Axtarış

The search found 105785 results in 0.061 seconds.

Search results

  1. ​21 beynəlxalq, 22 mindən çox yerli müşahidəçi qeydə alınıb - Məzahir Pənahov

    Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar 21 beynəlxalq, 22 mindən çox yerli müşahidəçi qeydə alınıb.
    Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
    "Bu günə qədər Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb", - deyə M.Pənahov qeyd edib.
    M.Pənahov deyib ki, bu, orta hesabla hər məntəqəyə 4 yerli müşahidəçi düşməsi deməkdir.

    Muxalifet2 - 10-03-2018

  2. ​DİM: “57 namizəd müsahibəyə gəlmədi...”

    2018-ci il martın 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən 11 və 26 yanvar tarixlərində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilir.
    DİM-dən verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə və Mingəçevir regional bölmələri də daxil olmaqla 12 müxtəlif yerdə təşkil edilib.

    Muxalifet2 - 10-03-2018

  3. ​Tillersonun vəziyyəti PİSLƏŞDİ

    Amerikanın dövlət katibi Reks Tillersonun bütün səfərləri təxirə salındı.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Afrika ölkələrinə ard-arda səfərə çıxıb. Lakin növbəti Keniyaya planlaşdırdığı səfərin təxirə salınması media nümayəndələrinin diqqətini çəkib.
    Dövlət katibinin müavini jurnalistlərə açıqlama verərək, səfərin təxirə salınmasının Reks Tillersonun səhhətində yaranan problemlə əlaqəli olduğunu bildirib:

    Muxalifet2 - 10-03-2018

  4. Azad Suriya Ordusunun QADIN DÖYÜŞÇÜLƏRİ: AFRİNƏ QƏDƏR GEDƏCƏYİK

    Azad Suriya Ordusunun qadın döyüşçüləri Afrində terror təşkilatı PKK/YPG/İŞİD ilə döyüşmək üçün təlimlərə başlayıb.
     
    Təxminən 20 gün davam edəcək təlimdən sonra cəbhələrə göndəriləcək yaşları 20 ilə 35 arasında olan 30 qadın döyüşçüdən ibarət olan Suriya Qadın Azadlıq Döyüşçüləri, Fərat Qalxanı bölgəsində yaşayan könüllülərdən seçilib. Bu qadınlar ASO-ya bağlı “Mutasım Diviziyası” çətiri altında toplaşıb.

    Muxalifet3 - 10-03-2018

  5. ​Ərdoğan son durumu açıqladı: "AFRİNƏ ÇATIRIQ..."

    Afrində irəliləyişimiz davam edir. Bu sabah etirabarı ilə 3195 terrorçu məhv edilib. Afrinə doğru gedirik.
    Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Mersindəki konfransında deyib.
    Prezident hazırda 850 kilometrlik bir məsafənin qət edildiyini bildirib.
    Onun sözlərinə görə, Afrin alındıqdan sonra sahiblərinə veriləcək: "Bizim dərdimiz torpaq almaq deyil, terrorçuları məhv eləməkdir".

    Muxalifet2 - 10-03-2018

  6. ​Zidan: "Beyllə heç bir problemim yoxdur"

    "Real"ın baş məşqçisi Zinəddin Zidan Qaret Beyli start heyətdə meydana buraxmadığı üçün ona yönələn tənqidlərə cavab verib.
    Muxalifət.az xəbər verir ki, fransız mütəxəssis uelsli yarımmüdafiəçi ilə aralarında heç bir problemin olmadığını bildirib. Zidan heyətlə bağlı seçimini komandada ulduz futbolçuların çox olması ilə əlaqələndirib:

    Muxalifet2 - 10-03-2018

  7. ​İranda qadınların 8 Mart aksiyası: 20 nəfər HƏBS EDİLDİ

    8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə İranın paytaxtı Tehranda qadınların aksiyası keçirilib.
    Bu barədə informasiyanı İran Xalq Müqaviməti Şurası yayıb. Aksiyada qadınlar onlara qarşı diskriminasiyanın aradan qaldırılmasını istəyiblər.
    Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib və 20 nəfər həbs olunub. Aksiyanın video və foto görüntülərinin çəkilişi də yasaqlanıb./axar/

    Muxalifet2 - 10-03-2018

  8. Savçenkodan Poroşenkonu öldürmək istəyənə qəribə jest

    Ukrayna Radasının deputatı Nadejda Savçenko martın 8-də həbs edilmiş Ukrayna Əsirlərin Azad Edilməsi Mərkəzinin rəhbəri Vladimir Rubanın məhkəməsinə gələrək ona hərbi salam verib.
    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” yayıb.
    Qeyd edək ki, Ruban martın 8-də Donbasda Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. O, Ukrayna Prezidenti Pyotr Poroşenkoya qarşı teraktda ittiham olunub.
    Ruban Donbas konfliktinin başlanğıcından indiyə qədər separatçılarla Kiyev arasında əsirlərin azad edilməsi üçün vasitəçi funksiyasını yerinə yetirirdi.

    Muxalifet2 - 10-03-2018

  9. “Vicdanımızı unutsaq, Afrini 3 GÜNDƏ ALARDIQ” – ƏRDOĞAN

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının konfrasında çıxış edərkən Afrinlə bağlı şok fikirlər səsləndirib.
     
    Ərdoğan Afrində irəliləyişin davam etdiyini bildirib:
     
    900 KVADRAT KİLOMETR SAHƏ TƏMİZLƏNİB
     
    “Afrindəki irəliləyişimiz davam edir. Zərərsizləşdirilən terrorçu sayı 3213 oldu. “Zeytun Budağı” Hərəkatında qəhrəmanlarımız dastan yazır. Bu ana qədər 900 kvadrat kilometr sahə terrorçulardan təmizlənib.

    Muxalifet3 - 10-03-2018

  10. PKK-da təlaş: QACA-QAÇ VƏ HƏBSLƏR BAŞLADI

    “Zeytun Budağı” hərəkatı 50-ci günündə davam edərkən terror təşkilatı içində də böyük bir parçalanma baş verir.
     
    “Zeytun Budağı” Hərəkatında yeni gün qələbə xəbərləri ilə başladı. TSQ və ASO gücləri Afrinin şimalındakı Bülbül mahalının Bəbəbk Uşağı və Havran kəndlərini terror təşkilatı PKK-dan təmizləyib.
     
    KOMANDİRLƏRİNİ HƏBS ETDİLƏR
     
    Afrinə 2 km qədər yaxınlaşan ASO və TSQ qoşunları Afrin mərkəzinin içərisindəki terrorçuları təlaşlandırıb.

    Muxalifet3 - 10-03-2018

  11. Afrin dörd tərəfdən mühasirəyə alındı: TERRORÇULARIN QAÇACAQ YERLƏRİ QALMADI

    “Zeytun Budağı” Hərəkatının 50-ci günündə TSQ və ASO, Afrin şəhər mərkəzinin ətrafındakı kəndləri və təpələri ələ keçirib.
     
    AFRİNƏ HAKİM YÜKSƏKLİKLƏR ƏLƏ KEÇİRİLDİ
     
    Bu gün səhər saatlarında yenidən vüsət alan əməliyyatlar çərçivəsində çoxsaylı kənd terror təşkilatından təmizlənilib. Qarşıdurmalardan sonra irəliləyən TSQ və ASO gücləri, Afrin şəhər mərkəzinə hakim təpələri ələ keçirib.

    Muxalifet3 - 10-03-2018

  12. Müxalifət mitinq keçirib

    Mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb
     
    Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı çıxışında Azərbaycan prezidentinin növbədənkənar seçkilər təyin etməsinə toxunub.

    Muxalifet3 - 10-03-2018

  13. Prezident 4 qurumun işçilərinin maaşlarını artırdı

    Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
     
    Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

    Muxalifet3 - 10-03-2018

  14. Müstəntiq küçədə yıxıldı və öldü

    Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi bədbəxt hadisə nəticəsində ölüb.
     
    Report xəbər verir ki, 25 yaşlı Mirzəli Cavid Ədalət oğlu küçə ilə hərəkət edərkən yıxılıb.
    Nəticədə onun başı səki daşına dəyib və vəfat edib.
    Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.
    Faktla bağlı araşdırma aparılır.
    Cavid Mirzəli Polis Akademiyasını qırmızı diplomla bitirərək, baş leytenant rütbəsi alıb.

    Muxalifet3 - 10-03-2018

  15. ​YPG-yə qarşı vuruşan ASO qadınları

    Azad Suriya Ordusunun qadın döyüşçüləri Afrində PKK/YPG terror qrupları ilə mübarizə aparmaq üçün təlimlərə başlayıb.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı “Sabah” qəzeti yayıb.
    30 qadın döyüşçüdən ibarət olan “Suriya Qadınları Azadlıq Rəhbəri” adı altında birləşən qadınlar Əl Babda təlimlərə start veriblər.
    Təlimin 20 gün davam edəcəyini açıqlayıb.
     

    Muxalifet3 - 10-03-2018

  16. ​Eks-nazir: Tiflis kapitulyasiya elan etdi

    Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin Rusiya ilə bağlı bəyanatı kapitulyasiya xarakteri daşıyır.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın keçmiş müdafiə naziri Tina Xidaşeli söyləyib. Onun sözlərinə görə, bu müraciətin heç bir uğurlu tərəfi olmayacaq.
    O, Tiflisin bununla Rusiya rəhbərliyini sakitləşdirməyə çalışdığını bildirib.

    Muxalifet3 - 10-03-2018

  17. ​Kaçinski haqlı idi: əvvəlcə Tiflis, sonra Kiyev, indi isə...

    Rusiyanın aqressiyası Baltikyanı ölkələrə qədər çatacaq.
     
    Muxalifet.az xəbər verir ki, bunu Vilnüsdə jurnalistlərə açıqlamasında Polşa Baş naziri Mateuş Moravetski söyləyib.
    “Baltikyanı ölkələrdən olan həmkarlarıma Polşanın eks-prezidenti Lex Kaçinskinin sözlərini xatırlatdım. O deyirdi ki, Rusiyanın əvvəlki hədəfi Gürcüstan, sonra Ukrayna, zamanla isə Polşa və Baltikyanı ölkələr olacaq. Biz NATO-nun şərq qanadında ittifaqı gücləndirməliyik”, – deyə o bildirib.
     

    Muxalifet3 - 10-03-2018

  18. ​Urmiya gölünün quruması genetik mutasiya yaradacaq - Foto

    Urmu gölünün quruması bölgədə genetik mutasiyalar əmələ gətirəcək.
    Muxalifet.az xəbər verir ki, bunu İran Ətraf Mühit Təşkilatının rəisi İsa Kələntəri gölün quruması haqda danşarkən deyib.
    “3 il əvvəl gölün qurumasının səbəbi haqda elmi araşdırma aparıldı. Araşdırmanın nəticəsi göstərdi ki, gölün 18%-nin qurumasında iqlim dəyişikliyi, 82 %-in qurumasında isə insan amilinin rolu var”.
    Qeyd edək ki, rus kosmonavt Anton Astrey martın 6-da şəxsi İnstaqram hesabında Urmu gölünün kosmosdan şəklini paylaşıb. Şəkildə gölün böyük bir hissəsinin quruduğu aydın görünür.
     

    Muxalifet3 - 10-03-2018

  19. ​Azərbaycanlılar və türklər bizi çox geridə qoyub - Erməni iş adamı

    Erməni iş adamı, Fransada dörd “MakDonald's” restoranının sahibi etiraf edir ki, onun işçilərinin əksəriyyəti azərbaycanlılar və türklərdir.
    Muxalifet.az xəbər verir ki, adının açıqlanmasını istəməyən erməni iş adamı bununla bağlı deyib: “Bütün dünyada 30-a yaxın erməni var ki, “MakDonald's” lisenziyasına malikdirlər, lakin türklər və azərbaycanlılar bundan qat-qat çoxdur”.

    Muxalifet3 - 10-03-2018

  20. ​Türk ordusu 18 terrorçunu öldürdü, biri PKK lideridir

    2-9 mart tarixlərində Diyərbəkir, Mardin və İraqın şimalındakı hərbi əməliyyatlar zamanı 18 terrorçu zərərsizləşdirilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
    Məhv edilən terrorçulardan birinin təşkilatın liderlərindən olduğu bildirilir.
     

    Muxalifet3 - 10-03-2018

Pages