Axtarış

The search found 105785 results in 0.044 seconds.

Search results

  1. ​Əsəd ordusundan növbəti qanlı hücum: 19 ölü

    Bəşər Əsədə sadiq qüvvələr növbəti dəfə Şərqi Qutanı raket atəşinə tutub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
    Bildirilib ki, bu hücumlarda 19 dinc sakin həlak olub.
    Qeyd edək ki, bir qədər əvvəl Şərqi Qutada Rusiya Prezidenti Vladimir Putinin təklifi əsasında hər gün 5 saatlıq (10:00-15:00) atəşkəs elan edilmişdi.
     

    Muxalifet3 - 8-03-2018

  2. Azərbaycan podratçıları Qazaxıstanın neft layihələrində iştirak edə bilər

    Azərbaycanın neft podratçıları Qazaxıstanın “Kaşaqan” yatağının işlənməsi üzrə birgə müəssisələrdə iştirak edə bilər.
    Muxalifet.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyindəki mənbə məlumat verib.

    Muxalifet3 - 8-03-2018

  3. ​Xaçmazda maşın piyadanı vurub

    Xaçmaz rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Muxalifet.az "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Pərdiqıran kəndində qeydə alınıb. Kənd sakini Yaşar Gözəlovu maşın vurub. Xəsarət alan şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

    Muxalifet3 - 8-03-2018

  4. ​İŞİD liderinin bacısına edam cəzası verildi

    İraq məhkəməsi İŞİD-in keçmiş lideri Əbu Ömər Bağdadinin bacısını ölüm cəzasına məhkum edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Al Sumaria” telekanalı informasiya yayıb.
    “İraq Mərkəzi Məhkəməsində mütəhimlərdən birinin işinə baxılıb. Bu Əl-Qaidə terror qruplaşmasının liderlərindən Əbu Ömər Bağdadinin bacısı olub”, - məhkəmə nümayəndəsi Əbdülsəttar Bərəkdar deyib.

    Muxalifet3 - 8-03-2018

  5. ​Ərindən arvadına 8 Mart “hədiyyə”si - QABIRĞALARINI QIRDI

    Bakıda ər arvadını döyərək qabırğasını sındırıb.
    Report xəbər verir ki, hadisə ötən gün baş verib.
    Sultanməcid Əfəndiyev küçəsində 43 yaşlı Əzizova Şəfiqə Yaqub qızı həyat yoldaşı ilə mübahisə edib. Nəticədə əri onu döyüb.
    Yaralı qapalı kəllə-beyin travması və qabırğa sümüklərinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.

    Muxalifet2 - 9-03-2018

  6. ​Tramp Kim Çenlə görüşə RAZILIQ VERDİ

    ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen İnlə görüşə razılıq verib.
    Teleqraf.com xəbər verir ki, Tramp Kim Çenlə 2018-ci ilin mayına qədər görüşmək niyyətindədir. Bu halda Seulun nümayəndəsi bildirib ki, Şimali Koreya lideri ABŞ-ın müttəfiqləri ilə plan təlimlərinin davam etməli olduğunu anlayır.

    Muxalifet2 - 9-03-2018

  7. ​21 jurnalist azadlıqdan MƏHRUM EDİLDİ

    İstanbul Məhkəməsi terrorçu FETÖ ilə bağlı 21 jurnalistin barəsində 2 ildən 7,5 ilə qədər azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
    Muxalifət.az "Sabah"a istinadən xəbər verir ki, onlar 2016-cı ilin iyulunda ölkədə dövlət çevrilişinə cəhd göstərmiş terror təşkilatı FETÖ-nün təbliğatında təqsirli biliniblər.
    Müttəhimlər arasında şərhçi və müğənni Atilla Taş da var. O, terror qrupuna məqsədli şəkildə kömək etməkdə ittiham edilərək 3 il 1 ay azadlıqdan məhrum edilib.

    Muxalifet2 - 9-03-2018

  8. ​BƏƏ Pentaqondan 270 milyon dollarlıq RAKET ALACAQ

    Pentaqon ABŞ Konqresinə Birləşmiş Ərəb Əmirliklərinə 270 milyon dollarlıq raketlərin satışı barədə bildiriş göndərib.
    "Report" ərəb ölkələrinin mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyinin açıqlamasında Dövlət Departamentinin Əbu-Dabiyə bu silah növünü satmasına etiraz etmir.
    Əmirlik "hava-hava" tipli 340 "AIM-9Х-2" raketini, onun zəruri ehtiyat hissələrini və avadanlıqıarını almaq niyyətindədir. Pentaqonda əlavə ediblər ki, bu raketlərin ehtimal olunan satışı dost ölkənin təhlükəsizliyini gücləndirəcək.

    Muxalifet2 - 9-03-2018

  9. Ruhi xəstəxanada ard-arda 2 ölüm - ARAŞDIRMA BAŞLADI

    1 saylı Ruhi Əsəb Dispanserində ayrı-ayrı vaxtlarda 2 nəfər xəstəlikdən ölüb.
    Muxalifət.az report.az-a istinadən xəbər verir ki, hadisələr Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində baş verib.
    Martın 5-də 1959-cu il təvəllüdlü Vladimir Aleksandroviç xəstəlikdən dünyasını dəyişib. Məlumata görə, o, uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.
    Martın 7-də Füzuli rayon sakini, 1970-ci il təvəllüdlü Həsənova Təranə Feyruz qızı dünyasını dəyişib.
    Hər iki şəxsin ölüm səbəbləri araşdırılır.

    Muxalifet2 - 9-03-2018

  10. Terrorçulara İİNTERPOL QALXANI

    Türkiyənin, sisteminə girdiyi 72 min FETÖ-çunun qeydiyyatını "siyasi" olduğu əsası ilə silən İnterpol, qırmızı bülleten oyununda da eyni bəhanəyə sarılaraq bülleten müraciətlərini gözləməyə aldı.
     

    Muxalifet3 - 9-03-2018

  11. ​PKK 967 qadın terrorçunu edam etdi – ŞOK SƏNƏD

    Son 12 ildə aldadılaraq, dağlara çəkildikdən sonra fiziki işgəncə və təcavüzə məruz qalan qadınlardan 967-si PKK terrorçuları tərəfindən öldürülüb.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu məlumat Qəndildə təslim olan terrorçuların təqdim etdiyi sənədlərdə üzə çıxıb.
    Məlum olub ki, terrorçular bu qadınlardan döyüşlər zamanı qalxan kimi istifadə ediblər. Eyni zamanda döyüşlərdən qaçan, təcavüzlərə qarşı çıxan qadın terrorçuları edam etməkdən belə çəkinməyiblər.

    Muxalifet2 - 9-03-2018

  12. PKK vəhşiliyi sərhəd tanımır: QADINLARI EDAM EDİB

    Son 12 ildə aldadılaraq dağa çıxardıqdan sonra fiziki işgəncə, təcavüz və kölə rəftarı görən qadınlardan 967 nəfəri təşkilat tərəfindən edam edilib.
     
    Təslim olan və ya yaxalanan terrorçularla bərabər, döyüş bölgələrində ələ keçirilən sənədlər və texniki təqiblər nəticəsində hazırlanan hesabatda qadınların Qəndildə kölə kimi istifadə edildiyi, təcavüzə və işgəncəyə məruz qaldığına yer verilib.
    Hesabatın son bölümündə isə "Təşkilatın, qadın terrorçuları toqquşma anında qalxan olaraq istifadə etdiyi aşkar edilmişdir" deyilib.

    Muxalifet3 - 9-03-2018

  13. ​ABŞ GENERALI: Rusiya orda çalışır, biz isə...

    NATO və ABŞ Balkanları destabilizasiyadan qorumalıdır.
    Muxalifət.az xəbər verir ki, bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı NATO-nun Avropadakı Birləşmiş Qoşunlarının rəhbəri general Kertis Skaparotti söyləyib.
    “Mənim narahat olduğum region Balkanlardır. Rusiya Balkanlarda çalışır, biz isə oranı diqqətimizdən kənarda qoymuşuq. Ona görə də bu regionda gələcəkdə problemlərimiz yarana bilər”, – deyə o bildirib.

    Muxalifet2 - 9-03-2018

  14. ​Qəddafinin yaxınlarının bank hesablarından MİLYARDLARLA AVRO YOXA ÇIXDI

    Liviyanın sabiq lideri Müəmmar Qəddafinin yaxınlarının dondurulmuş bank hesablarından milyardlarla avro oğurlanıb.
    Muxalifət.az xəbər verir ki, sabiq liderin yaxın qohumlarının "Euroclear" bankında hesabları olub. Məlumata görə, bankdakı hesablardan 2013-2017-ci illər ərzində nə az, nə çox, 10 milyard avroya yaxın məbləğ müəmmalı şəkildə yoxa çıxıb.
    Məlumatda qeyd olunur ki, həmin hesablar 2011-ci ildə BMT-nin qərarı ilə dondurulmuşdu. Göstərilən illərdə hesablardan pul çıxarılması isə Belçika Maliyyə Nazirliyi ilə razılaşdırılmayıb.

    Muxalifet2 - 9-03-2018

  15. YPG-dəki əcnəbi terrorçuların qeydiyyatı GİZLİ OTAQDAN TAPILDI

    Afrində 9 şəhidin verildiyi Keltepe bölgəsində YPG-li terrorçuların sığınacaq kimi istifadə etdiyi tunel daxilindəki xüsusi otaqda ələ keçən 2 flaş yaddaş kartı, çoxu Amerikalı olan əcnəbi terrorçuların təşkilata verdiyi dəstəyi ortaya çıxarıb.
     
    YPG sıralarındakı 422 xarici terrorçunun 29-nun öldürüldüyü müəyyən olunub. Terroçuların adlarının yanında snayper, silah təlimçisi, ABŞ xüsusi birliyində xidmət etmiş, ağır silah mütəxəssisi kimi ifadələr yazıldığı bəlli olub.
     
    ABŞ-ın ƏLAQƏSİ ORTAYA ÇIXDI
     

    Muxalifet3 - 9-03-2018

  16. PUTİN DAVAKAR RİTORİKASI İLƏ DAHA ÇOX RUSLARI QORXUDUR –Rusiya prezidenti Qərbi şantaj edir - TƏHLİL

    Martın 1-də Rusiya prezidenti Vladimir Putin özünün illik çıxışını etdi. Bununla yanaşı, nəzərdə tutulan auditoriya, həqiqətən, Federal Məclis və ya seçici deyil, əslində, Qərb idi və daha dəqiq – ABŞ.

    Muxalifet2 - 9-03-2018

  17. ​Gəncədə ata maşınla 2 yaşlı oğlunun ÜSTÜNDƏN KEÇDİ

    Gəncədə ata avtomobilini arxaya verərkən 2 yaşlı oğlunun üstündən keçərək onu öldürüb.
    Şəhər sakini Səbuhi İsmayılov idarə etdiyi "QAZel" markalı avtomobillə ehtiyatsızlıqdan 2 yaşlı oğlu İsmayıl İsmayılovu vurub. Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    Faktla bağlı araşdırma aparılır. (report)

    Muxalifet2 - 9-03-2018

  18. ABŞ-da gizli TÜRKİYƏ MÜZAKİRƏSİ

    Türkiyə ilə ABŞ arasında Suriya münaqişəsini həll etmək üçün yaradılan komitə iclası ərəfəsində Konqresdə Türkiyə əleyhinə gizli bir müzakirə iclasının keçirildiyi ortaya çıxıb.
     
    Suriya, FETÖ və PKK mövzularında Türkiyə-ABŞ arasındakı fikir ayrılıqlarını həll etmək üçün 3-lü komitə iclaslarından birincisi dünən Vaşinqtonda keçirilib.
     
    ABŞ KONQRESİNDƏ GİZLİ İCLAS
     

    Muxalifet3 - 9-03-2018

  19. Qətər böhranı: Dünya nəhəngi ÇÖKÜR

    “Qətər Eyrveys” şikəti Qətər böhranı ucbatından bu il böyük itkilərə məruz qalacaq. 
    Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin icraçı direktoru Əkbər əl Bəkir söyləyib. 
    “Biz itkilərimizi bu maliyyə ilində elan edəcəyik. Əgər böhran davam etsə, biz əlavə maliyyələşmə axtaracağıq”, – deyə o bildirib.

    Muxalifet2 - 9-03-2018

  20. ​Kim Çen In nüvə sınaqlarını dayandırmağı VƏD ETDİ

    "Şimali Koreya nüvə və raket sınaqları keçirməyəcək".
    Muxalifət.az xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon In Yön ilə danışıqlar zamanı Şimali Koreya lideri Kim Çen In bəyan edib. O bildirib ki, ABŞ prezidenti ilə təkbətək görüş keçirəcək.

    Muxalifet2 - 9-03-2018

Pages