Axtarış

The search found 105785 results in 0.068 seconds.

Search results

  1. ​ABŞ-dan İrana qarşı hərbi addım: Daha 200 əsgər gətirildi

    ABŞ-ın Suriyada yerləşən Tanf hərbi bazasına daha 200 əsgər cəlb edilib.
    Muxalifet.az  xəbər verir ki, iddialara əsasən, ABŞ bununla bölgədə İrana qarşı hərbi varlığını gücləndirib.
    Qeyd edək ki, Tanf hərbi bazasında ABŞ-ın İŞİD-çilərə təlim keçdiyi iddia edilir. Daha öncədən bazada 600 əsgər yerləşdirilib.

    Muxalifet3 - 9-03-2018

  2. 40 günə Azərbaycan kəndlisini zənginə çevirən həşərat - Dövlətdən BÖYÜK DİQQƏT

    Kənd təsərrafatının başqa sahələri ilə məşğul olanlar, evdar qadınlar, digər peşələrdə çalışanlar böyük torpaq sahələrinə ehtiyac duymadan, ildə 30-40 gün vaxt sərf etməklə yaxşı gəlir əldə edə bilər. Qulağa xoş gələn bu gəlirli sahə ölkəmizdə də mövcuddur. Söhbət baramaçılıqdan gedir.
    Tarixi mənbələrə görə, tut ipəkqurdundan ipəyin alınması hələ e.ə. XXVII əsrlərdə məlum idi. Arxeoloji qazıntılar isə bu sənətin hətta eramızdan 5000 il əvvəl mövcud olduğunu deməyə əsas verir. Baramaçılıq bu gün ölkəmizdə kənd təsərüfatının prioritet sahələrindən birinə çevrilib.

    Muxalifet3 - 9-03-2018

  3. ​Dünya liderləri İlham Əliyevə başsağlığı verdi

    Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə başsağlığı verib.
    Başsağlığında deyilir:
    Zati-aliləri,
    Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insanların ölümü ilə nəticələnən yanğınla əlaqədar Gürcüstan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
    Bu ağır anlarda biz qardaş Azərbaycan xalqının yanındayıq və həlak olanların ailələrinin kədərini bölüşür, onlara səbir diləyirik.
     

    Muxalifet3 - 9-03-2018

  4. ​Türkiyədə dəhşətli qətl: Bir ailənin 5 üzvü öldürüldü

    Türkiyənin Ərzurum bölgəsinin Horasan rayonunda yerləşən Kazım Qarabəkir məhəlləsində qanlı insident baş verib.
    Muxalifet.az xəbər verir ki, hadisə zamanı beş nəfər ölüb, iki nəfər yaralanıb. Qətlə yetirilənlər bir ailənin üzvləridir.
    Onlar iş yerlərində baş vermiş münaqişə zamanı silahlı şəxs tərəfindən güllələniblər.
     

    Muxalifet3 - 9-03-2018

  5. ​Sərkisyan artıq dəfələrlə bildirib ki... - İsveçrə mediası

    Ermənistanın yeni prezidenti gələcəkdə dövlətin ikinci adamı olacaq və bu da onun sələfinin işinə yarayır. Cənubi Qafqaz respublikası özünü Rusiya və Avropa İttifaqı arasında balanslaşdırmağa çalışır.
    Muxalifet.az xəbər verir ki, bu fikir İsveçrənin nüfuzlu “Neue Zürcher Zeitung” qəzetində Ermənistanda bu yaxınlarda keçirilmiş prezident seçkilərinin təhlil olunduğu məqalədə əksini tapıb.

    Muxalifet3 - 9-03-2018

  6. MSK-da Yonkerlə görüş keçirildi: Tam şəffaflıq...

    Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov martın 9-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb.
    MSK-nın media və ictimai əlaqələr şöbəsindən -a bildiriblər ki, sədr Məzahir Pənahov müşahidə missiyasının rəhbərini və üzvlərini salamlayaraq Komissiyada keçirilən görüşdən məmnunluğunu bildirib, görüş üçün təşəbbüsü yüksək qiymətləndirib.

    Muxalifet3 - 9-03-2018

  7. ​Mir Şahinin telekanalı nə vaxt peyk yayımına başlayır?

    Real TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.
    Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, Real TV-nin martın 12-dən sonra "Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.
    Qeyd edək ki, martın 5-də MTRŞ-da "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

    Muxalifet3 - 9-03-2018

  8. ​Azərbaycan iki aya 10 mln. dollarlıq kərə yağı idxal edib

    Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 9 mln. 876,59 min ABŞ dolları dəyərində 1 705,59 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, həcm baxımından ötən ilin iki ayı ilə müqayisədə 702,91 ton və ya 29,18% azdır. Məbləğ baxımından isə illik nisbətdə 1 392,28 min dollar və ya 16,41% çoxdur.
    Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 8 mln. 483,81 min dollar dəyərində 2 408,50 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
     

    Muxalifet3 - 9-03-2018

  9. ​Azərbaycan daha çox ət və buğda alır

    Yanvar-fevral ayında xarici ticarət əməliyyatlarının həcmi 3 661 979.53 min dollar təşkil edib.
    Muxalifet.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatları 1 451 527.63 min dollar, ixrac əməliyyatları 2 210 451.90 min dollar olub.
    Xarici ticarət əməliyyatları üzrə müsbət saldo 409 344.38 min dollar təşkil edib. 
    Qeyd edək ki, hesabat dövründə ölkəyə 5 862.00 ton ət, 1 705.59 ton kərə yağı və süddən hazırlanmış digər yağlar, 215 319.44 ton buğda idxal edilib. 

    Muxalifet3 - 9-03-2018

  10. SON DƏQİQƏ: ​“Rusiyaya zenit silahları ilə hücum edildi…” - Vladimir Zolotuxin

    Bu gün Şərqi Qutada terrorçular nəzarət məntəqəsinə zenit silahları ilə hücum ediblər.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Suriyadakı səlahiyyətli nümayəndəsi general-mayor Vladimir Zolotuxin verib.
    "Şərqi Qutada humanitar dəhliz bağlandıqdan təxminən yarım saat sonra Vafedin nəzarət məntəqəsinə terrorçular tərəfindən hücum təşkil olunub. Hücum zenit silahları ilə həyata keçirilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb", - Zolotuxin söyləyib.
     

    Muxalifet3 - 9-03-2018

  11. ​"Neftçi"dən növbəti inamlı qələbə: Addım-addım irəliləyir

    Martın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunda daha bir oyun keçirilib. Turnir cədvəlində beşinci sırada qərarlaşan “Neftçi” komandası “Baksell Arena”da yeddinci sıradakı “Keşlə” klubunu qəbul edib.
    Muxalifet.az xəbər verir ki, baş hakim Ramil Diniyevin idarə etdiyi görüşdə “Neftçi” komandası 3:2 hesabı ilə qalib gəlib. Qarşılaşmada hesabı oyunun 14-cü dəqiqəsində Namiq Ələsgərovun vurduğu qolla “Neftçi” açıb – 1:0. Bundan iki dəqiqə sonra “Keşlə” hesabı bərabərləşdirib. Komandanın ruminiyalı legioneri Adrian Skarlatake fərqlənib - 1:1.

    Muxalifet3 - 9-03-2018

  12. ​Dağıstanda atışma: iki əsgər öldürüldü

    Dağıstanda silahlı atışma baş verib.
    Muxalifet.az xəbər verir ki, silahlı atışma nəticəsində Rusiya Milli Qvardiyasının iki hərbçisi ölüb.
    Qeyd edilir ki, yerli sakinlərdən biri odlu silahdan atəş açaraq iki əsgəri güllələyib. Həmin şəxs saxlanılıb.
    Hadisənin səbəbləri araşdırılır.
     

    Muxalifet3 - 9-03-2018

  13. Pxençanda Paralimpiya Oyunlarının təntənəli açılışı oldu

    Cənubi Koreyanın Pxençan şəhərinin Olimpiya stadionunda XII Qış Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Koreya Respublikasının Prezidenti Mun Ce-in turnirin başlanmasını elan edib.
    Muxalifet.az xəbər verir ki, 10 gün davam edəcək Paralimpiadada 80 dəst medal uğrunda idmanın 6 növündə - biatlon, dağ xizəyi idmanı, xizəksürmə, snoubord, slec-xokkey və arabada kerlinq yarışlarında mübarizə aparılacaq.

    Muxalifet3 - 9-03-2018

  14. ​PKK-çı Ankarada bombanı belə yerləşdirib

    Türkiyənin paytaxtı Ankarada Vergi Dairəsinin binasına bomba yerləşdirilməsi ilə bağlı yeni görüntülər ortaya çıxıb.
    Muxalifet.az xəbər verir ki, yayılan yeni görüntülərdə PKK-çının bomba mexanizmini yerləşdirmə anı əks olunub.
    Qeyd edək ki, bu ilin fevralın 1-də baş verən partlayışda 4 nəfər yaralanmışdı. Bombanı yerləşdirən şəxs 7 saat yarım sonra evində ölü vəziyyətdə tapılmışdı.
    Həmin görüntüləri təqdim edirik:
     

    Muxalifet3 - 9-03-2018

  15. ​Millimizin Belarusla oyununa bilet nə vaxt satılacaq?

    Futbol üzrə Azərbaycan ilə Belarus milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun biletləri martın 10-da satışa çıxarılacaq.
    Muxalifet.az AFFA-ya istinadən xəbər verir ki, birinci kateqoriya biletlərin qiyməti 4, ikinci kateqoriyanın qiymətləri 2, üçüncü kateqoriyanın biletləri 1 manat təşkil edəcək. VİP biletlərin qiyməti isə 15 manat olacaq.
    Qeyd edək ki, martın 23-də keçiriləcək oyun saat 20:00-da Bakı Olimpiya Stadionunda başlayacaq.
     

    Muxalifet3 - 9-03-2018

  16. ​Misirin iş adamları öldürüldü

    Cənub Afrika Respublikasının (CAR) paytaxtı Pretoriyada naməlum şəxslər tərəfindən iki Misir vətəndaşı güllələnib.
    Muxalifet.az xəbər verir ki, Misirin CAR-dakı səfirliyinin məlumatına görə, martın 3-də baş verən hadisə zamanı öldürülənlər misirli iş adamları olub. Onlar xalça və incəsənət əsərləri ticarəti ilə məşğul idilər.
    İş adamları günorta vaxtı Pretoriyanın rayonlarının birində satılan malların ödənişini alarkən öldürülüb və artıq cənazələri Misirə gətirilib.

    Muxalifet3 - 9-03-2018

  17. ​Dəməşq müraciət etsə, yardım edərik - Türkiyə

    Əgər Dəməşq rəhbərliyi şəhərin bərpası üçün müraciət edərsə, böhran başa çatdıqdan sonra yardım edə bilərik.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Moskvadakı səfiri Hüseyn Diriöz çıxış edib.
    Diriöz qeyd edib ki, BMT-nin 2254 saylı qərarına əsasən, böhran başa çatdıqdan sonra yardım mümkündür.
     

    Muxalifet3 - 9-03-2018

  18. ​Trampın qərarına Rusiyadan etiraz: Məhkəmə davası açılacaq

    Rusiya ABŞ Prezidenti Donald Trampın dünən imzaladığı sərəncama etiraz edəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə danışan Rusiya Dövlət Dumasının İqtisadi siyasət üzrə və Sənaye Komitəsinin sədri Sergey Jiqarev Dünya Ticarət Təşkilatı nəzdində məhkəmə davasının açıla biləcəyini söyləyib.
    "Tədarükçülərin hökumətə müraciət etmələri, dövlətinsə belə bir prosesi başlatması lazımdır. Bir neçə ay əvvəl bizə donuz əti barəsində cinayət işi açdılar. Eyni şəkildə, biz də ABŞ-a polada tətbiq edilən rüsumla əlaqədar olaraq cinayət işi aça bilərik", - Jiqarev söyləyib.

    Muxalifet3 - 9-03-2018

  19. ​Yer planetinə böyük asteroid yaxınlaşır

    Bu gün gecə saatlarında Yer planetinə Eyfel qülləsi böyüklüyündə asteroid yaxınlaşacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Daily Star” NASA mütəxəssislərinə istinadən məlumat yayıb.
    Şərti olaraq “2018 CB” adlandırılmış asteroid Qrinviç vaxtı ilə 22.30-da (Bakı vaxtı ilə 01:30-da) yerə ən yaxın məsafədən keçəcək.
    Saniyədə 8 kilometr sürətlə uçan asteroid planetimizə 63 min kilometrə qədər yaxınlaşacaq.
    Alimlər planetlə toqquşma riskinin olmadığını bildirir.
     

    Muxalifet3 - 9-03-2018

  20. ​Ərdoğan: Ordu hər an Afrinin mərkəzinə daxil ola bilər

    Afrin şəhəri “Zeytun budağı” əməliyyatında iştirak edən qoşunların mühasirəsindədir və onlar istənilən an şəhərə daxil ola bilər.
    Muxalifet.az  “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
    Ərdoğanın sözlərinə görə, əməliyyat başlayandan bəri Suriyanın şimal-qərbində 3171 terrorçu zərərsizləşdirilib.

    Muxalifet3 - 9-03-2018

Pages