Axtarış
The search found 105793 results in 0.047 seconds.
Search results
Çavuşoğlu Moskvadan ABŞ-ı HƏDƏLƏDİ: “Güləni bizə verməsəniz…”
“İncirlik Türkiyənin bazasıdır, bu, NATO-nun bazası deyil və amerikalıların orada olması türk xalqının iradəsindən asılıdır”.
Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələriylə görüş zamanı Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu deyib.Muxalifet2 - 13-03-2018
Əsədin əmisinin 700 milyonu MÜSADİRƏ EDİLDİ
Fransa və İspaniya gömrük idarələri Suriya Prezidenti Bəşər Əsədin əmisi Rifat Əsədin 691 milyon avro dəyərindəki əmlakını mənimsəyiblər.
Bu barədə informasiyanı “Le Fiqaro” qəzeti yayıb. Qəzet Parisin bu addımı 2016-cı ildə ölkədə Rifat Əsədə qarşı başladılan istintaqla əlaqədar atdığını bildirib.
Qeyd edək ki, Fransa Əsədi korrupsiyada ittiham edir.
Rifat Əsəd Suriyanın eks-prezidenti Hafiz Əsədin qardaşıdır. O, 1983-cü ildə dövlət çevrilişinə cəhddə ittiham edilərək ölkədən sürgün olunub./axar/Muxalifet2 - 13-03-2018
Rövşən Lənkəranskinin tərəfdarlarına ittiham – MƏHKƏMƏ
Quldur dəstəsi yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Rəşid Şükürov ifadə verib.Muxalifet2 - 13-03-2018
PKK QARŞILARINI KƏSƏ BİLMİR! AFRİNDƏN QAÇIRLAR!
Muxalifət.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri açıqlama verərək Afrinin 12 məntəqədən mühasirə edildiyini bəyan edib. Digər tərəfdən Afrindəki dinc vətəndaşlar PKK/PYD terror təşkilatının bütün əngəllərinə rəğmən Afrini tərk eləməyə davam edirlər. PKK-nın “Türkiyə dinc vətəndaşları qətlə yetirir” yalanına meydan verməmək üçün Türkiyə BMT ilə birlikdə yeni bir plan hazırlayıb. BMT ilə birlikdə aparılan müzakirələrdə dinc vətəndaşların Afrindən çıxarılması üçün iki yol müəyyənləşdirilib. Biri Afrinin cənubu, Hələbin isə şimalında qalan, Suriya hökumətinin nəzarəti altındakı bölgədir.
Muxalifet2 - 13-03-2018
ABŞ-ın dövlət katibi TİLLERSON VƏZİFƏSİNDƏN AZAD OLUNDU
ABŞ-ın Dövlət katibi Reks Tillerson, president Donald Tramp tərəfindən vəzifədən alındı.
ABŞ prezidenti Tramp, Xarici İşlər Naziri Tillersonun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu təyin edib.
Müxalifət.azMuxalifet3 - 13-03-2018
Sığortaçılar həyatın yaşam sığortası ilə bağlı müraciətləri müzakirə edib
Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) həyatın yaşam sığortası üzrə İşçi Qrupunun növbəti görüşü keçirilib.
Muxalifət.az xəbər verir ki, Assosiasiyadan verilən məlumata görə, görüş ASA-nın sədri Mustafa Abbasbəyli və həyat sığorta şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.Muxalifet4 - 13-03-2018
Türkiyə polisi Naxçıvanla sərhəddə əməliyyat keçirdi - 40 nəfər tutuldu
Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu gömrük-keçid məntəqəsində polisin keçirdiyi əməliyyat nəticəsində 40 nəfər şübhəli tutuldu.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, onlar rüşvət almaqda şübhəli bilinirlər.
Türkiyə polisi həmin şəxslərin evlərində eyni vaxtda axtarış aparıb. Onlar saxta ixracat, fırıldaqçılıq, rüşvətxorluq və qaçaqmalçılıqda ittiham olunurlar.
Şübhəlilər ədliyyə orqanına təhvil veriliblər.Muxalifet4 - 13-03-2018
Ramin Quluzadə özünə yeni müşavir təyin etdi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat olub.
Muxalifət.az “Report”a istinadən xəbər verir ki, nazir Ramin Quluzadə Tahir Məmmədovu özünə yeni müşavir təyin edib.
Bununla da, nazirin müşavirlərinin sayı 3-ə çatıb.
Xatırladaq ki, T.Məmmədov indiyə qədər nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri olub.Muxalifet4 - 13-03-2018
QRU zabitini zəhərləyən qazın yaradıcısı türk çıxdı
ABŞ-da yaşayan rusiyalı kimyaçı Vil Mirzəyanov Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsində istifadə edilən “Noviçok” sinifinə aid qazın formulunun Rusiya tərəfindən gizli saxlanıldığını bildirib.
Muxalifət.az xəbər verir ki, Mirzəyanov bu qazdan Moskvadan başqa heç kimin istifadə etmək imkanının olmadığını deyib. O, bu qazdan zəhərlənən Skripal və qızının heç bir zaman əvvəlki hallarına dönə bilməyəcəyini bildirib:Muxalifet4 - 13-03-2018
"Fransa televiziyası Ermənistanın Azərbaycana təcavüzünü əks etdirən lenti məhv etdi" - TOLSTOYUN KÖTÜCƏSİ
Muxalifət.az dünya şöhrətli rus yazıçısı Lev Tolstoyun kötücəsi, tanınmış rejissor Konstantin Stanislavskinin nəticəsi, fransalı rejissor Maksim Marduxayevin report-a müsahibəsini təqdim edir:
- Sizi azərbaycanlı oxuculara necə təqdim etməyimizi istərdiniz?
Muxalifet4 - 13-03-2018
Dayanacaqlarda siqaret çəkilməsinə qadağa - BNA-dan XƏBƏRDARLIQ
Dayancaqlarda siqaret çəkmək qadağan edilib.
Muxalifət.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu barədə bütün dayanacaqlara elan vurulub: “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası qanununun tələbinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına xəbərdarlıq elanları vurulub”.Muxalifet4 - 13-03-2018
"Türkiyə NATO-nun üzvü olsa da, müstəqil dövlətdir" - ÇAVUŞOĞLU
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin NATO-ya üzv olmayan ölkələrdən də silah almaq hüququnun olduğunu bildirib.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, Rusiyada səfərdə olan M. Çavuşoğlu bu barədə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbələri ilə görüşündə danışıb.
“Türkiyə NATO-nun üzvüdür, ancaq biz müstəqil dövlətik. NATO-ya üzv olan digər dövlətlər necə üzv olmayan ölkələrdən silah almaq hüququna malikdirsə, Türkiyənin də bu hüququ var”, - deyə M. Çavuşoğlu söyləyib.Muxalifet4 - 13-03-2018
"İşğal olunmuş ərazilərdə mədəni abidələrlə bağlı vəziyyət çox acınacaqlıdır" - NAZİR
“Bizdə olan məlumata görə, Azərbayсanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni abidələrlə bağlı vəziyyət çox acınacaqlıdır. Onların arasında dünya əhəmiyyətli mədəni miras nümunələri də var”.
Muxalifet4 - 13-03-2018
Tillersonun çıxarılmasından sonra Trampdan İLK AÇIQLAMA
ABŞ prezidenti Donald Tramp, vəzifədən çıxardığı dövlət katibi Reks Tillerson haqqında “İran məsələsində onunla anlaşa bilmirdik. Amma Pompeo ilə fikirlərimiz eynidir. Uzun müddətdir bunu danışırdıq” deyib.
Müxalifət.azMuxalifet3 - 13-03-2018
Bu il Bakıda Novruz bayramı karvanı təşkil olunmayacaq
Bu il paytaxtda Novruz bayramı karvanı təşkil olunmayacaq.
Muxalifet.az “Report”a istinadən xəbər bildirir ki, paytaxtın bayram şənliyi proqramında dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük karvanın təşkil olunması nəzərdə tutulmayıb.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu il “İlaxır çərşənbə” Novruz bayramı ilə (martın 20-si) üst-üstə düşür. Ona görə də “İlaxır çərşənbə” ilə bağlı ayrıca mərasim olmayacaq.Muxalifet4 - 13-03-2018
Dolların sabaha olan məzənnəsi açıqlandı
Martın 14-nə manatın məzənnəsi açıqlandı.
Muxalifət.az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, 14.03.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2018-ci il martın 13-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.Muxalifet4 - 13-03-2018
"Əminəm ki, müdrik rus xalqı doğru seçim edəcək" - POLAD BÜLBÜLOĞLU
"Hər bir ölkədə prezident seçkiləri mühüm hadisədir. Azərbaycan xalqının istəyi Rusiyada hər şeyin yaxşı olması, onların uğurla inkişaf etməsidir".
Muxalifət.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskva Dövlət Humanitar-İqtisad Universitetində (MDHİU) təşkil edilən seçkiqabağı tədbirdə deyib.
Səfirin sözlərinə görə, Azərbaycanda və Rusiyada siyasi mühiti ənənəvi olaraq prezidentlər yaradır.Muxalifet4 - 13-03-2018
Prezident Gənclər Fonduna icraçı direktor təyin etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifət.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Muxalifet4 - 13-03-2018
"ABŞ PKK-cilara ayliq maas verir" - PERİNÇƏK
ABŞ PYD terrorçularına ayda 200-400 dollar arası maaş verir.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Vətən Partiyasının sədri Doğu Perinçək jurnalistlərə açıqlamasında deyib.
“Onların PKK-ya verdiyi maaş ABŞ Müdafiə Nazirliyinin büdcəsində əksini tapıb. ABŞ-ın rəsmi mənbələrinə görə, PYD döyüşçülərinə ayda 200-400 dollar maaş ödənir. Bu maaş təxminən 10.000 terrorçuya verilir. Bu rəqəmin 2019-da 65 minə çatdırılması gözlənilir”, – deyə o bildirib.Muxalifet4 - 13-03-2018
MKİ rəhbərliyinə gətirilən SİRLİ QADIN
ABŞ prezidenti Tramp, Reks Tillersonı vəzifədən azad edib, yerinə MKİ rəhbəri Mayk Pompeonu təyin etdi. MKİ direktorluğuna gətirilən şəxs isə Gina Haspel oldu. Haspel ABŞ tarixinin ilk qadın MKİ direktorudur.
1985-ci ildə MKİ tərkibinə qatılan Gina Haspel, 2017-ci il fevralında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktorunun müavini vəzifəsinə gətirilmişdi. 62 yaşlı Haspel, Pompeoya ən yaxın şəxs kimi tanınır.
Haspel, MKİ direktoru müavini vəzifəsinə gətirilmədən əvvəl Tailandda yerləşən MKİ həbsxanasını idarə edirdi.Muxalifet3 - 13-03-2018