Axtarış
The search found 105793 results in 0.055 seconds.
Search results
ABŞ İncirliyi tərk edir? - Türkiyədən açıqlama
Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ ABŞ-ın İncirlik hərbi bazasından çıxacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, Bozdağ yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
O qeyd edib ki, ABŞ İncirlikdən çəkilmək niyyətində deyil.
Muxalifet3 - 12-03-2018
Türkiyə hökumətindən təyyarə qəzası ilə bağlı açıqlama
Türkiyə Baş nazirinin müavini Ömər Bozdağ dünən İranda qəzaya uğrayan özəl təyyarə ilə bağlı açıqlama verib.
Muxalifet.az xəbər verir ki, Bozdağ qəza ilə bağlı hələ ki, dəqiq məlumatlara malik olmadıqlarını bildirib.Muxalifet3 - 12-03-2018
Zaxarova Britaniya parlamentini "sirk şousu" adlandırdı
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Britaniya baş naziri Tereza Meyin Rusiyalı casusun zəhərlənməsində Moskvaya eyham vurmasına sərt reaksiya göstərib.
Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Zaxarova mətbuat konfransında açıqlama verib.
“Bu Britaniya parlamentinin sirk şousudur. Nəticə aydındır: təxribat üzərində qurulmuş növbəti siyasi-informasiya kampaniyasıdır”deyə Zaxarova bildirib.Muxalifet3 - 12-03-2018
Ulduz enerjisindən elektrik cərəyanı alınacaq
Massaçusets texnologiya universitetinin fizikləri “Commonwealth Fusion” şirkəti ilə birgə qarşıdakı 15 il ərzində termo-nüvə reaktoru yaratmağı planlaşdırır.
Muxalifet.az xəbər verir ki, bu barədə “Popular Mechanics” məlumat yayıb.
Sözü gedən kompleksdə ulduzların nüvəsində gedən proseslərə bənzər termo-nüvə sintezinin həyata keçiriləcəyi bildirilir. Bu məqsədlə alimlər “YBCO” – itrium-barium-mis oksidindən hazırlanmış yüksək ötürücülük qabiliyyəti olan maqnitlərdən istifadə edəcək.Muxalifet3 - 12-03-2018
Heyli: ABŞ Suriyaya zərbələr endirməyə hazırdır
BMT Şərqi Qutada atəşkəsə nail olmaqda aciz olsa, ABŞ Suriyaya yenidən zərbələr endirməyə hazırdır.
Muxalifet.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında bildirib.
Bundan əvvəl ABŞ, Dəməşq və onun şəhərkənarında hərbi əməliyyatların dərhal dayandırılması tələbi ilə qətnamə layihəsi hazırlayaraq şuraya təqdim edib.
Heyli 2017-ci ilin aprel ayında ABŞ-ın Suriya hökumət qüvvələrinə aid aviabazaya zərbələr endirdiyini xatırladıb.Muxalifet3 - 12-03-2018
Putin türkmən liderlə Xəzəri müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putinlə türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, rəsmilər Xəzər dənizində çoxtərəfli əməkdaşlıqla bağlı müzakirə aparıblar:Muxalifet3 - 12-03-2018
PKK-nın Afrindəki gizli PENTAQON BAZASI
Terror təşkilatı PKK/YPG-nin Afrində Pentaqon binasına bənzər gizli bir baza inşa etdiyi ortaya çıxıb.
Suriyanın şimalında yuvalanan separatçı terror təşkilatı PKK-ya qarşı “Zeytun Budağı” Hərəkatını başladan Türk Silahlı Qüvvələri, Afrin bölgəsini tamamilə terror elementlərindən uğurla təmizləyərkən, ABŞ-ın dəstəklədiyi PYD terror təşkilatının Afrində Pentaqona oxşar gizli bazası ortaya çıxıb.Muxalifet3 - 13-03-2018
Bu gün Yel çərşənbəsidir – KÜLƏKLƏR İSTİQAMƏTİNİ DƏYİŞƏCƏK...
Bu gün Yel çərşənbəsidir.
Xatırladaq ki, Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə", "Yelli çərşənbə", "Külək çərşənbəsi" kimi də tanınır.
İlaxır çərşənbələrdən Yel və Torpaq çərşənbələri ilə bağlı xalq arasında ziddiyyətli məqamlar var və bəzən hansının əvvəl olması mübahisə yaradır.Muxalifet4 - 13-03-2018
ABŞ İrana qarşı sanksiyaların müddətini uzatdı – NÜVƏ MƏSƏLƏSİ…
ABŞ prezidenti Donald Tramp İrana qarşı ballistik raketlərin hazırlanması, "beynəlxalq terrorçuluğa dəstək" və insan haqlarının pozulması ilə əlaqədar tətbiq etdiyi sanksiyaları daha bir il müddətinə uzatmaq barədə qərar qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanatın mətni bazar ertəsi Ağ evin mətbuat xidməti tərəfindən yayılıb.
Mətndə qeyd olunur ki, söhbət İranın nüvə proqramı haqqında sazişin həyata keçirilməsindən sonra Tehranın üzərindən götürülən sanksiyalardan getmir.Muxalifet4 - 13-03-2018
Bakıda yaşlı kişini avtobus VURDU
Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, Pirşağı qəsəbəsində yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Aydəmirov Mürsəl Sərdar oğlunu 173 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.
Yaralı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet2 - 13-03-2018
Terrorçular Dəməşqi ATƏŞƏ TUTDU: 2 ölü, 4 yaralı
Dəməşq ətrafında yerləşən qaçqın düşərgələrindən birinin terrorçular tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.
Muxalifət.az xəbər verir ki, bu barədə bazar ertəsi yerli polisə istinadən SANA agentliyi məlumat yayıb.
Bildirilir ki, terrorçuların hədəfi Suriya paytaxtından cənubda yerləşən Əl-Buşeyr məscidi ərazisindəki Yarmuk düşərgəsi olub.
Muxalifet2 - 13-03-2018
Terrorçubaşı Öcalan Afrinlə bağlı HANSI GÖSTƏRİŞİ VERİB?
“Hürriyyət” qəzetinin köşə yazarı Əbdülqədir Selviə bugünkü yazısında diqqətçəkən bir yazı qələmə alıb. Selvi Öcalanın Arkaş ilə Nasrullah Qurana Afrinlə bağlı verdiyi təlimatı izah edir.
Öcalan, 2015-ci ilin martı ilə 2016-cı ilin yanvar ayı arasında Adadakı həbsxanada birlikdə qaldığı PKK-lı Çətin Arkaş ilə Nasrullah Qurana Afrinlə bağlı çox mühüm bir təlimat verib.Muxalifet3 - 13-03-2018
ABŞ-dan Rusiyaya SƏRT ETİRAZ: sui-qəsd olayı böyüyür
Vaşinqton Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və qızının zəhərlənməsi məsələsini diqqətlə izləyir.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Sara Sanders söyləyib.
“Britaniya vətəndaşına qarşı Britaniya ərazisində sinir iflicedici vasitənin tətbiqi özbaşınalıqdır. Hücum məsuliyyətsiz və diskriminasiya xarakteri daşıyırdı. Biz qətiyyətlə bunu qınayırıq”, – deyə o bildirib.Muxalifet2 - 13-03-2018
Novella Cəfəroğlu: “Əli İnsanov da, İlqar Məmmədov da buraxılacaq”
Əliməmməd Nuriyev: “Əvvəlcədən hansısa şəxslərin əfv olunmasını demək yanlış olardı”
Novruz bayramına bir həftə qalır. Günlər keçdikcə bu bayramda və ya mayda verilə biləcək əfv sərəncamı ətrafında gedən müzakirələr qızışır. Bu müzakirələr ölkəmizdə 2018-ci ildə siyasi məhbus probleminin tamamən aradan qaldırılacağı yönündədir.Muxalifet2 - 13-03-2018
Rusiya qanadlı raketlərini Aralıq dənizinə göndərdi
Rusiyanın “Admiral Essen” hərbi gəmisi Aralıq dənizinə yollanıb.
Muxalifət.az xəbər verir ki, Rusiya Qara dəniz donanmasının mətbuat xidməti yayıb gəminin “Kalibr NK” raket kompleksləri ilə təchiz edildiyini bildirib.
Gəmidə “Ştil-1” özünümüdafiə raket kompleksləri, zenit artilleriya və reaktiv bomba qurğularının olduğu vurğulanıb.Muxalifet4 - 13-03-2018
ƏQRƏBLƏR BAKIDA TUTUŞDURULUR- Azərbaycan regional oyunçu kimi episentrdə
“Azərbaycan Ermənistanın izolyasiyasını uğurla həyata keçirir...”; Gürcüstanın baş naziri böyük bir nümayəndə heyəti ilə ölkəmizdədir; gürcü baş nazirin İrəvan səfərindən cəmi 10 gün sonra Azərbaycana gəlişinin pərdəarxası; sabah Azərbaycan, Türkiyə və İran baş diplomatlarının Bakı sammiti, gələn həftə isə dördlü sammit olacaq...
Muxalifet2 - 13-03-2018
ABŞ Öcalanı Türkiyəyə niyə TƏHVİL VERDİ? – BAŞBUĞ AÇIQLADI
Türkiyə Ordusubub sabiq baş qərargah rəisi İlker Başbuğ, ABŞ rəhbərliyinin terror təşkilatı PKK-nın başçısı Abdullah Öcalanı 1999-ci ildə Türkiyəyə təslim etməsi ilə təşkilatın nəzarətinin Suriyadan ABŞ-a keçdiyini açıqlayıb.
Muxalifet3 - 13-03-2018
“Şimali İraqa zurna-balabanla girməyəcəyik” – Rəsmi Ankaradan yeni savaş xəbərdarlığı
"Məndən heç kəs təqvim açıqlayacağımı gözləməsin. Şimali İraqa zurna-balabanla girməyəcəyik. Qırıcılarımızı, əsgərlərimizi görəndə gəldiyimizi anlayacaqlar".
Bu açıqlama ilə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Nazirlər Şurasının toplantısından sonra mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, Şimali İraqda terrorçulara qarşı əməliyyatların keçirilməsilə bağlı rəsmi Bağdadla aparılan müzakirələr məhsuldar olub: "Rəsmi Bağdadın razılığı ilə Şimali İraqda terrora qaşrı birgə mübarizə aparacağıq"/Teleqraf.com.Muxalifet2 - 13-03-2018
"Zeytun budağı" 53-cü günündə: şəhərdən qaçan terror başçıları və Afrindən SON GÖRÜNTÜLƏR
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Suriyanın Afrin şəhərində birgə həyata keçirilən “Zeytun budağı” hərəkatının 53-cü günüdür.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, “mehmetçik”lərin Afrinin mərkəzinə doğru irəliləyişindən qorxan PKK/YPG terror təşkilatının başçıları şəhərdən qaçmağa başlayıb.Muxalifet2 - 13-03-2018
TRAMP VƏLİƏHD ŞAHZADƏ İLƏ GÖRÜŞƏCƏK
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ilə görüşəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş martın 20-də Vaşinqtonda baş tutacaq.
Bununla bağlı Ağ Evin sözçüsü Sara Sandres məlumat verib.
Görüş zamanı müzakirə ediləcək məsələlər açıqlanmır.Muxalifet2 - 13-03-2018