlət büdcəsinin icrasına dair hesabat yayıb. Hesabata görə, ay ərzində ölkənin səhiyyə sisteminə dövlət büdcəsindən cəmi 11.5 milyon manat ayrılıb. Hər şey bir tərəfə, təsdiq edilmiş büdcə sənədinə görə 700 milyon manata yaxın səhiyyə xərclərinin 400 milyon manata qədəri il ərzində əmək ödənişinə yönəldilməlidir. Bu hər ay orta hesabla 35 milyon manat ətrafında xərc deməkdir”.
    Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.

    Muxalifet - 17-03-2018

  9. ​23 diplomatın qarşılığında 23 diplomat - RUSİYA İNGİLİSLƏRİ QOVDU!

    Rusiya Xarici İşlər Nazirliyi 23 nəfər ingilis diplomatın “arzuolunmaz şəxs” elan edilərək, onların ölkədən qovulmaları barələrində qərar veriblər.
    Muxalifet.az hurriyyet.orga- istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada bildirilir ki, bu qərar İngiltərənin keçmiş rus agenti Sergey Skripal ilə qızı Yuliyanın zəhərlənməsi ilə bağlı “təxribatçı ittihamlar”ına qarşılıq olaraq verilib. İngilis diplomatlara Rusiyanı tərk eləmələri üçün bir həftə möhlət verilib.

    Muxalifet - 17-03-2018

  10. Türkiyə qırıcısı Afrində terror rəhbərlərinin TOPLANTISINI VURDU

    PKK-lı terrorçuları addım-addım izləyən Türkiyə kəşfiyyat mənbələri, Afrin mərkəzində təşkilatın yüksək səviyyəli komandirlərinin yığıncaq halında olduğunu müəyyən edib. Bundan sonra havalanan F-16 döyüş təyyarələri Afrinin asayiş üzrə məsul şəxsi Əbdürrəhim İbrahim və müavinlərinin yerləşdiyi bina tək atəşlə məhv edib.
     
    Bu hadisədən sonra PKK-da ciddi təlaş yaşanıb. TSQ və ASO-ya qarşı müqavimət göstərəcəklərini hər fürsətdə dilə gətirən PKK/PYD-nin Qəndildən gələn rəhbər heyəti, Afrində məcburi olaraq tutduqları döyüşçüləri buraxaraq qaçmağa başlayıb.

    Muxalifet3 - 17-03-2018

  11. ​Azərbaycanda 6 nəfərin ölümünə səbəb olan DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ - VİDEO/FOTO

    Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az ARB TV-yə istinadla xəbər verir ki, qəza zamanı 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
    "VAZ 2106" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində ölən 4 nəfər Siyəzən rayon sakinləri, Nazim Hüseynov, Mehdi Xankişizadə, Orxan Bədəlov və Pərviz Bayramov "VAZ 2107"nin sərnişini olublar.
    Qalan 2 nəfər "VAZ 2106"nın sürücüsü, 56 yaşlı Teymurşah İsmayılovla, həyat yoldaşı, 57 yaşlı Mehparə İsmiyevadır.

    Muxalifet - 17-03-2018

  12. Afrində daha 4 kənd TERRORÇULARDAN ALINDI

    “Zeytun Budağı” Hərəkatının 57-ci günündə TSQ və ASO gücləri, artıq xarici məhəllələrin 600 metr yaxınlığına qədər çatıb. Afrin bölgəsinin ən strateji əhəmiyyətə malik bölgəsi kimi qiymətləndirilən və bölgənin su, elektrik ehtiyacını təmin edən Meydanki Su Anbarının yerləşdiyi qəsəbə terrorçulardan təmizlənib. Bundan başqa TSQ və ASO qüvvələri daha 4 kəndi, Afrinin Hacı Qasımlı, Eşkanşarki və Astaro kəndlərini terrorçulardan azad etməklə Afrin- Mabat arasındakı quru əlaqəsini kəsib.
    Müxalifət.az

    Muxalifet3 - 17-03-2018

  13. ​Daha bir təyyarə qəzası: 7 NƏFƏR ÖLDÜ

    Filippində yüngülmotorlu “Piper PA-23 Apaçi” təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
    Muxalifət.az xəbər verir ki, təyyarə qəzası ölkənin Bulakan əyaləti ərazisində baş verib.
    Təyyarə Plaridel-Laoaq marşrutu üzrə hərəkət edib. Göyərtəsində 6 sərnişin və bir pilot olub.
    Qeyd edək ki, təyyarə “Lite Air Express” şirkətinə məxsus olub.

    Muxalifet2 - 17-03-2018

  14. ​“Burnumuzu çıxaran kimi, başımızın üstünü kəsirlər” - TERRORÇULAR XOFDA!

    Mülki əhalinin Afrin şəhərini tərk eləməsi üçün verilən 72 saatlıq möhlət bitəndən sonra Türkiyənin xüsusi təyinatlı qüvvələrinə məxsus “Kabus qrupu” dünən səhər saatlarında şəhərə daxil olub və dinc əhalinin arasına girmədən çoxlu PKK/PYD terrorçusunu zərərsizləşdirib. Yeni strategiyaya görə, “kabuslar” özlərinin kimliyini bildirmədən terrorçuları tək-tək müəyyənləşdirib öldürürlər. 56-cı günü arxada qalan “Zeytun budağı” əməliyyatının gedişində indiyə qədər 3 min nəfərdən artıq terrorçunu zərərsizləşdirən türk əsgəri uğur qazanmağa davam edir.

    Muxalifet - 17-03-2018

  15. ​FİFA təsdiqlədi - DÖRDÜNCÜ ƏVƏZETMƏ olacaq

    FİFA Dünya Çempionatı ilə bağlı bəzi yenilikləri təsdiqləyib.
    Muxalifət.az xəbər verir ki, artıq dünya çempionatında komandaların 4-cü əvəzetmə hüququ olacaq.
    Lakin bu qayda yalnız pley-off oyunlarında və matça əlavə vaxt təyin edildiyi təqdirdə tədbiq edilə bilər.
    İkinci dəyişiklik isə videotəkrar sistemi ilə bağlı idi. Belə ki, FİFA mundialda videotəkrardan istifadəni təsdiq etmişdi.
    Qeyd edək ki, Dünya Çempionatı Rusiyanın 11 şəhərində, iyunun 14-dən iyulun 15-nə qədər keçiriləcək.

    Muxalifet2 - 17-03-2018

  16. ​Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi QADAĞAN OLUNUR- Ət kəsim yerləri ləğv ediləcək

    "Ölkədə qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin hazırlanması istiqamətində iş gedir. Bu iş yaxın vaxtlarda yekunlaşdırılacaq və layihə ölkə rəhbərliyinə təqdim ediləcək".
    “Report” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə deyib.

    Muxalifet2 - 17-03-2018

  17. ​Metroda oğurluq edən ŞƏXS TUTULDU

    Metroda oğurluqla məşğul olan şəxs saxlanılıb.
    APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Lerik rayon sakini F.Məmmədzadə Bakı Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edərək metronun “28 May” stansiyasında qatarda cibindən mobil telefonunun oğurlandığını bildirib.
    Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Nəcəfov olduğu müəyyən edilib.

    Muxalifet2 - 17-03-2018

  18. ​"Lotu Quli" Moskvadakı həbsxanaya kimə görə zəng edib? - ŞOK DETALLAR

    Moskvada yerləşən və Avropanın ən böyük meyvə-tərəvəz bazası “Fud-Siti” uğrunda krminal vəziyyət ən kəskin məqamına çatıb.
    Muxalifət.az-ın Lent.az-a istinadən məlumatına görə, hər gün sübh tezdən hava qaralanədək bazarın həndəvərində "Lotu Quli"yə yaxın onlarla şəxs növbə çəkir. Onlar bazadakı bütün iri və orta səviyyəli iş adamlarına kimə xərac verəcəkləri ilə bağlı xəbərdarlıq edirlər.

    Muxalifet2 - 17-03-2018

  19. ​Ukrayna prezidentindən Ərdoğana – RUSİYA ÇAĞIRIŞI

    Ukrayna Prezidenti Petro Poroşenko ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
    Telefon danışığı zamanı Poroşenko Ərdoğanı Rusiyada baş tutacaq prezident seçkiləri çərçivəsində Krımda keçiriləcək növbədənkənar səsverməni tanımamağa çağırıb.
    Poroşenko Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı dəstəyinə görə türkiyəli həmkarına təşəkkür edib.

    Muxalifet2 - 17-03-2018

  20. ​ Los-Ancelesdə iki erməni ÖLDÜRÜLDÜ

    ABŞ-ın Los-Anceles şəhərində iki erməni öldürülüb.
    Muxalifət.az bildirir ki, 47 yaşlı Akop Papazyan və 57 yaşlı Vardqes Mesropyan odlu silahdan aldıqları yaralardan ölüblər.
    Mesropyan hadisə yerində, Papazyan isə xəstəxanada dünyasını dəyişib.
    Hadisənin səbəbləri hələlik məlum deyil.
    Polis ehtimal edir ki, qətl hadisələri kriminal dairələr arasında baş verən münaqişənin nəticəsidir.
    Faktla bağlı araşdırma aparılır./virtualaz.org/

    Muxalifet2 - 17-03-2018

Pages