Axtarış

The search found 105793 results in 0.112 seconds.

Search results

  1. ​Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb

    Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb.
     
    Muxalifət.az
    xəbər verir ki, hadisə Diyarbakır əyalətinin Dicle rayonu ərazisində baş verib.
    Bölgədə keçirilən antiterror əməliyyat zamanı terrorçu PKK qruplaşması silahlıları ilə hərbçilər arasında atışma olub.
    Yaralanan hərbçilər Səlahəddin Əyyubi adına dövlət xəstəxanasına yerləşdiriliblər.
    Bölgədə antiterror əməliyyatı davam edir./report/

    Muxalifet4 - 13-03-2018

  2. ​İlham Əliyevdən Qarabağ əlilləri və şəhid ailələri ilə bağlı MÜHÜM SƏRƏNCAM

    Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
     

    Muxalifet4 - 13-03-2018

  3. ​ Qar Şamaxını iflic etdi

    Dünən günorta saatlarından başlayaraq Şamaxıya yağan qar və yolların buz bağlaması hərəkəti iflic edib. Ucqar kəndlərə daha çox qarın yağması bu kəndlərə gediş-gəlişi çətinləşdirib.
     
    ARB Şəki xəbər verir ki, təxminən 25-30 sm qalınlığında olan qar və buz Şamaxı-Pirqulu yolunda nəqliyyatın hərəkətini çətinləşdirib. Rayonun Qızmeydan, Qəleybuğurd, Pirbəhli, Keçmədil, Qaladərəsi, Sis, Dəmirçi, Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb.

    Muxalifet4 - 13-03-2018

  4. Müdrik rus xalqı doğru seçim edəcək - Bülbüloğlu

    Hər bir ölkədə prezident seçkiləri mühüm hadisədir. Azərbaycan xalqının istəyi Rusiyada hər şeyin yaxşı olması, onların uğurla inkişaf etməsidir.
    Muxalifet.az-ın məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskva Dövlət Humanitar-İqtisad Universitetində (MDHİU) təşkil edilən seçkiqabağı tədbirdə deyib.
    Səfirin sözlərinə görə, Azərbaycanda və Rusiyada siyasi mühiti ənənəvi olaraq prezidentlər yaradır.

    Muxalifet3 - 13-03-2018

  5. ​Tramp: Skripalın zəhərlənməsində Rusiyanın əli var

    ABŞ prezidenti Donald Tramp Britaniyada siyasi sığınacaq almış keçmiş Rusiya kəşfiyyat zabiti Serqey Skripalın zəhərlənməsində Moskvanın əli olduğunu düşünür. 
    Muxalifet.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
    “Mənə elə gəlir ki, bunu Rusiya edib” –deyə Tramp Ağ Evdə etdiyi çıxışında bildirib.
    Onun sözlərinə görə, insident Rusiya ilə Qərb arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.
     

    Muxalifet3 - 13-03-2018

  6. ​İpək yoluna dəstək qrupundan yekun bəyannamə

    ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransı başa çatıb.

    Muxalifet3 - 13-03-2018

  7. ​Türk ordusu yerlə-yeksan etdi: "Mühasirə başlandı.."

    Türkiyə ordusu Afrində daha iki kəndi terrorçulardan azad edib.
    Muxalifet.az xəbər verir ki, TSQ Mağaracıq və Dərməşqanlı kəndlərinin terrorçulardan təmizləndiyini açıqlayıb.
    Qeyd edək ki, türk ordusu bu gün Afrin şəhərinin mərkəzini mühasirəyə alıb.
     

    Muxalifet3 - 13-03-2018

  8. ​Trampdan növbəti skandal qərar

    Dövlət katibi Reks Tillersonu işindən qovan ABŞ Prezidenti Donald Tramp şəxsi müşaviri Con MakEntinini də vəzifəsindən kənarlaşdırıb.
    Muxalifet.az xəbər verir ki, qərarı Ağ Ev şərh etməyib.
    MakEntini 3 ildir ki, Trampla birlikdə çalışırdı.
    Qeyd edək ki, bir qədər əvvəl Ağ Ev rəhbəri Tillersonu işdən qovub.
     

    Muxalifet3 - 13-03-2018

  9. ​Ərdoğan açıqladı: Afrinə girdik

    “Zeytun budağı” əməliyyatında 3400 terrorçu məhv edilib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
    “Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlarla vətənimizin təhlükəsizliyi təmin edilir. Dinc sakinlərdən qalxan kimi istifadə edən terrorçuların əsl üzü ortaya çıxır. Hazırda 3400 terrorçu məhv edilib. Afrinə girdik və davam edirik. Çox az qaldı. Biz Afrini həqiqi sahiblərinə təhvil vermək üçün bu şəhərə daxil olduq”, - Ərdoğan bildirib.
     

    Muxalifet3 - 13-03-2018

  10. ​İrəvan yenə “rekord” qırır: Yoxsullar üçlüyü

    Ermənistan MDB məkanının ən yoxsul ölkələrindən biridir.
    Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı “Panorama.am” saytı Ermənistan Milli Statistika Xidmətinin məlumatlarına əsasən yayıb. Sayt 2016-cı ildə ölkədə yoxsulluq səviyyəsinin 29,4% olduğunu bildirib. Ermənistan bu göstəricisinə görə MDB ölkələri arasında yalnız Qırğızıstan (32,1%) və Tacikistanı (30,3%) üstələyib.
    Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında yoxsulluq həddinin ən aşağı səviyyəsinə görə 4-cü yeri tutub. Ölkədə yoxsulluq səviyyəsi 5,9%-dir.

    Muxalifet3 - 13-03-2018

  11. ​ABŞ-dan bəyanat: Dağlıq Qarabağı de-fakto...

    Birləşmiş Ştatların Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib. Nə ABŞ, nə də digər ölkələr, o cümlədən Ermənistan Dağlıq Qarabağ rejimini de-fakto tanımır.
    Muxalifet.az xəbər verir ki, bu fikirlər ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub.
    Məlumatda deyilir ki, Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqlar yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirəcək.
     

    Muxalifet3 - 13-03-2018

  12. ​İncirlik NATO-nun yox, Türkiyənindir – Çavuşoğlu

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ mətbuatında İncirlik aviabazası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
    Muxalifet.az xəbər verir ki, Çavuşoğlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib:
    “İncirlik hərbi bazası ilk növbədə NATO-nun deyil, Türkiyənindir”.
    Qeyd edək ki, ABŞ-ın “Vol Strit Jurnal” nəşri Ankara və Vaşinqton arasındakı gərginliyə görə Ağ Evin İncirlik aviabazasından əməliyyatları dayandırdığı xəbərini yaymışdı.
     

    Muxalifet3 - 13-03-2018

  13. ​Bayraq meydanında kişi bıçaqlandı

    Mingəçevir şəhərində 57 yaşlı kişi bıçaqlanıb.
    Muxalifet.az ”Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Bayraq meydanı ərazisində baş verib.
    Belə ki, 1961-ci il təvəllüdlü şəhər sakini Malik Səfər oğlu Məmmədov bıçaqlanmış şəraitdə aşkarlanıb və dərhal xəstəxanaya yerləşdirilib.
    Əldə olunan ilkin məlumata əsasən, M.Məmmədov özünə bıçaqla xəsarət yetirdiyini deyib.
     

    Muxalifet3 - 13-03-2018

  14. ​Zaqatalada ev yandı

    Zaqatalada fərdi yaşayış evində yanğın olub.
    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, yanğın bu gün axşam saat 19:15 radələrində rayonun Car kəndində, kənd sakini Arif Arasova məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli yeddi otaqdan ibarət fərdi yaşayış evinin dam örtüyündə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün 2 kv.m-lik sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

    Muxalifet3 - 13-03-2018

  15. BNA dayanacaqlarda siqaret qadağası qoydu

    Bakıda bir sıra avtobus dayanacaqlarına xəbərdarlıq elanları vurulub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
    Bildirilib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası qanunun tələbinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına siqaret çəkməyin qadağan olunduğunu bildirən xəbərdarlıq elanları vurulub.

    Muxalifet3 - 13-03-2018

  16. ​Türkiyə və Suriyadan ilk həmlə: Kəşfiyyat mübadiləsi

    Türkiyə və Suriya kəşfiyyat qurumlarının müəyyən sahələrdə əlaqə yaratmaq imkanları ola bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Moskvada səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
    “Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın müəyyən məsələlərdə iki ölkə kəşfiyyatının məlumat mübadiləsi apara biləcəyini istisna etməyib. Bu, bütün kəşfiyyat qurumlarının öhdəliklərinə daxildir. Kəşfiyyat qurumları arasında əlaqə siyasi dialoq kimi görünə bilməz”, - XİN rəhbəri vurğulayıb.

    Muxalifet3 - 13-03-2018

  17. ​Putinin daha bir rəqibi müəmmalı şəkildə öldü

    Rusiya Prezidenti Vladimir Putinə müxalifliyi ilə tanınan rusiyalı oliqarx Nikolay Qluşkovun İngiltərənin paytaxtı Londonda yaşadığı evdə cəsədi tapılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.
    Bildirilib ki, 68 yaşlı Qluşkovun meyiti ailəsi tərəfindən aşkar edilib.

    Muxalifet3 - 13-03-2018

  18. ​Bu ölkə Azərbaycana 200 milyon dollar investisiya qoydu

    Azərbaycanda 15-dən çox Hindistan şirkəti fəaliyyət göstərir.
    Muxalifet.az xəbər verir ki, bunu AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən Hindistan-Azərbaycan biznes forumunda deyib.
    Onun sözlərinə görə, Hindistan Azərbaycanın 15 ən böyük tərəfdaşından biridir: "Hindistan Azərbaycana 200 milyon dollar investisiya qoyub. Azərbaycanda hindistanlı iş adamları üçün şərait yaradılıb".
     

    Muxalifet3 - 13-03-2018

  19. ​Tramp Tillersonu niyə işdən qəfil çıxartdı? - Açıqlama

    ABŞ Prezidenti Donald Tramp Şimali Koreya ilə danışıqlara yeni komanda çıxarmaq üçün Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərlərini dəyişdirdi.
    Muxalifet.az xəbər verir ki, bu barədə sputnik -ə Ağ Evin adı açıqlanmayan nümayəndəsi məlumat verib.
    Qeyd edək ki, D.Tramp Dövlət katibi Reks Tillersonu vəzifədən uzaqlaşdıraraq onun yerinə MKİ rəhbəri Mayk Pompeonu gətirib.
    MKİ-yə isə bu vaxtadək müavin vəzifəsini icra edən xanım Cina Hespel rəhbərlik edəcək.
     

    Muxalifet3 - 13-03-2018

  20. ​Kiyevdə böyük yanğın

    Ukraynanın paytaxtı Kiyevin Tupoleva küçəsində yerləşən böyük anbarlardan birində güclü yanğın baş verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
    Bildirilib ki, 10 000 kv/m ərazini cənginə alan yanğının yanğınsöndürənlər tərəfindən qismən qarşısı alınaraq 800 kv/m-ə qədər kiçildilib.
    Yanğının yaxınlıqda yerləşən 6 mərtəbəli ofisə keçmək ehtimalının olduğu deyilir.
    Məlumata görə, yanğınsöndürənlər anbardan 10-na yaxın qaz balonu çıxarıb və hazırda 70 nəfərlik heyət ərazidə yanğının tam qarşısını almağa çalışır.
     

    Muxalifet3 - 13-03-2018

Pages