Axtarış

The search found 105785 results in 0.108 seconds.

Search results

  1. Sərdar Cəlaloğlunun imzaları MSK-ya təqdim edilib - SABAH SON GÜNDÜR

    11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülmüş ADP sədri Sərdar Cəlaloğlunun namizədliyinin müdafiəsi məqsədi ilə imzatoplama kampaniyası başa çatıb. Muxalifet.az xəbər verir ki, bu barədə partiyanın  Mərkəzi Seçki Qərargahından ADP mətbuat xidmətinə daxil olan məlumatda bildirilir.

    Muxalifet4 - 11-03-2018

  2. ​Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən ATƏŞƏ TUTULDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 106 dəfə pozub.

    Muxalifet4 - 11-03-2018

  3. ​Britaniya dünya çempionatını boykot edə bilər – SƏBƏB...

    Rusiya Baş Kəşfiyyət İdarəsinin sabiq polkovniki Serqey Skripal Britaniyanın Solsberi şəhərində zəhərlənib.
    O, 10 il müddətində krallığın dəyərli casuslarındn biri olub. 2010-cu ildə Skripal Amerikada saxlanılan rus casusları ilə dəyişdirilmişdi. Martın 4-də sabiq dövlət qulluqçusu və qızı Yuliya sinir sistemini iflic edən qazdan zərər görüb.

    Muxalifet4 - 11-03-2018

  4. ​İsrail hərbçiləri 1 fələstinlini öldürüb – MÜNAQİŞƏ

    İsrail hərbçiləri İordan çayının Qərb sahilində iğtişaşları yatıran zamanı 1 fələstinli ölüb.
    Muxalifet.az report.az-a istinadən bildirir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
    Bildirilir ki, hadisə Nablus şəhərinin Urif kəndində yəhudilərlə ərəblər arasında baş qaldırmış münaqişəyə müdaxilə edən zamanı baş verib.
     

    Muxalifet4 - 11-03-2018

  5. ​“Türkiyə zenit raket sisteminin təcili alınmasında ehtiyac duyurdu” - ÇAVUŞOĞLU

    Türkiyə zenit raket sisteminin təcili alınmasında ehtiyac duyurdu, buna görə də "Triumf" S-400 rus sistemlərinin xeyrinə seçim etdi.
    TASS xəbər verir ki, bunu "Zeit Online" qəzetinə açıqlamasında Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.
    "Biz almanlardan da ala bilərdik, keyfiyyəti nəzərə alsaq. Sadəcə, müttəfiqlərimizdən heç nə almırıqsa, başqa yerdən tapmaq məcburiyyətindəyik", deyə Çavuşoğlu bildirib.
     

    Muxalifet4 - 11-03-2018

  6. ​Şəmkirdə və Gəncədə dərmandan zəhərlənmə: iki qadın xəstəxanaya düşdü

    Şəmkir və Gəncədə iki nəfər dərmandan zəhərlənib.
    APA-nın məlumatına görə, Şəmkir rayonunun Təzəkənd kənd sakini, 1994-cü il təvəllüdlü Pərvanə Mustafayeva dərmandan zəhərlənərək xəstəxanaya çatdırılıb.
    P. Mustafayevaya tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
    Gəncə sakini, 1996-cı il təvəllüdlü Əliyeva Şəhanə də dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
    Hər iki fakt üzrə araşdırma aparılır.

    Muxalifet4 - 11-03-2018

  7. TRAMP AVROPA QARŞISINDA ŞƏRT QOYDU – “ABŞ-la ticarət məsələlərində çox pis davranan gözəl ölkələr…”

    ABŞ prezidenti Donald Tramp polad və alüminiumun idxal rüsumlarının ləğvi üçün şərtləri açıqlayıb.
    Bunun üçün Avropa, birinci addımı ataraq, Amerika mallarına tətbiq olunan idxal rüsumlarını ləğv etməlidir.

    Muxalifet4 - 11-03-2018

  8. ​Yevlaxda şagirdləri daşıyan avtobus qəzaya uğradı: 19 NƏFƏR XƏSARƏT ALDI

    Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.
    "Report" xəbər verir ki, onlar 2003-cüil təvəllüdlü şagirdlərdir.
    Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

    Muxalifet4 - 11-03-2018

  9. ​Azərbaycanda bu da oldu: azarkeşlər stadiona girib hakimi qovdu

    Dünən Azərbaycanda Regional Liqada qəribə hadisə baş verib.
    “Qafqazinfo” xəbər verir ki, Sabirabadın “Gənclik” komandası ilə Füzuli rayonunum eyniadlı komandasının son dəqiqələrində ara qarışıb.
    “Gənclik” komandasının qapısına penalti təyin edilməsinə etiraz edən azarkeşlər stadiona daxil olublar və penaltinin vurulmasına imkan verməyiblər. Azarkeşlər hakimi meydandan çıxarıblar.
    Beləliklə, hesab 1-1 olarkən oyun yarımçıq dayandırılıb.

    Muxalifet4 - 11-03-2018

  10. Afrinə Cindərəsi modeli ilə MÜHASİRƏ

    TSQ-ASO qoşunlarının addım-addım irəlilədiyi Afrinə məhəllə əməliyyatı dərhal başlamayacaq. TSQ Afrində Cindərəsndə tətbiq etdiyi taktikaya əl atacaq.
     
    Şimal və şərq hissəsi tamamilə TSQ-ASO birliklərinin əlinə keçən Afrinə məhəllə əməliyyatı dərhal başlamayacaq. Məlumatlara görə, TSQ, Afrin mərkəzini PKK-dan təmizləmək üçün Cindərəsində tətbiq etdiyi taktikaya əl atacaq.
     
    HƏR TƏRƏFDƏN MÜHASİRƏYƏ ALACAQ
     

    Muxalifet3 - 11-03-2018

  11. TSQ-dən son Afrin açıqlaması: ÖLDÜRÜLƏN TERRORÇU SAYI ARTDI

    Afrin bölgəsini PYD/PKK-lı terrorçulardan təmizləmək məqsədilə başlanılan “Zeytun Budağı” Hərəkatının 51-ci günündə TSQ və ASO gücləri Afrin mərkəzinin sərhədlərinə çatıb. Qoşunlar şəhərin rahatca görüldüyü təpələrdə yerləşib. Hərəkatın başlanğıcından bu yana 3291 terrorçu zərərsizləşdirilib.
    Müxalifət.az

    Muxalifet3 - 11-03-2018

  12. YPG terrorçubaşından çağırış: TÜRK VƏ RUS SƏFİRLİKLƏRİNİ İŞĞAL EDİN

    Afrinin terrordan təmizlənməsi prosesi başlaması ilə çətin vəziyyətə düşən PKK/YPG terrorçuları, tərəfdarları vasitəsilə Avropada aksiyalar keçirməyə başladı. Döyüş sahəsində itirən YPG/PKK, son çarə olaraq Avropada aksiyalar keçirərək Afrini “xilas” etmək istəyirlər.
     

    Muxalifet3 - 11-03-2018

  13. ​İtkin düşən balıqçıların batdığı ehtimal olunur - YENİLƏNİB

    Fövqəladə Hallar Nazirliyi Qazaxda göldə batan balıqçılar barədə məlumat yayıb.
    Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur.
    Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
     
    ***
    11.44
     

    Muxalifet4 - 11-03-2018

  14. PKK-Erməni QARDAŞLIĞI

    PKK-Erməni qardaşlığı bir daha təsdiq olundu. Livanın paytaxtı Beyrutda nümayiş keçirən PKK tərəfdarları və Ermənilər "Qatil Ərdoğan" deyə, şüar səsləndiriblər. Bununla PKK-Erməni qardaşlığı Afrin əməliyyatına təpki göstəriblər.
    Müxalifət.az

    Muxalifet3 - 11-03-2018

  15. ​İnəyi qonşusunun həyətinə girdi, özü isə bıçaqlandı

    Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kazımabad kəndində qeydə alınıb. İlkin məlumata görə, 30 yaşlı kənd sakini Kərimov Vüsal Bəylər oğlu ilə həmkəndlisi Gündüz Nazim oğlu Hüseynov arasında düşən mübahisə birincinin bıçaqlanması ilə nəticələnib. Yaralı V.Kərimov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Məlumata görə, hadisəyə V.Kərimovun iribuynuzlu heyvanı G.Hüseynovun taxıl zəmisinə girməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet3 - 11-03-2018

  16. ​Türk ordusundan böyük uğur: Bocite dağı alındı və...

    Türkiyə ordusu Afrində mühüm əhəmiyyət daşıyan Bocite dağını və daha 3 kəndi terrorçulardan azad edib.
    Ordunun bu gün azad etdiyi yaşayış yerlərinin sayının 18-ə çatdığı bildirilib.
     

    Muxalifet3 - 11-03-2018

  17. ​Ərdoğandan qətiyyətli çıxış: "Ölməyə də, öldürməyə də hazırıq!"

    Bizim fiziki sərhədlərimizlə, könül dünyamızın sərhədləri tamamilə fərqlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakarya konfrasında çıxışı zamanı deyib.
    “Türkiyənin sərhədləri 780 kv/km-dan daha çoxdur. Biz bəziləri kimi öz mənafeyimiz üçün, neft üçün dünyanı qan gölünə çevirənlərdən olmadıq. Biz hamı üçün azadlıq, təhlükəsizlik istəyirik. Biz hər şeyə hazırıq: Ölməyə də, terrorçuları öldürməyə də... Əvvəlcə ölümü qorxutmalıyıq. Ölümü qorxutduğunuzda o sizə heç nə edə bilməz”, - Ərdoğan bildirib.
     

    Muxalifet3 - 11-03-2018

  18. ​Azərbaycanda hakim meydandan qovuldu - Video

    AFFA-nın yeni yaratdığı Region Liqasında qalmaqal yaşanıb.
    Muxalifet.az xəbər verir ki, hadisə Sabirabadda baş verib. VI turda “Gənclik”lə Füzuli rayonunun eyniadlı komandası arasında keçirilən oyunda insident olub.
    Meydan sahibi olan “Gəncliy”in qapısına penalti təyin edilməsinə etiraz edən azarkeşlər stadiona daxil olublar və penaltinin vurulmasına imkan verməyiblər. Azarkeşlər hakimi meydandan qovublar.
    Beləliklə, hesab 1:1 olarkən oyun yarımçıq dayandırılıb.
     

    Muxalifet3 - 11-03-2018

  19. ​Tramp Şimali Koreyaya gedir? - Ağ Ev açıqladı

    ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İnin Vaşinqtonda görüşə biləcəyini istisna etmirəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Rac Şax deyib.
    “Vaxt və məkan təyin olunmadan mən nə isə bəyan edə bilmərəm. Heç bir şey istisna edilmir”, - Şax bildirib.
    Jurnalistlərdən birinin D.Trampın görüş üçün Pxenyana səfərinin mümkün olub-olmayacağı ilə bağlı sualına mətbuat katibi cavab olaraq deyib ki, belə bir səfərin baş tutması inandırıcı deyil.

    Muxalifet3 - 11-03-2018

  20. ​Türkiyəyə məxsus təyyarə İranda qəzaya uğradı - Təcili

    İranın cənub-qərbində Türkiyəyə məxsus təyyarə qəzaya uğrayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
    Bildirilib ki, sözügedən təyyarə İstanbuldan BƏƏ-nin Şarika şəhəri istiqamətində uçurmuş.
    Ehtimal edilir ki, qəzaya uğrayan sərnişin təyyarəsi olub.
    Olayla bağlı ətraflı məlumat verilməyib.
    İSNA İran Mülki Aviasiya Təşkilatı Türkiyəyə məxsus sərnişin təyyarəsinin İranın qərbində qəzaya uğradığını açıqlayıb.

    Muxalifet3 - 11-03-2018

Pages