Axtarış

The search found 105785 results in 0.045 seconds.

Search results

  1. MOLDOVADA VƏZİYYƏT QARIŞIR:Hökumət prezidenti boykot etdi; qaqauzlar isə Türkiyəyə üz tutur... - TƏHLİL

    Prezident İror Dodonun Ali Təhlükəsizlik Şurasının (ATŞ) çərşənbə gününə təyin etdiyi iclasında hökumət və parlament üzvlərinin iştirak etməyəcəyini cəmiyyət Moldova Demokratik Partiyasının (MDP) tədbirindən sonra bilib. Prezidentin hərəkətlərinin boykot edilməsi haqqında şəxsən MDP lideri Vladimir Plaxotnyuk məlumat verib.
    “Moldpres.md”nin yazdığına görə, bu durumda o izah edib ki, bu, prezidentlə digər hakimiyyət orqanları arasında koordinasiyanın olmamasına etiraz əlaməti olaraq edilib.

    Muxalifet2 - 9-03-2018

  2. ​Baş Polis İdarəsi Milli Şuranın mitinqi ilə bağlı XƏBƏRDARLIQ EDİB:“İğtişaşa səbəb ola biləcək addıma imkan verilməyəcək”

    Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın martın 10-da keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

    Muxalifet2 - 9-03-2018

  3. ​Əsədə qarşı döyüşən Marfin Vladimirlə bağlı – QƏRAR

    Suriyada Bəşər Əsəd ordusuna qarşı döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşı Marfin Vladimirin kasasiya şikayətinə baxılıb.
    Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
    Marfin Vladimir barəsində bəraət hökmünün çıxarılması ilə bağlı kasasiya şikayəti təmin edilməyib.
    Cinayət işində adı keçən Rufan Ağcabəyovla bağlı Ali Məhkəməyə hər hansı bir şikayət daxil olmayıb. Bu səbəbdən hakim heyəti onunla bağlı olan hissədə hökmü araşdırmayıb.

    Muxalifet2 - 9-03-2018

  4. ​Separatçı liderdən sonra mer də qaçdı – QONDARMA REJİMDƏ

    Qondarma Dnestryanı respublikasının Kamenka şəhərinin keçmiş meri Pyotr Mustya gözlənilmədən separatçı rejimin ərazisindən qaçıb.
    Bu barədə informasiyanı Moldova mətbuatı yayıb. Mustya yoxa çıxdıqdan bir müddət sonra Moldovada peyda olub. Dnestryanı xüsusi xidmət orqanlarının merin fəaliyyəti ilə maraqlanması səbəbindən merin qaçdığı iddia edilir.

    Muxalifet2 - 9-03-2018

  5. ​50 yaşlı kişi özünü asdı - XAÇMAZDA İNTİHAR

    Xaçmazda intihar olub.
    Muxalifət.az xəbər verir ki, rayonun Arzu kəndində kənd sakini, 1968-ci il təvəllüdlü Karan Bahəddin oğlu Ömərov sərxoş vəziyyətdə yaşadığı evin zirzəmisində özünü asıb. Onun özünü öldürməsinin səbəbləri hələlik məlum deyil.
    Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. /apa/

    Muxalifet2 - 9-03-2018

  6. ​AP üzvlərinə Bakıya gəlmək üçün MANDAT VERMƏDİ

    Avropa Parlamenti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək.
    APA-nın məlumatına görə, bu barədə Avropa Parlamentinin Demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb.

    Muxalifet2 - 9-03-2018

  7. VƏKİLİ FƏDAYƏ HAQDA: "Belə şəraitsiz yerdə qalmaq çətindir"

    "Fədayə Laçınla bağlı hələlik istintaq prosesində hər hansı yenilik yoxdur. Son ayda heç bir istintaq işi aparılmayıb. Özü ilə görüşmüşəm, normaldır. Azadlıq üçün, tamaşaçıları, sevənləri üçün darıxıb". Muxalifət.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri məhbus müğənninin vəkili Türkel Süleymanlı deyib. Onun sözlərinə görə, müğənninin səhhəti normaldır, həkim nəzarətindədir. Vəkil yaxın günlərdə Fədayə Laçınla bağlı qəti-imkan tədbirinin dəyişdirilməsi üçün yenidən müraciət edəcəklərini bildirib: "Heç bir istintaq işi aparılmadan Fədayə Laçının həbsdə qalması heç kimə faydalı deyil.

    Muxalifet2 - 9-03-2018

  8. “ABŞ-ın istədiyi olmasa...” - Türkiyəyə qarşı gizli toplantının ŞOK DETALLARI

    Türkiyə və ABŞ arasında Suriya münaqişəsi üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün komitənin qurulmasından əvvəl Konqresdə Türkiyə əleyhinə gizli bir toplantı keçirilib. 
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Konqresdəki mənbələrdən əldə edilən məlumatlara görə, toplantıda Türkiyənin küncə sıxışdırılması üzrə planlar müzakirə edilib.

    Muxalifet2 - 9-03-2018

  9. ​NASA-dan təklif: Nüvə silahı ilə vurulsun

    ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsini asteroidlərdən qorumaq üçün təkliflə çıxış edib.
    Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, NASA planetimizə hər hansı təhlükə yaradacaq asteroidlərin nüvə başlıqları ilə məhv eləməyi təklif edib.
    Belə asteroidlərdən biri Günəş sistemində xüsusi böyüklüyü ilə seçilən və Belli adı verilən göy cismidir.

    Muxalifet2 - 9-03-2018

  10. ​AMEA tarixində ilk: alimlər üçün ev... - FOTO

    Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə (Science City) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün tikiləcək yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.
    APA-nın xəbərinə görə, mərasimdə AMEA prezidenti, akademik Akif Əlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və başqa şəxslər iştirak ediblər.

    Muxalifet2 - 9-03-2018

  11. TSQ-dən Afrinlə bağlı son AÇIQLAMA: ÖLDÜRÜLƏN TERRORÇU SAYI ARTDI

    Türkiyə ordusunun Baş Qərargahından verilən son məlumata görə, terror təşkilatı hədəflərinin quru və hava əməliyyatları ilə məhv edilməsi ilə davam etdirilən “Zeytun Budağı”hərəkatının əvvəlindən bu yana 94-ü son 24 saatda olmaqla, cəmi 3149 terrorçu zərərsizləşdirilib.
    Müxalifət.az

    Muxalifet3 - 9-03-2018

  12. ​Bakıda prokuror kriminal avtoritetə cəza istədi

    Narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
    Prokuror Anar Məhərrəmova 9 il cəza istəyib.
    Növbəti proses martın 16-da davam edəcək.

    Muxalifet2 - 9-03-2018

  13. ​Özbəkistan prezidenti Tacikistana getdi - 18 İLDƏN SONRA

    Özbəkistan prezidenti Şavkat Mirziyoyev son 18 ildə ilk dəfə Tacikistana rəsmi səfər edib.
    Muxalifət.az xəbər verir ki, bu, 2016-cı ilin dekabrından ölkəsinə rəhbərlik edən Ş.Mirziyoyevin Tacikistana ilk səfəridir.
    Tacikistan prezdenti İmomoli Rahmon və Şavkat Mirziyoyevin avtomobil karvanını əllərində iki ölkənin bayraqları olan 12 min tələbə və məktəbli alqışlarla qarşılayıb.
    Səfər çərçivəsində iki ölkə arasında 25 sənədin imzalanacağı gözələnilir. Martın 10-da Tacikistan və Özbəkistan incəsənət ustalarının konserti olacaq.

    Muxalifet2 - 9-03-2018

  14. Afrinin 60 faizı terrorçulardan TƏMİZLƏNDİ: YENİ HƏDƏF…

    Afrinin 60 faizində nəzarəti təmin edən TSQ və ASO gücləri, qalan kəndlərdə də qısa müddət içərisində terror təhdidini sonlandıracaq.
     
    6 MAHALDAN 5-i AZAD OLUNUB
     

    Muxalifet3 - 9-03-2018

  15. ​Karlovun qatilinin şifrəsini ruslar da qıra bilmədi

    Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlud Altındaşın telefonunun şifrəsinin qırılması üçün Ankaraya dəvət edilən rus mütəxəssislərdən ibarət heyət uğursuzluğa düçar olub.
    Axar.az xəbər verir ki, bu barədə “CNN Türk” yazıb.
    Ankaraya gələn rus mütəxəssislər Karlov cinayətinin istintaqını aparan müstəntiqlə görüşüblər. Rus mütəxəssislər Karlovun qatili Mövlud Altındaşın telefonunun şifrəsini qırmağa çalışsalar da, mümkün olmayıb.

    Muxalifet2 - 9-03-2018

  16. ​ABŞ-Türkiyə kritik görüşü başladı – VAŞİNQTONDA

    ABŞ və Türkiyə nümayəndə heyətləri arasında Vaşinqtonda görüş başlayıb.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, görüşdə hər iki tərəfdən birlikdə 40 nəfər iştirak edir.
    Toplantıda Türkiyənin Afrindəki əməliyyatı, ABŞ-ın PKK-ya dəstəyi, Fətullahçı terror təşkilatı, Türkiyədə ABŞ vətəndaşlarının həbsi kimi məsələlər müzakirə ediləcək.
    Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Noyert açıqlama verib.
    Görüş bitdikdən sonra tərəflər birgə bəyanatla çıxış edəcək.

    Muxalifet2 - 9-03-2018

  17. ​Şəhər döyüşləri BAŞLAYIR – “Mehmetcik”i qələbəyə aparacaq 3 mərhələli PLANIN DETALLARI

    Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağ”ı əməliyyatı 49-cu günündə müvəffəqiyyətlə davam edir. Martın 3-də Raco, 4-də Şeyx Hədid qəsəbələrini PKK/PYD terrorçularından təmizləyən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) birlikləri dünən Cinderesin mərkəzinə daxil olub.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bununla da Afrin ətrafındakı mühasirə halqası daha da daralıb.

    Muxalifet2 - 9-03-2018

  18. ​Əsəd Türkiyəni vursa, ABŞ nə edəcək? – NOYERT SUSDU...

    ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert Əsəd rejiminin Türkiyəyə müdaxiləsi ilə bağlı suala cavab verə bilməyib.
    Muxalifət.az xəbər verir ki, o, jurnalistin “PKK-PYD terror təşkilatı Əsəd rejimi ilə birləşib Türkiyəyə hücum etsə, sizin mövqeyiniz nə olacaq” sualını cavablandırmaqda çətinlik çəkib.
    “İki, hətta üç ehtimala dayanan bir suala cavab verməyəcəyəm”, - Noyert bildirib.
    Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd rejim qüvvələrinin Afrinə girdiyini açıqlamışdı.

    Muxalifet2 - 9-03-2018

  19. ​"Onlayn mediaya dövlət tərəfindən yardım olunmalıdır" - ƏFLATUN AMAŞOV

    Bu gün Mətbuat Şurasının, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbərliyi və KİV nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər.

    Muxalifet2 - 9-03-2018

  20. ​Zekdən 7 kilo heroin götürüldü – FOTO

    Sumqayıt Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Səmədov saxlanılıb.
    Hal şahidlərinin iştirakı ilə şəxsi axtarış zamanı onun üzərində 2 qram heroin aşkar edilib.
    Axtarış tədbirlərinin davamı olaraq Vidadi Səmədovun evinə baxış keçirilib, əlavə olaraq orada gizlətdiyi 3 kiloqram 30 qram heroin, 4 kiloqram 20 qram marixuana tutulub.
    Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.
    İstintaq və əməliyyat tədbirləri davam etdirilir./Teleqraf/

    Muxalifet2 - 9-03-2018

Pages