Axtarış
The search found 105793 results in 0.133 seconds.
Search results
Terrorçular Afrindən qaçan əhalinin yolunu kəsdi
Türkiyə Silahlı Qüvvələrinin Afrinin mərkəzi hissəsinə hücuma hazırlaşdığı bir vaxtda mülki insanlar terrorçuların nəzarətindəki əraziləri tərk etməyə başlayıb.
Muxalifet.az xəbər verir ki, Afrini tərk etmək istəyənlər rejimin nəzarətindəki Nubul və Zəhra ərazilərinə üz tutub.
Afrini tərk etməyə çalışanlara YPG/PKK terrorçuları mane olub. Belə ki, terrorçular Afrinin çıxışında insanların yolunu kəsərək onların döyüş bölgəsini tərk etməsinə əngəl törədiblər.
Qeyd edək ki, Afrində “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.
Muxalifet3 - 12-03-2018
Rusiya açıqladı: 200 tonluq balistik raket artıq... - Video
Rusiya SS-18 Satan tipli 200 tonluq "Voyevoda" qitələrarası balistik raketlərini qısa müddət sonra braka çıxaracaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya müdafiə nazirinin müavini Yuri Borisov "Voyevoda" raketlərinin istifadəsinin sona çatdığını bildirib.
Borisov sözügedən raketlərin 1980-ci ilin sonunda istehsal edildiyini və sistemin artıq "qocaldığını" qeyd edib.
Muxalifet3 - 12-03-2018
Dünya liderləri İlham Əliyevə başsağlığı verdi
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə başsağlığı verib.
"Zati-aliləri.
Bakıdakı Respublika Narkoloji Mərkəzində Azərbaycan vətəndaşlarının ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərindən sarsıtdı və kədərləndirdi.Muxalifet3 - 12-03-2018
121 dövlət əmlakı hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi aprelin 10-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.
Komitədən verilən məlumata görə, hərraca 121 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisəsi, 56-sı qeyri-yaşayış sahəsi, 10-u isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 15-i xidmət, 6-sı kənd təsərrüfatı, 4-ü sənaye, 6-sı iaşə, 6-sı təmir sahələrinə aiddir.Muxalifet3 - 12-03-2018
Ötən il vergidən yayınma faktı üzrə 614 cinayət işi bağlanıb
2017-ci ildə Azərbaycanda ümumilikdə 5878 vergi ödəyicisinə, o cümlədən 4351 hüquqi şəxsdə və 1527 fiziki şəxsdə səyyar vergi yoxlaması həyata keçirilib.
Muxalifet.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.Muxalifet3 - 12-03-2018
Bank hesabları üzrə aparılan valyuta əməliyyatları siyahısı genişləndirildi
“Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilib.
Muxalifet.az-ın məlumatına görə, artıq qabaqcadan ödənişin aparıldığı gündən 180 gün deyil, 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.Muxalifet3 - 12-03-2018
Çin liderindən Trampın Çenlə görüşü ilə bağlı - Bəyanat
ABŞ və Şimali Koreyanın dövlət başçıları və iki Koreya dövlətinin liderləri arasında keçiriləcək danışıqlara dəstək veririk.
Muxalifet.az xəbər verir ki, bu barədə Çinin dövlət başçısı Si Szinpinin bəyanatında bildirilib.
Çin lideri sözügedən ölkələr arasında keçiriləcək görüşdən irəliləyişlər gözlədiklərini və yarımadanın nüvə silahlarından təmizlənməsinə ümid etdiklərini bəyan edib.
Qeyd edək ki, üç ölkənin liderləri arasında görüşün keçirilməsi istiqamətində intensiv danışıqlar aparılır.
Muxalifet3 - 12-03-2018
Erməniləri utandıran keçmişi
Müxtəlif ölkələrdə yaşayan ermənilər Ermənistanın ictimai-siyasi həyatında faşizmin təbliğ olunmasından ciddi narahatdırlar.
Muxalifet3 - 12-03-2018
Kreml sözçüsü: Putin çox kapriz bir şefdir, bəzən tənqidləri...
Putin kapriz bir şefdir. Tənqidlər isə işin bir parçasıdır.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.
"Daha əvvəl də dedik ki, Putin çox kapriz bir insan olmaqla yanaşı, kapriz bir şefdir. Bunlar isə qətiyyən işin normal hissəsidir. İradlar bəzən daha sərt, bəzən daha yumşaq olur. Yəqin ki, rəhbərləri tərəfindən tənqid edilməyən mətbuat sözçüsü yoxdur. Tənqid olunmursa, deməli mətbuat katibi heç nə etmir", - Peskov söyləyib.Muxalifet3 - 12-03-2018
Britaniyada yaşayan rusiyalı jurnalistlər ölümlə hədələndi
Britaniyada işləyən rusiyalı jurnalistlərə təhdid dolu məktublar göndərilir.
Muxalifet.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
İddiaya görə, buna səbəb rusiyalı jurnalistlərin Britaniyada baş verən hadisələri və Solberidə keçmiş Rusiyalı casusun zəhərlənməsi ilə bağlı yerli KİV-də yayılan məlumatları qərəzli şəkildə işıqlandırmasıdır.
Rusiyanın NTV telekanalının müxbiri Yelizaveta Qersonun bu barədə verdiyi açıqlamanı, Rusiyanın İngiltərədəki səfirliyi də təsdiqləyib.Muxalifet3 - 12-03-2018
Jurnalistin ölümü nazirin istefasına səbəb oldu
Slovakiyanın baş nazir müavini və daxili işlər naziri Robert Kalinyak jurnalist Yan Kutsiyakın qətli fonunda meydana gəlmiş ictimai təzyiqlər altında istefa verib.
Muxalifet.az xəbər verir ki, bu barədə “iDNES.cz” məlumat yayıb.
DİN rəhbəri qətlin araşdırılmasının və günahkarların məsuliyyətə cəlb olunmasının onun üçün son dərəcə vacib olduğunu bildirib.Muxalifet3 - 12-03-2018
FHN Salyandakı qəza ilə bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
Muxalifet.az FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Salyan rayonunun Qaraçala qəsəbəsində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.Muxalifet3 - 12-03-2018
Türkiyəni raket təhdidlərindən biz qoruyuruq - NATO
Suriya ərazilərindən raket təhdidləri də daxil olmaqla, Türkiyənin təhlükəsizliyini dəstəkləyirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri NATO rəsmilərindən biri Ərdoğanın NATO ilə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.Muxalifet3 - 12-03-2018
Bakı, Tiflis, Ankara və Tehran arasındakı görüşlər... - Txilava
Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin martın 15-də Bakıda keçiriləcək dördtərəfli görüşü yeni formatdır. Düşünürəm ki, bu format regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək.
Muxalifet.az xəbər verir ki, bu fikirləri azərtac-a müsahibəsində gürcüstanlı politoloq Tengiz Txilava bildirib.Muxalifet3 - 12-03-2018
Dərmanların dövriyyəsi ilə məşğul olanlarla bağlı - Açıqlama
Əhalinin sosial rifahının yaxşılaşdırılması, sağlamlığının qorunması, hər bir vətəndaşın fiziki və ruhi sağlamlığının mühafizəsi və tibbi yardımla təminatına yönəldilmiş tibbi-sosial xarakterli islahatlar və dövlət proqramlarının uğurlu icrası bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.
Muxalifet3 - 12-03-2018
Rusiya Türkiyədən gələn 400 tonluq malı saxladı
Belarus ərazisindən Rusiyaya gizli şəkildə Polşa, İspaniya və Türkiyədən gətirilən 400 ton meyvə və tərəvəz müsadirə edilib.
Muxalifet.az xəbər verir ki, 400 ton meyvə və tərəvəz Rusiyanın Smolensk şəhərinin gömrük idarəsi tərəfindən ələ keçirilib.
Saxlanılan meyvə və tərəvəzlərin sənədsiz olduğu bildirilib.
Muxalifet3 - 12-03-2018
Azarkeşlərə tüpürdüyü üçün qovuldu
“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager “Skay Sports” telekanalından qovulub.
Muxalifet.az-ın yaydığı xəbərə görə, hadisəyə veteran futbolçunun etdiyi kobud hərəkət səbəb olub. Premyer Liqanın son turunda “Liverpul”un səfərdə “Mançester Yunayted”ə uduzmasını həzm edə bilməyən Karrager heyfini “qırmızı şeytanlar”ın fanatından çıxıb. O, öz avtomobillərində qələbəni bayram edən azarkeşlərə tüpürüb. Olayın üstü isə videokadrlara baxarkən açılıb. Nəticədə kanal rəhbərliyi orada şərhçi kimi çalışan Karrageri işdən azad edib.Muxalifet3 - 12-03-2018
Sərkisyan Bakı və Ankaranı günahlandırdı, ancaq...
Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik məsələlərinə dair illik konfransda bir sıra ölkələrin başçıları iştirak ediblər. Onların sırasında Ermənistan prezidenti Serj Sərkisyan da vardı. S.Sərkisyan tədbirdə çıxış edib. Bir neçə məsələni əhatə edən mətn qısadır və əsasən Ermənistanın xarici siyasət fəaliyyətindən danışan S.Sərkisyan müəyyən dərəcədə beynəlxalq siyasətə də toxunub. Ancaq onun əsas qayğısı yenə də Azərbaycan və Türkiyə ilə bağlı olub. Erməni lider yenə də tam əsassız, iftira və yalanla dolu fikirlər ifadə edib.
Muxalifet3 - 12-03-2018
Mey danışdı: Rusiya ölkəmizə güc tətbiq etdi
Rusiyalı kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsindən Moskva məsuliyyət daşıyır.
Muxalifet.az xəbər verir ki, bu sözləri İngiltərə Baş naziri Tereza Mey söyləyib.
Rusiyanın Londondakı səfirinin XİN-ə çağırıldığını deyən Mey zəhərin Salisburiyə necə gətirildiyi barədə soruşulduğunu bildirib.
Mey inandırıcı cavab almadıqlarını, ancaq Skripalın İngiltərədə öldürülməsinin ölkəsinə güc tətbiqi hesab edildiyini qeyd edib.Muxalifet3 - 12-03-2018
“Yeni zərbələri endirməyə hazırıq!” - Aprel əməliyyatını XATIRLATDILAR
Birləşmiş Ştatlar Suriya üzrə yeni hərbi hərəkətlərə hazırdır.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda BMT-nin Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.
“Biz kimyəvi hücumlar və dözülməz əziyyətlər yolu öz iradəsini nümayiş etdirməyə çalışan istənilən ölkəyə xəbərdarlıq edirik. Bu, xüsusən, Suriya rejiminə aiddir. Lazım olacağı halda, ABŞ əvvəlki kimi hərəkət etməyə hazırdır” -o deyib.
Diplomat əlavə edib ki, Amerika tərəfi belə yola üstünlük vermir.Muxalifet3 - 12-03-2018