Axtarış
The search found 105793 results in 0.097 seconds.
Search results
Afrində şəhid olarkən əlində “QURAN” VARDI
Afrindəki Türk Silahlı Qüvvələrinin terror təşkilatlarına qarşı keçirdiyi əməliyyatda şəhid olan çavuş Orhan Sürmənin şəhidliyi ilə əlaqədar əhəmiyyətli bir detal ortaya çıxıb. Çavuş Orhan partlayıcı bağlanmış bir Quranı yerdən götürərkən şəhid olub.
“Zeytun Budağı” əməliyyatında həlak olan çavuş Orhan Sürmənin, bomba tələsi ilə şəhid edildiyi ortaya çıxıb. Məlumata görə, çavuş Orhan partlayıcı bağlanmış Quranı yerdən qaldırarkən partlayış baş verib və nəticədə mehmetcik şəhid olub.Muxalifet3 - 14-03-2018
“Qarabağ klanı” Putinin xidmətində - SSRİ ZƏRRƏ-ZƏRRƏ QURULUR
Erməni nəşri Sərkisyan rejimini “yaş yuyub quru sərdi”: “Kremlin kuklaları, əlaltılar, talançılar, saxtakarlar...”; “Ermənistanın müstəqilliyinin itirilməsini indi bircə rəsmiləşdirmək qalır...”
Muxalifet2 - 14-03-2018
“AMERİKA ƏSRİ” ÖLÜR: ABŞ siyasətçiləri hegemonluğun bərpası üçün dünya müharibəsi təklif edirlər – TƏHLİL
Amerika jurnalistikasının məşhur üslubu – 32 dişin hamısının göründüyü coşğun gülüş, təkəbbürlü nikbinlik, dəmir-beton qarışığıyla şəxsi müstəsnalığa əminlikdir. Bu, “tarixin sonu”nda – Fukuyamanı oxuyan jurnalist məsləkdaşlarımız və ekspert cəmiyyəti, senator və konqtresmenlərin ardınca daha heç bir tarixin olmayacağı, yalnız bircə uzun “Amerika əsri”, yəni ABŞ-ın ideoloji, mədəni, hərbi və iqtisadi üstünlüyünün sonsuz total dövrünün olacağına fanatcasına inanarkən xüsusən parlaq təzahür etməyə başlamışdı.
Muxalifet2 - 14-03-2018
Binəli Yıldırım: "Türkiyə və Azərbaycanın əməkdaşlığı bütün regionun inkişafına yönəlib"
Türkiyə və Azərbaycanın əməkdaşlığı bütün regionun inkişafına yönəlib.
Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana səfəri ərəfəsində deyib.
Baş nazir bildirib ki, Bakı və Ankara arasında münasibətlər regionun təhlükəsizliyinin təmin olunmasına da istiqamətlənib.
O qeyd edib ki, Azərbaycana səfəri çərçivəsində bir sıra məsələlər, həmçinin Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.
B.Yıldırım əlavə edib ki, səfər zamanı regional məsələlər barədə fikir mübadiləsi də aparılacaq.Muxalifet2 - 14-03-2018
İranda bayram yasa döndü: 4 ÖLÜ, 2 MİN YARALI
İranda ötən gün, Çərşənbə mərasimi zamanı ölənlərin sayı 4-ə çatıb, 2082 nəfər isə yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə İRNA agentliyinə İran Təcili Yardım Qurumunun rəhbəri Pirhüseyin Kulivənd danışıb.
O bildirib ki, olaylar Tehran, Zəncan, Ərdəbil və Kərəç şəhərlərində baş verib.
Qeyd edək ki, ötən gün Tehran əyalətində çərşənbə bayramının qeyd edilməsi zamanı baş vermiş insidentlərdə 3 nəfərin öldüyü, 38 nəfərin xəsarət aldığı bildirilmişdi.
İki nəfərin pirotexniki vasitənin partlaması nəticəsində əlini itirdiyi qeyd edilirdi.Muxalifet2 - 14-03-2018
İrandan Ermənistanı iqtisadi blokadadan çıxarmağa DAHA BİR CƏHD
Cənub qonşumuzun Azərbaycana qarşı növbəti planı
“Tehran Times” qəzetinin verdiyi xəbərə görə, İran Rusiya, Ermənistan və Gürcüstan arasında elektrik enerji şəbəkələrinin “Şimal-Cənub” dəhlizi adlı layihəsi 2019-cu ildə istifadəyə veriləcək. Layihə ölkələrin enerji şəbəkələrinin birləşdirilməsini nəzərdə tutur.Muxalifet2 - 14-03-2018
ABŞ GENERALI: Rusiya Türkiyə ilə əlaqələrimizi pozur
ABŞ Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını anlayır. Rusiya bundan istifadə edərək, Ankara-Vaşinqton əlaqələrini pozmağa çalışır. Biz də bundan çox narahatıq.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Mərkəzi Qüvvələr komandanı general Cozef Votel deyib.
O bildirib ki, Türkiyə ABŞ üçün NATO müttəfiqidir və İŞİD terror təşkilatı ilə mübarizənin vacib hissəsidir.
Votel əlavə edib ki, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqları Suriyada gərginliyin artmasına səbəb olub.Muxalifet2 - 14-03-2018
ABŞ-dan diqqətçəkən mesaj: “YPG ARTIQ BUNU ANLADI”
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri Cozef Votel ABŞ-ın Afrində fəaliyyət göstərməyi planlaşdırmadığını və YPG terror təşkilatının artıq bunu indi anladığını söyləyib.
Muxalifet3 - 14-03-2018
Duqindən SENSASİYA: 5 rayonla bağlı razılaşma var, müharibə isə...
Qərb nə postsovet, nə də Yaxın Şərqdəki müttəfiqlərinin suverenliyi və ərazi bütövlüyünə zəmanət verir.
Axar.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı ideoloq, filosof Aleksandr Duqin söyləyib. Onun sözlərinə görə, Ermənistan heç bir zaman Qərbin yanında yer almamalıdır:Muxalifet2 - 14-03-2018
Türk ordusundan terrorçulara Afrində ÖLÜMCÜL ZƏRBƏ - İNANILMAZ RƏQƏMLƏR
“Zeytun budağı” hərəkatı PKK terror təşkilatına 2 milyard dollarlıq zərər vurub”.
Muxalifət.az xəbər verir ki, bu sözləri Suriya İqtisadiyyat Forumunun prezidenti Təmam Əl-Barudi deyib.Muxalifet2 - 14-03-2018
TSQ-dən son Afrin AÇIQLAMASI: ÖLDÜRÜLƏN TERRORÇU SAYI ARTDI
Afrin mərkəzinin mühasirəsini Mehmetçik və ASO qüvvələri “Zeytun Budağı” əməliyyatında tamamladı. TSQ-dən edilən açıqlamada, 3444 terroristin öldürüldüyü bildirilib.
Muxalifet3 - 14-03-2018
Şifrəli danışıqlar ələ keçdi: Afrin boşalır, PKK təslim olur
TSQ və ASO-nun ötən gündən etibarən mühasirəyə aldığı Afrində mülki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün humanitar koridor yaradılıb.
Muxalifət.az xəbər verir ki, TSQ yaradılan koridor vasitəsilə dinc əhalinin cəbhə bölgəsindən rejim nəzarətində olan ərazilərə keçməsinə şərait yaradıb.
TSQ və ASO-nun yaratdığı koridor barədə informasiya Afrin əhalisinə mobil telefonlara göndərilən mesajlar vasitəsilə çatdırılıb. Mesajlar kürd və ərəb dilində yazılıb. TSQ şəhəri tərk etmək istəyənlərə elan vərəqələri də paylayıb.Muxalifet2 - 14-03-2018
Canlı qəzetlər qəbiristanlığı üzərindən uçarkən - ARİF ƏLİYEV YAZIR
Səhər-səhər mənə zəng edib, “Azərbaycan jurnalistlərinin yeddinci qurultayı” kimi gurultulu adı olan Mətbuat Şurası barədə yazmağı xahiş eləməsəydilər, bu gün şəhərimizdə belə bir hadisənin baş verməsi ağlıma da gəlməzdi.
Muxalifet - 14-03-2018
Səudiyyəli şahzadə London aeroportunda İNTİHAR ETDİ
Səudiyyəli şahzadə Bandar bin Xalid Əbdül Əziz əl-Səud London hava limanında intihar edib.
Oxu.az-ın xəbərinə görə, şahzadə mühafizəçilərin onu deportasiya etmək üçün güc tətbiq etdikləri zaman özünü eyvandan atıb.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanında şahzadə Bandarın ölümünü təsdiqləyiblər.
Bildirilir ki, Səudiyyə Ərəbistanının varisi şahzadə Məhəmməd bin Salman Britaniyada 90 milyard dollarlıq bir neçə müqavilə imzalayıb.Muxalifet2 - 14-03-2018
Afrindən sonra ORADAN DA QAÇIŞ BAŞLADI
Türkiyə və ABŞ-ın razılışması ilə Afrindən sonrakı hədəf olan mahalda böyük bir hərəkətlilik var, YPG-lilər qaçış hazırlıqlarına başlayıb.
TSQ və ASO, Afrin şəhər mərkəzinin mühasirəsini tamamladı, dinc əhalinin şəhərdən təhlükəsiz şəkildə çıxması üçün bir dəhliz yaradıldı.
Türkiyənin xarici işlər naziri Çavuşoğlunun dünən Münbiç ilə bağlı ABŞ-la razılaşması açıqlamasından sonra Münbicdə hərəkətlilik başlayıb.Muxalifet3 - 14-03-2018
Hakimlər Alışanovun dostudur - Məhkəməyə ETİRAZ
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Şücayət Əkbərovun məhkəmə tərkibinə etiraz verdiyi məlum olub. O bu hakim tərkibinin işə obyektiv baxmamasını göstərib. Qeyd edib ki, hakimlər onun vəkillərinin verdiyi əsaslı vəsatətlərini təmin etməyib.Muxalifet2 - 14-03-2018
Ana və övladının ölüm səbəbi araşdırılır - RƏSMİ
1997-ci il təvəllüdlü Aytən Dadaşova Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılanda doğuşun ikinci mərhələsində olub. Onun bətnindəki uşaq isə ölü olub.
Bu barədə Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova məlumat verib.Muxalifet2 - 14-03-2018
Türk oyunçu AFFA-dan ÜZR İSTƏDİ
Futbol üzrə milli komandamızın mart ayında Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarına dəvət alan “Manisaspor”un müdafiəçisi Ufuk Budak AFFA rəsmiləri ilə əlaqə saxlayaraq onlardan üzr istəyib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, milliləşdirilmiş futbolçu zədə səbəbindən yığmanın qarşıdakı toplanışına qatıla bilməyəcəyi üçün üzgün olduğunu ifadə edib.Muxalifet2 - 14-03-2018
“DEMOKRATİYA ZÜLMƏTDƏ ÖLÜR” –MKİ-də yeni təyinata "Washington Post"dan bədbin rəy - TƏHLİL
Dövlət katibi Reks Tillersonun istefası ilə bağlı bütün rəylərdə prezident Tramp və onun surroqatları əsas səbəbi təkzib etmək üçün bu bəhanədən istifadə edirlər ki, administrasiyadakı təsirli mövqelərdə çox sayda qadın yoxdur.
“MKİ direktoru Mayk Pompeo yeni dövlət katibi olacaq. O, fantastik iş görəcək! Reks Tillersona göstərdiyi xidmət üçün təşəkkür edirik! Cina Haspel MKİ-nin yeni direktoru və bu vəzifəyə təyin olunan ilk qadın olacaq. Hər kəsi təbrik edirəm", – deyə Tramp “tweet” atmışdı.Muxalifet2 - 14-03-2018
RASİM BALAYEV ƏMƏLİYYAT MASASINDADIR
Azərbaycan kinosunun siması Gömrük Hospitalında müalicəyə götürülüb
Azərbaycan kinosunun əsas simalarından biri, xalq artisti, tanınmış sənətkar Rasim Balayev əməliyyat masasındadır.
Hurriyyet.org-un aktyorun ailəsindən aldığı məlumata görə, Rasim Balayevin səhhətində yaranan problemlər bu əməliyyatı qaçılmaz edib: “Kiçik bir əməliyyatdır. Yenicə başlayıb. İnşaallah, tezliklə də qurtarar. Onu peşəkar həkimlərə əmanət eləmişik”.Muxalifet2 - 14-03-2018