Axtarış

The search found 105785 results in 0.049 seconds.

Search results

  1. ​Özbəkistanlı imam: Türk serialları “mavilərin” doğulmasına yol açır

    Daşkəndin “Mirzə Yusuf” məscidinin imamı Rəhmətulla Sayfuddinovun martın 2-də cümə xütbəsində səsləndirdiyi fikirlər ölkədə geniş rezonans doğurub.
    Muxalifet.az “ca-news.org”-a istinadən xəbər verir ki, imam kişilərin ginekoloq olmasına qarşı çıxıb, Türkiyə seriallarının Özbəkistan xalqının milli dəyərlərinə xələl gətirdiyini bildirib.  
    Xütbə zamanı imam bildirib ki, “cinsi əlaqə zamanı ərləri barədə deyil, türk seriallarının qəşəng aktyorları barədə düşünən qadınlardan homoseksual uşaqlar doğulur”

    Muxalifet3 - 9-03-2018

  2. ​Türkiyədən "Altay" tankı ilə bağlı xəbərlərə - Reaksiya

    Türkiyə Müdafiə Sənayesi Qurumu "Altay" tankı ilə bağlı məlumat yayıb.
    Muxalifet.az xəbər verir ki, "Altay" tankının inkişaf etdirilməsi layihəsi ilə bağlı rəsmi olmayan məlumatlara etibar edilməməsi barədə ictimaiyyətə çağırış edilib.
    Qeyd edilir ki, layihə çərçivəsində 22 dekabr 2017-ci ildə firmalardan təklif olub və sözügedən tenderə dair təkliflərin qiymətləndirilməsi prosesi davam edir. Qanunvericilikdə yer alan müddəalara əsasən, məxfi şəkildə tenderə dair proseslərin davam etdirilməsinin münasib olduğu söylənilib.

    Muxalifet3 - 9-03-2018

  3. ​BMT-dən prezidentə təklif: Psixi müayinədən keç

    BMT-nin yerli xalqların hüquqlarına dair xüsusi məruzəçisi Viktoriya Tauli-Korpusu terrorçuluqda ittiham edən Filippin Prezidenti Rodriqo Duterte psixi müayinədən keçməlidir.
    Muxalifet.az  xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Zeyd Raad əl-Hüseyn danışıb.
    “O, hansısa psixi müayinədən keçməlidir. Bu cür davranış qəbuledilməzdir.
    Qeyd edək ki, BMT-nin xüsusi məruzəçisi Viktoriya Tauli-Korpusun adı Filippində terrorçuluqda şübhəli bilinən 600 nəfərin yer aldığı siyahıya salınmışdı.
     

    Muxalifet3 - 9-03-2018

  4. ​Hafizəni gücləndirməyin yolu tapıldı

    Böyük Britaniyanın York universitetinin alimləri yuxu müddətinin yeni informasiyanın insan hafizəsinə həkk olunmasına hansı yolla təsir göstərdiyini müəyyənləşdirib.
    Muxalifet.az xəbər verir ki, araşdırmanın nəticələri “Current Biology” jurnalında dərc olunub.
    Yuxunun yeni yaddaşların formalaşması və hafizəyə həkk olunmasında mühüm rol oynaması artıq elm aləminə sirr deyil.

    Muxalifet3 - 9-03-2018

  5. ​Gürcüstanda ciddi fəsadlar: külək, qasırğa, qar, yağış...

    Hava şəraitinin kəskin dəyişməsi, güclü külək, dənizdə qasırğa, qar və yağış Gürcüstanda ciddi fəsadlar törədib.
    Muxalifet.az xəbər verir ki, güclü külək nəticəsində paytaxt Tbilisidə bir neçə ağac aşıb, avtomobillərə və infrastruktura ciddi ziyan dəyib, bəzi rayonlarda elektrik naqilləri qırılıb, yollarda nəqliyyatın hərəkəti pozulub. Şota Rustaveli adına Tbilisi Beynəlxalq aeroportun uçuş-enmə zolaqlarında təhlükəsizliyi təmin etmək mümkün olmadığı üçün bir neçə reys təxirə salınıb.

    Muxalifet3 - 9-03-2018

  6. ABŞ-la razılaşdıq, Afrinin mərkəzinə gedirik - Çavuşoğlu

    ABŞ-la Menbiç və Fəratın şərqi ilə bağlı razılıq əldə etmişik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
    "Əməliyyatın çətin hissəsi geridə qalıb, Afrinin mərkəzinə üz tutduq", - Çavuşoğlu söyləyib.
    O, 19 martda ABŞ Dövlət katibi Reks Tillerson ilə görüşəcəklərini bildirib.
     

    Muxalifet3 - 9-03-2018

  7. ​Kəşfiyyatçılar Afrinin mərkəzində - Gizli çəkiliş

    Azad Suriya Ordusunun (ASO) tabeliyindəki Ərtoğrul korpusunun kəşfiyyatçıları gizli şəkildə Afrinin mərkəzinə daxil olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Yeniakit.com.tr məlumat yayıb.
    Kəşfiyyatlçılar şəhərin mərkəzindəki strateji obyektlərin görüntülərini də əldə ediblər.
    Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrinin mərkəzinə 2 km-yə qədər yaxınlaşıb.
    Müttəfiq orduların mərkəzə birbaşa daxil olması an məsələsidir.
     

    Muxalifet3 - 9-03-2018

  8. ​Türkiyədən növbəti həmlə: Afrinə “daşınan körpülər” getdi - Foto

    “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun sürətli hücumunu təmin etmək üçün daha bir üsuldan istifadə edilib.
    Muxalifət.az xəbər verir ki, YPG terror təşkilatının qazdığı dərin səngərlər və çuxurlardan tank və digər zirehli texnikanın rahat keçməsi üçün daşınan körpülər Suriyaya göndərilib.

    Muxalifet2 - 10-03-2018

  9. ​Sabiq vergi məmurları üçün kritik dönəm apreldə başlayacaq - TƏFƏRRÜAT

    Sahibkarlardan alınan milyardların xaricdən geri qaytarılması üçün ciddi işlər görülür
     
    Sabiq vergilər naziri Fazil Məmmədovun və onun komandasında təmsil olunmuş vergi məmurlarının taleyi bu ilin aprelində keçiriləcək prezident seçkilərindən sonra həll ediləcək.

    Muxalifet2 - 10-03-2018

  10. ​Trampın Kim Çenlə yaxınlaşmasının arxasında nə dayanır? – ŞƏRH

    ABŞ və Şimali Koreya arasında sərt diplomatik və hərbi ritorikanın davam etdiyi gərgin dövrdə belə Prezident Tramp açıqlamalarının birində qeyd edirdi ki, Şimali Koreya lideri ilə görüşə hazırdır. Qış Olimpiadası günlərində Şimali Koreya liderinin bacısının da daxil olduğu nümayəndə heyəti Cənubi Koreyaya gələrək Olimpiada yarışlarına qatılmışdı. O, zaman Cənubi Koreyada müəyyən təmaslar baş verdi. Məhz bundan sonra Şimali Koreya ilə Cənubi Koreya arasında danışıqların bərpa edilməsi haqda müsbət mesajlar verildi.

    Muxalifet2 - 10-03-2018

  11. ​Ermənistanda itaətsizlik başlayır – ÖLKƏ QARIŞIR

    Martın 2-də Ermənistan formal da olsa, yeni prezidentini seçdi - bu dəfə parlamentdə. Böyük Britaniyadakı sabiq səfir və iş adamı Armen Sərkisyan növbəti 5 il üçün Serj Sərksyanı bu postda əvəzləyəcək. Aprelin 9-a onun andiçməsi nəzərdə tutulub.

    Muxalifet2 - 10-03-2018

  12. ​Abşeronda polis mayorunu MAŞIN VURDU

    Abşeron rayonunun Xırdalan şəhərində yolu keçən polis əməkdaşını maşın vurub.
    Report xəbər verir ki, hadisə 1979-cu il təvəllüdlü Rüstəmov Xəyyam Yusif oğlu M.Hüseynzadə küçəsində yerləşən "Araz" marketin qarşısından yolun digər tərəfinə keçən zaman baş verib.
    Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
    Polis mayoru X.Rüstəmov Abşeron Rayon Polis İdarəsində müstəntiq kimi fəaliyyət göstərir.
    Faktla bağlı sözügedən idarədə araşdırma aparılır.

    Muxalifet2 - 10-03-2018

  13. ​Azərbaycan Mətbuat Şurasının QURULTAYI BAŞLAYIR

    Azərbaycan Mətbuat Şurasının (MŞ) qurultayı başlayır.
    Qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək.
    Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

    Muxalifet2 - 10-03-2018

  14. ​QRU polkovniki necə zəhərlənib? – DETALLAR

    Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya böyük ehtimalla öz evlərində zəhərləniblər.
    Muxalifət.az xəbər verir ki, bu barədə “Teleqraf” yazıb.
    İnsident nəticəsində yerli polis idarəsinin əməkdaşı serjant Nik Beyli də ağır şəkildə zərər görüb. Belə ki, ata və qızı huşsuz və ağır vəziyyətdə şəhər parkında tapılandan bir neçə saat sonra Beyli onların evinə gəlib və burada zəhərlənib. Ancaq Skripallara parkda ilkin tibbi yardım edən həkimə heç nə olmayıb.

    Muxalifet2 - 10-03-2018

  15. ​İran səfirliyinə HÜCUM: Bayraq endirildi

    İranın Britaniyadakı səfirliyinin binasının eyvanına bir neçə naməlum şəxs daxil olaraq, İran bayrağını endirib.
    Axar.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Agentlik səfirliyə hücum edən şəxslərin Londondakı dini ekstrimist qruplardan birinin üzvləri olduğunu bildirib.
    Səfirliyə hücum edən şəxslər həmçinin İranın rəsmi şəxslərinin ünvanına təhqiramiz şüarlar səsləndiriblər.
     “BBC Fars” isə hücum edənlərlə bağlı maraqlı məlumat yayıb. Radio bu şəxslərin ayətulla Məhəmməd Şirazinin ideyalarının davamçıları olduğunu bildirib.

    Muxalifet2 - 10-03-2018

  16. Oğlu Qəzzafinin MİLYARDLARINI Avropa banklarından “SÜMÜRÜR”

    Seyfəlislam Qəzzafinin Liviyada seçkilərə qatılacağı haqda xəbərlərin fonunda diktatorun pullarının banklardan “yoxa çıxması” arasında əlaqə var

    Muxalifet2 - 10-03-2018

  17. ​Gəncədə yeni doğulan uşaq əməliyyatdan sonra ÖLDÜ

    Gəncədə yeni doğulan uşaq ölüb.
    APA-nın xəbərinə görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Rüstəmova Sevgi Şakir qızı Dəmiryol Xəstəxanasında qeysəriyyə kəsiyi ilə uşaq dünyaya gətirib. Körpə əməliyyatdan sonra ölüb, qadının vəziyyəti normaldır.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 10-03-2018

  18. “Heç kim bizi NATO-dan ÇIXARA BİLMƏZ” - ÇAVUŞOĞLU

    Terkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin NATO üzvlüyünün təhlükədə olduğu istiqamətindəki fikirlərin həqiqəti əks etdirmədiyini bildirərək, "Heç kim bizi NATO-dan çıxara bilməz, bu texniki cəhətdən mümkün değildir" deyib.
     
    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Almaniyaya səfəri çərçivəsində bir mətbuat orqanına müsahibə verib. Çavuşoğlu, Türk-Alman münasibətləri və “Zeytun Budağı” Hərəkatı haqqında mühüm açıqlamalar verib.

    Muxalifet3 - 10-03-2018

  19. ​Putin və Tramp bunu bacarmayacaq – QORBAÇOV

    Dünyada mövcud olan gərginliyi təkcə ABŞ və Rusiya liderləri ortadan qaldıra bilməz.
    Muxalifət.az xəbər verir ki, bu sözlər SSRİ-nin son prezidenti Mixail Qorbaçovun “Taym” jurnalında dərc olunan son məqaləsində yer alıb.
    “Artıq BMT Baş Assambleyası və ya Təhlükəsizlik Şurasının dövlət başçıları səviyyəsində iclasının çağırılması vaxtı çatmayıbmı? İki prezident bütün problemləri həll edə bilməz. İstənilən halda indi yaranan təhlükəli dalandan çıxış yolunu göstərmək məsuliyyəti yenə də ABŞ və Rusiya liderlərinin üzərinə düşür”, – deyə o bildirib.

    Muxalifet2 - 10-03-2018

  20. Türkiyə-ABŞ danışıqlarının ilk iclası NECƏ KEÇİB?

    Türkiyə ilə ABŞ arasında, FETÖ ilə mübarizə, İraq və Suriya başda olmaqla, bir sıra məsələdə mövcud problemləri həll etmək məqsədilə yaradılan üç texniki komitədən biri olan Suriya komitəsinin ilk iclası başa çatıb.
     
    Başlıca olaraq terrorla mübarizə məsələlərinin müzakirə olunduğu komitələrdən Suriya dosyesinə baxan nümayəndə heyətləri Vaşinqtonda ilk iclasını tamamlayıb.
     
    TOPLANTI MÜSBƏT KEÇDİ
     
    Diplomatik mənbələr görüşün müsbət keçdiyini və birgə işin davamının gələcəyini bildirib.

    Muxalifet3 - 10-03-2018

Pages