Axtarış

The search found 105793 results in 0.064 seconds.

Search results

  1. ​Bu şəxslərin 2,3 milyard borcu silindi - HESABAT

    2017-ci il ərzində 163 314 vergi ödəyicisinin 1 mlrd. 912 mln. 624,9 min manat məbləğində borcu yaranıb.
    APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
    Hesabatda qeyd olunub ki, ötən il 154279 vergi ödəyicisinin 2 mlrd. 285 mln. 354,8 min manat məbləğində borcu ləğv edilib.
    Sənədə əsasən, ləğv edilmiş borclardan 907 mln. 868,7 min manatı (və ya 39,7%) tam, 1 mlrd. 377 mln. 486,1 min manatı (və ya 60,3%) isə qismən olub.

    Muxalifet2 - 13-03-2018

  2. ​Şabran sakini ad günündə ÖZÜNÜ GÜLLƏLƏDİ

    Şabran rayonunda intihar faktı qeydə alınıb.
    Muxalifət.az xəbər verir ki, hadisə rayonun Gəndob kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu doğum gününü qeyd etdikdən sonra özünü ov tüfəngi ilə vuraraq öldürüb.
    Faktla bağlı araşdırmalar aparılır./apa/

    Muxalifet2 - 13-03-2018

  3. ​Azərbaycan 551 milyon dollarlıq silah alıb - HESABAT

    Ermənistan və Azərbaycan 2016-2017-ci illər ərzində 675 milyon dollarlıq silah alıb.
    Muxalifət.az xəbər verir ki, bu barədə informasiya Stokholm Sülh Problemləri Tədqiqatı İnstitutunun hesabatında yer alıb. Hesabata əsasən Azərbaycan silah idxalına görə dünyada 27-ci yerdə qərarlaşıb. İki il ərzində Azərbaycan 551 milyon dollarlıq silah alıb.
    Ermənistana gəlincə isə o, 54-cü yeri tutub. Onun iki il ərzində idxal etdiyi silah 124 milyon dollar həcmində olub.

    Muxalifet2 - 13-03-2018

  4. ​BAŞBUĞDAN ŞOK: “ABŞ Öcalanı bizə verdi, PKK-nı aldı”

    1999-cu ildə ABŞ Abdullah Öcalanı Türkiyəyə verməklə PKK-ya nəzarəti Suriyadan öz əlinə aldı.
    Axar.az xəbər verir ki, bunu “Hürriyet” qəzetinə açıqlamasında Türkiyə Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ deyib.

    Muxalifet2 - 13-03-2018

  5. "Yazmışdılar ki, katibə işləmişəm, oradan vəzifəyə göndərilmişəm"- ŞANTAJ EDİLƏN DİREKTOR

    "Reket"çilikdə ittiham edilərək DTX tərəfindən həbs edilən şəxslərin məhkəməsi keçirilib.
    Muxalifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redatoru Gülbəniz Əliyeva, işçiləri İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal 107" qəzetinin baş redaktoru Maarif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Muxalifet2 - 13-03-2018

  6. ​ARİF ALIŞANOV HAQDA SENSASİON FAKTLAR... – AzTV rəhbəri ötən həftə mətbuatın gündəmini zəbt etdi

    Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

    Muxalifet - 13-03-2018

  7. ASO-dan çağırış: “RƏİS BİZİ DƏ QƏNDİLƏ GÖTÜR, TÜRKİYƏYƏ MİNNƏT BORCUMUZ VAR”

    ASO döyüşçüləri, "Borcumuzu Qəndildə ödəmək istəyirik. Afrindən PKK təmizləyək, sonra Qəndilə biz də gələcəyik. Terrorçuları oradan da təmizləyəcəyik" deyir.
     
    Türk Silahlı Qüvvələri (TSQ) tərəfindən 52 gün öncə başlamış “Zeytun Budağı” əməliyyatı ilə birlikdə terror təşkilatı PKK/PYD-yə qarşı Afrin əməliyyatına qatılan Azad Suriya Ordusu (ASO) mənsubları növbədə Qəndilin olduğunu deyir.

    Muxalifet3 - 13-03-2018

  8. ​Pornoaktrisadan TRAMPA ŞOK: Pulunu qaytarır, faktı açıqlayır...

    Pornoaktrisa Stefani Klifford ABŞ Prezidenti Donald Trampla bağlı qərarını açıqlayıb.
    Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Trampla münasibəti barəsində susması üçün prezidentin vəkili Maykl Koenin ona verdiyi 130 min dolları geri qaytaracağını bildirib.
    Kliffordun vəkili pulun martın 16-dək Trampın hesabına keçiriləcəyini deyib.
    Aktrisa pulun əvəzində ABŞ prezidenti ilə münasibətləri və ona qarşı edilən təzyiqlər barəsində açıqlama verəcək.

    Muxalifet2 - 13-03-2018

  9. Əsəd rejimi də AFRİNDƏN QAÇIR

    YPG-yə dəstək olmaq üçün Afrinə göndərilən Əsəd rejiminə bağlı qüvvələr, arxalarına baxmadan qaçmağa başlayıb.
     
    TSQ və aSO-nun irəliləyişi qarşısında çarəni qaçmaqda tapan terrorçulara, Əsəd rejiminin qüvvələri də qoşulub.
     
    HƏLƏBƏ QAÇDILAR
     
    TSQ tərəfindən Kefr Cenna bölgəsinə edilən hava hücumunda böyük itki verən Əsəd rejiminə bağlı güclər, daha çox itki verməmək üçün Hələbin şimal-şərqinə qaçıb.
     Müxalifət.az

    Muxalifet3 - 13-03-2018

  10. ​XİN-in notasına CAVAB: “ABŞ Dağlıq Qarabağ rejimini tanımır”

    "ABŞ-ın mövqeyi dəyişməyib. ABŞ digər ölkələr, o cümlədən Ermənistan da daxil olmaqla de-fakto Dağlıq Qarabağ rejimini tanımır".
    Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin səfir Robert Sekutanın XİN-ə çağrılması və ona etriaz notasının təqdim olunması ilə bağlı məlumatında bildirilib.

    Muxalifet2 - 13-03-2018

  11. ​“Qorxulu Tehran”ın Kremllə dumanlı ittifaqı –İranlıların siyasi təfəkküründə Rusiyaya qarşı kin niyə həmişə diridir? - TƏHLİL

    Rusiya, Türkiyə və İran prezidentləri aprelin ilk günlərində İstanbulda bir araya gəlməlidir. Bundan əvvəl, martın 16-da Astanada üç ölkənin diplomatları Suriya münaqişəsi ilə bağlı növbəti müzakirələr aparacaq. Tərəflərin ara-sıra kəskinləşən ağız davasına baxmayaraq, təmkinli davranış davam edir. Halbuki bu əməkdaşlığın günlərin bir günü tükənəcəyinə əminlik getdikcə daha çox güclənir.
    O cümlədən çatları böyüyən Rusiya-İran birgə səylərinin xitam anı zamanın ixtiyarındadır.

    Muxalifet2 - 13-03-2018

  12. ​Ötən həftə məmurlar haqqında ən çox məqaləni bu sayt yazdı... - HƏFTƏNİN STATİSTİKASI

    Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

    Muxalifet - 13-03-2018

  13. Menbiçlə bağlı yenilik: TÜRK VƏ ABŞ HƏRBÇİLƏRİ EYNİ ANDA..

    ABŞ ilə aparılacaq Menbiç danışıqlarına dair açıqlama verən Türkiyə XİN rəhbəri Çavuşoğlu, "Yol xəritəsi müəyyən olunacaq. YPG Menbicdən çəkiləcək, ABŞ və Türk əsgərləri birlikdə təhlükəsizliyi təmin edəcək” deyib.
     
    ABŞ və Türkiyə xarici işlər nazirlərinin Vaşinqtonda keçirəcəyi görüşdə YPG-nin Menbiçdən çəkilməsi və o bölgədə təhlükəsizliyin təmin olunması üçün təqvim müəyyənləşəcək. Xarici işlər naziri Mövlud Çavuşoğlu Menbiç üçün kritik tarixin 19 mart olduğunu açıqlayıb.

    Muxalifet3 - 13-03-2018

  14. Rusiyadan ABŞ-a MÜHARİBƏ SİQNALI

    Rusiya Baş Qərargahının rəisi Valeriy Gerasimov, ABŞ-ın Suriyanı bombalanması və buradakı Rus əsgərlərinin həyatının təhlükəyə girməsi halında Rusiyanın bu hücuma cavab verəcəyini söyləyib.
     
    Gerasimov, paytaxt Dəməşq də daxil olmaqla, Suriyanın hər hansı bir nöqtəsinin bombalanması və bunun Rus əsgərlərin həyatı üçün təhlükə yaratması halında, həm sözügedən hücumda istifadə edilən raketlərə, həm də bu raketləri daşıyan müharibə vasitələrinə cavab veriləcəyini bildirib.
    Müxalifət.az

    Muxalifet3 - 13-03-2018

  15. ​Ərdoğanın Ardaya toy hədiyyəsi ÜZƏ ÇIXDI - Nikah mərasiminin ÖZƏL ANLARI

    “Afrin hərəkatı davam edərkən toy etmərəm” deyən türkiyəli futbolçu Arda Turanın nikah mərasiminin detalları paylaşılıb.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Turan cütlüyünün nikah şahidi olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan gəlin Aslıhan Doğana 1 cüt bilərzik hədiyyə edib.
    Mərasim sadə formada keçirilib. Afrin hərəkatının davam etməsi səbəbilə nikah mərasimində tort kəsilməyib və musiqi çalınmayıb.

    Muxalifet2 - 13-03-2018

  16. ​Axtarışda olan şəxs qadını döyərək yandırmaq istəyib - SUMQAYITDA

    Martın 12-də DİN-in “102 Zəng Mərkəz” Xidmətinə Sumqayıt şəhəri, 3-cü məhəllənin ərazisində bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub.
    Hurriyyet.org DİN-ə istinadən xəbər verir ki, dərhal Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qeyd edilən ünvana gəliblər. Polis əməkdaşlarını görən həmin şəxs onlara müqavimət göstərib və benzinlə özünü də yandırmağa cəhd göstərib.
    Lakin əməkdaşların çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınaraq zərərsizləşdirilib.

    Muxalifet2 - 13-03-2018

  17. ​ABŞ GENERALI: Rusiya ilə savaş ssenarisi hazırlayırıq

    Rusiya ABŞ-ın Avropadakı qüvvələrinin toqquşduğu əsas təhdiddir.
    Muxalifət.az xəbər verir ki, bunu NATO-nun Avropadakı qüvvələrinin komandanı general Kertis Skaparotti söyləyib. Onun sözlərinə görə, Rusiya regional təhlükəsizliyi destabilizasiya etməyə davam edir və II Dünya müharibəsindən sonra Avropada stabilliyi təmin edən beynəlxalq hüquq normalarını pozur:

    Muxalifet2 - 13-03-2018

  18. ​48 yaşlı kişi özünü asdı –Sumqayıtda İNTİHAR

    Sumqayıt şəhər sakini intihar edib.
    Hadisə “Qurd dərəsi” adlanan yaşayış sahəsində qeydə alınıb.
    Məlumata görə, 1970-ci il təvəllüdlü Azər Cəbiyev özünü asaraq intihar edib.
    Faktla bağlı Sumqayıt Şəhər Prokrurorluğunda araşdırma aparılır/Report.

    Muxalifet2 - 13-03-2018

  19. Rusiyadan alçaq SURİYA YALANI

    Rusiya baş qərargah rəisi Valeri Gerasimov, müxaliflərin Suriyada kimyəvi hücum hazırlığında olduğunu, sonra isə təcavüzün Əsəd və dəstəkçisi Rusiyanın üzərinə yıxılacağını, bunun nəticəsində də ABŞ-ın rejimə hücum etmək üçün bəhanə əldə etmiş olacağını iddia edib.
     
    Rusiyanın baş qərargah rəisi Valeri Gerasimov, Suriyadakı müxalif qrupların mülki əhaliyə kimyəvi hücum hazırlığında olduğu iddia edib. Gerasimov, kimyəvi hücumların Əsəd rejiminin üstünə yıxılacağını və əsil təcavüzkarların zərərçəkən rolunda təqdim ediləcəyini söyləyib.

    Muxalifet3 - 13-03-2018

  20. ​Laricani bütün qadınları TƏHQİR ETDİ: “Bu fahişəlikdir...”

    İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricani jurnalistlərə açıqlamasında məcburi hicaba qarşı çıxan qadınları “fahişəliyi yaymaq”da günahlandırıb.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, o, hicabsızlığı “haram və yolverilməz addım” kimi qiymətləndirib:
    “Hicaba riayət etməmək bir növ fahişəliyi yaymaqdır. Ölkə qanunlarına görə, hicaba riayət olunması vacib məsələlərdən biri sayılır. Hicab məsələsində bəzi gənclər səhvə yol verə bilər. Bunu başa düşmək olar.

    Muxalifet2 - 13-03-2018

Pages